Nübüvvət, rİsalət və İmamət bİr-bİrİndən nə İlə fərqlənİr?
Cavab: Allah tərəfindən əmr almış üç təbəqə mövcuddur: nəbilər, rəsullar və imamlar.
Nübüvvət məqamına çatmış şəxs (nəbi), Allahdan vəhy qəbul edir və vəhy göstərişlərinə ehtiyacı olanları məlumatlandırır...
Harut və Marut kİmdİr?
Cavab: Babil məmləkətində olmuş bu iki mələk haqqında saysız-hesabsız əfsanələr uydurulmuşdur. Hətta təfsirçilərdən də bəziləri, uyğun gəlməyən fikirlər söyləmişlər. Onlar Harut və Marutun yerə enməsi səbəbi barədə belə deyirlər: «Allah onları yerə endirdi bilsinlər ki, onlar da insanların yerinə olsaydılar, günaha yol verərdilər. Onlar da yerə endikdən sonra böyük günahlara başladılar»...
İnsan nə üçün ölümdən qorxur?
Cavab: Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə və hədislərdən məlum olur ki, bu qorxunun iki əsas səbəbi vardır:
1. İnsanların böyük bir hissəsi ölümü yoxluq və son kimi anlayır. Bu anlaşılmaz yoxluq hissi, insan düşüncəsini təlatümə gətirir. Bir gün yaşadığı həyata son qoyulacağını düşünən insan, ölüm adı gələndə müdhiş bir qorxuya qərq olur...
Salman Farsİ İslama necə gəldİ?
Cavab: Həzrəti Məhəmməd (s) «Salman bizdəndir» buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın adamlarından birinə çevrildi?
Nə üçün duamız qəbul olmur?
Cavab: Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır...
Münafİq kİmdİr və onu necə tanımalı?
Cavab: Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə, kafir adlanır. Bəs münafiq kimdir? «Münafiq» sözü riyakar, ikiüzlü mənalarını verir. Quran ayələrində bu təbəqə haqqında belə buyurulur: «Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir», «Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular».
Bəni-İsraİlİn İnək macərasında nədən danışılır?
Cavab: Qurani-kərimin «Bəqərə» surəsində rastlaşdığımız bu əhvalat öz riyakarlığı ilə Musa peyğəmbərə (ə) olmazın əziyyətlərini verən yəhudilərin iç üzünü açır, onların iman dərəcəsini göstərir.
Donuz ətİ nə üçün haramdır?
Cavab: «Bəqərə» surəsinin 173-cü ayəsində belə buyurulur: «Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir».