“Və əccil fərəcəhum” cümləsini şiələrmi salavata artırmışlar?


“Və əccil fərəcəhum” cümləsini şiələrmi salavata artırmışlar? Bəzən soruşurlar ki, Muhəmməd və Ali- Muhəmmədə göndərilən salavatdan sonra deyilən \"Və əccil fərəcəhum\" (\'وَ عَجِّلْ فَرَجَهُمْ\') ifadəsi hədislərdə gəlmişdirmi, dinin mətinlərdə qeyd edilmişdirmi? Ya İmam Zaman (ə.c) aşiqləri tərəfindən artırılmışdır və şiələr özlərindən bu qeydi salavata əlavə etmişlər?
Bu sualın cavabı olaraq İmam Sadiqdən (ə) rəvayət edilən aşağıdakı hədisə diqqət yetirək:
\"مَنْ قالَ بَعدَ صَلوةِ الْفَجْرِ و بَعدَ صَلوةِ الظُّهرِ اَللَّهُمَّ صَلِّ عَلی مُحَمَّد و اَلِ مُحَمَّد و عَجِّل فَرَجَهُمْ لَمْ یَمُتْ حَتّی یُدْرِکَ الْقَائِمَ مِن اَلِ مُحَمَّد صلی الله علیه و آله و سلم\"
\"Hər kim sübh və günorta (zöhr) namzından sonar desə \"Allahummə səlli əla Muhəmmədin və Ali- Muhəmməd və əccil fərəcəhum\" Ali- Məhəmmədin(s) Qaimini (Qiyamçısını) görmədən bu dünyadan getməyəcəkdir!\"/Mənbə: \"Səfintül- bihar\", Şeyx Abbas Qumi, c. 2, s. 49


Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir?


Peyğəmbərə (s) salavat deyənə Allahın seçilmiş 4 mələyi hansı müjdəni vermişdir? Həzrət Peyğəmbər (s) buyurdu: Bir gün Allahın seçilmiş 4 böyük mələyi mənim yanıma gəldi. Onlar mənimlə həmsöhbət olanda sözlərinin davamında belə dedilər: Ya Rəsulallah! Sənə salavat deyən müsəlmanlar bilməlidirlər ki biz onlar üçün bu müjdələri veririk:
1-Cəbrail (ə) dedi ki, Ya Rəsulallah! Sənə hər gün 10 salavat deyənin qiyamətdə əlindən tutar və onu küş sürəti ilə Allahın sirat körpüsündən keçirərəm, 2-Mikail (ə) dedi ki, Mən də ona behiştin kövsər suyundan bol bol içirərəm, 3-İsrafil (ə) dedi ki, Mən də onun günahlarının bağışlanması üçün başımı səcdəyə qoyub duaçı olaram, Allahım onu bağışlamayana qədər başımı səcdədən qaldırmaram, 4-Əzrail (ə) da dedi ki, Mən də onun ruhunu Peyğəmbərlər (ə) məqamında olaraq alaram,
Mələklərin salavat deyənə bu dərəcə məqam tanıması nəticəsində Peyğəmbər (s) da buyurdu bu insan nə böyük məqamda və dəyərli insandır İlahi!!


Peyğəmbər (s) hansı yeməkləri yemirdi?


Peyğəmbər (s) hansı yeməkləri yemirdi? Ayətullah əl-üzma Amuli, “Məfatehul-həyat” kitabı: Peyğəmbər (s) yeməyi isti-isti yemirdi və onun soyumasını gözləyirdi. Peyğəmbərin (s) qarşısına isti yemək qoyulduqda o həzrət (s) buyururdı: “Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir”.
Ənəs deyir: Peyğəmbər (s) heç vaxt yeməyi pisləmədi. Bir yeməyi bəyənirdisə, onu yeyirdi və əgər xoşlamırdısa, yemirdi.
Peyğəmbər (s) sarımsaq, soğan, kəvər, məğafir (ağacın axmış şirəsidir. Bu şirin dadlı olsa da, çox pis iyli şirədir. Botanikada buna \"kitrə\" deyilir) yemirdi. Çünki onun iyi ağızda qalır.
Peyğəmbər (s) çox sadə süfrələr başında əyləşirdi, heç vaxt gəyirmirdi, azad və qul insanların dəvətini qəbul edirdi, hətta ayaq və qarından hazırlanmış olsa da. Bir içim süd də olsa hədiyyəni qəbul edirdi və onu içirdi. Amma sədəqə qəbul etmirdi./nur-az


Behişt haradadır? Bu dünyada behişt düzəltmək üçün nə lazımdır?


Behişt haradadır? Bu dünyada behişt düzəltmək üçün nə lazımdır? Behiştin nemətlərindən ən əhəmiyyətlisi – təhlükəsizliyin olmasıdır. “Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır”. (“Ənam” 127). Təhlükəsizlik nemətinin nə qədər böyük və əhəmiyyətli olduğunu o kəslər daha çox dərk edirlər ki, qorxulu məkanlarda, zülm altında, düşmənin yaxınlığında və müharibə zonalarında yaşayırlar.
Behişt elə bir yerdir ki, orada əzab və əziyyət yoxdur. «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər». (“Fatir” 35). Behiştdə dörd bulaq axar. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və həmçinin Rəbbləri tərəfindən bağışlanma vardır”. (“Muhəmməd (s)” 15)...


“Yasin” surəsində adı çəkilən İmami-mubin kimdir?


“Yasin” surəsində adı çəkilən İmami-mubin kimdir? ”Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq-aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq”. (“Yasin” 12).
Bu ayədə adı çəkilən İmami-mubin kimdir ki, bəziləri onu oxuyan zaman salavat çevirirlər?
Təfsirçilərin nəzərinə görə bu ayədə adı çəkilən İmami-mubin İmam Əlidir (ə). Ona görə də ona salavat göndərmək bəyənilən əməllərdən hesab olunur.
İbni Abbas İmam Əlinin (ə) özündən nəql edir ki, buyurub: “Allaha and olsun ki, İmami-mubin mənəm! Haqqı batildən aşkar edirəm və bu elmi Peyğəmbərdən (s) irs aparmışam və öyrənmişəm”.


İlahi bərəkəti cəlb etməyin 8 yolu hansılardır?


İlahi bərəkəti cəlb etməyin 8 yolu hansılardır? İslami maarifinə əsasən insan əməlləri istər savab istər günah təsirlidir. İlahi bərəkəti nazil edən 8 əməli qeyd edirik:
1. Dua. Peyğəmbər (s) buyurur: “Qardaşınıza mübarək olsun deyin və onun üçün bərəkət istəyin. Din qardaşlarınız üçün bərəkət istəmək möminlərdə çoxlu müsbət enerji icad edər. Çünki həqiqi möminlərin varlığı bərəkətlə doludur və qardaşlarının haqqında dua etməsi həyatlarına bərəkəti hədiyyə edər”.
2. İman və təqva. İ. Əli (ə) buyurur: “Sizə İlahi təqvanı tövsiyə edirəm. Çünki hər kim təqvaya riayət edər, çətinliklər yaxınlaşandan sonra ondan uzaqlaşar. Nemətlər quruyandan sonra onun üçün qaynayar. Bərəkət yağışı nəm-nəm olandan sonra onun üçün sel olar”.
3. Zəkat vermək. İ. Baqir (ə) buyurur: “Əgər hər şeyin zəkatını versək və zəkatı bərəkət mənbəyi bilsək, o zaman onun ümumi mənasına rast gələrik ki, bu mənaya riayət etmək həyatın müxtəlif sahələrində bərəkətli həyatı bizim üçün ərməğan gətirər”.
4. Sileyi-rəhm. Peyğəmbər (s) buyurur: “Hər kim ömrünün uzun və ruzisinin çox olmasını istəyirsə, İlahi təqvaya riayət etsin və sileyi-rəhm etsin”...


Mənəvi təhlükəsizlik nə deməkdir? Mənəvi təhlükəsizliyi necə əldə etmək olar?


Mənəvi təhlükəsizlik nə deməkdir? Mənəvi təhlükəsizliyi necə əldə etmək olar? Mənəvi təhlükəsizlik dedikdə, xalis iman və Allaha yəqinlik sayəsində meydana gələn ruhi rahatlıq nəzərdə tutulur. İnsan savabın hasil olmasına görə sevinər və İlahi əzabdan təhlükəsiz olduğuna ümidli olar.
Quranın nəzərinə görə bu təhlükəsizlik o zaman meydana gələr ki, insan cəmiyyətində iki şey olar:
1. İman. 2. İctimai ədalət.
Qəzəbin qarşısında ictimai ədalət: Quran buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).


Qonaqlıq verməyin hansı haq, ehsan və hansı riyadır?


Qonaqlıq verməyin hansı haq, ehsan və hansı riyadır? Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur. Qonağın xatirinə özünü zəhmətə salmaq:
-Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurub: “Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər.” Həzrət (s) yenə buyurb: “Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır.“
İmam Rza (ə) buyurb: “Bir kişi Əmirəl-möminini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: “Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən.” Ərz etdi: “Nəyi söz verim, ey Əmirəl-möminin (ə) ?” Buyurdu: “Ba­yır­dan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgə­mə­yəsən, arvad-uşağına əziyyət verməyəsən.” Ərz etdi: “Bu şərti qəbul edi­rəm, ey Əmirəl-möminin (ə).” Bununla da, Əli (ə) onun dəvətini qəbul et­di”..


Məsumların hədisində Quranın \"Nəsr\" surəsini oxumağın nə belə savabı var?


Məsumların hədisində Quranın "Nəsr" surəsini oxumağın nə belə savabı var? Nəsr surəsini oxumaq haqda hədislər: -İmam Cəfər Sadiq (ə) bu surə haqqında buyurur: “Hər kim “Nəsr” surəsini vacib və ya müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənlərinə qarşı yardım edər və Qiyamət günü elə halda gələr ki, onunla danışan kitab olar. Allah bu kitabı qəbrinin daxilindən çıxardar. Orada cəhənnəm atəşinin istiliyindən aman vardır. Bu surənin qarisi üçün dünyada xeyir vasitələri hazır olar ki, kimsə görməmiş və qəlbinə daxil olmamışdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Nəsr” surəsini oxuyar, ona Məkkənin fəthində Peyğəmbərlə (s) birlikdə vuruşan və şəhid olanların savabı verilər. Hər kim “Həmd” surəsindən sonra oxuyarsa, namazı ən yaxşı şəkildə qəbul olunar”.
Bu surənin bərəkətləri: 1. Duaların qəbul olması. Hər kim “Nəsr” surəsini nafilə namazlarında və ya cümə günü günəş batan zaman oxuyarsa, dua edərsə Allah duasını qəbul edər. 2. Allah düşmən qarşısında ona yardım edər. Hər kim “Nəsr” surəsini vacib və müstəhəb namazlarında oxuyar, Allah ona bütün düşmənləri qarşısında yardım edər.


Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı?


Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı? Cavab: Əgər ata ilə oğul eyni zamanda dəfn edilirsə, bu vəsiyyətə əməl etmək olar. İslam tarixində eyni qəbirdə iki və daha çox cənazənin dəfn olunması halları olub (məsələn, Ühüd şəhidlərinin dəfni zamanı). Amma əgər oğul dəfn ediləndən sonra ata vəfat edir və oğlu ilə eyni məzarda dəfn olunmağı vəsiyyət edirsə, bu halda oğulun məzarını açmaq lazım gəlir. Bu isə şəriətimizlə qadağandır. İslam qanunlarına görə, yalnız bəzi zəruri hallarda qəbri açmağa icazə verilir. Məsələn, cənazə qəsbi torpaqda basdırılmışsa, qəbrin içinə başqasının şəxsi əşyası düşmüşsə və həmin şəxs öz əşyasını tələb edirsə, dəfndən sonra bədənin bir parçası tapılırsa, cənazənin sel suları və ya heyvanlar tərəfindən tələf ediləcəyinə güman yaranırsa, qətl hadisəsi və sairə bu kimi hallar zamanı araşdırmaya ehtiyac yaranırsa, hamilə ananın bətnində diri uşaq dəfn olunursa və sairə. Bu kimi hallardan əlavə, yalnız o zaman qəbri açmağa icazə verilir ki, cənazənin tamamilə çürüyüb torpağa qarışmasına əminlik olsun....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter