Üzeyir kimdir?
Cavab: Qurani-kərimdə buyurulur: «Yəhudilər «Üzeyir Allahın oğludur ... dedilər». («Tövbə» surəsi, ayə 30.)
Rəvayətlərdən məlum olur ki, Üzeyir yəhudi cəmiyyətinə böyük xidmətlər göstərmiş din başçılarındandır. Babil padşahının yəhudilərə divan tutduğu bir zamanda onlara böyük xidmətlər göstərən, vətənlərinə qayıtmasına nail olan, yandırılmış Tövratı yenidən, qismən bərpa edən, məhz Üzeyirdir...
Haram pulla məscid tİkmək olarmı?
Cavab: Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram yolla qazandığı pulu xərcləmək hüququ yoxdur. «Tövbə» surəsinin 18-ci ayəsində oxuyuruq: «Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər»...
Kafirlərlə ilk silahlı vuruş hansıdır?
Cavab: Müsəlmanların kafirlərlə ilk silahlı vuruşu Bədr döyüşüdür. Əbu Süfyan qırx nəfərlik heyət və əlli min dinarlıq mal ilə Şamdan qayıdırdı. Həzrət Peyğəmbər (s) düşmənin iqtisadi qüdrətini sındırmaq üçün onun əsas sərmayəsinin toplandığı bu karvanı müsadirə etmək qərarına gəldi. Bu qərarın ikinci əsas səbəbi, məhz bu düşmənin işgəncələrindən Mədinəyə hicrət edən müsəlmanların Məkkədəki itirdikləri var-dövlətlərinin geri qaytarılması idi...
İmanlı İnsanda hansı xüsusİyyətlər olmalıdır?
Cavab: Quran ayələri və Əhli-beyt hədislərində möminlərə məxsus bir çox sifətlər sadalanır. Biz yalnız «Ənfal» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq: «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər»...
Quran oxunan zaman susub, onu dinləmək vacibdirmi?
Cavab: Bu barədə Quranda buyurulur: «Quran oxunan zaman, onu dinləyin və susun ki, bəlkə rəhm olunasınız» .
İbn Əbbas nəql edir ki, ilk əvvəllər müsəlmanlar namaz zamanı söhbət edər, bir-birlərinə sual verərdilər. Yuxarıdakı ayə nazil olduqdan sonra namaz zamanı əlavə danışıqlar qadağan edildi...
Peyğəmbər (s) qeyb aləmİndən xəbərdar İdİmİ?
Cavab: Məhdud mütaliəli bir qism insan bəzən bir ayəni oxumaqla nəticə çıxarır. Belə ayələrdən biri də, «Əraf» surəsinin 188-ci ayəsidir. Ayədə deyilir: «Əgər qeybi bilsəydin, sözsüz ki, daha çox xeyir tədarük edərdin və mənə pislik də toxunmazdı». Bu ayə həzrət Məhəmmədin (s) dilindən buyurulur. Amma ayədən bu nəticə çıxmır ki, peyğəmbər qeyb aləmindən tamamilə xəbərsiz idi. Sadəcə olaraq, peyğəmbərin bu sahədəki biliyi məhdud idi. O, bu barədə Allah-təalanın öyrətdiyi qədər bilirdi...
Zərr aləmİ nədİr?
Cavab: Müxtəlif İslam mənbələrində zərr aləmi haqqında məlumat verən kifayət qədər rəvayət vardır. Lakin biz yalnız bir Quran ayəsi ətrafında danışacağıq. «Əraf» surəsinin 172-ci ayəsində buyurulur: «Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən övladlarını çıxarıb, onları özlərinə şahid tutaraq, soruşmuşdu: «Mən sizin Rəbbiniz deyilməmmi?»....
İnsan heyvana çevrİlə bİlərmİ?
Cavab: «Əraf» surəsinin 166-cı ayəsində buyurulur: «Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara dönün!»...
«Mənzələt» hədİsİndə nə deyİlİr?
Cavab: Həzrət Peyğəmbərin (ə) buyuruqları arasında adıyla tanınan məşhur hədislərdən biri də, «Mənzələt» hədisidir. Bu hədis həm şiə, həm də sünnət əhli alimləri tərəfindən nəql olunmuşdur. Ən məşhur sünni mənbələri «Səhihi-Buxari», «Səhihi-Müslim»də adı çəkilən hədislə rastlaşırıq...
Musa (ə) nə üçün tövbə etdi?
Cavab: Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. «Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər»...