Bəhlul Danəndə Şeyx Cüneyd Bağdadiyə hansı dərsi verdi? (Hekayə)


Bəhlul Danəndə Şeyx Cüneyd Bağdadiyə hansı dərsi verdi? (Hekayə) Bəhlul Danəndə: \"Allah razılığından başqa bir iş üçün danışsan, dediyin hər bir ibarət sənə yük olacaq.\"
Dövrünün böyük sufi ariflərindən olan Şeyx Cüneyd Bağdadi öz müridləri ilə Bağdaddan qırağa çıxır. Şeyx, Bəhlulun vəziyyəti ilə maraqlanır. Ona Bəhlulun divanə birisi olduğunu deyirlər. Cüneyd, Bəhlulu görmək istəyir. Onu axtarıb tapırlar. Şeyx irəli gedib salam verir. Bəhlul salamın cavabını aldıqdan sonra ondan kim olmasını soruşur.
Şeyx Cüneyd: - Mənəm, Şeyx Cüneyd Bağdadi. Bəhlul: - İnsanlara mürşidlik edən Şeyx Bağdadi sənsənmi? Şeyx Cüneyd: - Bəli. Bəhlul: - Yeməyi necə yeyirsən? Şeyx Cüneyd: - Əvvəl “Bismillah” deyirəm, öz qabağımdakı yeməkdən yeyirəm, kiçik tikələr götürürəm, sağ tərəfdən ağzıma qoyuram, yemək yeyəndə başqalarına baxmıram, Haqqdan qafil olmuram, götürdüyüm hər tikə üçün “Bismillah” deyirəm, yeməkdən əvvəl və sonra əllərimi yuyuram...
Bəhlul ayağa qalxıb dedi: - Camaata mürşidlik etmək istəyirsən, halbuki, hələ özün yemək qaydasını bilmirsən. Bəhlul bunu deyib, öz yoluna davam etdi. Şeyxin müridləri dedi: - Şeyx, bu kişi dəlidir, sən ondan nə gözləyirsən? Şeyx gülümsəyərək onlara dedi: - Sözün düzünü dəlidən eşit. Sonra Bəhlulun arxasınca gedib ona çatdı...


Məsumlardan yatmağın növü və yönü haqda hansı əxlaqi göstərişlər verilmişdir?


Məsumlardan yatmağın növü və yönü haqda hansı əxlaqi göstərişlər verilmişdir? Şamlı (Suriyalı) bir nəfər İmam Əlidən (ə) yatmağın növləri barədə soruşanda İmam cavab verdi:
“Yatmağın dörd növü var:
1-Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar.
2-Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar.
3-Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun.
4-Iblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum və dərdə düçar olmuş adamlar isə üzü üstə yatarlar.
(Biharül-ənvar, LXXVI, 186-187).


Allah-Taala Musanın zamanında günahkarın hansı əxlaqi üstünülüyünə görə abrını tökmədi?


Allah-Taala Musanın zamanında günahkarın hansı əxlaqi üstünülüyünə görə abrını tökmədi? H. Musanın(ə) dövründə şiddətli quraqlıq gəldi. Möminlər cəm olaraq 70(yetmiş) dəfə yağış tələbi ilə razı-niyaz etsələr də nəticə hasil olmadı. Yağış gəlmədi. Musa (ə) Tur dağında ərz etdi: -Pərvərdigara! Əgər mənim ləyaqətim Sənin yanında dəyərdən düşübsə, Axırəz-zəmanda təyin edəcəyinə vədə verdiyin peyğəmbərin məqamına xatir rəhmət yağışını üzərimizə nazil et!
.....Allahdan(c.c) xitab gəldi: - Ya Musa! Sizin aranızda bir şəxs 40 ildir açıq-aşkar Bizə qarşı asilik edir, əgər onu öz aranızdan xaric etsəniz – şübhəsiz sizin üçün rəhmət yağışını nazil yağdıraram!
H. Musa (ə) əhvalatı bəni İsrailə bildirdi. Asi olan bəndə - H. Musanın(ə) səsini duyduğunda – ilahi rəhmətin nazil olmasına maneə olduğunu başa düşdü. Özü-özünə dedi: Axı nə edim! Əgər cəmiyyətin içində qalsam yağış yağmayacaq, aralarından xaric olsam – o zaman rüsvay olaram! Ərz etdi: - İlahi, bilirəm ki, Sənə qarşı günah etmişəm. Hazırda, etdiyim əməlimdən peşiman halda əzəmətli dərgahına doğru üz tutub tövbə edirəm. Tövbəmi qəbul et! Mənim üzümdən bu camaatı üzərindən rəhmətini əsirgəmə! Ağzından sözü sona yetməmişdir ki, bir bulud zahir oldu və çoxlu yağış yağdı... Musa (ə) dedi: - Allahım(c.c), o bəndəni mənə göstər! Xitab gəldi: - Ey Musa(ə)! Mən onu günah və asilik etdiyi zaman rüsvay etmədiyim halda, indi ki, tövbə edib onu üzüqara edərəmmi? Mən, sözgəzdirəni özümə düşmən bilirəm, o şəxsi sənə tanıtmağımla Özüm də onlardanmı olum?


Qadının kimlərin yanında hicab taxması vacib deyil?


Qadının kimlərin yanında hicab taxması vacib deyil? Qadına hicaba örtmək vacibdir. Qadın üçün bəzi şəxslər qarşısında hicab taxmamasına icazə verilir:
Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.


Namazın azan-iqaməsində birinci dəfə \"Əşhədu ənnə əliyən vəliyyullahı\" kim demişdir?


Namazın azan-iqaməsində birinci dəfə "Əşhədu ənnə əliyən vəliyyullahı" kim demişdir? Nəql olunur Səlman Farsi bir gün Peyğəmbərin (s) həyatda olduğu zamanda Namaza dayandığı vaxt Allahın təkliyinə şəhadət verib, Peyğəmbərin (s) Allah elçisini təsdiq edəndən sonra azan və iqamədə İmam Əlinin (ə) vilayətini qəbul edəcək cümlə işlətdi. Səhabələrdən biri Peyğəmbərin (s) yanına gəlib Səlmanın bu yeni əməlindən soruşdu?! Ey Allahın Elçisi! Bu gün yeni bir məsələ ilə üzləşdim ki öncədən onu heç eşitməmişdim. Peyğəmbər (s) buyurdu: Nədir bu yeni məsələ?
Səhabə ərz elədi: Səlman Farsi azan deyirdi: Eşitdim ki o Allahın təkliyinə və Sənin Peyğəmbərliyinə şəhadət verəndən sonra Əlinin (ə) vilayət və İmamətini də təsdiq etmək nişanəsi olaraq əlavə şəhadət də dedi. (Bu hadisə Qədiri Xum İmam Əlinin (ə) canişinliyinin elanından sonra baş vermişdir).
Peyğəmbər (s) səhabənin sualının cavabında belə buyurdu: Yaxşı (düzgün) bir şey etmisiniz.


İmam Hüseyn (ə) övladına həmd surəsini öyrədənə nə hədiyyə etdi?


İmam Hüseyn (ə) övladına həmd surəsini öyrədənə nə hədiyyə etdi? Nəql olunur ki, Əbu Əbdürrəhman Abdullah ibn Həbib Sələmi İmam Hüseynin (ə) övladlarından birinə həmd surəsini oxumağı öyrətdi və uşaq həmd surəsinin oxunuşu atası Əba-Abdullaha oxudu. Həzrət Əba Abdullah övladının müəlliminə min dinar və 100 ədəd bahalı parça hədiyyə etdi. İmam Hüseynin (ə) bu qədər hədiyyəsinin səbəbini soruşan səhabəsinin cavabında İmam Hüseyn (ə) belə buyurdu: Mənim övladıma öyrətdiyinin qarşısında mənim hədiyyələrim bərabər olmaz. Sonuncu sözlər adlı kitab, səh: 125
\"Əgər övladımız həmd surəsini öyrənib bu surənin çatdırdığı dərsləri dərk etsə bu surədə ilahi əqidələr dərsi vardı: Tövhidə inanc. Allahın rəhmətinə ümidlilik. qiyamətin hesab kitabını dərk etmək. Haqq yolu diləmək dərsi və azğın yolda uzaq durmaq...\"


Cəbrail (ə) Peyğəmbərə (s) Furuiddinə əməl etməyin fəlsəfələrini necə açıqladı?


Cəbrail (ə) Peyğəmbərə (s) Furuiddinə əməl etməyin fəlsəfələrini necə açıqladı? İslam Peyğəmbəri (s) buyurdu: \"Cəbrail (ə) mənə nazil olud və dedi: Ey Əhməd! İslam 10 əmrdən ibarətdir. Hər kimin bu əməllərdən payı olmasa zərər etmişdir:
1-\"La ilahə İllallah\" bu cümlə tövhidə iman əlamətdir.
2-Namaz günahlardan paklanmaqdır.
3-Zəkat (kasıbların haqqını ödəmək) İslama fitrətən və vicdanla bağlılıqdır.
4-Oruc tutmaq, (cəhənnəm qarşısında) qalxandır.
5-Həcc, İslamın ən böyük mərasimlərindəndir.
6-Cihad. (Allah yolunda çətinliklərə qatlanmaq), izzət və başıucalıqdır.
7-Yaxşılığa dəvət etmək, Allahla bağlanan əhdə vəfalılıq göstərməkdir. ... Bihar əl Ənvar, c: 79, səh: 213.


İmam Əli (ə) səhabələrin həll edə bilmədiyi şəri məsələdə hansı hökmü verdi?


İmam Əli (ə) səhabələrin həll edə bilmədiyi şəri məsələdə hansı hökmü verdi? Bir nəfər səhabələrdən (...) soruşdu: – Bir kişi bir qadınla evlənir və həmin gecə o qadın oğlan doğur. Kişi elə həmin gecə vəfat edir və mirası oğlan ilə onun anasına keçir. Hadisənin necə olduğunu deyə bilərsənmi?!
Səhabələr (...) onun cavabını bilmədi. Əli (ə) buyurdu: – Bu kişi o qız ilə izdivac etməmişdən qabaq qız onun kənizi idi və elə ondan da hamilə olmuşdu. Kişi onu azad etdikdən sonra öz əqdinə keçirtdi, qadın da həmin gecə doğdu. O öldükdə kişinin mirası oğluna və onun anasına keçir.(Bəlkə də məqsəd budur ki, o kişi özünün bakirə kənizi ilə yaxınlıq etmişdir ki, qocalıq, yaxud digər səbəblərə görə iftizaza səbəb olmamışdır, kəniz də ondan hamilə olub. Bir müddətdən sonra kişi kənizi azad edib onunla evlənir. Qadın doğduğu həmin gecədə kişi dünyadan gedir və onun mirası oğluna və oğlunun anasına keçir. \"Mənaqib\", \"Qazayahu (ə) fi Əhdi Əbi Bəkr\") kitabı.


İmam Riza (ə) Abbasi xəlifəsini hansı şəriət məsələsində aciz qoydu?


İmam Riza (ə) Abbasi xəlifəsini hansı şəriət məsələsində aciz qoydu? Nəql olunur ki, İ.Riza (ə) çöl ərəblərinə məxsus olan paltar geyinib tanınmaz halda təvaf yerinə daxil oldu və təvafda Harundan qabağa keçdi. Bu, Haruna ağır oturduğu üçün onu təhqir etmək qərarına gəldi. Bu məqsədlə o həzrətdən çətin suallar soruşdu. O həzrət də qaneedici cavablar verdi. Sonra İmam (ə) ondan soruşdu: – (O kimdir ki,) sübh namazı vaxtı bir qadına nəzər salır, nəzəri haramdır. Günorta zamanı ona halal, əsr zamanı haram olur. Gün batan zaman halal, işa zamanı haram olur. Sübh zamanı halal, zöhr zamanı haram olur. Əsr olanda halal, məğrib zamanı haram, işa zamanı isə halal olur?! Harun dedi: – Ey ərəb qardaş! Allaha and olsun, məni elə bir dərin dəryaya saldın ki, səndən başqa heç kəs məni oradan xilas edə bilməz!
İmam (ə) bu sualın izahında buyurdu: – O kişi sübh zamanı ona haram olan bir kənizə nəzər saldı. Zöhr zamanı onu aldı və halal oldu. Əsr zamanı onu azad etdi, haram oldu. Məğrib zamanı onunla izdivac etdi, halal oldu. İşa zamanı ona təlaq verdi, haram oldu. Sübh zamanı təlaqdan rücu etdi (qayıtdı), halal oldu. Zöhr zamanı ona zihar etdi, ona haram oldu. Əsr zamanı (kəffarə olaraq) bir qul azad etdi və halal oldu. Məğrib zamanı mürtəd oldu, qadın ona haram oldu, İşa zamanı tövbə etdi və islama qayıtdı, qadın ona halal oldu. (\"Əlamunnas fi Bənil-Əbbas\", səh.56 (Harunun xilafəti) )


Günaha batan ruhdur, yoxsa cisim (bədən)?


Günaha batan ruhdur, yoxsa cisim (bədən)? İmam Sadiq (ə) buyurur: ruh bədənə qarışmayıb, ona söykənmiş vəziyyətdədir. Ruh cismi əhatəyə alıb... Ruhun maddəsi qan və rütubətdir. Bədəndə qan qalmayanda ruh onu tərk edir... Ruhun beş növü var: müqəddəs ruh – peyğəmbər və övliyaların ruhu; iman ruhu – insan bu ruhla Allahın razılığını düşünür; qüdrət ruhu – bu ruh insana ibadət gücü verir; şəhvət ruhu – insanı günahdan çəkindirir; bədən ruhu – insan bu ruh vasitəsilə hərəkət edir...
Qəbir əzabı qaçılmazdır. Həm cisim, həm ruh əzab görər. Ruh və cisim bir-birindən ayrılıqda iş görmək imkanına malik deyil. Ruhu şikəstə, cismi kora bənzədiblər. Əgər kor şikəsti qucağına alıb qaldırsa, başqasının ağacından meyvə dərməklə oğurluq etsələr kim müqəssirdir? Bu misalla demək istəyiblər ki, günaha görə həm cisim, həm ruh müqəssirdir. Vilayet.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter