Alimin abiddən üstünlüyü haqda hədislərdən nə buyurulur?


Alimin abiddən üstünlüyü haqda hədislərdən nə buyurulur? Alimin abiddən üstünlüyü haqda məsumlardan bir neçə hədis:
Peyğəmbər (s) və Məsum İmamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərin bir qismində elmin ibadətdən və alimlərin abidlərdən üstün olduqları buyurulur.
1. Peyğəmbər (s) buyurur: «Elm ibadətdən daha üstündür».
2. «Elm məqsədilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq və zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir».
3. «Elm və agahlıq ilə yatmaq, cəhl və nadanlıqla namaz qılmaqdan daha yaxşıdır».
4. «Allah-Taala elmə yiyələnməyi namaz, oruc, həcc və Onun yolunda cihad etməkdən daha üstün tutur».
5. «Gecənin qaranlığında ay öz nuru ilə digər ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir».
6. «Allahı tanıyan şəxsin bir rükət namazı nadan insanın min rükət namazından daha üstündür».
7. Әli (ə) buyurur: «Bir şəxsin həkimanə bir söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır»...


Övlad sahibi olmaq istəyənlər üçün İslam dini hansı dua və əməlləri etməyi tövsiyə edir?


Övlad sahibi olmaq istəyənlər üçün İslam dini hansı dua və əməlləri etməyi tövsiyə edir? Ayətullah Behcət övlad sahibi olmaqla bağlı bəzi tövsiyələr vermişdir ki, onlara işarə edək. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və övlad sahibi olmadığını bildirir. -Həzrət Sadiq (ə) buyurur: “Allahdan istə və səcdədə bu sözləri de:
“رَبِّ هَبْ لِی مِن لَّدُنْكَ ذُرِّیَّةً طَیِّبَةً إِنَّكَ سَمِیعُ الدُّعَاء رَبِّ لَا تَذَرْنِی فَرْدًا وَأَنتَ خَیْرُ الْوَارِثِینَ -Hədisi nəql edən yazır ki, bu göstərişə əməl etdim və Allah mənə övladlar nəsib etdi və adlarını Əli və Hüseyn qoydum”. -“Şəfayi-sudur” kitabında oxuyuruq ki, hər kim sübh namazının nafiləsi ilə sübh namazı arasında 41 dəfə “Həmd” surəsini deyər və bu işə 40 gün fasiləsiz əməl edərsə, Allah hacətini yerinə yetirər. Hətta əgər övladı olmasa belə, Allah ona övlad nəsib edər. Hər kim övlad sahibi olmaq niyyətilə, xalis və ixlasla, Allaha diqqət edərək bu iki ayəni - “Vaqiə” surəsinin 58 və 59-cu ayələrini oxuyarsa, Allah Təala bu iki ayənin bərəkətinə ona övlad nəsib edər.
Bir nəfər İmam Baqirə (ə) deyir: “Qurban olum, mənim çoxlu sərvətim vardır. Ancaq övladım yoxdur, mənim övlad sahibi olmağım üçün br çarə vardırmı?”. Həzrət Baqir (ə) buyurur: “Bəli, bir il boyunca hər gecənin sonu yüz 100 istiğfar et və əgər gecə onu yerinə yetirməsən, sabahısı günü qəzasını yerinə yetir. Çünki Allah Təala buyurur: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin”. (Nuh/10-12).


6 böyük müctəhid Novruz bayramı keçirmək haqda hansı fitvaları veriblər?


6 böyük müctəhid Novruz bayramı keçirmək haqda hansı fitvaları veriblər? Xeberman.com saytı 6 böyük müctəhidn fətvalarını sizə təqdim edir. Qeyd edək ki, bu suallar müctəhidlərin dəftərxanalarından əldə edilən fətvalardır. Sayta istinad etməyiniz vacibdir.
-Sual: Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir.Amma bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunusun.Məsələn; bahalı paltar alıb özünü, var-dövlətini digərlərlərini gözünə çəkmək və digər bəyənilməyən şeyləri.
-Sual: Salam.Novruz bayramını, bayram kimi qeyd etmək, şənlik keçirtmək olarmı?
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Bayram kimi qeyd etməyin eybi yoxdur.Lakin haram işlərə yol verilməsin.
-Sual: Salam. Novruz bayramını bayram kimi qeyd etmək olarmı?
Cavab: Salam.Ayətullah Fazil-dəftərxana: Bəli olar...


Quran: \"Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər\" bu ayənin mənası nədir?


Quran: "Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər" bu ayənin mənası nədir? Ayətullah Bəşir Nəcəfi buyurur: \"Neçə il idi ki, \"Zümər\" surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. \"Və siyqəlləzinət-təqau rabbəhum iləl-cənnəti zuməra\"(Zümər: 73). Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər!!
Özümdən soruşdum. Niyə \"behiştə tərəf çəkib sürüyərlər\" deyilib? (Qurana aid) bütün təfsir kitablarına baxdım amma cavab tapa bilmirdim.
Nəhayət bir gün Biharul-Ənvar kitabında İmam Sadiq (ə) nəql olunmuş bu rəvayətlə üzləşdim. İmam Sadiq (ə) buyurur:
İmam Hüseyn( ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, behiştə girməzdən öncə mövlaları Hüseynlə (ə) görüşsünlər.İmam (ə) öz sevərlərinin görüşünə gələr. Bu görüş çox uzanar. İmam Sadiq (ə) buyurur: Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüşşühədanın dostları öz mövlalarından könül üzərlər.Görüş o qədər uzanar ki, Allah behişt məmurlarına buyurar: Bu görüşə son qoymaq üçün bu Hüseyn aşiqlərini behiştə tərəf çəkib sürüyün


Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz?


Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz? 12 İmam şiələri altıncı İmamın (ə) adıyla bağlı və Peyğəmbərin (s) tərəfindən ilahi vəhyə əsasən ardıcıl olaraq təyin olunan 12 İmama tabe olanlar inanclarında, Qurana və Peyğəmbərin sünnəsinə əsaslanırlar. Cəfərilər Peyğəmbər (s) sünnəsini və Quran hökmlərini bəyan edən Peyğəmbər(s)-in və Əhli-Beytinin topladığı hədisləri daha üstün sayırlar. Cəfəri məzhəbi İslamın ilk çağlarında İslam elmini inkişaf etdirmişdir. Onların mühüm dini və elmi mərkəzləri vardır. Bunlardan ən əhəmiyyətlisi və ən qədimi Nəcəfül-Əşrəf elmi mərkəzidir. Bu mərkəz on əsr bundan əvvəl İraqın Nəcəf şəhərində böyük alimlərdən olan Şeyx Tusi adlı şəxs tərəfindən yaranmışdır. Hal-hazırda isə artıq yarım əsrə yaxındır ki, İranın Qum şəhərindəki dini və elmi mərkəz cəfərilərin elm mərkəzidir. Şiə aləmində Əhli-Beytin Peyğəmbər(s)-dən nəql etdiyi hədislər, xüsusilə də İmam Cəfəri Sadiq(ə)-ın hədisləri böyük üstünlük təşkil edir. Cəfəri məzhəbi Quranın axirətə qədər Allah tərəfindən qorunacağı və heç bir dəyişikliyə məruz qalmayacağı inancındadır və bunu dəlillərlə də sübut edir. Biz Cəfəri məzhəbi haqqında qısaca məlumat verdik. Bu məzhəblə maraqlanmaq istəyənlərə \'\'İslamda Cəfəri Məzhəbi və İmam Cəfəri Sadiqin buyruqları\'\' kitabını oxumağı məsləhət görürük, şiələrin tarixi ilə əlaqədar isə \'\' Tarixuş-şiə\'\' kitabına müraciət etmək məsləhətdir. \"14 sual 14 cavab kitabı, səh: 1-2\".


Namazla cihadın nə belə oxşarlıqları var?


Namazla cihadın nə belə oxşarlıqları var? Namazla Cihadın oxşar cəhətləri vardır. İbarətdirlər:
1-Cihad etmək düşmənə qələbə çalmaq yoludur, namaz isə daxili düşmənə (nəfsə) qələbə çatmaq vasitəsidir.
2-Cihad etmək üçün vasitə və köməkçilərə ehtiyac var, camaat namazı cihada oxşardır bu yollarla ki İmam camaat yol göstərən, namaz qılan şəxs nəfs və şeytanla mübarizə üçün yola düşən mömindir.
3-Cihadla mömin dünya malından qənimətlər əldə edər, namazla isə mömin şəxs şeytan və nəfsinə qələbə çalmaqla İlahi savabları qazanıb Allaha yaxınlaşır. Namazın sirləri kitabı, səh: 92


Nə üçün həzrət Əlinin (ə) adı Quranda gəlməmişdir?


Nə üçün həzrət Əlinin (ə) adı Quranda gəlməmişdir? Ayətullah Sadiq Ruhani bu suala belə cavab vermişdir: Allahın adı ilə:
Şiə alimləri “Qədir” hədisi ilə İmaməti sübuta yetirirlər. Bu hədis şiə və əhli-sünnənin nəzərində möhkəm bir hədisdir. Çünki həm şiə, həm də əhli-sünnə mühəddisləri tərəfindən təvatürlə nəql olunmuşdur. H. Əlinin (ə) canişinliyinə irad tutulan budur ki, nə üçün Əlinin (ə) adı Quranda açıq-aydın gəlməmişdir?
Aydındır ki, əgər H. Əlinin (ə) və onun övladları olan digər İmamların (ə) adları Quranda gəlsəydi, Quran təhrif olunacaqdı. H. Əlinin (ə) və digər İmamların adlarının Quranda zikr olunmamasının sirri də budur. Üstəlik, bu barədə səhih bir hədis də vardır. Əbu Bəsir deyir: İ. Sadiqdən (ə) soruşdum: Camaat deyir ki, nə üçün Əlinin (ə) və övladlarının adı Quranda gəlməmişdir? İmam (ə) buyurdu: “Onlara deyin ki, namaz hökmü Allahın Peyğəmbərinə (s) nazil oldu, amma Allah namazın rəkətlərinin üç, yaxud dörd olmasını təyin etmədi.Peyğəmbər (s) bunu özü camaata təfsir etdi” . Bu rəvayətdən məlum olur ki, Mütəal Allah açıq zikr etməməsinə baxmayaraq, İmamların (ə) adı zikr olunmuş rəvayətlər Qurana işarə edir və məqsəd ayənin təfsir və izahı, yaxud da şəni nüzulu və təvilidir.


İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?


İmam Riza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur? İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
“Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)


Anamız üçün nə etmşik?


Anamız üçün nə etmşik? Bir gün bir gəncin anası ağır xəstələnir və onun əlacı səhranın o biri tayında yaşayan bir təbibdə olur. Bu gənc kasıb olduğundan dəvəsi yox imiş ki, anasını təbibə aparsın. Amma aparmasa, anası bu xəstəlikdən ölə bilərmiş. Gənc belə qərar verir ki, anasını belində aparsın. İsti hava, istidən qovrulan səhrayla oğlan anasını belinə alıb aparır. Təbib anasını sağaldandan sonra yenə o uzun səhra ilə anasını belində geri qaytarır. Mənzilə çatanda oğlanın bütün ayağının dərisi elə yanıbmış ki, az qala sümükləri görsənsin. Yenə də həmin gənc anasının yanında ağrıdığını bildirmirdi, sanki heç nə olmamış kimi anasına qulluq edirdi. Səhəri gün həmin gənc Peyğəmbərimizin (s.a.s.) yanına gedərək ona əhvalatı danışır və soruşur: «Mən bu əməlimlə anamın borcundan çıxa bilmişəmmi, öz övladlıq borcumu yerinə yetirmişəmmi?»
Cavabı: Peyğəmbər (s.a.s) buyurur : \"Bu hərəkətinlə sən yalnız ananın doğum sancısının əvəzini ödəyə bilərsən, o da tam olaraq yox, bəlkə yarısını”.


Allah-Taala hansı üç nəfərin duasını qəbul etməz?


Allah-Taala hansı üç nəfərin duasını qəbul etməz? Vəlid ibn Səbih deyir: İmam Sadiqin (ə) xidmətində idim. Onun qabağında böyük bir qabda xurma var idi. Bir dilənçi gəldi. Xurmanın bir miqdarını ona verdi. Sonra bir dilənçi də gəldi. Ona da bir qədər xurma verdi. Üçüncüsü də gəldi. Həzrət (ə) buyurdu: “Allah artıq etsin.”
Sonra buyurdu: - Əgər bir nəfərin otuz-qırx mini (dirhəmi, yaxud dinarı) olsa və hamısını da düzgün və səhih yolda məsrəf etsə, yoxsul həddinə çata bilər. Lakin o, üç nəfərdən biri olacaq ki, onların da heç birinin duası qəbul olunmaz.
Dedim: - Sənə qurban olum, onlar kimlərdir?
Buyurdu: - Biri odur ki, Allah ona kifayət qədər mal-dövlət verir və onu xərcləyib deyir: “İlahi, mənə ruzi ver!” Cavab gələr ki, məgər sənin ruzini vermədimmi?” İkinsici odur ki, öz arvadına nifrin edər. (Yə`ni, bir yerdə dolanmaq heç cür mümkün olmadığı halda ona talaq verib boşamaq əvəzinə nifrin edir.) Allah-təala buyurar: “Məgər onun talağını sənin əlinə verməmişəmmi?” Üçüncüsü odur ki, evdə oturub Allahdan ona ruzi verməsini diləyir. Xitab olunar: “Məgər ruzi kəsb etmək yolunu sənin ixtiyarında qoymamışammı?!” (Əli Məşkini, \"Nəsihətlər\" kitabından)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter