Mömini hansı 5 əlamətlə tanımaq olar?


İmam Səccaddan (ə) belə bir hədis vardır ki, mömini tanıdır. Həzrət (ə) buyurur: “Möminin beş nişanəsi vardır:
1. “Xəlvətdə təqvaya riayət etmək”. Mömin hər bir zaman günahdan qaçır – istər aşkarda olsun, istərsə də xəlvətdə. Çünki yaxşı bilir ki, Allahın agah olmadığı məkan və zaman yoxdur. Allahdan savayı heç kəsi əməllərinə nazir bilmir. Özünü İlahi dərgahda görür.
2. “Ehtiyaclı olan zaman sədəqə vermək”. Möminin nişanələrindən biri də budur ki, özü ehtiyaclı və yoxsul ola bilər, amma buna baxmayaraq sədəqə verər və ehsan edər. Çünki daxildən Allaha bağlılığı güclüdür. O kəsin ki, sərvəti olar – onun sədəqə verməsi savabdır, amma böyük hünər sayılmaz. Hünər odur ki, özün ehtiyacı olan zaman başqalarına yardım edəsən.
3. “Müsibətdə səbir etmək”. Mömin müsibətə düçar olan zaman səbir edər, üsyan etməz. Dili şikayət üçün açılmaz.



Mömin İmam Zaman ağaya (ə.f) görə sədəqə verməsini necə başa düşmək olar?


Seyyid ibni Tavus oğluna belə tövsiyə verir: “Özün və əzizlərindən əvvəl, o Həzrət (ə.f) üçün sədəqə ver!”. Bunu qeyd etmək lazımdır ki, İmam Zaman ağanın (ə.f) bizim sədəqəmizə heç bir ehtiyacı yoxdur. Ancaq bu əməl Həzrətə (ə.f) olan sevgini büruzə verməyin yollarından biridir. Bu əməl Allahın razılığını cəlb edər və İlahi qürb məqamına yaxınlaşmağa səbəb olar. Seyyid ibni Tavus “Əmanəl-əxtar” kitabında belə dua edir: “Allahım! Bu (sədəqə) Səndəndir və Sənin üçündür. Mövlam Məhdinin (ə.f) salamatlığı üçündür. Səfərdə olanda, bütün hərəkət və istirahətlərində, günün və gecənin hər bir saatında ona salavat göndər!”...


Ən ağrılı əzab hansı günahlara görədir?


Bəs bu haqqun-nas nədir ki, hətta Allahın haqqından belə üstün hesab edilir? Haqqun-nasın növləri vardır: Maddi haqqun-nas. İnsanlardan aldığımız borc və ya zay etdiyimiz mal və ya öz malımızı icazəsi olmadan başqalarının malına daxil etməyimiz kimi. Abır haqqı. Nə zaman kiminsə qeybətini edərik, onun abrını aparmış olarıq.
Bəli, ən ağrılı əzab haqqun-nas günahına görə olacaqdır. Biz bəzən heç bilmədiyimiz halda çox sayda haqqun-nas günahı işlədirik. Belə ki, məktəbdə oxuyan zaman bəzilərimiz partaları yazmağı sevirdilər və bu işin haqqun-nas olduğunu bilmirdilər. Ümumi mala vurduğumuz hər bir ziyan - haqqun-nasdır. Bəzən iş yerində lazımsız yerə kompyuterin açıq qalması və ya lazımsız halda işıqların yanması da haqqun-nasa aiddir. Bu əməlimizlə bilmirik ki, Qiyamət günü minlərlə insanı razı salmalıyıq... Həzrət Peyğəmbər (s) buyurur: “Allah mənə vəyh etmişdir ki, öz ümmətinə de: “Mənim evimə o halda daxil olmasınlar ki, boyunlarında bəndələrimin haqqı olsun. Onlara lənət edərəm””.


Haqqun-nas, hətta Haqqullahı da qabaqlaya bilirmi?


Hər kim zorla başqasının malını qəsb edər, ya hətta növbəsi olmadığı halda başqasının növbəsinə girər – haqqun-nas etmiş olar. İmam Sadiq (ə) buyurur ki, hər kim bir başqasından borc alar və niyyəti onu qaytarmamaq olarsa – həmin adam oğrudan başqası deyildir.
Haqqun-nasın başqa bir növü insanların canına ziyan vurmaqdır. Çünki Allah buyurur ki, insanların qanı dəyərlidir. Əgər kimsə kimisə haqsız yerə döysə, haqqun-nas olacaqdır. Misal üçün, əgər ər öz xanımını haqsız yerə döyərsə, o zaman haqqun-nasa girər. Hədislərimiz buyurur ki, möminin hörməti Kəbənin hörmətindən daha üstündür. Ona görə də hər kim töhmət vurar, qeybət edər – haqqun-nasa girmiş olar.


Peşmançılıq insana lazımlı hissdirmi?


...Peşmançılıq – qəm və kədərdir ki, insanda pis işinə agah olduğu üçün meydana gələr. Peşmançılıq təfəkkürün məhsuludur. İnsanın sağlam ruha malik olduğundan xəbər verər. Ancaq bitki və heyvanlarda bu cür hal yoxdur. Çünki heyvan instinkti əsasında hərəkət edər. Təfəkkür qüvvəsinə malik deyildir. O kəs ki, heç bir zaman peşman olmaz, iki haldan başqası ona şamil olmaz:
1. Ya ömrü boyu heç bir xata və günah etməmişdir. Bu insan məsumdur.
2. Ya da günahların çoxluğuna görə onda peşmançılıq hissi ölmüşdür. Hz Peyğəmbər (s) buyurur: “O kəs ki, pis iş görər və peşman olar – imandan bəhrələnmiş deməkdir”.


Quranın and içdiyi nəfsi-ləvvamə və ya vicdanı necə tanıtdırır?


Bu ayələrdən biri də Qiyamət surəsinin 2-ci ayəsidir: “And içirəm özünü qınayan nəfsə!” Əxlaq ustadları nəfsi bir neçə məqamlara bölürlər ki, binlardan biridə “ləvvamə” nəfsdir. Bu nəfs insanı pisliyə sürükləyən “Əmmarə” nəfsdən sonra gəlir. Əmmarə nəfs insanı günaha sövq edən, onun gözünü kor edən nəfsdir. Ləvvamə nəfs isə ona etdiyi günah müqabilində peşmançılıq hissi yaşadan nəfsdir. Hətta bəziləri Ləvamə nəfsə danlayan nəfs də deyir. Təfsir-mizanda Ləvvamə nəfs insanda olan vicdan kimi təqdim olunur. Qeyd olunur ki, Ləvvamə nəfs möminin nəfsidir. O, hər hansı bir layiq olmayan iş gördükdə peşman olur. Daxili hissi onu danlayır. Bu Allahın ona bəxş etdiyi vicdanıdır...


Əziz İslam peyğəmbərinin (s) adı çəkilən Quran ayələri hansı surələrdə gəlmişdir?


Əziz İslam peyğəmbəri də Quranda nəbi, rəsul, həmçinin adı ilə qeyd olunur. Peyğəmbərin adı Quranda 4 dəfə zikr olunur:
-“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz?” (Ali-İmran-144)
- “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab-40)
- “İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir (yaxşılaşdıracaqdır).” (Məhəmməd-2)...


“Qaya üzərində bir ovuc torpaq” ayəsi nəyi izah edir?


Qurani Kərimin müxtəlif növ ibarələri vardır. Bəzən bir mətləbi qəti şəkildə çatdırır, bəzən isə mətləbi başa salmaq üçün müxtəlif misallardan istifadə edir. Bu kimi misallardan biri də “Qaya üzərində bir ovuc torpaq” misalıdır. Ayə münafiq və ya riyakarları tənqid edən, onların əməllərinin bəhrəsiz olacağını bəyan edən ayələrdəndir. Ayədə buyrulur: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə nail olmazlar.” (Bəqərə-264)...


Xumsun hesablanması İslam təqvimi ilə olması şərtdirmi?


(Ənfal-41) - Ayədən də göründüyü kimi xums mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan əməldir. Bu əməl müsəlmanların sağlamlığına və rifahına xidmət edir.
Xums üçün ilə ərzində bir gün təyin edilməlidir. İnsan il ərzində bütün ehtiyaclarını ödədikdən sonra əlində qalan qazancının beşdə birini dinin etibarlı və səlahiyyətli nümayəndələrinə verməlidir. İl ərzində təyin olunan həmin günün İslami təqvimlə (hicri), yaxud miladi ilə olması barədə redaksiyamıza suallar ünvanlanır.
Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına sual ünvanlanıb. Cavab: Mükəlləf hicri və ya şəmsi təqvimini seçməkdə ixtiyar sahibidir. Lakin bir şeyi bilməlidir ki, ümumiyyətlə xüms ilinin təyini ixtiyari deyil, vacib bir əməldir. Bu hesablama ilk qazancın əldə edilməsi ilə başlayır.


Bu işlərə aludə olmaqla ölüm anınızı çətinləşdirməyin – İmam Sadiq (ə)


Ölüm anı da insanın dünya həyatının bir parçası olduğu üçün bu ayədə deyilən mətləb burada da şamil olur. Yəni insan üçün ən şiddəti və ağır olan ölüm anı birbaşa onun əməlləri ilə six bağlıdır. İmam Sadiq (ə) bir neçə ələlə işara edir ki, bu əməllər həm insan ömrünü, həm də ömrün bir parçası olan ölüm vaxtını zay edər, çətinləşdirər: “Başqalarının haqqına təcavüz etmək nemətləri zay edər, Haqsız yerə birini öldürmək ona peşmançılıq gətirər, Başqalarına zülm etmək ilahi intiqamla üzləşməsinə səbəb olar, Şərab içmək onun eyiblərini açar (həyasını aparar), Zina ruzisini daraldar, Qohumlarla əlaqəni kəsmək ömrü qısaldar, ağ valideyinlik həyatı puç edər (qara bəxt edər).” (İləluş-şəraye 2/584)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter