Qiyamətdə Qırх аddımın sоrğu-suаlı dedikdə nə başa düşülür?


Qiyamətdə Qırх аddımın sоrğu-suаlı dedikdə nə başa düşülür? Аllаh qiyаmәtdә bu hаqdа bәndәlәrindәn sоruşаcаq.
Müfәzzәl dеyir: İmаm Sаdiqin (ә) hüzurunа gеtdim. İmаm (ə) mәnә buyurdu: Mәdinәyә kimlә gәlmisәn? Dеdim: Qаrdаşlаrdаn biri ilә. Buyurdu: İndi о hаrdаdır vә nә еdir? Dеdim: Mәn Mәdinәyә dахil оlаndа о, işinin аrхаsıncа gеtdi vә indi hаrdа оlduğunu bilmirәm. Buyurdu: Mәgәr bilmirsәn ki, möminlә qırх аddım gеtsәn, оnun sәnin bоynundа hаqqı vаr? Аllаh qiyаmәtdә bu hаqdа bәndәlәrindәn sоruşаcаq. (“Bihаrul-әnvаr”, c. 71, sәh. 159.)


Hicab barədə 10 yanlış stereotip hansılardır?


Hicab barədə 10 yanlış stereotip hansılardır? Hicab haqqında diqqət olunası bir neçə məsələ:
1. Opponent: Hicab – psixoloji əsarət deməkdir. Hicab geyinən özünü sanki daimi mənəvi zindana məhkum edir.
Hicablı: azadlıq anlayışına təfəkkür azadlığı kimi deyil, geyim tərzində olan “azadlıq” prizmasından baxılsa, bu, o deməkdir ki, ibtidai bioloji varlıqlar ən azaddır, çünki təbii xəz və dərilərindən başqa geyimləri yoxdur. Həqiqət ondadır ki, insanın, öz əqidəsinə uyğun zahiri görkəmə malik olması – məhz azadlığın göstəricisidir.
2. Opponent: Hicablı qadın öz seçimində azad deyil, mütləq onun üçün müəyyən edilən çərçivədə olmalıdır.
Hicablı: Halbuki, bu, peşə, mədəniyyət, yaşayış tərzi və zamana uyğun geyimlərdir. Bircə misal çəkək: Böyük Britaniyanın kraliçası, qəbul olunan ənənəyə görə, hər il keçirilən parlament iclaslarının açılışına tacını geyinir. Sizin məntiqə görə, bu hal – onun çərçivədə həyat sürməsinə dəlalət edir. Məncə, iddianızın süniliyi tam aydındır...


Hesab günündə hesab verməyən insanlar kimlərdir?


Hesab günündə hesab verməyən insanlar kimlərdir? Qiyamət hesab-kitab günü hesab verməyən insanlar bu xüsuiyyətlərə malik olamalıdırlar: Quran ayələrinə görə xulus vadisinin paklarının beş bariz sifəti vardır.
1. İblisin onlarla işi yoxdur və onlar şeytanı öz hərəmlərinə daxil etmirlər. (“Sad” 83).
2. Allahı olduğu kimi vəsf və sina edərlər və özlərindən savayı heç kəs onlara yardım edə bilməz. (“Saffat” 159-160).
3. Əgər Allah Qiyamət günü hamı ilə ədalətlə rəftar edərsə, onlarla xüsusi lütfi və fəzli ilə rəftar edər. (“Saffat” 39-40).
4. Dünyada öz hesablarını çəkdikləri üçün Qiyamət günü hesabdan, tərəzidən azad olarlar. (“Saffat” 127-128).
5. Onlar Aləmlərin Rəbbinin sayəsində ismət məqamına çatıblar. (“Yusif” 24).


Behişt əhli Qiyamət günü nədən nigaran olacaqdır?


Behişt əhli Qiyamət günü nədən nigaran olacaqdır? Hər bir insan Qiyamət günündə verəcəyi hesabdan qorxursa, gərək bu dünyada başqalarının haqqına qarşı da o cür qorxu və ehtiyat içində olsun. İnsanlarla mülayim olmaq, onlara qarşı kobudluq etməmək – həqiqi möminin sifətlərindəndir. Əgər Allahın bizə qarşı rəhimli olmasını istəyiriksə, gərək biz də başqalarına qarşı rəhimli olaq.
-İmam Sadiq (ə) yuxarıdakı ayə ilə bağlı buyurur: “Onun qorxusunu çəkirlər ki, yaxşı əməllərini qəbul etməzlər və onları pis əməlləri ilə (hesaba) götürərlər”.
-İ. Sadiq (ə) buyurur: “Sui-hesabın mənası budur ki, pis əməllərini hesaba alarlar. Həsənələrini hesaba almazlar. Budur isteqsanın həqiqəti”. -İ. Sadiq (ə) buyurur: “Sieyi-rəhm Qiyamət günü hesabın asan olmasına səbəb olar” və ondan sonra yuxarıdakı ayəni tilavət edir. “O kəslər ki, Allahın əmr etdiyinə sileyi-rəhm edərlər, qohumlarına və Allaha qarşı xəşiyəttə olarlar. Hesabın pis olmasından qorxarlar”...


İmam Zamanın (ə.f) bizlərə tövsiyələri nələrdir?


İmam Zamanın (ə.f) bizlərə tövsiyələri nələrdir? İmam Zamanın (ə.f) bizlərə tövsiyələri ilə tanış olaq:
1. Əhli-beyt (ə) davamçıları arasında vəhdətin zəruriliyi. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Allah onları bizim bərəkət və duamıza görə cəm edəcəkdir, əgər Allah istəsə”. İmam Zaman ağanın (ə.f) arzusu budur ki, davamçıları birlikdə olsunlar və vəhdət təşkil etsinlər. Dağınıq olmaqdan çəkinsinlər.
2. Allah heç kəslə qohum deyildir. İmam Zaman ağa (ə.f) buyurur: “Allah Təala ilə heç kəs arasında qohumluq mövcud deyildir”.
3.Təqva – fitnədən amanda qalmağın mənbəyidir. İmam Zaman ağa (ə.f) Şeyx Mufidə xitab edərək buyurub: “Həqiqətən, sənin hər bir din qardaşın İlahi təqvalı olsun və ona haqqı olduğu kimi əməl edərsə, o, yolunu azdıran fitnədən amanda olar”. Bəli, fitnədən ancaq təvqalı insanlar amanda qala bilər.
4. Allahın nemətləri – əlimizdə olan əmanətlərdir. İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-beyt (ə) davamçılarından hər kəs Allahın ona verdiyi əmanətdən qohumuna simiclik edərsə, bu işi ilə dünya və axirətdə ziyan görər”...


Yalanın neçə növü vardır?


Yalanın neçə növü vardır? Yalanın 8 növü vardır ki onların hamısı haram hesab edilir. İslaminSesi – Yalanı danışıan demək bu əsassız sözü danışmağa ehtiyaclıdır. O bu sözlə möhtac olduğu məsələni təmin etmək niyyətindədir. Ona görə həqiqəti demir. Yalan rəzil xüsusiyyətdir ki, günahı çox böyükdür.
Yalanın yeddi forması vardır: 1. Allaha töhmət vurmaq 2. Allahın xəlq etdiyinə töhmət vurmaq 3. Allahın xəlqini aldatmaq 4. Riya (Yalançılığı əməldə göstərmək) 5. Fəsadtörədən yalan 6. Düşmənçilik yaradan yalan 7. Zarafatla deyilən yalan.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Vay olsun o kəsə ki, başqaları gülsün deyə zarafatla yalan deyər”. Bəli, bu, şeytanın bir tələsidir. Şeytan azdan başlayır, ancaq nəfsi-əmmarə azla qane olmur...


Cahil və alimin ayrılmaz xüsusiyyətləri hansılardır?


Cahil və alimin ayrılmaz xüsusiyyətləri hansılardır? Hədislərə görə, insanın elmi inkişaf etdikdə ağlı və məntiqi kamilləşər və daha sonra onun qəlbinə hikmət nazil olar. İmam Əli buyurub: Əql kamilləşdikdə insanın danışığı azalar.
Hədislərə görə, həlimlik və sükut etmək ki, əsasən hikmətdən doğur, alim insanın ayrılmaz hissəsidir. Cahil insan isə elmsizliyi, təcrübəsizliyi və məlumatsızlığı sayəsində hey car çəkib qəzəb üfürər. Buna görədir ki İmam Əli buyurub: “Cahili ya ifrat halında ya da təfrit (səhlənkarlıq) halında görərsən” Sədi Şirazi şerlərinin birində yazır: “Cahil, qazinin (döyüşçünün) qavalı kimidir. Onun içi boşdur. (Amma vuranda gumbuldayır) Nəticə etibarilə demək olar ki, həlimlik alimin, ifratçılıq isə cahilin ayrılmaz xüsusiyyətidir...


Əhli-beyt davamçısının əməlinin dəyəri necə ölçülür ?


Əhli-beyt davamçısının əməlinin dəyəri necə ölçülür ? Bir gün izdihamlı bir məclisdə İmam (ə) camaatla söhbət edərkən Zeyd məclisin bir bucağında oturub özünü tərifləyib “mən-mən” deyirdi. İmam (ə) bunu eşidib səsləndi:
«Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan? Dediyin o sözlər nədir? Әli (ə) ilə Zəhranın (s) övladları təkcə Allahın əmrinə təslim olub günahdan qorunmaqla dəyərli və üstün sayılır. Güman edirsən ki, Musa ibni Cəfər (ə), həzrət Səccad (ə) və başqa İmamlar (ə) kimisən? Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi? Bunu bil ki, əgər bizim Әhli-beytimizdən (ə) olan bir şəxs yaxşı iş görərsə, iki qat savab alır. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin hörmətini saxlayıbdır. Lakin əgər bir günah etsə, iki günah qazanır. Birincisi odur ki, başqaları kimi günah edib, digəri isə odur ki, Peyğəmbərin abrını qorumayıb. Necə ki Nuh oğlu Kanan atasının abrının getməsinə səbəb oldu...


Imam Riza (ə) səhabəsi olan Əhməd Bəzəntini hansı çirkin əxlaqdan uzaq olmağa tapşırdı?


Imam Riza (ə) səhabəsi olan Əhməd Bəzəntini hansı çirkin əxlaqdan uzaq olmağa tapşırdı? \"Bəzənti belə deyir: Həzrət bu əhvalatı danışaraq, yanıldığımı mənə anlatdı. Ondan sonra mənəviyyatımda öz niyyət və əməlim haqqnda düşünməməyi qərara aldım.\"
İslaminSesi – İmam Rzanın (ə) Әhməd Bəzənti adlı səhabəsi var idi. O, dövrünün tanınmış alimlərindən idi. Bir gün Əhməd Bəzənti İmamın qonağı idi həzrət onun gəlişi üçün miniyini yolladı və gecəni həzrətin evində qonaq olarkən qulluqçusuna buyurdu ki xüsusi yataq hazırlayın. Bəzənti düşündü ki dünyada İmamdan sonra məndən dəyərlisi varmı?!
Bəzənti öz xəyallarında idi ki, birdən İmam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Səsəət, Әlinin (ə) dəyərli səhabələrinən idi. O, xəstələndikdə həzrət onun ziyarətinə gedib onunla gün keçirdi. Səsəəyə məğrur olmasın deyə ona buyurardu: “Әziz dost! İmam mənə məhəbbət göstərdi deyə əsla qürurlanma! Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm”. Bəzənti belə deyir: Həzrət bu əhvalatı danışaraq, yanıldığımı mənə anlatdı. Ondan sonra mənəviyyatımda öz niyyət və əməlim haqqnda düşünməməyi qərara aldım.


Аllаhа zаmаn vә mәkаncа yахınlаşmаq оlаrmı?


Аllаhа zаmаn vә mәkаncа yахınlаşmаq оlаrmı? Biz yахınlıq dеdikdә аdәtәn mәkаn vә yа zаmаn yахınlığını tәsәvvür еdirik. Görәsәn Аllаhlа bu cür yахınlıq mümkündürmü? Аllаhа zаmаn vә mәkаncа yахınlаşmаq оlаrmı?
Аllаh-tәаlа üçün zаmаn vә mәkаn аnlаyışlаrı mövcud оlmаdığındаn Оnunlа bеlә bir yахınlıq qеyrimümkündür. Bәzilәri еlә gümаn еdirlәr ki, Аllаh göydәdir vә insаn göyә qаlхаrsа, Аllаhа yахınlаşаr. Bu fikir Аllаh hаqqındа mәlumаtsızlıqdаn dоğur. “Nәcm” surәsinin 7-9-cu аyәlәrindә İslаm Pеyğәmbәrinin mеrаcınа işаrә ilә buyurulur: “О lаp ucа üfüqdә idi; sоnrа yахınа gәldi vә аşаğı еndi, iki yаy mәsаfәsindә, yахud оndаn dа yахın оldu.” Аllаh cism оlmаdığındаn Оnun mаddi mәkаn bахımındаn Pеyğәmbәrlә yахınlığı tаm mәntiqsiz bir fikirdir. Hаnsı ki, hәmin аyәlәri dәlil gәtirәrәk Аllаhın göydә оlduğunu iddiа еdәnlәr vаr. Аyәdә isә hеç şübhәsiz ki, mәkаn vә zаmаncа yахınlıq nәzәrdә tutulmаmışdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter