Unutqanlığın 3 təhlükəli forması necə baş verir?


Unutqanlığın 3 təhlükəli forması necə baş verir? Quran ayələrində və hədislərdə özünü unutmaq ən pis rəzil sifət kimi tanıdılmışdır. Bəs özünü unutmaq nə deməkdir? Məgər bu mümkündürmü ki, insan özünü unutsun? O, hərəkətdədir və məqsədinə çatmağa çalışır. (Tebyan) Quran üç halda insanın özünü unutmasını pisləyir və onu insana ziyan vuran bəla kimi tanıdır: 1-Günahları unutmaq. Günahı unutmağın gətirdiyi ilk bəla odur ki, insan rahat şəkildə keçmiş günahlarını təkrar edir. 2-Allahı unutmaq. Bu unutqanlıq günahı unutmaqdan da ziyanlıdır. Əgər insan Allahı unutsa, maddi məsələlərə üz çevirər. Nəticədə ona ziyandan başqa heç nə nəsib olmaz. 3-Özünü unutmaq. İnsanların bəzisi İlahi ayələri, peyğəmbərləri (ə), Məsumları (ə) unudurlar. Özlərini də unutmuş olurlar. Bu, ən pis unutqanlıqdır ki, hələ dünyada olan zaman ətəklərini alovlandırar.


Özbaşına buraxılmış insanların müsibəti nələr olar?


Özbaşına buraxılmış insanların müsibəti nələr olar? “Nəhcül-bəlağə”nin 17-ci xütbəsində ən mənfur insanlar o kəslər hesab edilir ki, Allah onları özbaşına buraxmışdır. (Tebyan) Bəs özü başına buraxılmaq nə deməkdir? O insan ki, özbaşına buraxılar, yəni öz təbii və heyvani tələsində əsir olar. Bu yolda addım atar və həqiqi mənliyindən uzaqlaşar. Yəni aqibətini bada verər və özbaşına buraxılmış olar. Özbaşına buraxılmış insanın başına gələn müsibətlər: 1. Pulpərəstlik. Dünya sərvəti insana o qədər lazımdır ki, onunla həyat ehtiyaclarını təmin edə bilsin. Lakin insan həddən artıq sərvət və pul eşqində olarsa, mənliyini unudar, hədəfini unudar, Allahını unudar. Bu insan pula və sərvətə pərəstiş edər. 2. Həqiqi Məşuqdan məhrum olmaq. -İlahi rəhmətdən uzaq olub Salim ağla, fəal vicdana malik olmaz. 3. İstedadlar ölər. Bu cür insanların istedadları ölmüş olar və həyatda heç bir hədəfə malik olmazlar. 4. Daxili təzad. Özbaşına buraxılmış insan əgər az da olsa ayıq insandırsa, daxilində həmişə təzad olar, mübarizə olar.


Əshabi-yəminin nişanələri nələrdir?


Əshabi-yəminin nişanələri nələrdir? Sağ tərəf əhli o kəslərdir ki, 1- dünyada qulları azad etmək üçün səy edərlər. 2-Onlar şeytanın qul etdiklərini azad edər, tövbə yoluna hidayət edərlər. 3- Onlar acları doyuzdurarlar. 4-Yetimləri və yoxsulları ön plana çəkərlər. Bunlar o möminlərdir ki, bir-birini dini vəzifələrinə əməl etməyə dəvət edər və yoxsullara rəhm edərlər. Dini məsələdə onların iradəsi polad kimidir. 5- Bu insanlar dünyada ifrat və təfritdən çəkinərlər. Mötədil insanlardır. Həzrət Peyğəmbərə (s) və Əhli-beytə (ə) itaət edərlər. İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, əshabi-yəmin bizim davamçılarımızdır”.


İmam Zamanın (ə) və hökumətinin xüsusiyyətləri nədir ki, bəşər quruluşunda və aləmdə nəzmliliyi yaradan amil kimi tanıtdırılır?


İmam Zamanın (ə) və hökumətinin xüsusiyyətləri nədir ki, bəşər quruluşunda və aləmdə nəzmliliyi yaradan amil kimi tanıtdırılır? Sualınızı belə cavablandırmaq istərdik ki, o həzrətin hökumətinin bəzi xüsusiyyətlərini sadalamaqla özünüz qəzavət edin ki, belə bir quruluşu qurmağa layiq hakimiyyət və quruluş ola bilərmi. İmamın hökumətinin xüsusiyyətləri: 1-Vahid dövlətin işçiləri və xidmətçilərinin, İslam ümmətinin seçilmiş insanlardan təkrib tapması, 2-Bəşər o həzrətin hökuməti zamanı Əxlaq və mənəvi məsələlərdə gözəçarpan irəliləyişlər əldə edəcək. 3- İmamın hökumətində ədalət əsaslı İmaməti hərcəhətli əmin-amanlığa sahib olacaq. 4-İmam Zamanın (ə) zühur zamanı yer üzünün fəqirlik çətinliyi kökündən qazılacaq 5- İmamın qəzavəti Davud (ə)-ın hökm etməsi kimi olacaq. (necə ki, Davudun ümməti onun sözünü insaflı baxış olaraq qəbul edirdilər). 6- Tuğyanlar onun dövlətinə qarşı baş verməyəcək. Yəni onu qəbul edib sonra isə ondan nəsə görələr və çevriliş etmək istərlər belə bir şey olmayacaq. Hamı onun hökumətindən razı qalacaq ki, belə bir şeyə ehtiyac olmaz. 7- Məhdinin (ə) qoşunu güclü təşkil olunmuş ordu olacaqdır. Belə rəhbərin belə hökuməti olan zaman verilən suala cavabımız insaflı oxucular üçün aydın olur ki, o həzrətin zamanında bütün hər bir yaradılış onun nəzarəti altında olanlar nəzm intizamla yaşayacaqdır.


Peyğəmbər (s) imam Zaman (ə) haqda bir söz buyurmuşdur?


 Peyğəmbər (s) imam Zaman (ə) haqda bir söz buyurmuşdur? İmam Zamanın (ə) haqqında Peyğəmbərdən çoxlu rəvayətlər gəlmişdir ki, bu hədislər həm şiə və həm də əhli-sünnətin mühüm kitablarında qeyd olunmuşdur. Bu rəvayətləri 3 dəstə bölmək mümkündür: 1-Bir dəstə rəvayətlər var ki, onlarda P. (s) buyurur ki, axır zamanda mənim övladlarımdan olan bir nəfər seçilmişdir ki, qiyam edəcəkdir. 2-İkinci dəstə rəvayətlər də vardır ki, onda Peyğəmbər (s) İmam zamanın adını çəkmiş və onun qeybəti və zühuruna işarə etmişdir. 407 hədis bu baxış haqda hədis tapmaq mümkündür. 3- Üçüncü dəstə hədislər: O dəstə rəvayətlərdir ki, Peyğəmbər (s) onun zahiri və cismi xüsusiyyətlərinə işarə etmişdir.


Namazdan ləzzət almağın 5 amili nələrdir?


Namazdan ləzzət almağın 5 amili nələrdir? Namaz o zaman həqiqi ola bilər ki, təvazökarlıqla və itaətkarcasına olsun. Bəzi amillər ürəyin yumşalmasına və təvazö əldə etməyə yardım edər. Bu amillərə nəzər salaq: 1. Eqoistliklə mübarizə. İbadətin həqiqəti budur ki, insan Məbudu qarşısında özünün hər şeyini təslim edər. 2. İlahi əzəmətə diqqət etmək. Əgər biz namaz zamanı Allahın hüzurunu ən az bir insan qədər hiss etsək, namazımız çox fərqli olar. 3. Allah qarşısında etdiyimiz çirkin işlərə diqqət etmək. Allah Təala varlıq aləmini elə qərar vermişdir ki, günah işlətmək mənfi təsirlər qoyar. 4. Allahın camal sifətinə diqqət etmək. İnsan hər kimi sevirsə, özünü ona yaxın etmək istəyir. İnsanın ürəyində Allah sevgisi hər nə qədər çox olarsa, Ona yaxın olmaq şövqü və istəyi də çox olar. 5. Son namaz. Namazda qəlb hüzuruna yardım edə bilən amillərdən biri də odur ki, qıldığın namazı son namazın hesab edəsən.


Asılı insanın xüsusiyyətləri nələrdir?


Asılı insanın xüsusiyyətləri nələrdir? Asılılıq dedikdə pula, mala, sərvətə, məqama olan asılılıq nəzərdə tutulur. İnsan əgər asılı olarsa, bu şeyləri əldən verən zaman çox pərişan olar. Cismi və psixoloji sağlamlığını əldən verər. “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23). Asılı insan mənfi formalaşar, məsuliyyət qəbul etməkdən boyun qaçırar, ...


Hansi surədir ki, nazil olan zaman 70 min mələk onunla nazil oldu?


Hansi surədir ki, nazil olan zaman 70 min mələk onunla nazil oldu? İmam Sadiqdən (ə) nəql edilir: ““Ənam” surəsi elə bir halda nazil oldu ki, 70 min mələk onu müşayiət edirdi. Siz də onu əziz və böyük tutun, çünki Allahın mübarək adı onun 70 yerində gəlmişdir. Əgər insanlar bilsəydi ki, onu oxumağın nə faydaları vardır, heç bir zaman onu tilavət etməyi tərk etməzdilər”. Bu surədə ən mühüm mövzular: - Tövhid, Allah əzəmətinin nişanələri, qüdrət və rəhməti. - Vəhyə, nübuvvətə, risalətə, məada, qiyamətdəki əqaidə aid mövzular. - Dördayaqlılara aid əhkam və məsələlər. - Həzrət İbrahimin (ə) dastanı, kafirlərlə əqaid münazirələri, elmi və əməli dəlillər. - Əxlaqi və ictimai tövsiyələr, o cümlədən: ata-anaya yaxşılıq, yetimlərə ehsan, ədalətə riayət etmək, əhdə vəfa etmək, şirkdən çəkinmək.


Tərəqqi yolu üçün ən ciddi amil nədir?


Tərəqqi yolu üçün ən ciddi amil nədir? Təvqa və ruhuna hakim olmaq insanın ən böyük tərəqqi amildir. ki, bu haqda Əmirəl-Mömininin (Ə) hədisində gəlmişdir: İmam Əli (ə) buyurur: “Ey insanlar! Həqiqətən, Allahdan çəkinmək - hər bir qapının açarıdır. Axirət evinin dəyərli ehtiyatı, hər növ qulluqdan azad olmaq vasitəsi, hər bir həlakətdən nicata səbəb olar. Təvqanın sayəsində təkamül axtarışında olan qələbəyə tərəf qanadlarını açar və bədbəxtlikdən nicat tapar, hədəfi olanlar və kamal axtarışında olan cəmiyyət hər bir hədəfə və ali arzuya yüksələr”.


Rəvayətlərdə həqiqi möminin xüsusiyyətlərindən sayın?


Rəvayətlərdə həqiqi möminin xüsusiyyətlərindən sayın? Həqiqi möminə edilən bəzi tövsiyələrə nəzər yetirək ki bu tösviyələrə riayət etməklə möminliyə addımlaması da xatırlatmalıyıq. İslam maariflərinə əsasən xüsusən də Quran ayələrinə əsasən bu xüsusiyyətlər mömin şəxsdə cəmləşər: 1-Yoxsullarla dost olun. -Həzrət Peyğəmbər (s) buyurur: “Pərvərdigara! Məni miskin et və miskin öldür! Məni miskinklərin zümrəsində məhşur et!”. 2-Dua etməyi unutmayın. -Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Elə bir müsəlman yoxdur ki, dua etsin, məgər o halda ki, duası qəbul olsun. Ya dünyada yerinə yetər, ya təxirə düşər və axirət ehtiyatı olar. Ya da günahlarının kəffarəsi hesab olunar”. 3-Hər bir halda səbirli olun. Sübhan Allah buyurur: “Allah sabirlərə kamil şəkildə mükafat verər”. 4-Allaha təvəkkül edin. Allah Təala buyurur: “Əgər Allaha iman gətirmisinizsə Ona təvəkkül edin”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter