Məsumların qəbri üzərinə səcdə etmək şəriət baxımından nə həddə düzdür?!


Bəziləri iddia edib deyirlər ki, guya Əhli-Beyt (ə) məktəbində Allahdan qeyrisinə, məsələn Peyğəmbərin (s) və ya İmamların (ə) qəbrinə səcdə etmək icazəlidir. Bununla da bəzi insanlarda Əhli-Beyt (ə) məktəbinə qarşı süstlük yaradırlar. Lakin bu məsələ qətiyyən bu cür deyil və kökündən yalandır. Təəssübsüz insan təsdiq edər ki, bu məsələdə meyar – hansısa cahil insanın hərəkəti deyil, bu mövzu ilə bağlı Əhli-Beyt (ə) məktəbinin elm əhli olan alimlərinin nəzəri olmalıdır. Yəni ola bilsin ki, hansısa avam insan bu haram olan əməli yerinə yetirsin – yəni Peyğəmbərin (s) və ya İmamların (ə) qəbrinə səcdə etsin. Lakin bu, əsla o demək deyil ki, bu əməl Əhli-Beyt (ə) məktəbində icazəlidir. Ona görə də hansısa iddianı sübut etmək üçün bir məlumatsız insanın əməlinə yox, o məktəbin alimlərinin rəylərinə müraciət etmək lazımdır. İndi isə gəlin bu mövzu ilə bağlı Əhli-Beyt (ə) məktəbinin bəzi mərcəyi-təqlid olan alimlərinin nəzərlərinə diqqət yetirək:
\"Allah Təaladan başqası üçün səcdə etmək haramdır. Avam camaatdan bəzilərinin İmamların (ə) qəbirləri müqabilində alınlarını yerə qoymaları Allaha şükür etmək niyyəti ilə olsa, eybi yoxdur; əks halda (yəni şükür üçün olmazsa) – haramdır\"...


İlin hansı ayıdır ki, onda oruc tutmaq, Yer kürəsi qədər qızıl ehsan etməyin savabından çoxdur?!


Baxmayaraq ki, bütün zamanlar Allahın məxluqu hesab olunur, ancaq onların arasında elə zamanlar və aylar vardır ki, xüsusi əhəmiyyətə malikdir. İlin ən şərəfli ayları – Rəcəb, Şəban və Ramazan ayları hesab olunur. Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb – Allahın ayıdır”. Ona görə onu rəcəb adlandırırlar ki, heç bir ay onun əzəmətinə çatmaz. Hətta cahiliyyət dövrünün insanları belə, bu aya xüsusi ehtiram göstərərdilər. İslam dinindən sonra bu ayın hörməti daha da artdı. Ona görə də hər kim bu ayın bir gününü oruc tutarsa, İlahi Rizvana layiq olar. Tutduğu bu oruc İlahi qəzəbi yatızdırar. Allah cəhənnəmin qapılarını onun üzünə bağlayar və behiştin qapılarını açar. Əgər kimsə Yer kürəsi qədər qızıl infaq edərsə, bu bir gün tutulan orucun savabına çata bilməz. Nə zaman axşam olar, bu insanın duaları qəbul olar. Ya bu dünyada ona əta olunar, ya da axirəti üçün azuqə olunar.
İmam Kazım (ə) buyurur: “Rəcəb – behiştdəki bir bulağın adıdır ki, süddən ağ və baldan şirindir. Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, Allah həmin bulaqdan ona içizdirər”...


Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?


Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq.
1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”.
2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin”.
3. Behişti görmək. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”....


Allahın ruzisinə sui-zənn etmək necə olur?


Həzrət Peyğəmbər (s) buyurur: “İki sifət vardır ki, mömində cəm olmaz: simiclik və ruziyə qarşı bədgüman olmaq”. Hədisin şərhi.
Həzrət (s) buyurur ki, simiclik elə bir rəzil sifətdir ki, mömində olmamalıdır. Mənası budur ki, bir müsəlman o yerdə ki, dinimiz və ağıl buyurur – Allahın ona verdiyi nemətlərdən istifadə etməlidir. Simiclik bir şeydir, israf başqa bir şeydir. Simiclik odur ki, insanın şəri cəhətdən bu maldan istifadə etməyə icazəsi vardır, ancaq onu xərcləmək istəmir, .
İsraf isə odur ki, insan malik olduğu malı yersiz yerə və ya həddən artıq çox istifadə edir, ya da xərcləyir. Yəni, Allahın verdiyi neməti hədər edir.
Həzrət Peyğəmbərin (s) buyurduğu ikinci məsələ - ruziyə qarşı edilən sui-zənnə aiddir. Birinci məsələ insanın özünə aid idi və həmin özünə aid olan mövzunu gəlib, Allaha aid edir. Yəni, belə düşünür ki, nəuzubullah, Allah da simicdir. Yəni, mən bu nemətə layiq idim, ancaq mənə vermədi...


Müqəddəs İslam dini aqressiv davranışa necə baxır?!


Aqressiv olmaq elə bir zəhərdir ki, dünya və axirətimizi bada verər. Məsumlarımız (ə) bu əməli kəskin şəkildə qadağan etmişdilər. Həzrət Peyğəmbər (s) buyurur: “Pis əxlaq və kobud olmaq – əməlləri məhv edər, necə ki, sirkə balın şirinliyini məhv edər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Müsəlmana iki sifət yaraşmaz: simiclik və pis əxlaq”.
Başqa hədisdə oxuyuruq: “Pərdələri cıran günahlar: ödəmək niyyəti olmadan borc almaq, xərcləyən zaman israf etmək, ailəyə və qohumlara simiclik etmək, pis əxlaq, səbirsizlik, dar düşüncəlik, tənbəllik, dindarları yüngül insanlar hesab etmək”. Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, xarlıq nədir? Buyurur: “Pis əxlaq”. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın pis əxlaqa malik olan insanın tövbəsindən kərahəti vardır”. Soruşurlar ki, bu, necə olur?...


Səhabə Miqdadın Rahatlıq evi dedikdə məqsəd nədir sualını Peyğəmbər (s) belə cavablandırdı?!


Həzrət Peyğəmbər (s) Qurani-Kərimin uca məqamı barəsində buyurmuşdur: “Ey insanlar! Siz sülh və hüzur evində yaşayırsınız. Halbuki, səfər miniyinin üzərində qərar tutmusunuz. Sizin hərəkətə gəlməyiniz çox tez baş verər. Şübhəsiz ki, gecəni, gündüzü, Günəşi və Ayı görmüsünüz ki, hər təzəni köhnəldər, hər uzağı yaxın edər, hər vədəni həyata keçirdər. Ona görə də səfər vasitələrini uzun yol üçün hazırlayın”. Miqdad ayağa qalxır və deyir: “Ey Allahın Rəsulu! Rahatlıq evi nədir?”.
Həzrət (s) buyurur: “Məqsədə çatmaq və dünyadan ayrılmaq üçün azuqə əldə etmək evidir. Ona görə də o zaman ki, fitnələr sizi əhatə edər, şübhəyə salar, Quran ilə söhbət edin. Çünki o, şəfaəti qəbul edən və şikayəti təsdiq edəndir. Hər kim onu öz qarşısında qərar verərsə, o kəsi behiştə tərəfə çəkər. Hər kim onu arxa tərəfindən qərar verərsə, onu atəşə tərəfə aparar...


Bu 3 əməl insanın bərzəxini gözəl edər!!


Bir gün Həzrət Peyğəmbər (s) sübh namazını səhabələri ilə birlikdə qılır və sonra mübarək üzünü onlara çevirib buyurur: “Mən dünən gecə əmim Həmzəni və Cəfəri yuxuda görmüşəm. Onlar üzüm və xurma yeməklə məşğul idilər. Onlara yaxın getdim və soruşdum: “Siz orada hansı əməli daha üstün əməl kimi görürsünüz?”.
Deyirlər: “Ata və anamız sizə fəda olsun, burada ən yaxşı əməl 3 şeydir: 1. Sizə salavat göndərmək. 2. Susuza su vermək. 3. Əli ibn Əbutalibin (ə) məhəbbəti””.
Salavat – o saleh əməllərdəndir ki, Məsumlarımız (ə) bizə daima tövsiyə etmiş və onun faydalarından danışmışdılar. Salavat insanın ruzisini artırar, insanı Həzrət Peyğəmbərə (s) və Allaha yaxınlaşdırar, bir çox bəlaların dəf olmasına səbəb olar. ...


Niyə Allah bütün bəndələrinin hidayət olmasını iradə etməmişdir?


«Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!». (“Səcdə”, 13). Bu ayədən də göründüyü kimi, Allah hər bəndəsinin hidayət olmasını iradə edər. Ancaq bu, insanın özüdür ki, hidayət olmağını istəməz.
Bu ayədən belə nəticələr çıxartmaq olar:
1. İlahi hidayət iki yerə bölünər: təkvini və təşrii. Təkvini hidayət – ümumi hidayətdir və bütün məxluqlara şamil olur. Allah, fitrətinə qoyduğu sifətlərin vasitəsilə onu hidayət edər. Təşrii hidayət o hidayətdir ki, ağıl sahiblərinə aid edilir. O kəslərə ki, əqidə və etiqad mövzularında Allahdan bəhrə aparmaq iqtidarındadırlar. Bu hidayət əslində bütün insanlar üzərində minnət olar. İnsan, bu hidayətlərin hər iki növünə də malik olar. Ancaq ikinci yoldan istifadə etməsi öz seçimindən asılıdır....


İnsan çimib təmiz olursa, dəstəmaz almaq nəyə lazımdır?


Dəstəmaz almaqdakı niyyətimiz – təharətli olmaqdır. Bəs hamama gedəndə də pak oluruqsa, dəstəmaz almağa nə ehtiyac vardır ki?
Bunu qeyd etməliyik ki, bəziləri Allahın təyin etdiyi hökmlərə görə öz nəzərlərini verərək, düşüncələrini qarışdırırlar. Onlar əslində şeytanın (lən) yolunu davam etdirib, ona xidmət edirlər. Bəli, dəstəmaz almaq – təharətli olmaqdır, ancaq gigiyenik mənada təmiz olmaq demək deyildir. Dəstəmaz ruhumuzu pak edər, bədənimizi təmiz etməz. Hamama getmək insanın bütün bədənini təmizləyər, ancaq ruhunu pak etməz. Pak olmaq üçün qüsl və dəstəmaz almaq lazımdır.
Dəstəmazın, namazın, orucun, həccin... hədəfi Allaha ibadətdən başqa bir şey deyildir. Bu ibadətlər üçün İlahi qürb niyyəti etmək lazımdır. Allahın təyin etdiyi hər bir fiqhi hökmün öz fəlsəfəsi vardır ki, bəziləri aşkardır, bəziləri gizlidir...


Hz Peyğəmbərin (s) hədisinə əsasən insan dünyada necə yaşamalıdır?!


Ölüm – qəti bir hadisədir ki, hər bir canlının başına gələcəkdir. Ölümü hər kəs bir cür görür. Bəziləri üçün məhv olmaqdır, bəziləri üçün dünya zindanından azad olmaqdır, bəziləri üçün Allahla görüşməkdir... Məsumların (ə) ölümlə bağlı bəzi buyuruşlarına diqqət edək. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın qəbri – axirət mənzillərinin birincisidir”.
İmam Sadiq (ə) buyurur: “Bəzən insanlar illəri, ayları, günləri və saatları sayarlar, ancaq bir zaman da gərək nəfəslərini saysınlar. O zaman ki, axırıncı nəfəs gəlib çatar, artıq həmin zaman nə bir an gec və nə bir an tez həyata keçər. Həmin zamanda insanın köçməsi başlayar”.
İmam Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölümü unutmuşdur. Halbuki, ölüləri görür”. İmam Baqir (ə) buyurur: “Ey Əba Ubeydə! Ölümü çoxlu yada sal. Əgər insan onu çoxlu yada salarsa, dünyaya qarşı rəğbətsiz olar”. İmam Hüseyn (ə) buyurur: “İzzətli ölüm – əbədi həyatın bir hissəsidir, zəlilcəsinə ölüm isə həmişəlik ölümdür”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter