Bağışlamağın mükafatı haqda İslamın tövsiyəsi nələrdir?


Bağışlamağın mükafatı haqda İslamın tövsiyəsi nələrdir? Bağışlamağın (əli açıqlığın) mükafatı haqda İslamın tövsiyəsi
Bəziləri həyatın mənasını var-dövlət toplamaqda görür. Onların bütün təlaşları buna yönəlir. Hansı ki İslam insana Allah yolunda bağışlamağı tapşırır. Dünya həyatında gördüyümüz nə varsa Allahın mülküdür. Var-dövlət insana əmanət verilir. Əliaçıq insan ehtiyaclılara əl tutur, bununla da sərvətini hər gün artırmış olur. Belə insanlar bir gün çətinliyə düşəndə ətrafdakılar ona yardıma tələsir. Onlar öz əliaçıqlıqları ilə Allahın razılığını və axirət səadətini qazanmışlar. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz fəqirə verdiyinizdən çox verdiyinizin savabına möhtacsınız.


Ruziyə qane olmaq haqda İslamın tövsiyəsi nələrdir?


Ruziyə qane olmaq haqda İslamın tövsiyəsi nələrdir? İslam maarifinin ruziyə qane olmaq haqda baxışı:
Əgər insanda ali qənaət sifəti olsa, bu insan alnıaçıq və ehtiyacsız olar. Ruzi verən Allaha etiqadlı insan öz qismətindən razıdır, Allahın razı olduqlarını qəbul edir. Təcrübə göstərir ki, hərislik və tamahkarlıq insanın var-dövlətini artırmır. Tamahkarlıq insanı doydurmur, onun hərisliyini zəiflətmir. İnsanın dünya malına təşnəsini yatıran, onu gözütox edən qənaətdir. Şairin təbirincə, qənaət insanı güclü edir, hərislik insanı zəiflədir. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz dünya malı, ruzi üçün təlaşdan çox az ruziyə qane olmağa möhtacsınız.


Kərbəla kəbədən üstündürmü?


Kərbəla kəbədən üstündürmü? Kərbəla kəbədən üstündürmü sualına izah:
İki şeyi müqayisə edəndə müxtəlif cəhətlərdən ölçmək olar. Misal üçün birdəfə Kəbə ilə Kərbəlanı ora gedən zəvvarlar baxımından müqayisə edirik, birdəfə fiziki torpaq ya zahiri gözəllik baxımından və s... amma hədislərdə olunan müqayisə və Kərbəlanın Kəbədən üstünlüyü İmam Hüseyn (s) və onun yanındakı şəhidlərə xatirdir. İmam Sadiq (ə) buyurur: Möminin hörməti Kəbənin hörmətindən üstündür, möminin abrını tökməyin günahı Kəbə evini dağıtmaqın günahından böyükdür. Əgər bir mömin hörmət və abır baxımından Kəbədən üstün olursa, bu mömin İmam Hüseyn (ə) olsa necə olar?!!
Kəbə daşdan bir evdir başqa evlərdən fərqi və fəziləti Allaha nisbət verildiyi üçündür. Quranda Kəbəni evim diyə yad edir. Möminin abrıda Allaha nisbət verilir və həmçinin İmam Hüseynin (ə) Kərbəla torpağı üzərində tökülən qanıda Allaha nisbət verilir və İmama Sarəllah deyə xitab edilir. İmam Sadiq (ə) buyurur: « Kəbə torpağı fəxr elədi ki, kimdir mənim kimi ki, Allah öz evin mənim üzərimdə qərar verib,... Allahdan nida gəldi ki, sakit ol, Kərbəla torpağın səndən üstün qərar vermişəm onda dəfn olunan şəxsə xatir... Kərbəlanın Kəbədən üstünlüyü İmam Hüseynə (ə) xatirdi ki, din yolunda öz qanından keçdi.


Namazdan sonra məsciddə ziyarətnamə oxuyanda niyə müxtəlif tərəflərə dönürlər?


Namazdan sonra məsciddə ziyarətnamə oxuyanda niyə müxtəlif tərəflərə dönürlər? Adətən, məsciddə namazdan sonra 3 qısa ziyarətnamə oxunur. Ziyarətnamələrin biri İmam Hüseynə (ə), o biri İmam Rzaya (ə), üçüncüsü də İmam Mehdiyə (ə) ünvanlanır. Hər ziyarətnaməni oxuyarkən, sağ əli sinənin üstünə qoyub, həmin İmama aid edilən istiqamətə sarı dönürlər. İmam Hüseynin (ə) ziyarətnaməsi oxunan zaman Kərbəla istiqamətinə (Azərbaycandan təqribən qiblə istiqamətinə yaxındır), İmam Rzanın (ə) ziyarətnaməsi oxunan zaman şərqə (Məşhəd istiqamətinə) dönürlər. İmam Mehdi (ə) Kəbə kənarında zühur edəcəyi üçün onun da ziyarətnaməsini oxuyanda qibləyə üz tuturlar


Ağllı insanın nişanələri İmam Riza (ə) hədisində


Ağllı insanın nişanələri İmam Riza (ə) hədisində İmam Riza (ə)-dan nəql olunur ki, ağıllı müsəlman o şəxsdir ki onda bu 10 xasiyyət olmuş olsun:
1-Ondan xeyir gələcəyinə ümid olsun, 2-Onun pisliyindən amanda olmaq ümidi olsun, 3-Başqalarının az xeyrini çox saymış olsun, 4-Özünün etdiyi çox xeyri az saysın, 5-Ondan nə qədər kömək istəsələr də daralmasın,
6-Ömründə heç zaman elm öyrənməkdən yorulmasın, 7-Allah yolundan kasıbçılığı imkanlılıqdan üstün hesab etsin, 8-Allah yolunda əzilməyi, Onun düşmənləri ilə güclülükdən üstün bilsin, 9-Az tanınmağı çox dillərə düşməkdən daha çox istəmiş ola, 10-Sonra buyurdu: Amma onuncu! və nədir onuncu? Ona deyildi ki nədir (onuncusu)? Buyurdu: İnsanlara baxanda öz nəfsinə belə desin ki, o məndən üstün və daha da təqvalıdır.


Şah ƏBdüləzim Həsəninin İmam Rizadan (ə) eşitdiyi nəsihətlərdən


Şah ƏBdüləzim Həsəninin İmam Rizadan (ə) eşitdiyi nəsihətlərdən Şah Əbdüləzim Həsənidən belə nəql olunur ki, İmam Riza (ə) onu özünün tam vəkili kimi tanıtdırıb və belə nəsihət edibdir:
Ey Əbdüləzim! Mənim salamımı dostlarıma (şiələrimə) çatdır və onlara belə de: “Şeytanın yaxınlaşması üçün yollar qoymasınlar ki, onların nəfsinin (varlığının məhvinə gətirib çıxarar.”
Və onlara əmr et: “Danışıqda düzgünlüyə, əmanəti qaytarmağa, onlara aid olmayan işlərdə sakit durmağa və başqalarının işinə qarışmamağa. Bir-birilərinə yaxın olmağa, bir-birilərini yoxlamağa əmr et ki, bu yaxın (səmimi) olmaq üçün vasitədir.
Eləcə də əmr et: “Özlərini (boş) şeylərlə müharibəyə salmasınlar, elə bir həddə ki istəyələr bir-birilərini parçalasınlar.
Mən özümlə əhd bağlamışam ki, hər kəs belə etsə və bizim dostlarımızdan birini narahat etsə, Allahdan istəyəm ki, dünyada onu ən qaba (ən dərdli) əzaba düçar etsin və axirətdə ziyankarlardan olsun. ... Allaha pənah aparıram!


İmam Kazimdən (ə) təsirli rəftar


İmam Kazimdən (ə) təsirli rəftar İmam Kazimdən (ə) təsirli rəftar
Bağdadlı xətib əhli-sünnə mühəddisindən İmam Kazim (ə) haqda maraqlı bir dastan nəql edir: Mədinədə Ömər ibn Xəttabın övladlarından biri İmam Musa ibn Cəfərə (ə) əziyyət edirmiş və İmam Əli (ə) haqda pis sözlər deyərmiş. İmam Kazimin (ə) tərəfdarları o həzrətə deyirlər: İcaə verin bu kişini öldürək. İmam Kazim (ə) ciddi şəkildə onları bu işdən çəkindirir. İmam Kazim (ə) Ömərin nəslindən olan o şəxs haqda soruşur və onun ardınca əkin sahəsinə gedir. İmam (ə) əkin sahəsinə çatan kimi o şəxs fəryad çəkərək deyir: Ayağını mənim torpağıma qoyma! İmam (ə) ona tərəf gedir və yaxınlaşıb yanında oturur. Bir az onunla zarafat edib onu güldürür. Sonra buyurdu: Mən sənin torpağına ayağımı qoydum, nə qədər zərərə düşdün? Dedi: 100 dinar. İmam (ə) buyurdu: Sənə nə qədər xəsarət verəcəyimi düşünürsə? Dedi: 200 dinar. İmam Kazim (ə) ona 300 dinar verir. Ömərin yaxınlarından olan kişi İmamın (ə) bu rəftarından xəcalət çəkir və ayağa qalxıb İmamın (ə) öpüb gedir. İmam (ə) məscidə gedir və təsadüfü həmin adamı orada görür. Həmin kişi İmamı (ə) görən kimi ayağa qalxıb belə bir məşhur ayə oxudu ki, Allah-Taala daha alimdir və risalət üçün kimi seçdiyini bilir. İmamın (ə) ətrafındakılar onun bu hərəkətindən təəccüblənirlər və o kişidən bunun səbəbini soruşurlar. O da əhvalatı olduğu kimi danışır. nur-az


Allahın hikmətli qəzəb və rəhməti dedikdə nə başa düşülür?


Allahın hikmətli qəzəb və rəhməti dedikdə nə başa düşülür? Araşdırma: Həqiqət budur ki, biz Allahın işlərini naqis ağıl və zehnimizin quraşdırdığı müqayisə və meyarlarla ölçürük; sonra da Allahın fikirləşdiyimiz şəkildə bizimlə rəftar edəcəyini gözləyirik. Hansı ki, bizim elm və düşüncəmiz çox məhdud və naqisdir: “Sizə cüzi bir elm verilmişdir”. (“İsra” surəsi, ayə 85.)
Allahın bütün işləri hikmət əsasında və ən yaxşı nizamla möhkəmlənmişdir. Biz isə Onun prinsipial səbəb və məqsədlərindən xəbərsizik. Allah bəndələrinə mehribanlıq göstərməli olduğu məqamlarda təsəvvür olunmaz dərəcədə mehriban olur; lakin bəzən mehribanlıq və rəhmət üçün yer qalmır. Bu halda Allahın əzəmət və böyüklüyü cilvələnir. Belə məqamlarda cəzalanma və əzab labüddür. Beləcə, əzaba layiq olan kəslər üçün Allahın əzəməti kamilliyə çatır. Buna görə də “İftitah” duasında deyilir: “İlahi, beləcə inancdayam ki, əfv və rəhmət üçün yer olduqda Sən hamıdan mehribansan; əzab və cəza zamanı isə Sən bütün cəzalandıranlardan sərt cəza verənsən; böyüklük və əzəmət göstərilən yerdə hamıdan əzəmətlisən”.


İşlərdə “Bismillah”ın siması nələrdir?


İşlərdə “Bismillah”ın siması nələrdir? “Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir\". “Bismillah”ın siması:
1. “Bismillah” ilahi rəng göstəricisi, İmam Riza (ə): “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.” 2. “Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. 3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir. “Qəsəs\"88.) 4. “Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir. 5. “Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir. 6. “Bismillah” bəndəlik yolunda ilk addımdır. 7. “Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir. 8. “Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir. 9. “Bismillah” Allahın zikridir. Yəni “bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir. 10. “Bismillah” insanın məqsədini açıqlayır. İnsan “bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən! 11. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”


Məsum imamların dövründə şəvval ayının hilalının müşahidəsi necə həyata keçib?


Məsum imamların dövründə şəvval ayının hilalının müşahidəsi necə həyata keçib? Cavab: Rəvayətlərə baxdıqda görürük ki, o zaman da bəzən ixtilaflar yaranıb. Bəziləri elan edib ki, ay görünüb, bəziləri bunu qəbul etməyib. Bəziləri ayı görmək üçün müəyyən nöqtələrə gediblər, amma buna müvəffəq olmayıblar. Bəziləri də, bəzən iki-üç nəfər hilalı görə bilib. İstənilən bir halda hilal nazikdir. Çoxlarının onu görə bilməməsi mümkündür. Həm də onu görmək üçün zaman fasiləsi azdır. Havanın təmiz və ya buludlu olmasının da buna təsiri var. Bütün bunları nəzərə aldıqda ixtilafların təbii olduğu anlaşılır. Rəvayətlərdə bildirilir ki, ay görünmədiyi zaman 30 gün oruc tutmaqla orucunuzu tamamlayın. Maraqlı bir rəvayət də budur ki, Əmirəlmömininin (ə) dövründə insanlar ramazan ayı orucu üçün hilaldan hilala oruc tutublar. Sonra hesablayıblar, məsələn məlum olub ki, 28 gün oruc tutublar. Həzrət göstəriş verib ki, bir gün qəzaları var və bunu carçılar xalqa elan edib. Çünki ay 29 gündən az ola bilməz. Deyilənlərdən aydın olur ki, məsum İmamların dövründə də ayın başlaması, sona çatması ilə bağlı müəyyən ixtilaflar olub. Sünnə-əhli rəvayətlərində də eyni vəziyyətlə rastlaşırıq. İkinci xəlifənin dövründə bir qrup istihlal, yəni ayın müşahidəsi üçün gedib. Bir qoca kişi ayı gördüyünü deyib. O birilər isə ayı görə bilməyib. İkinci xəlifə diqqətlə baxdıqda müşahidə edib ki, qoca kişinin qaşının tüklərindən biri gözünün üstünə düşüb. Kişi elə bilib ki, ayı görür. Xəlifə ondan qaşlarını qaydaya salmasını istəyib. Kişi növbəti dəfə baxdıqda deyib ki, ayı görə bilmədim.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter