İmam Sadiqin (ə) Ərbəin zəvvarlarına 13 tövsiyəsi nələr haqdadır?


Ərbəin ziyarəti böyük savaba malik olan bir əməldir ki onun həyata keçirilməsi üçün də bəzi ədəb-ərkanlar buyurulubdur.
İslaminSesi.info – Hazırda dünyanın müxtəlif ölkələrindən Kərbəlaya İmam Hüseynin Ərbəin ziyarətinə axışanların sayı artmaqdadır. Bu əzəmətli səfərin baş tutması üçün bir sıra mühüm ədəb-ərkanlar və əməllər haqda İmam Sadiqdən bir hədis nəql edilibdir. Bu hədisdən iqtibas edilmiş İmam Sadiqin Ərbəin zəvvarlarına tövsiyələrini təqdim edirik:
1- Səfər zamanı “Sənlə yoldaşlıq edənlərlə yaxşı yoldaş ol” 2- “Az danış, yaxşı məsələlər istisna olmaqla” (Yəni yaxşı məsələlər haqda çoxlu möizə edin), 3- “Allahı çox zikr et!” 4- “Paltrlarınız təmiz olsun” 5- “Hüseynin qəbrinə çatmamışdan öncə qüsl etmək” 6- “Çoxlu namaz qılmaq”...


İnsanın dünya malına baxışını izah edən ayənin təfsiri necədir?


İslamınsesi, Quranda dünya malı haqda çoxlu ayələr var. Amma bir ayədə dünya malına baxışın necə olması kamil formada izah edilib. Həmin ayədə dünya malı ilə bağlı bu izhalar yer alıb: Dünya malı haqda bu izahlar Qisəs surəsinin 77-ci ayəsində gəlibdir:
1- Mal-mülkün əsl sahibi Allahdır.
2- Unutma bunu sənə Allah verib
3- Bu malın vasitəsilə axirəti qazan
4- Dünya həyatını da onunla təmin et!
5- Öz payını və nəsibini unutma!
6- Tərki-dünya olma!...


Möminlər cəhənnəmi görəcəkmi?


Allah-təala buyurur: «Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür». («Məryəm» surəsi, ayə 71.) Əksər təfsirçilərin fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil olacaqlar. Amma bu o demək deyildir ki, bütün insanlar cəhənnəm odunda yanacaqdır. Nəmrudun İbrahim peyğəmbəri oda atdığını xatırlayaq. Od yandırıcı olsa da, Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru qarşısında acizdir.
Cəhənnəmə daxil olan möminlərin iman nuru odu təsirsizləşdirər və kimsəyə zərər toxunmaz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bütün əməlisalehlər və günahkarlar cəhənnəmə daxil olar. Alov İbrahimin qarşısında hərarətdən düşdüyü kimi, möminlərin də qarşısında hərarətini itirər». («Nurus-səqəleyn», 3-cü cild səh. 353.)...


İmam Sadiq (ə) səhabəsinə hansı əxlaqi tapşırıqları verdi?


Ünvan Bəsri: Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver. İmam (ə) buyurdu:-Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin. Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü helm (həlimlik) və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.
Ünvan Bəsri deyir: «Bütün nəzər diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim.» O, buyurdu: Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:
1.Ehtiyatlı ol, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur. 2.Acımamış yemə. 3.Halal yeməklərdən ye və yeməkdən əvvəl “Bismillah” de...


Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət hadisəsinin fəlsəfəsi nədir?


Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci İmam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün dünyaya qayıdışıdır.
Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama (ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı bürümüş hakimiyyətini müşahidə etmək iftixarına yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir intiqam üçün dünya həyatına qaytarılacaqdır»...


Allahın sevimli bəndələri hansı əməl sahibidirlər?


Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbuzər! Allah-təala buyurur: “Mənim üçün bəndələrimin ən sevimlisi o kəsdir ki, Mənə görə bir-birinə məhəbbət bəsləyirlər, qəlbləri məscidə bağlıdır və dan üzü istiğfar edərlər. Onlar elə bir kəslərdir ki, əgər yer əhlinə əzab göndərməli olsam, onlara xatir (camaatın arasında olduqları üçün) həmin əzabı yer əhlindən götürərəm.” Bəli, Allah-təala ürəkləri məscidə bağlı olan, məscidə getmək üçün fürsət gözləyən, gecənin bir aləmi Allahla münacata qalxan sevimli bəndələrinin vücudları xatirinə əzabı yer üzünə, onların içərsində olduğu cəmiyyətə göndərmir. Onlar axirətdə yüksək məqamlara, saysız savablara çatmaqdan əlavə, öz varlıqları ilə əzabın cəmiyyətdən götrülməsinə səbəb olurlar. Bu dəstənin cəmiyyətə verdiyi xeyir-bərəkət çoxdur. Bütün bunlar məscidə get-gəl etməyin, Allaha diqqət yetirməyin nəticəsində hasil olur...


Bu əməl tərk olunarsa islam ümmətinin bərəkət də məhv olar?


“Ali-İmran” surəsinin 104-cü ayəsində buyurulur: “Sizin aranızda yaxşılığa çağıran (əmr edən) və pis işlərdən çəkindirən (nəhy edən) bir ümmət olmalıdır.” Əmr be məruf” dedikdə yaxşılığa dəvət, “nəhy əz münkər” dedikdə pis işlərdən çəkindirmə başa düşülür. İslam Peyğəmbəri (s) buyurur: “Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar. Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək. İnsanlar bir-birinə hakim olacaq, yerdə və göydə yardım tapılmayacaq.” Bu vacib dini vəzifənin mərtəbələri vardır: qəlb, dil və əməl yolu ilə. İnsan ilkin mərhələdə yalnız qəlbi ilə müxalifət göstərməlidir. Məsələn, iki dostdan biri günaha yol verdikdə o biri dost soyuq münasibət göstərməklə etirazını ifadə edir...


Bu əməl tərk olunarsa islam ümmətinin bərəkət də məhv olar?


“Ali-İmran” surəsinin 104-cü ayəsində buyurulur: “Sizin aranızda yaxşılığa çağıran (əmr edən) və pis işlərdən çəkindirən (nəhy edən) bir ümmət olmalıdır.” Əmr be məruf” dedikdə yaxşılığa dəvət, “nəhy əz münkər” dedikdə pis işlərdən çəkindirmə başa düşülür. İslam Peyğəmbəri (s) buyurur: “Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar. Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək. İnsanlar bir-birinə hakim olacaq, yerdə və göydə yardım tapılmayacaq.” Bu vacib dini vəzifənin mərtəbələri vardır: qəlb, dil və əməl yolu ilə. İnsan ilkin mərhələdə yalnız qəlbi ilə müxalifət göstərməlidir. Məsələn, iki dostdan biri günaha yol verdikdə o biri dost soyuq münasibət göstərməklə etirazını ifadə edir...


Hər bəndədə bu 4 xüsusiyyət olsa Allah ona nə vədə vermişdir?


HƏR BƏNDƏDƏ DÖRD XÜSUSİYYƏT OLSA: Allah-təala İslam Peyğəmbərinə (s) xitabən buyurur: “Ya Əhməd, and olsun izzət və cəlalıma, hər bəndədə dörd xüsusiyyət olsa, onu behiştə daxil edərəm: dilini zəruri və faydalı olmayan bəyanlardan qorusun; qəlbini vəsvəsələrdən hifz etsin və şeytani şübhələrə yol verməsin; bütün əməl və işlərini gördüyümü unutmasın; gözünün nurlu olmasında aclığı səbəb bilsin.”
Hədisin davamında Allah-təala Öz peyğəmbərinə buyurur: “Ey Əhməd, kaş aclığın və sükutun nə qədər şirin və təsirli olduğunu biləydin.” Həzrət ərz etdi: “Pərvərdigara, aclıq və sükutun təsiri nədir?” Allah-təala həzrətin cavabında həmin təsirləri bu ardıcıllıqla sadalayır:...


Kərbəla cinayəti fərdi məsələdir, yoxsa ictimai?


Cavab: Bu suala oxuduğunuz cavablar arasında vaxt aşırı cavab verildiyinə baxmayaraq ayrıca olaraq cavab veririk.
Atası Müaviyənin qəsb etdiyi xilafət taxtına oturan Yezidin törətdiyi bu cinayət heç də Həzrət İmam Hüseynin(ə) şəxsiyyətinə qarşı yönəlməmişdi. Bu ilahi şəxsiyyət Yezid ibn Müaviyənin oturduğu taxt-taca və onun zülmkar və fasiq hökuməti üçün bilavasitə təhlükəli idi. Yezidin Mədinə valisinə məktub yazaraq “Hüseyn ibn Əlinin ya bey’ətini, ya da başını mənə göndər” deməsi və ətrafındakıların ona hoqqabaz və hiyləgər atası Müaviyyənin oğlunun ağılsızlığını bilərək “Hüseyn ibn Əli ilə müharibə etmə, səltənəti əldən verərsən” deməsini xatırladarkən əli ilə oturduğu taxta işarə edərək onlara: “Ya Hüseyn, ya bu taxt-tac” deməsi buna açıq-aşkar dəlildir. Yezid ibn Müaviyə ibn Əbu Süfyan İmam Hüseyni (ə) cəmiyyətdən uzaqlaşdırmaqla həmin cəmiyyətin üzərində öz cinayətkar hökumətini möhkəmləndirmək niyyətində idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter