Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?


Nə üçün zalım və günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur? Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları və iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» 178-ci ayə, Bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» 44-cü ayə: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular»...


Aşura şəhidi Həbib ibn Məzahir həqiqətən səhabə idi yoxsa tabeindən idi?


Aşura şəhidi Həbib ibn Məzahir həqiqətən səhabə idi yoxsa tabeindən idi? Cavab: Həbib ibn Məzahirin səhabə ya tabein olması ixtilaflı məsələdir. Bir çox mənbələrdə onu səhabə kimi təqdim edirlər. İbn Kəlbi, İbn Həcər kimi müəlliflər Həbib ibn Məzahiri səhabə saymışlar. Amma bəzi mənbələr onun səhabə yox, tabein olduğunu bildirir. Mərhum Şeyxüt-taifə Tusi öz “Rical” kitabında onu İmam Əlinin, İmam Həsənin və İmam Hüseynin (ə) səhabələri sırasında qeyd edir. Həmin kitabda Peyğəmbərin səhabələri arasında Həbibin adı yoxdur. Eləcə də, Peyğəmbər səhabələrini əhatə edən əhli-sünnənin məşhur rical kitabları “Üsüdül-ğabə” və “əl-İsabə” də Həbib haqqında məlumat vermir. Həbib ibn Məzahirin Peyğəmbər zamanında səhabə sayılmayacaq dərəcədə kiçik yaşlı olması barədə mənbələrdə bəzi rəvayətlər də mövcuddur.


Gözəl əxlaq 10 rəvayətdə - Biz də beləyikmi?


Gözəl əxlaq 10 rəvayətdə - Biz də beləyikmi? Gözəl əxlaqın dəyəri haqda 10 hədis:
1. Rəsuli-əkrəm (s) buyurmuşdur: “Həqiqətən mən gözəl əxlaqları kamala yetirmək üçün məbus olmuşam”.
2. “Özünü bütün alçaqlıqdan təmizlə, gözəl əxlaqı əldə etmək üçün bütün gücünü işə sal ki, günahlardan azad olub, kəramətlər qazanasan”.
3. İmam Cəfər Sadiq (ə) gözəl əxlaqın mənası barədə verilən sualın cavabında buyurdu: “Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənin ziddinə olsa da”.
4. İmam Əli (ə) buyurmuşdur: “Gözəl əxlaq yalnız iffət və fədakarlıqla kamala yetər”.


Əhli-Beyt (ə) davamçıları İmamlardan (ə) daha səbirlidirlər?


Əhli-Beyt (ə) davamçıları İmamlardan (ə) daha səbirlidirlər? İmam Sadiqin (ə) səhabələrindən biri nəql edir ki, İmam (ə) buyurur: “Biz səbirliyik, ancaq bizim davamçılarımız bizdən daha səbirlidirlər”. Həmin şəxs soruşur ki, bu, necə ola bilər? İmam (ə) cavabında buyurur: “Biz bilirik və səbir edirik. Onlar səbir edirlər, halbuki nə olacağını bilmirlər”.
Səbirlə bağlı Müqəddəs Kitabımızda buyurulur: «Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar. Allah səbir edənləri sevəndir». (\"Ali-İmran”, ayə 146)
«Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbir edin ki, Allah səbir edənlərlədir». (\"Ənfal”, ayə 24)


Hansı əməllər qəbir sıxıntısına səbəb olar?


Hansı əməllər qəbir sıxıntısına səbəb olar? Ölüm vә min qılınc zәrbәsi: Pеyğәmbәr (s) buyurub: “Әzrаilin cаn аlmаsının аğrısı min qılınc zәrbәsindәn dаhа çохdur.”
-Әlbәttә, ölüm mömin insаnlаr üçün хоş әtirli bir gülü iylәmәk kimidir. Pеyğәmbәr (s) bu bаrәdә buyurur: “Ölüm möminin әtirli gülüdür.”
-Bәzi möminlәrin çәtin cаn vеrmәsinin sәbәbi, оnlаrı bu dünyаdа gördüyü bәzi хәtа vә günаhlаrdаn pаklаmаq üçündür.
-Hәzrәt Әli (ә) buyurub: “Qәbir әzаbı vә sıхıntısının sәbәbi üç şеydir; 1. Хәbәrçilik; 2. İdrаr vә nәcаsәtә әhәmiyyәtsiz yаnаşmаq; 3. Kişinin аilәsindәn uzаqlаşmаsı.”
-Pеyğәmbәr (s) buyurub: “Möminin qәbir sıхıntısı zаy еtdiyi nеmәtlәrin kәffаrәsidir.”


Həzrət Hürr (r) İmam Hüseyindən (ə) nə haqda xahiş etdi?


Həzrət Hürr (r) İmam Hüseyindən (ə) nə haqda xahiş etdi? Bәzi hәdislәrdә bеlә gәlmişdir: İmаm Hürrün tövbәsini qәbul еdәndәn sоnrа Hürr Hәzrәtdәn оnun аilәsindәn üzr istәmәk üçün icаzә аldı. İmаm icаzә vеrdi. Hürr хеymәnin yаnınа gәlib аğlаr hаldа dеdi: “Еy Pеyğәmbәrin (s) аilәsi, sаlаm оlsun sizә. Mәn sizin yоlunuzu kәsәn, qәlbinizi sındırаn vә sizi qоrхudаn şәхsәm. İndi pеşmаnаm, bаğışlаnmаq ümidi ilә sizә pәnаh gәtirmişәm. Mәni bаğışlаyın. Fаtimәnin (s) yаnındа mәndәn şikаyәt еtmәyin.” Оnun qәmli sözlәri qаdınlаrdа еlә tәsir qоydu ki, оnlаr nаlә vә аhu-zаr еtdilәr. Hürr bu vәziyyәti görәndә ucаdаn аğlаdı vә bаşınа tоrpаq tökәrәk dеdi: Kаş әlim-аyаğım şikәst оlаydı, bu işi görmәyәydim. Kаş yоlunuzu kәsmәyәydim. Әhli-bеytdәn bәzilәri оnа ürәk dirәk vеrdilәr vә оnun üçün duа еtdilәr ki, о sаkit оlsun. (“Süqnаmеyi-Аli Mәhәmmәd”, sәh. 253.)...


Bəzi səhabələrə verilmiş “bədri” ləqəbi nəyi bildirirdi?


Bəzi səhabələrə verilmiş “bədri” ləqəbi nəyi bildirirdi? Cavab: Bədr savaşı müsəlmanlarla Məkkə müşrikləri arasında ilk böyük savaş sayılır. Bu savaş hicri 2-ci il ramazan ayının 17-də (miladi 624-cü ilin mart ayı) Mədinədən 120 km. cənub-qərbdə, Qırmızı dəniz sahillərindən 20 km. məsafədə yerləşən Bədr quyularının yaxınlığında baş vermişdir. Müsəlmanların qələbəsi ilə başa çatmış Bədr savaşı Quranda “fürqan günü”, yəni haqla batilin fərqləndiyi, ayırd edildiyi gün adlandırılır (Ənfal, 41). Bədr döyüşünün iştirakçıları sonralar da səhabələrin içində öz üstünlükləri ilə seçilirdilər. Belə ki, onları ayrıca bir təbəqə olaraq “bədri” (cəm halında “bədriyyun”) adlandırırlar. Bədrilər fəzilətli, adil və doğrucul olduqlarını öz qanları bahasına sübut etdikləri üçün, onların şahidliyi xüsusilə mötəbər sayılırdı. Hər hansı məsələdə bir bədri səhabənin şahidliyi həlledici amil kimi qəbul edilirdi..


Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?


Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi? Cavab: Namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir. Bunlar murdar materialdan (məsələn, bismilahsız kəsilən heyvanın və ya it, donuz kimi zatən nəcis olan heyvanın dərisindən) hazırlanmayıbsa, sonradan nəcasətə bulaşıbsa, onunla namaz qılmaq olar. Qayışın da hökmü belədir. Amma qayış bismillahsız kəsilən heyvan dərisindən hazırlanıbsa, onunla namaz qılmaq olmaz.


Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı?


Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı? Cavab: Qüsl suyu öz-özlüyündə murdar deyil. Burada əsas məsələ qüsldən qabaq bədənin pak olub-olmamasıdır. Əgər qüsldən qabaq bədəndə nəcasət (murdarlıq) olmayıbsa, o halda bədəndən ayrılan su da murdar deyil. Həmin su bir yerə dəysə, o yeri pak etmək lazım deyil. Əgər qüsldən qabaq bədəndə nəcasət olmuşsa, həmin nəcasətə toxunan su da murdar olar və dəydiyi yeri də murdar edər. Diqqət yetirin ki, burada suyun təmizliyindən yox, paklığından danışırıq. Çünki təmizliklə paklıq fərqlidir. Zahirdə təmiz kimi görünən su əslində murdar ola bilər. Eləcə də, şəriət baxımından pak sayılan su çirkli ola bilər.


İmam Səccad (ə) Həsən Bəsrini necə hidayət etdi?


İmam Səccad (ə) Həsən Bəsrini necə hidayət etdi? İmam Səccadın (ə) zamanında saraya xidmət edən alimlərdən biri də Həsən Bəsri idi. İmam Səccad (ə) öz dövrünün bu cür alimləri ilə mübarizə aparır və onları haqq yola dəvət edirdi. Həsən Bəsri Minada moizə deməklə məşğul idi. Bu zaman İmam Səccad (ə) həmin yerdən keçirdi. Ona buyurur: “İndi özünlə Allah arasında malik olduğun vəziyyətdən razısanmı? Əgər bu halda ölümün gəlib çatsa, heç nigaran deyilsənmi?”. Həsən Bəsri deyir: “Xeyr, razı deyiləm”. İmam buyurur: “Öz nəfsinin hesabını çəkirsənmi ki, vəziyyətini dəyişəsən? Razı olmadığın bu vəziyyətdən çıxasa?. Razı olduğuna daxil olasan?”. Həsən başını aşağı salır və sonra deyir: “Mən onu indiki vəziyyətin əksinə dedim”. İmam buyurur: “Deməli, Həzrət Muhəmməddən (s) sonra peyğəmbərin gələcəyini gözləyirsən?”. Deyir: “Xeyr, belə bir gözləntim yoxdur”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter