Quranda hansı qadınların adı çəkİlmİşdİr?
Quranın bir neçə ayəsində Allah Təala qadınlar haqqında danışır: Kövsər (Həzrət Zəhra (s.ə)), Həzrət Məryəm (ə), Fironun həyat yoldaşı, Səba mələkəsi, İbrahimin (ə) həyat yoldaşı, Misir əzizinin həyat yoldaşı, Lutun (ə) həyat yoldaşı, Nuhun (ə) həyat yoldaşı...
Həyatda hansı mənada paxıl olmaq olar?
Paxıllıq iki mənada olur: ümumi və xüsusi mənada. Ümimi mənada olan qibtə deyəndə bəşərin demək olar ki, bütün fəaliyyətlərinin stimulu nəzərdə tutulur. Xüsusi paxıllıq isə başqalarını onlara məxsus olan nemətlərdən mərhum etməyə çalışmaqdır ki, bu bəyənilməyən bir əməldir.
Ölümdən sonra təkamül vardırmı?
İnsanın ölümdən sonrakı təkamülü dünya həyatında olan hərəkətin davamıdır. Bərzəx həyatı haqqında danışanda onu yaddan çıxartmaq lazım deyildir ki, insanın ruhu dünyadakı əməlləri ilə rabitəsini tamamilə kəsmir. Belə ki, insanın dünyada iki cür əməli vardır.
Həyata açılan 2 qapının hansından daxİl olaq?
Qurani-Kərimin buyurduğu kimi həyata giriş-çıxış qapıları iki cürdür. Bu qapllardan birinin adı “sidq” qapısıdır ki, düzgün niyyət, əməl və əxlaqla dolu bir həyata açılan qapıdır və eyni zamanda bu həyatdan düzlük, həqiqət hay-küyü ilə gedən qapının adı da “sidqdir”.
Mömİn nəyə sevİnməlİdİr?
Quran məntiqinə görə əgər sevinc və şadlıq insanı təkamül yolundan saxlayarsa, dəyərsiz olar. Əgər insan Haqq yolunda, İlahi lütf yolunda, insanlara xidmət etmək yolunda, kamala çatmaq yolunda şad olarsa, dəyər əldə edər. (Tebyan)
Bəs mömin nəyə sevinməlidir?
İnsanı Allahı yada salmaqdan nə saxlayır?
İnsan heç bir zaman Allahdan qafil olmamalıdır. Çox təəssüf ki, bu aləmdə olan zaman onun dəyərini lazım olan qədər hiss etmirik. Allahı xatırlamağın dəyərini axirət aləmində olan zaman dərk edirik. (Tebyan)
İnsanları tanımağın ən üstün meyarı hansıdır?
Rahatlıqla demək olar ki, insanın şəxsiyyətini müəyyən etməyin ən mühüm meyarı – onun danışığıdır. Həmçinin baxmaq lazımdır ki, o insanla rabitədə olanlar necə insanlardır? Söhbət etməkləri necədir? Bu söhbət, daxilində olan gizli səhifələri bayıra tökmək deməkdir.
Quranda adı çəkİlən Zulqərneyn kİmdİr?
Quran ayələri Zülqərneynin peyğəmbər olmasına birbaşa işarə etmir. Baxmayaraq ki, bəzi ayələri bu mənanı verir, ancaq çox sayda hədisdə oxuyuruq ki, o, peyğəmbər olmamışdır.
Allah-taala İnsanların çİynİnə hansı əmanətİ qoyub?
İlahi əmanət bəşər üçün böyük iftixardır.
Əmanət haqqında müxtəlif təfsirlər vardır:
Kim Allahı sevİndİrə bİlər?
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs mömini sevindirərsə, məni sevindirmişdir, hər kim məni sevindirər, Allahı sevindirmiş olar”.