Ailə münasibətlərində kişilər xanımları ilə hansı münasibətlərlə davranmalıdırlar?!


Kişilərə bir neçə sehirli məsləhət:
Xanımınızı başqalarının yanında tənqid etməyin! İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin!
Xəstə olduğu günlərdə ona xüsusi qayğı göstərin!
Xanımınızın ev fealiyyətini ananızın və başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətleərini muqayisə etməkdən başqa) onu tənqid etməyin!
Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin! Sizə etdiyi xidmətlərə görə ona təşəkkür etmeəyi unutmayın!
Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın! Xanımınızı onun xoşladığı adla cağırın!


Allah- Təala Musa (ə.s) buyurub: Mən 6 şeyi 6 yerdə qərar vermişəm.


Birincisi Rahatlıq. Mən bu dünyanı rahat etməmişəm.Cənnəti rahat etmişəm. Amma insanlar bu dünyada axtarır. Budünyada dərdli insan yoxdur. Ancaq cənnətdə rahatlıq, dərdsizlik, qoxsusuzluq etmişəm. Bu dünyada insanlara rahatlıq yoxdur ancaq cənnətdədir.
İkincisi Yüksəliş. Yüksəliş yolunu sadəlik yoluna qerar vermışəm. Təkəbür insanları sevmirəm. Təvazükar insanlar mənim dostum. Nə insanlar yüksəliş edir, təkəbbürlənirlər, Mən onları o qederde alçaldıram. Kim mənə Şükr edir, Mən onlara o qederde ucaldıram.
Üçüncüsü. Izzət. Yəni gecə namazı qərar vermişəm. İnsanlar vəzifəli şəxslərin, varlı şəxslərin, qapılarını döyür,axtarır və onlardan kömək istəyir, amma Mən onlara izzət qapsına gəlsinlər, gecə namazı qılsınlar. Allah izzətlidir. Kim mənə zikr edsə, Mən onlara kömək edərəm...


HİKMƏTDOLU MƏNALI SÖZLƏR...


Mənalı sözlər.
1) Heç kəs heç vaxt unudulmayacaq
2) Cəhənnəmdə od olmur, odu insanlar cəhənnəmə özləri ilə gətirərlər.
3) Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki, paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.
4) Dünya yaranandan paltar dayişir. Amma qadın yox.
5) Cavanlıqdan qocalığa güc saxla, savaşanda barışmağa üz saxla!!!
6) Heç bir quş uçduğu yüksəklikdə qalmır, təkrarən aşağıya enir.
7) Azadlıq ifrət derəcəsinə çatdığda özbaşınalığa cevrilir...


Kasıb bir müsəlmana izzətli yaşamaq üçün Hz Peyğəmbər (s) hansı göstəriişi buyurdu?!


Bir gün mədinəli kasıb bir müsəlman Peyğəmbərimizin yanına gələrək yemək üçün bir şey istədi..Peyğəmbər (s) o adamdan evində bir şey olub-olmamasını soruşdu..O da: - Evdə xırda bir xalça və su qabından başqa heç bir şey yoxdur. - dedi. Peyğəmbərimiz tez onları (xırda xalça və su qabı) gətirməsini əmr etdi..Adam deyilənləri gətirdikdə Allah Rəsulu yanındakılara:- Bu şeyləri pulla almaq istəyən varmı? - deyə soruşdu.. Səhabələrdən biri - Mən bir dirhəmə alaram - dedi..
Peyğəmbərimiz (sallallahu aleyhi va alihi va səlləm) daha çox pul təklif edən birisinə satacağını bildirdi..Başqa bir səhabənin iki dirhəmə almaq istədiyini görən Rasulullah, xırda xalça və su qabını ona satdı..Sonra isə, hüzuruna gələrək yardım istəyən adama belə dedi:- Bir dirhəm ilə evə yemək, geri qalan pula isə, bir balta al..Bu balta ilə odun doğrayıb sat..Dilənçilik etməkdənsə, öz əməyinlə qazan!.. Peyğəmbərin (s) sözünü dinləyən həmin səhabə bir həftə içində artıq on dirhəm qazanmışdı.


İmam Əli (ə) Allahdan necə bir qadın istəmişdi?!


\"İlahi! Mənə xeyirxah, mehriban, övlad dünyaya gətirmək qabiliyyəti olan, təşəkkür etməyi bacaran, gözütox və iffətli qadın qismət elə!
Belə ki, ona xeyirxahlıq etsəm təşəkkür etsin. Pislik etsəm bağışlasın. Allahı zikr etsəm yardım etsin. Allahı unutsam Onu mənim yadıma salsın.
Evdən uzaq qaldığım zaman iffətini qorusun. Evə gəldiyim zaman sevinsin. Göstərişlərimi yerinə yetirib itaət etsin.
Ona and verdikdə (ki, bu işi et, ya əncam vermə) qəbul etsin. Qəzəbləndiyim zaman məni sakitləşdirib sevindirsin.
Ey sonsuz izzət və cəlal sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı qismət et! Sən mənə bu neməti əta etməsən mən özüm onu ələ gətirə bilməyəcəm\".


Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı 10 düşüncə duaların qəbul olunmamasına səbəb olur?!


Bir nəfər ALLAHın Rəsulundan (s) soruşdu ki, niyə bizim duamız qəbul olunmur. Bir halda ki, ALLAH-təala buyurub ki, mənə dua edin qəbul edim. ALLAHın Rəsulu (s) buyurdu: \" 10 şeyə görə dualarınız qəbul olunmur.”
1.ALLAH-təalaya inandız amma bəndəçilik vəzifənizi yerinə yetirmədiz.
2.Quranı oxuduz amma əməl etmədiz.
3.Peyğəmbərin (s) dostluq təklifini qəbul etdiz amma övladları ilə düşmənçilik etdiz.
4.Şeytanla düşmənçilik iddiası etdiz amma onun dediklərinə əməl etdiz.
5.Behişti sevdiyinizi dediniz amma bir əməl etmədiniz.
6.Cəhənnəmdən qorxduğunuzu dediniz amma öz bədənlərinizi ora atdınız...


Hz Peyğəmbərin (s) hədisinə əsasən günün hansı vaxtlarında yatmaq ziyanlıdır?!


Peyğəmbər (s.v.s) buyurdu: ”Əsrdən sonra kim yatarsa və ağlını əldən verərsə yalnız özünü danlasın”. Əsr vaxtında məqsəd odur ki, hər şeyin kölgəsi özündən iki bərabər ötüb keçə və bu vaxt əsr namazının ən fəzilətli vaxtıdır. Şam və xiftən namazının arasında yatmaq ruzinin kəsilməsinə səbəb olur.
Peyğəmbər (s.v.s)-dan rəvayət edilmişdir ki, gün ərzində yatmaq 5 qisimdir.
1. Əylulə yuxusu: Bu yuxu yuxarıda deyildiyi kimi, yəni sübh namazı ilə günəş çıxan zaman arasında olan fasilədə yatmaqdır. Bu yuxu məkruhdur.
2. Fəylulə yuxusu: Bu günəş çıxandan sonra günün əvvəlində yatmaqdır. Hədisdə deyilmişdir ki, bu yuxu insanın zəifliyinə səbəb olur.
3. Qəylulə yuxusu: Bu zöhr namazından qabaq yatmaqdır. Hədisdə bu yuxu bəyənilmiş və faydalı olduğu bildirilmişdir...


Ayətullah Cəvadi Amuli duaların qəbul olunması üçün hansı tapşırığı verir?!


(Ayətullah Cavad Amulinin əxlaq dərsindən) Dini təlimlərdə oxuyuruq ki, əgər günaha düçar olsan, tez bir zamanda yaxşı bir iş gör ki, həmin günahı aradan apara bilsin. Çünki əgər günah parçalanarsa, insanın varlığında çürüklər əmələ gətirər və onu kor və kar edər. Günahın qəlbimizi kor etməməsi üçün ALLAHı zikr etməliyik. Bu zikrlərin zaman və məkanı yoxdur. \"Ey iman gətirənlər, ALLAHı çox zikr edin!”. ALLAH bəzi ayələrdə buyurur ki, zikr üçün ən yaxşı zaman - namaz zamanıdır. \"(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda ALLAHı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın”. (\"Nisa” 103).
Daima ALLAHı xatırlayın, ALLAHı daima xatırlamaq insanı qəflətdən uzaqlaşdırar. Nəql edilir ki, Həzrət Peyğəmbər (s) bir bağın kənarından keçirmiş. Ağac əkən bağbana buyurur: \"İstəyirsənmi ki, mən səni ağac əkməkdən daha faydalı bir işlə agah edəm?” Deyir: \"Bəli”. Buyurur: \"Sənin əkdiyin ağacın səmərəsi müvəqqətidir. Ancaq hər səhər və hər axşam təsbihati-ərbəəni desən, ALLAH sənin üçün behiştdə hər bir təsbihin qarşısında bir ağac əkər ki, daima meyvə verər”...


Hz Peyğəmbər (s) Cəbrail (ə)-dan soruşur Mələkələr nəyə gülür və aöalayırlar?!


Peyğəmbər (s) Cəbraildən soruşdu: \"Məlaikələr də gülüb-ağlayırlarmı?” Dedi: \"Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu zaman məlaikələr ona gülüb deyirlər: \"Ey bixəbər! Səhərdən axşama qədər doymadın, indi doyacaqsan?!”
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: \"Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!” Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: \"Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar...


İslam maarifinə əsasən dilinə düşə biləcəyi 40 günah hansılardır?!


DİLİN 40 GÜNAHI
1.Yalan 2.Töhmət 3.Dil yarası 4.Tənə vurmaq 5.Eyb axtarmaq 6.Abır aparmaq 7.Qəlbi sındırmaq 8.Naməhrəmlə zarafat 9.Yersiz danışmaq 10.Danışıqda lovğalıq
11.Yaxşılığa qadağa 12.Dində bidət 13.Nahaq hökm etmək 14.Yalan and 15.Möminə əziyət etmək 16.Həsədi üzə çıxartmaq 17.Pis əxlaq 18.Camaatla pis danışmaq
19.Küfru təsdiq etmək 20.Acı danışmaq ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter