Quran oxunan zaman ona qulaq asmaq vacibdirmi?!
Quran oxunarkən ona hörmət olaraq qulaq asmaq, və danışmaqdan çəkinmək vacibdir:
1. Quran yazılarını murdarlamaq haramdır. Əgər onun yazıları murdarlanarsa, dərhal suya çəkilməlidir. Əgər Quranın yazı olmayan hissələri və cildi murdarlanarsa və bu murdarlıq Qurana hörmətsizlik sayılarsa, onu suya çəkmək lazımdır.
2. Quran oxunarkən ətrafdakılarla söhbətdən çəkinmək, onu dinləmək lazımdır. Əgər həmin söhbət Qurana hörmətsizlik sayılarsa, caiz deyil. Amma Quran oxunan vaxt insandan bir söz soruşulsa, cavab verə bilər.
Həzrəti Peyğəmbərin (s) valideynə hörmət haqqında tapşırıqları...
- Bir kişi rəsulallahdan soruşdu: <<Valideynin övlad üzərində haqqı nədən ibarətdir?>> Peyğəmbər buyurdu: <<Onlar sənin cənnətin və cəhənnəmindir.>>
- Ata-ananıza ehtiram edin ki,övladlarınız da sizə hörmət qoysunlar. Həyalı və namuslu olun ki,qadınlarınızda həyalı və namuslu olsunlar.
- Bir nəfər rəsulallahın yanına gəlib dedi:<<Mən cihad etmək istəyirəm,amma buna gücüm çatmayır>>.Peyğəmbər soruşdu: <<Valideyinlərindən sağ olan varmı?>> O adam <<Anam var>> - dedi.Peyğəmbər həzrətləri buyurdu:<<Onun qulluğunda durmaqla Allahın huzuruna yetiş.Bunu etsən həm həcc və ümrə ziyarəti,həm də cihad etmiş olarsan...
Hz Peyğəmbərin (s) Əbuzər Qəffariyə yeddi vəsiyyəti ...
Əbuzər deyir: Peyğəmbər (s.) mənə yeddi vəsiyyət etdi:
1. Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm.
2. (Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm.
3. Məzlumları sevəm və onlara kömək edəm.
4. Acı olsa da həmişə haqq söz deyəm.
5. Məndən üz çevirsələr də qohumlarımla əlaqələrimi kəsməyəm...
İnsan öz sevdiyinə pislik edərmi?! İmam Sadiqin (ə) hədisi.
Həzrəti İmam Sadiq (ə) buyurdu: “Bir kişi Əbuzərə (rəh) məktub yazaraq soruşdu: “Ey Əbuzər! Elmdən bir şey mənə öyrədəsən ki, təzə və yönlü olsun.
Əbuzər onun cavabında yazdı: Elm çoxdur. Amma əgər edə bilsən sevidiyinə pislik etmə; Eləcə et!
Onun təəccüblü nəsihətindən sonra ərəb soruşdu: Aya elə bir şəxsi görmüsənmi ki, sevidiyinə pislik etsin?!
Əbuzər (rəh) ona dedi: “Bəli! Sənin öz nəfs və canın hamıdan sənə əziz və sevimlidir. Allah-Təaalaya (c.c) günah etdiyin zaman, həqiqətən də öz nəfsinə pislik etmiş olursan.
Usuli-Kafi, cild-2, iman və küfr babı, səh: 867
Zəhhak ibn Abdullah Məşriqi Kərbəlada aşura günü hansı səbəbdən İmam Hüseyni (ə) tək qoyaraq qaçdı?!
... Zəhhak ibn Abdullah Məşriqi: Zəhhak Kərbəla yolunda İmam Hüseynlə (ə) görüşərək qısa danışıqdan sonra İmam Hüsyenin (ə) karvanına qoşuldu.
Aşura günü İmam Hüseynin (ə) cərgəsində şücaətcəsinə döyüşdü. İmam Hüseyn (ə) onun haqqında dua etdi: “Zəifləməyəsən, əllərin kəsilməsin. Allah Təala (c.c) Əhli-Beytə (ə) görə sənə böyük mükafatlar verəcək.”
Zəhhak Aşura gününün zöhr namazını İmamla birlikdə qıldı. Amma İmam Hüseynin (ə) səhabələrinin mübarək bədənlərini yerdə görərkən İmamın hüzuruna gələrək dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Xatırlayırsınız sizinlə mənim aramda hansı şərt var idi?! Ey mənim mövlam! Mənim ailəm var və insanlara borcum var. -ahlolbait
Qərarımız bu idi ki, sizinlə birlikdə müharibədə iştirak edim o zamana kimi ki sizin köməkləriniz var və mənim döyüşməyim sizə faydalı olsun.
İndi ki, sizin dostlarınız qalmayıb və mənim müharibə etməyimin heç bir faydası yoxdur!”...
Ömər ibn Səəd kərbəlada törətdiyi cinayətlər hansı istəyinə görə idi?!
Kərbəla cinayətkarlarından olan Ömər ibn Sədin həyatından ibarətdolu dərs...
Kərbəla hadisəsində İmam Hüseynin (ə) düşmənlərində dünyapərəstlik və dünya məhəbbəti görsənməkdə idi!
Kərbəla hadisəsi göstərdi ki, hər nə zaman dünya məhəbbəti ortaya gələrsə haqq rəhbərlərlə düşmənçilik etmək öz zirvə həddinə çatar!
Dünyapərəstliyin bir nümunəsi isə məqampərəsətlikdən ibarətdir.
İmam Sadiq (ə) buyurur: “Hər kim məqampərəstlik arxasıyca olarsa həlak olmuşdur!...
Hədislərə əsasən Gözəl əxlaqa malik olmayan, hansı nəticələrlə qarşılaşacaqdır?!
İslam dini davamlı olaraq öz ardıcıllarını gözəl əxlaqa dəvət etməkdədir. Pis əxlaqı isə həmişə məzəmmət etmişdir. Çünki pis əxlaq insan həyatına ancaq mənfi təsirlər göstərər. Bu təsirlər hansılardır?
1. İnsanın ruhi əzab çəkməsinə səbəb olar. Pis əxlaqın insana vurduğu ziyanlardan biri budur ki, insan ruhi əzab çəkər. Çünki bu cür insan ruhi şadlıq əvəzinə, həmişə qəmgin və narahat olar. Bu insanın qəmi bitməz.
2. İnsanlar pis münasibət bəsləyər. Pis əxlaq səbəb olar ki, onun ətrafında olan insanlar ona nifrət etsinlər və onunla fasilə saxlasınlar.
3. Yaxşılıqları aradan aparar. O zaman ki, insanın əxlaqı pis olar, hər nə qədər yaxşı əməl görsə də qarşı tərəfə həmişə minnət qoyar və ona dili ilə əziyyət verər. Bu cür yaxşılıqların dəyəri aradan gedər...
Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri haqda Əllamə Təbatəbai nə buyurur?!
Əllamə Təbatəbai buyurur: “Bir salavat bərzəx aləmində ölülər üçün elə bir nura çevrilər ki, onlara həmin aləmin çətinliklərindən nicat verər. Ona görə də bacardığınız qədər ölüləriniz üçün salavat göndərin ki, intizar çəkirlər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi yaddan çıxartmayın. Onlar sizə ehsan ümidi bəsləyirlər. Sizin ölüləriniz həbsdədirlər və sizin yaxşı işlərinizə rəğbət bəsləyirlər. Onların iş görmək qüdrətləri yoxdur. Siz sədəqə və duanızı onlara hədiyyə edin”. Allah dünyasını dəyişənlərimizə rəhmət eləsin! Onları unutmayaq, gözləri bizdədir…
Xanımların behiştə getməsi üçün... – Həzrət Zeynəbdən (s.ə) hədis
Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) biz qadınlar üçün elə bir hüquq müəyyən etmişdir ki, həyat yoldaşlarımız gərək ona riayət etsinlər.
Necə ki, onlar üçün hüquq təyin etmişdir ki, onlara riayət etmək bizim üçün lazımlıdır”.
Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) buyurmuşdur: “O zaman ki, doğru düşünən və doğru əxlaqa malik olan qadın beş vacib namazını qılarsa, Ramazan ayının orucunu tutarsa və ətəyini pak və pakizə saxlayarsa və həyat yoldaşı ilə həmahəng olarsa, onun hüququna riayət edərsə – ona deyilər ki, behiştin hansı qapılarından istəsə, birindən Allahın gözəl və bol nemətli behiştinə daxil olsun”.
İnsanın imanında Elmul-yəqin, eynul-yəqin, həqqul-yəqin nə deməkdir?!
Allaha mərifət əldə etməyin bir neçə mərhələri vardır ki, insan bu mərifət sayəsində yəqinliyə çatar. Yəqinliyin bir neçə mərhələsi vardır ki, onlarla tanış olaq.
1. Elmul-yəqin nədir? Elmul-yəqini izah etmək üçün belə bir misal çəkə bilərik. Fərz edin ki, bir nöqtədə atəş şölələnmişdir. Sizinlə bu atəş arasında bir divar vardır. Əgər siz tüstü və ya gələn istilik sayəsində divarın arxasından bu atəşin olduğunu dərk etsəniz – bu olur elmul-yəqin. Ona bənzəyir ki, bir nəfər Allahı tanıyar və Ona iman gətirər, ancaq əqli bürhan vasitəsilə.
2. Eynul-yəqin nədir? Əgər siz yuxarıda çəkdiyimiz misalda divarı keçə bilsəniz və atəşi yaxından görsəniz – bu olur eynul-yəqin. Bu mərhələ keçmiş mərhələdən daha üstündür. Ona görə də görmək, eşitməkdən daha üstün hesab olunur. Bu mərhələdə insan tövhidin təsirlərini həyatında əməli şəkildə müşahidə edər...