İmam Əlinin (ə) dünyaya 3 dəfə təlaq verməsi hədisi necə izah olunur?!
İmam Əlinin (ə) dostlarından olan Zirar ibni Həmzə Zəbayi Şama getmişdi. Müaviyyənin (lən) xidmətinə gedir və Müaviyyə ondan İmam (ə) haqqında məlumat verməsini istəyir.
Zirar nəql edir: “Əlini (ə) o halda gördüm ki, gecə pərdələrini aşağı salmışdı. Mehrabında əyləşmişdi. Saqqalını əlini ilə tutub, zəhərli ilan vurmuş kimi bükülmüşdü. Qəmgin səslə ağlayır və deyirdi: “Ey dünya! Ey haram dünya! Məndən uzaqlaş. Mənim üçün özünü göstərirsən, ya mənə məftun olmusan ki, bir gün qəlbimdə yer alasan? Heç bir zaman, məbada. Məndən qeyrisini aldat. Mənim sənə heç bir ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq vermişəm ki, geri qayıtmayasan. Sənin yaşayış dövrün qısa, dəyərin az və arzuların alçaqdır. Ah olsun azuqənin azlığından, yolun uzun olmasından, mənzilin uzaqlığından, Qiyamət gününün əzəmətindən!”...
Qəbirlərdə çürümüş insanların üzü qiyamətdə necə olacaq?! Quranın izahı
Məadın fəlsəfəsi belədir ki, həm ruhi olacaqdır, həm də cismani. Əllamə Məclisi buyurur: “Cismani məad o mövzulardandır ki, bütün din sahibləri onda eyni nəzərə malikdirlər. Hər kim onu inkar edərsə, müsəlman olmaz”. Qurani-Kərimdə buyurulur: “Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik”. (“Qiyamət” 4).“De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir»”. (“Yasin” 79).
“Və buna görə(dir) ki, Qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir”. (“Həcc” 7).
Məadın cismani olması barədə bir neçə nəzər var. Əksər alimlərin nəzərinə görə, insan Qiyamət günü dünyada olan cismə bənzər cisim ilə məhşur olacaqdır. Ancaq bu cismi əbədi olacaqdır, fani deyil. Bu bədən axirətə uyğunlaşan bədən olacaqdır. Belə ki, cəhənnəm atəşində yanandan sonra yenidən bərpa olacaq və əvvəlki halına qayıda biləcəkdir.
İbadətin insan üçün vacib olması nə üçündür?
Allah Təala bəşəri elə yaratmışdır ki, onun tərbiyə almağa ehtiyacı vardır. Onu həm xaricdən tərbiyə etmək lazımdır, həm də batindən. Özünü tərbiyə və ya başqa sözlə desək, batini tərbiyə – fikir və ağıl qüvvəsinin tərbiyə olunması deməkdir. Hər kimin güclü ruhu və ağlı olar, öz şəhvətinə, qəzəb qüvvəsinə qalib gəlməyi bacarar. İnsanı batini tərbiyə edən vasitələrdən biri də orucdur. Oruc ancaq yeməmək və ya içməmək deyildir. Əslində insan bütün bədən üzvləri ilə oruc tutar. Niyyətindən tutmuş, fikir və düşüncələrinə qədər insan həqiqi oruc durumunda olmalıdır. Oruc tutan insan çalışar ki, həmin günü günahdan uzaq olsun. Ən azı qeybət etməsin, yalan danışmasın, insanların haqqını yeməsin... Əgər bu işi davamlı görərsə, o zaman nəfsini islah edib, özünü tərbiyə edə biləcəkdir. Həzrət Peyğəmbər (s) Ramazan ayının orucu barəsində buyurur ki, sizin yatmağınız, nəfəs almağınız belə ibadət hesab olunur. Bəs necə? Bu, ona görədir ki, insan artıq oruc tutduğunu niyyət edibdir. O, heç bir iş görməsə belə, Allah dərgahında ibadətlə məşğul olmuş hesab olunar. Hətta nəfəs almağı ilə belə, “Subhənallah” deyər...
Necə dua edək? – Peyğəmbərlərdən (s) öyrənək
Əgər hər bir İlahi peyğəmbərin (ə) həyatına nəzər salsaq, görərik ki, onların özünəməxsus duaları olmuşdur ki, məhz bu dualar vasitəsilə çətinliklərdən çıxmışdılar. Biz də dua etməyi peyğəmbərlərdən (ə) öyrənək. O zaman ki, Həzrət Adəm (ə) ilə Həvva tövbə etmək istəyir, deyirlər: “Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq»”. (“Əraf” 23).
Həzrət Nuhun (ə) duası da dəyərli dualardan biridir. Belə ki, kafirlər Nuhu (ə) dəli adlandıran zaman Nuh (ə) belə dua edir: “Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»”. (“Muminun” 26). Allah Təala da Nuha (ə) əmr edir ki, gəmi tiksin və sonra bu duanı desin: “Beləliklə elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur”....
İmam Cavadın (ə) mübarək izahında təvəkkülün mənası necə izah olunmuşdur?!
İmam Cavad (ə) buyurur: “Hər kim Allaha etimad edərsə, Allah şadlığı ona nümayiş etdirər. Hər kim Allaha təvəkkül edərsə, Allah onun işlərinə kifayət edər.
Allaha etimad etmək – elə bir qaladır ki, ancaq mömin orada mühafizə olunar. Allaha təvəkkül etmək – hər bir pislikdən nicat tapmaq və hər bir düşmənçilikdən amanda qalmaqdır”. Əziz İmamın (ə) buyuruşundan aydın olur ki:
1. Allah insana kifayət edər. Hər kim Allaha təvəkkül edərsə, Allah onun işlərinə kifayət edər. Necə ki, Quranda buyurulur: “Kim Allaha təvəkkül etsə, O ona kifayət edər”. (“Təlaq” 3). Təvəkkülün həqiqəti budur ki, insan zəhmət çəkər, əziyyətə qatlaşar və öz işini Allaha tapşırar. Çətinliklərinin həll olmasını ondan istəyər. Allah onun çətinliklərindən agah olduğu və onu aradan qaldırmaq qüdrətinə malik olduğu üçün, bu işi görər. O kəsdə ki, təvəkkül ruhu olar, heç bir zaman ümidsiz olmaz...
Qurani Kərimin ayələrində hansı dəstə insanlar məzəmmət olaraq pislənmişlər?!
Allah Təala Qurani-Kərimdə insanı bəzən mədh edir, bəzən isə məzəmmət edir. Bəs hansı insanlar Allahın məzəmmətinə düçar olublar? Onlardan bəzilərinə nəzər salaq.
1. Zalımlar və cahillər.“Həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi”. (“Əhzab 72).
2. Naşükürlər. “İnsan çox nankordur”. (“Həcc” 66)
3. Azgın insanlar. “(İnsan bu nemətlər üçün şükür edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər! Özünü ehtiyacsız gördüyü üçün”. (“Ələq” 6-7).
4. Yersiz tələsən insanlar. “İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir)”. (“İsra” 11)....
Qurani Kərimin “Kafirun” surəsi niyə nazil olmuşdu?
Nəql edilir ki, Vəlid ibni Müğeyrə, As ibni Vail, Əsvəd ibni Mətləb Həzrət Peyğəmbərlə (s) görüşən zaman ona deyirlər: “Ya Muhəmməd! Gəl tanrılarımızı bir-birinin üzərinə qoyaq və biz sənin Allahına pərəstiş edək, sən də bizim tanrılarımıza. Nəticədə kin və küdurət aradan gedəcəkdir. Hamı müştərək tanrılara pərəstiş edəcəklər.
Ya bizim məbudumuz haqdır, ya da sənin Məbudun. Əgər bizim məbudumuz haqdırsa, aldanmazsa və onlara ibadət etməkdən fayda apararsan. Əgər sənin Məbudun haqdırsa, biz aldanmarıq və Ona pərəstiş etməkdən fayda aparmış olarıq”. Bu sualın cavabında Allah Təala “Kafirun” surəsini nazil edir və buyurur ki: “Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri), Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm...
İmam Baqir (ə) hədisinə əsasən: Bu 3 daş behiştdən nazil olub!
İmam Baqir (ə) buyurur: “İbrahim məqamı, Bəni-İsrayilin daşı və Həcrul-əsvəd – 3 daşdır ki, behiştdən nazil olmuşdur. O üç daş ibarətdir: İbrahim məqamından, Bəni-İsrayil daşından və Həcərul-əsvəddən ki, Allah onu İbrahimə (ə) tapşıran zaman kağızdan da ağ idi və bəni-Adəmin günahları sayəsində qaralmışdır”. “Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın». Musa dedi: «Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır». Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər.....
Əmirəl-möminin (ə) niyə öz fəzilət və üstünlüklərini bəyan etməyə məcbur oldu?
Əmirəl-möminin (ə) xüsusi fəzilətlərindən biri də budur ki, Həzrət Xatəmül-ənbiyadan (s) başqa, qalan İlahi peyğəmbərlərdən (ə) üstünlüyə malikdir. Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Allah, Öz peyğəmbərlərini (ə) yaxın mələklərindən üstün etmişdir. Məni bütün peyğəmbərlərdən (ə) üstün etmişdir.
Ey Əli! Üstünlük məndən sonra səndə və səndən sonrakı İmamlardadır (ə)”. Nəql edilir ki, bir gün Səsəhə ibni Suhan İmam Əliyə (ə) onun digər peyğəmbərlərdən (ə) üstünlükləri ilə bağlı sual ünvanlayır. Həzrət (ə) cavabında buyurur: “İnsanın özünü tərifləməsi yaxşı iş deyildir. Ancaq Allah buyurmuşdur: Sənə verilən nemətləri bəyan et””. Sonra Həzrət Əli (ə) öz fəzilət və üstünlüklərini bəyan etdi. Məlum oldu ki, Həzrət Adəmə (ə) behiştdə buğda yemək yasaqlanmışdı, ancaq ondan yedi. Ancaq Həzrət Əliyə (ə) buğda yemək qadağan olunmamışdı, amma buna baxmayaraq, o Həzrət (ə) heç bir zaman buğda çörəyi yeməmiş, arpa çörəyi ilə kifayətlənmişdi...
Hansı dəstə insanlardırlar ki, Qİyamət günü seçilərək qəmm və kədərdən amanda qalarlar?!
Allah yolunda dost və düşmən olmaq – öz təsirini həm dünyada və həm axirətdə göstərər. Xüsusilə Allah yolunda dost olanların səmərəsi dünya həyatında təcəlli edər. Allahın Peyğəmbəri (s) buyurur: “Qiyamət günü İlahi ərşin kənarına bir dəstə insan üçün masalar düzülər. Onların üzləri 14 günlük Ay kimi parlayacaqdır. Bütün insanlar qəmgindirlər. Ancaq onların qəmi olmaz. İnsanlar qorxarlar, ancaq onlar qorxmazlar. Onlar İlahi övliyalardır ki, heç bir qorxusu və qəmi yoxdur”. Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, onlar kimlərdirlər? Həzrət (s) buyurur: “Onlar o kəslərdir ki, Allah yolunda dostluq edərlər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa bir hədisdə buyurur: “Allah yolunda olan mömini sevmək – iman ağacının böyük budaqlarındandır. Agah olun, hər kim Allah yolunda dostluq edər, Allah yolunda düşmənçilik edər, Allah yolunda əta edər, Allah yolunda qadağa qoyar – o, Allahın seçilmişidir”. Həzrət Peyğəmbər (s) yenə buyurur: “İmanın ən möhkəm dəstəyi – Allah yolunda dostluq etmək, Allah yolunda düşmənçilik etmək və Allah yolunda düşmən olanlardan bezar olmaqdır”...