Namazda Azan deməyin hikmət və fəlsəfələri nələrdir?


Namazda Azan deməyin hikmət və fəlsəfələri nələrdir? İmam Riza (ə) namazda azan deməyin hikmətini 4 mənada açıqlayır:
1-İbadətdən qəflətə düşən şəxsə xatırlatma,
2-ibadət zamanı işlə məşğul olanlar üçün vaxtın gəlməsini yada salmaq,
3-Kütləni Allahın bəndəliyinə çağırıb onları həvəsləndirmək üçün.
4-Azan tövhid, iman və islamın göstəricisi olaraq yaşadılır. \"Mən la Yəhzuruhul Fəqih kitabı, c, 1, səh: 299\".

Azanın bu hikmətlərindən əlavə düşüncə olaraq azanın deyilməsinə fəlsəfələr qeyd olunur:
1-Azanın deyilməsi qəlbə səfalıq və ruha şadlıq gətirər,
2-Azanın çağırışı möminlər üçün Allahla danışma vaxtının gəlişini elan etmək mənasındadır,
3-Azan demək mömin şəxsin böyük ibadətə təvazökarlıqla hazırlaşmağa dəvət etmək mənasındadır.


Zikrin ən çox tövsiyə edildiyi zamanlar nə vaxtlardır?


Zikrin ən çox tövsiyə edildiyi zamanlar nə vaxtlardır? Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Allahın adlarını dilə gətirmək günahlardan çəkinmək və büdrəmələrdən xilas olmaq deməkdir. Məsumlarımız (ə) bizə zikrin ən çox tövsiyə olunduğu yerləri tanıtdırıb, buyururlar:
1. Düşmənlə üzləşən zaman. İmam Əli (ə): “Nə zaman döyüşdə düşmənlə üzləşdin, az söz deyin və Allah Təalanı çoxlu yada salın”. 2. Qəm qərar verən zaman. Peyğəmbər (s) buyurur: “Nə zaman qəmgin olsan, Allahı öz qəminin yadına sal. Nə zaman hökm vermək istəsən, Allahı dilinin yadına sal. Nə zaman bir şeyi bölmək istəsən, Allahı əlinin yadına sal”. Bu 3 hal insanı büdrədə bilən hallardır... 3. Qəzəblənən zaman. Peyğəmbər (s) buyurur: “Allah peyğəmbərlərindən (ə) birinə vəyh edir ki: “Ey Adəm övladı! Qəzəblənən zaman Məni xatırla ki, Mən də qəzəblənən zaman səni xatırlayım və səni başqaları ilə həlak etməyəm”. 4. Tənha olan zaman. İmam Baqir (ə): “Tövratda yazılmışdır: “Ey Musa! Tənhalıqda, şadlıq ləzzətlərində və xoşluqlarında Məni xatırla ki, qəflətlərində sənin yadında olum”. 5. Bazara daxil olan zaman. İmam Əli (ə): “O zaman ki, bazara gedirsiniz və insanlar işləri ilə məşğuldurlar, Allah Təalanı çoxlu yada salın. Çünki bu iş günahları məhv edər və həsənələri artırar. Qafillərin zümrəsində yazılmazsınız”.


Yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et!


Yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Cümə qüslunun əhəmiyyəti haqda heyrətləndirici hədislər:
1-İmam Sadiq (ə) (həmin ayənin təfsirindən) buyurub: “Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.”
2-Həzrət Məhəmməd (s) buyurub: “Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.”
3-İmam Əli (ə) buyurub: “Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.”
4-İmam Baqir (ə) buyurub: “Həm xeyir, həm də şər cümə günü ikiqat artar.”
5-İmam Baqir (ə) buyurub: “Cümə günü sədəqənin savabı ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.”
6-Həzrət Məhəmməd (s) buyurub: “Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, Cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.”


İmam Zaman (ə.f) evlidirmi?


İmam Zaman (ə.f) evlidirmi? Son zamanların aktual mövzularından biri də İmam Zamanın (ə.f) evliliyi və onun övlad sahibi olub-olmaması məsələsidir. Bu barədə üç nəzər irəli sürülmüşdür:
1. İmamın (ə.f) evliliyinin xüsusiyyət və keyfiyyətindən xəbərsiz olduğumuza baxmayaraq, bəziləri Onun (ə.f) evli olduğuna inanırlar.
Əllamə Məclisi[1], Muhəddis Nuri[2], Şeyx Əli Əkbər Nəhavəndi[3], Seyid Muhəmməd Sədr[4] kimi böyük şiə alimləri bəzən aşkar, bəzən də müəyyən analoji arqumentlərə istinad edərək İmam Zamanın (ə.f) evli olduğuna inanmışlar. Əlbəttə qeyd etmək lazımdır ki, bu evliliyin xüsusiyyəti barədə alimlər arasında fikir ayrılığı olmuş və ya bu məsələyə toxunulmamışdır.
2. Bəziləri isə bu nəzərin əksini isbatlayan dəlillərə söykənərək onun evli olmadığına inanırlar.
3. Bəziləri isə bu məsələdə qeyd olunan bu iki nəzəri qəbul etmir və bu məsələ barədə heç bir nəzər irəli sürməyərək sükut edirlər.
Bu məsələdə gərək axırıncı nəzəri qəbul edib güman və ehtimallar üzrə verilən nəzərlərdən çəkinək. Ona görə ki;


Kobud danışıq tərzindən qurtulmaq üçün 11 tövsiyə nələrdir?


Kobud danışıq tərzindən qurtulmaq üçün 11 tövsiyə nələrdir? Əgər diliniz pis sözlərə adət edibdirsə, gərək sizə müəyyən tövsiyələrə əməl edəsiniz ki, yavaş-yavaş bu pis adətdən çəkinəsiniz.
1. Əvvəl fikirləşmək və sonra danışmaq. İmam Əli (ə) buyurur: “Aqilin dili – qəlbinin arxasındadır, axmağın qəlbi – dilinin arxasındadır”. 2. Söhbət edəndən sonra dəyərləndirmək. Düşünün görün, sözləriniz necə olmuşdur və özünüz bu sözləri eşitməkdən şövq duyursunuzmu? Yoxsa sizi xəcalətli edir? 3. Sözlərin imtahanı. Dostunuzla üzbəüz əyləşin və növbə ilə danışın. Qarşı tərəfdən eşitdiyiniz sözlərə olan əks reaksiyalarınıza diqqət edin. 4. Təkrar etmək. Dilinizi yaxşı sözlər deməyə adət etdirin. Həmçinin gözəl sözlər deyən insanlara qulaq asmağa çalışın. 5. Araşdırmaq. Baxın görün sözləriniz başqaları tərəfindən qəbul olmuşdurmu, yoxsa onlar sizin sözlərinizdən incidimi? 6. İbrət götürün. Kobud sözləri ilə başqlarına əziyyət verən insanlara diqqət göstərin. Onların həyatından ibrət götürməyə çalışın. 7. Əxlaqlı insanlarla yoldaş olun. Çalışın xoş danışan və əxlaqli insanlarla yoldaş olasınız. Onlardan örnək götürəsiniz. 8. Kobud danışmağın pis nəticələrinə diqqət edin...


Məhdəviyyət mövzusunun təsirləri nələrdir?


Məhdəviyyət mövzusunun təsirləri nələrdir? Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Onlar elə güman edirlər ki, hər dövrün öz aktual mövzuları var. Məhdəviyyət mövzusu isə gələcəyə aiddir və biz bugünkü vəzifələrimizə əməl etməliyik...
Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. İmam Mehdinin (ə.f) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilhamverici ideya olmaqdan əlavə, İslam ideallarının tanınmasında çox münasib bir vasitədir.
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. Onlardan bəziləri fəlsəfi və dünyəvi, bəziləri İslami, bəziləri mədəni və tərbiyəvi, bəziləri siyasi, bəziləri iqtisadi, bəziləri ictimai, bəziləri insani, bəziləri isə təbiidir.[3] İnsan İmam Mehdinin (ə.f) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər...


Bu dünyada ədalətli hökumətin qurulmasına hansı zərurət var?


Bu dünyada ədalətli hökumətin qurulmasına hansı zərurət var? Bəziləri ümumdünya ədalət hökumətinin zəruriliyinə inandıqdan sonra deyirlər: “Əgər axirət aləmində ədalət əhatəli şəkildə bərpa olunacaqsa, bu dünyada belə bir hökumətin təşkilinə nə ehtiyac var?” Bu irada cavab olaraq belə deyə bilərik:
1. İbadət və Allahla görüşə yetişmək yaranış hədəfi sayılmışsa, demək, belə bir hökumət dünya həyatı başa çatmamış yer üzündə gerçəkləşməlidir.
2. Bəşəriyyətin belə bir hökumətə fitri meyli var. Buna görə də uyğun hakimiyyət dünya həyatında qurulmalıdır.
3. “Qəsre-daim” və “qəsre-əksəri” (daimi və əhatəli zülm) mümkünsüz olduğundan insan təbiət aləmində özü üçün zülm-sitəmin olmadığı, əhatəli və ədalətli bir hakimiyyət görməlidir.
4. Təkamül insan üçün axirət aləmində yox, bu dünyada qiymətlidir. İnsan fitrətən kamillik sorağında olduğundan kamilliyə hərəkət üçün şərait olmalıdır. İmam Mehdinin (ə.f) zühuru dövründə belə bir şərait yaranacaqdır.


Ülul-əzм Peyğəмbərləri neçə nəfərdir və onların kitabları necə adlanır?


Ülul-əzм Peyğəмbərləri neçə nəfərdir və onların kitabları necə adlanır? Şiə aliмlərinin nəzərincə, bəşər tarixində 124000 Peyğəмbər olmuşdur. Onlardan 113-ü nübüvvət məqamından əlavə, risalət, yəni fövqəladə məmuriyyətə də malik olmuşlar. Peyğəmbərlər arasında 5 nəfərin xüsusi imtiyazı və üstünlüyü vardır. Onlara \"ülul-əzm” deyirlər. Ülul-əzm Peyğəmbərlərin ayinləri bütün dünyaya aid olmuşdur. Həzrət Nuh, İbrahim, Musa, İsa, Мəhəmməd ülul-əzм Peyğəmbərlərdir. İlahi kitablar sırasında isə \"suhufe-Nuh”, \"suhufe- İbrahiм”, \"Tövrat”, \"İncil”, \"Quran” dayanır. İlk dörd kitab zaman keçdikcə dəyişikliklərə məruz qalıb müqəddəsliyini itirsə də, Qurani-Kərim həzrət Peyğəmbərə vəhy olunduğu zaman onun göstərişi ilə yazıya alınmış və dövrümüzədək artırılıb-əskildilmədən qorunmuşdur.


Namazını tələsik qıldı! Soruşana dedi: Mən üsyankar deyiləm!!


Namazını tələsik qıldı! Soruşana dedi: Mən üsyankar deyiləm!! Həşr surəsinin 19-cu ayəsində Allah-Taala buyurur: “Allahı unudanlardan olmayın!”
Bir gün mərhum Axund Kaşi dəstəmaz almaqla məşğul idi. Tələsik halda bir şəxs gəlib dəstəmaz alaraq məscidə girdi və namazını qıldı.
Mərhum Kaşi dəstəmaza aid olan bütün qaydalara riayət edərdi, onun dəstəmazı qurtarana kimi tələsik halda namaz qılan şəxs məsciddən çıxdı və Mərhum Kaşi ilə üzləşdi. Axund Kaşi ona dedi: Nə iş gördün? Dedi: Heç bir şey. Axund dedi: Sən heç bir şey görmədin?! Şəxs axunda cavab verdi: Yox heç bir şey.
Mərhum Kaşi dedi: Mən özüm gördüm ki sən namaz qılırdın?!
Şəxs dedi: Ağa sən səhv görmüsən!? və davamında tələsik namaz qılan Axunda bir cümlə dedi, bu söz ona çox təsir etdi?!
Tələsik bəndə Axunda dedi: Mən məscidə gəlmişdim ki, Allahıma deyəm: Mən üsyankar bəndə deyiləm və Allahın sənə hər yerdə yad edirəm. Elə bu ...\"
Tələsik şəxsin bu sözü Axunda çox təsir etmişdi. Hər zaman ki Axundun halını soruşan olsaydı, deyərdi: “Mən üsyankar bəndə deyiləm. Allahım mən və dostlarım sənə qarşı üsyankar deyilik. “Allahım” Bəndəyik əgər səhv etdiksə cahilliyimizə hesab et. Səndən diləyirik ki, bizdən elə bu iqrar və etirafımızı qəbul et!


Behiştə daxil olmaq üçün lazım olan 10 amil hansılardır?


Behiştə daxil olmaq üçün lazım olan 10 amil hansılardır? Bu dünyada hər bir hədəf üçün müqəddəmələr lazımdır. Əgər kiminsə hədəfi behiştə getməkdirsə, gərək bu müqəddimələrə riayət etsin. Onların bəzisinə işarə edək:
1. İman və saleh əməl. “İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 82).
2. Təqva. \"Təqvalılar üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər”. (“Ali-İmran” 15).
3.Allaha və Peyğəmbərinə (s) itaət etmək.
4. Düzlük və düz danışmaq. «Bu doğruçulara düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün altından çaylar axan Cənnətlər vardır”. (“Maidə” 119).
5. Ehsan və yaxşı iş görmək. “Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik. Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır.” (“Kəhf” 30-31).
6. Allah yolunda səbirli olmaq. 7. Namazı iqamə və hifz etmək. 8. Allah yolunda infaq etmək. 9. İbadət. 10. Dostluq və məhəbbət.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter