Nə üçün şiələr “Məfatihul-cinan” və sair dua kitablarını qəbul edib oxuyur, sünnilər isə günah imiş kimi bu işə e’tiraz edirlər?


Sünnə əhli, xüsusi ilə də vəhhabilər dua və ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Mə’sumlardan nəql olunmuş dualardan uzaq gəzən bu adamlar dua və minacatın, ziyarətin ləzzətindən məhrumdurlar. Əgər onlar tövhid və günahların tövbəsindən danışan “Kumeyl”, “Xəms əşərə”, “Əbu-həmzə” kimi duaları oxusaydılar, sözsüz ki, münasibətləri dəyişərdi. Amma onlar bu işdə ilahi yardımdan məhrumdurlar. “Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir.”1Vəhhabilər daha çox “Məfatihul-cinandakı, “Aşura ziyarəti”ndən narahat olurlar. Bu narahatlıq birinci, ikinci və üçüncü lə’nətlərdən, eləcə də Əbu-Sufyan və Müaviyənin lə’nətlənməsindən yaranır.


Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?


Qur’anda buyurulur: “Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.”6 Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mö’təbər kitablarından olan “Səhihe Müslimdə” nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: “Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.” Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar.


Nə üçün biz də sünnilər kimi sübh azanında “əssəlatu xəyrun minənnovm” demirik?


Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə mə’lumat olmadığından onu azanda demək caiz deyil, bid’ətdir. Amma bə’zi qeyri-mö’təbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.1 Bə’zi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.2 Ən əsası isə sünnilərin “Səhihe Buxari”, “Səhihe Müslim” kimi mö’təbər kitablarında bu barədə heç bir mə’lumat verilmir.3 Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.4


Hz Peyğəmbər (s) dualarında Allah-Taaldan (c.c) hansı nemətləri istəyərdi?


İslam Peyğəmbəri (s) dualarında Allah-Taaladan bu nemətləri istəyərdi:
-Allahım Özünü mənə tanıtdır. Əgər Öz mərifətini mənə nəsib etməsən Sənin Rəsulunu tanımaram.
-Allahım Rəsulunu mənə tanıtdır. Əgər Rəsulunu tanımasam Sənin Höccətini tanımaram.
-Allahım Höccətini mənə tanıtdır. Əgər Höccətini tanımasan dinimdə zəlalətə düşərəm.
Bu dua oxunması ən çox tövsiyə olunan dualardandır. Xüsusəndə zəmanə İmamını (ə.f) tanımaq, axir-zaman fitnələrinə uymamaq, ilahi mərifət əldə etmək üçün hər gün oxunması tövsiyə olunur.


Allahın bizdən təkidlə istədiyi salamat qəlb hansıdır?


Təmiz qəlb, sağlam qəlb hansıdir? İmam Sadiq (ə) təmiz qəlb barədə buyurub: “Sağlam, təmiz qəlb o qəlbdir ki, Rəbbi ilə görüşə bilsin (ünsiyyət qura bilsin, Rəbbini hiss etsin) və o qəlbdə Allahdan qeyrisi olmasın”. Şəhid Mütəhhəri salamat qəlb barədə buyurur: “Sağlam qəlb odur ki, onda kin, küdurət, həsəd və bu kimi nəfsin rəzil xislətləri olmasın. Həmçinin bəyənilməz sifətlər olmasın”. Böyük alim, arif Ayətullah Muhəmməd Hadi Həmədani sağlam qəlb barəsində buyurur: “Sağlam qəlb odur ki, onda Allahdan və Allah sevgisindən savayı heçnə olmasın”. İnsanın ən mühüm vəzifəsi onun şəxsiyyətinin göstəricisi olan qəlbini paklası və sonda Rəbbinin hüzurunda onu pak halda təhvil verməsidir.


Sübh namazına aid olan Quranda qeyd olunan ağ sapla qara sapdan məqsəd nədir?


Cavab: Ağ sapdan məqsəd, gün işığı və qara sapdan məqsəd gecə qaranlığıdır. Fəcr, üfüqdə üfüqi şəkildə yayılan işıqdan ibarətdir ki, gecənin qaranlığı içində ağ bir kəndir kimi fərq edilir. Əlbəttə, gecənin sonunda iki fəcr baş verir. Biri kazib (yalancı) fəcrdir ki, onun işığı olduqca qısadır və üfüqdə şaquli şəkildə çıxıb dərhal itir. Digəri isə sadiq (doğru) fəcrdir ki, onun işığı üfüqdə üfüqi şəkildə yayılır. Ayənin məqsədi sadiq (doğru) fəcrdir. Bu səbəbdən sadiq (doğru) fəcr ortaya çıxmadan əvvəl yemək yeyə bilər və doğru fəcr üfüqdə özünü göstərdiyi anda isə imsaq etməlidir. Bu fəcrlə (günəş şəfəqi ilə) b birlikdə sübh namazının da vaxtı girmiş olur....


Qüsl (dəstəmaz) aldıqdan sonra insanın barmağı kəsilsə, yenidən qüsl (dəstəmaz) almaq lazımdırmı?


Oxucu sual verir: Qüsl və ya dəstəmaz aldıqdan sonra insanın barmağı kəsilsə və ya üzündəki sızanaq deşilib qan gəlsə, yenidən qüsl almaq lazımdırmı?
Qüsl (eləcə də, dəstəmaz) hökmlərində bunları batil edən hallar açıqlanır. Qüsl və dəstəmaz bədəndən yara qanı gəlməklə batil olmaz. Yalnız qadınlara məxsus heyz, nifas və bəzən istihazə qanı gəlməklə qüsl və dəstəmaz batil olar. Bədən yaralanmaqla və ya sızanaq deşilməklə qan gəlsə, dəstəmaz öz qüvvəsində qalır. Amma namaz qılmaq üçün bədənin və libasın pak olması şərtdir. Buna görə də, dəstəmaz və qüsldən sonra bədənindən yara (sızanaq) qanı gəlmiş şəxs qanı yuyub, həmin yeri pak etməlidir. Bundan sonra namaz qılmaq olar. Dəstəmaz və qüslü təzələməyə ehtiyac yoxdur.


Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?


bir gün Yuşə ibn Nunu çağırıb ona öz vəsiyyətlərini edir. Sonra bir gün təkcə \"Tur\" dağından keçəndə bir kişinin qəbir qazmaqla məşğul olduğunu görür. Ona yaxınlaşıb deyir: \"İstəyirsən sənə kömək edim?\" Həmin kişi \"bəli\" deyə cavab verir. Musa Peyğəmbər (ə) ona kömək etməyə başlayır. Qəbri qazıb qurtardıqdan sonra Həzrət Musa (ə) qəbrə daxil olur. Onun içində uzanır ki, qəbrin uzunluğunun düz olub-olmadığını yoxlasın. Həmin andaca Allah-Təala onun gözləri önündən pərdəni kənara çəkir. Həzrət Musa (ə) özünün Cənnətdəki məqamını görür. Musa Peyğəmbər (ə) deyir: \"Allahım, mənim ruhumu Öz yanına apar!\" Həmin vaxt Həzrət Əzrail (ə) onun canını alır və o qəbri Musa Peyğəmbərin (ə) məzarı edərək üzərini örtür. Əslində, qəbirqazan elə Həzrət Əzrailin (ə) özü olur. O, Özünü həmin surətdə göstəribmiş. Bu vaxt Haqqın carçısı səmada uca səslə belə deyir: \"Kəlimullah (Allahın həmsöhbəti olmuş) Musa da öldü. Daha bundan sonra kimdir ölməyən?\" Bəzi hədislərə əsasən, Həzrət Musanın (ə) qəbri Nəcəfdə yerləşən \"Tur\" dağında, yaxud da \"Sina\" bölgəsindədir.


İslam maarifinə əsasən İnsanı bu qədər dəyərli edən nədir?


Quran buyurur: “Həqiqətən Biz Adəm övladlarına kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə mindirdik, onlara müxtəlif paklardan ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik”. (“İsra” 70).
Bu ayədən çıxartdığımız nəticələr: 1. İnsan bəşər aləminin gözəlliyidir. 2. İnsan Allah yanında başqa məxluqlardan daha dəyərlidir. 3. Allah insana nəql vasitələri, minik vasitələri kimi nemətlər vermişdir. 4. Ona pakizə yeməklər vermişdir ki, bu da insana nə qədər dəyər verməsinin göstəricisidir. 5. Allah Təala istəyir ki, insan qalan məxluqlar və varlıqlar arasında öz yerini yaxşı tanısın və özünə dəyər versin.


İmam Əlidən (ə) ən ağır cəzanı istəyən günahkarın aqibəti haqda hansı göstəriş verilmişdir?


İmam Sadiq (ə) nəql edir ki, Əmirəl-möminin (ə) bir gün səhabələri ilə əyləşmişdi. Bir kişi gəlir və deyir: “Ey Əmirəl-möminin! Mən zina etmişəm, məni pak et (cəzalandır)!”. Həzrət (ə) buyurur: “Evinə qayıt, bəlkə təbiətində yaxşılıq hərəkətə gələr”. İmam (ə) belə düşünür ki, etdiyi etirafı ağıl və şüuru üzərindən olmamışdır. Ancaq həmin şəxs sabahısı günü yenə gəlir və həmin sözləri deyir və onu cəzalandırmağını istəyir. İmam (ə) da ona buyurduğu sözləri yenə təkrar edir və həmin şəxs evinə qayıdır. Bu hal dörd gün davam edir və nəhayət İmam (ə) ona buyurur: “Peyğəmbər (s) belə olan zaman üç hökm buyurmuşdur, hansını istəsən seçə bilərsən. Biri budur ki, əl və ayaqlarını bağlayacaq və dağdan aşağı atacaqlar. İkincisi budur ki, səni qılıncla öldürəcəklər. Üçüncüsü isə səni atəşdə yandıracaqlar”...




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter