Həyatınızın mənası üçün: Özünüzdən Soruşmağınız Lazım Olan 45 Sual hansılardır?


Həyatınızın mənası üçün: Özünüzdən Soruşmağınız Lazım Olan 45 Sual hansılardır? Bəzi suallar vardır özümüzdən soruşmağa, heç cürə cəsarət edə bilmirik. Ancaq o sualları özümüzə ünvanladığımızda daxilimizdə nəyinsə dəyişməyə başladığını hiss edirik. Bu yazımızda insanların özündən soruşmağı lazım olan 45 sualı yayımlayırıq. Bu sualların doğru və yanlış cavabları var. Sadəcə özümüzə xas fərqlilik yaratmaq və və özümüz haqqında bir az düşünmək üçün bu suallar hazırlanmışdır. Buyurun bu da bəhs etdiyimiz 45 sual. Bizdən soruşmaqdır ?
1.Tam olaraq nə istəyirsiniz? Məqsədinizə çatdığınızı haradan biləcəksiniz?
2.Kim yaxud nə olmaq istəyirsiniz?
3.Nəyə sahib olmaq istəyirsiniz? Gərçəkdə nəyə sahibsiniz?
4.Özünüz və ətrafınızla əlaqəli nəyi kontrol edə bilirsiniz və yaxud edə bilmirsiniz?
5.Güclü cəhətləriniz hansılardır?
6.İnkişaf etdirilməsi lazım olan bacarıqlarınız hansəlardır?...


İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir?


İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir? İmam Rza (ə) buyurub:\"Hər kəs məni uzaq evimdə ziyarət edərsə, mən üç yerdə onun köməyinə çataraq onu (o) yerlərin çətinliklərindən xilas edərəm:
1. Xalqın əməl kitabları özlərinə verildikdə.
2. Sirat körpüsündən keçdikdə.
3. (Bəndələrin əməlləri) hesablanan halda.(Biharul-ənvar, cild 99, səh. 34)
-Yasir Xadimdən nəql olunub ki, İmam Rza (ə) buyurmuşdur:\"Agah ol və bil ki, mən məzlum halında zəhərlə öldürülüb qərib bir yerdə dəfn olunacağam. Beləliklə hər kəs məni ziyarət etmək üçün səfərə çıxarsa, duası qəbul olub, günahı bağışlanar.\"(Biharul-ənvar, cild 99, səh. 36)


Ayətullah, Amin, Bidət, beyət və ziyarət istilahlarının mənası nədir?


Ayətullah, Amin, Bidət, beyət və ziyarət istilahlarının mənası nədir? 1-\"Ayətullah\" - İslam aləmində ən yüksək dini rütbələrdən biridir. İslam elmlərinin incəliklərinə bələd olan alimlərə \"ayətullah\" deyilir. Lüğəti mənası \"ALLAHın yer üzərində nişanəsi\" deməkdir.
2-\"Amin\" - Bütün duaların sonunda işlənən söz. Təqribi mənası \"Dua qəbul olsun!\" deməkdir.
3-Bidət: – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq. Bu işin görən Allaha qarşı haram etmiş və tövbə etməsə Cəhənnəmə əzabı ilə hədələnmişdir.
4-\"Bey`ət\" - Bir kəsin hakimiyyətini tanımaq və ona tabeçiliyi etiraf etmək. Qədimlərdə hökmdarlar, şəhər valiləri və b. hakimiyyətə keçdikdə, tabeçilikdə olanlar bir-bir onların əlini sıxıb, itaət etdiklərini bildirirdilər. Buna \"bey`ət\" deyilirdi.
5-\"Ziyarət\" - Müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bəzən dini şəxslərin görüşünə getmək də \"ziyarət\" adlanır.


Allah-Taala (c.c) hansı nöqsanlardan pak və uzaqdır?


Allah-Taala (c.c) hansı nöqsanlardan pak və uzaqdır? Qurani Kərimə görə Allah-Taala (c.c) bu üç nöqsandan pakdır:
1. Allahın cismi və zamanı yoxdur. \"Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır\". (\"Bəqərə\" 115).
2. Allah ehtiyacsızdır. \"Çünki Allah heç nəyə möhtac deyil\". (\"Mumtəhənə\" 6).
3. Onun şəriki yoxdur. \"O, qoşulan şəriklərdən pak (və uzaq)dır\". (\"Tövbə\" 31).


Dini baxımdan insanın əsl dostu və düşməni kimlərdir?


Dini baxımdan insanın əsl dostu və düşməni kimlərdir? Dini baxımdan insanın əsl dost və düşməni onun daxilindədir: Düzgün istifadə olunan ağıl dost və nadanlıq bataqlığı insanın ən böyük düşmənidir.
İslaminSesi - İnsan verilən ağıl sayəsində pis və yaxşını seçə bilər. O bu ağıl sayəsində pis və yaxşı əməllərin nəticələri barədə də xəbərdar ola bilər. Ağılı çiçəkləndirən iman və elmdir. Bu iki amillə çiçəklənən ağıl insanı kamala aparar. Cahil insanlar bundan müstəsnadırlar. Cahil insanlara onların əsl düşməni olan cəhalət hakim kəsilər. Onlar harada hansı qərarın qəbul edilməsini, necə davranmağı bilməz, hisslərinə qapılıb ağıllarına gələni müxtəlif məkanlarda danışmaqdan çəkinməzlər. Nəticədə ömur boyu cəhalətlərinin acı təsirləri ilə yaşamağa məcbur olacaqlar. Hədislərə görə bilikli olmaq bütün yaxşılıqların, nadanlıq isə bütün pisliklərin başıdır. Digər bir hədisə görə, xoşbəxtlərə elm ilham olunar, bədbəxtlərsə ondan məhrum qalıb cəhalətə batarlar . İnsanın mayası ağıldır və ağlı olmayanın dini də yoxdur, deyiblər. İnsanların ən dəyərlisi daha çox bilik (ağıl) sahibləri, insanların ən dəyərsizi isə daha az biliyi olanlardır (cahillər) Elə bu məntiqə əsasən insanın əsil düşmən və dostu da məlum olur. İnsanın əsl dost və düşməni Tuhaful-Uqul əsərində İmam Rzadan (ə) nəql edilən hədisdə belə təsvir edilir: \"Hər kəsin dostu onun ağlı hər kəsin düşməni onun nadanlığıdır\"


Aprel 2016-cı il üçün əlamətdar günlər hansılardır?


Aprel 2016-cı il üçün əlamətdar günlər hansılardır? 2016-cı il, Aprel ayının müsəlmanlar üçün əlamətdar günləri:
9 aprel - 1 rəcəb - İmam Baqirin (ə) mövludu, 5-ci İmamı, Valideyni: İmam Səccad, Fatimə İmam Həsən (ə) qızı.
11 aprel - 3 rəcəb - İ. Hadinin (ə) şəhadəti, 10-cu İmamı, Atası İ. Cavad, İraqın Samirra şəhərində dəfn olunmuşdur.
13 aprel - 5 rəcəb - İ. Əli Nəqinin (ə) mövludu, Şiələrinin 10 cu İmamı.
18 aprel - 10 rəcəb - İ. Cavadın (ə) mövludu, 25 yaşında cavan şəhid edilən İmam. Şiə tarixin bərəkətli övladı.
21 aprel - 13 rəcəb - İ. Əlinin (ə) mövludu, Allahın razı qaldığı bəndə, Haqqında çoxsaylı Quran ayələrin nazil olması, ...
23 aprel - 15 rəcəb - İ. Cəfər Sadiqin (ə) şəhadəti, İslam ümmətinə dəyərli bilim adamları tərbiyə edib ərsəyə gətirən şəxsiyyət.
23 aprel - 15 rəcəb - Xanım Zeynəbin (s.ə) şəhdəti, Səbrin kamil nümunəsi olan xanım, Kərbəlanın hədəfə çatmasında ikinci qol-budağı olan şəxsiyyət.
23 aprel - 15 rəcəb - Müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün, Peyğəmbərin (s) Mədinədə namaz qıldığı anda Allahın əmri ilə 2-ci hicri ildə 4 rəkətli namazın ikinci rəkətində namazının istiqamətini Beytül-Müqəddəsdən MƏkkəyə tərəf dəyişməsi hadisəsi...


Duanın qəbul olması üçün qızıl fürsətli vaxt hansı gün və zamandadır?


Duanın qəbul olması üçün qızıl fürsətli vaxt hansı gün və zamandadır? Həzrət Fatimeyi-Zəhradan nəql edilən bir hədisdə duanın həftə günləri və anları içində daha tez qəbul olacağı andan söz açılır.
İslaminSesi – Hədislərdə duanın Allah dərgahında tez qəbul olması üçün müxtəlif zamanların o cümlədən cümə günü və azanın vaxtları kimi zamanlar qeyd edilibdir
Məkanlara gəldikdə isə, məscidlərin mehrabı, ata-ananın yanı duanın tez qəbul olması üçün ən münasib məkanlar hesab olunur.
Həzrət Fatimeyi-Zəhradan nəql edilən bir hədisdə duanın həftə günləri və anları içində daha tez qəbul olacağı andan söz açılır. Məanil-Əxbar kitabında gələn hədis belədir: “Peyğəmbərdən (Allahın salamı ona olsun) eşitdim ki deyir: Cümə günündə bir vaxt var ki müsəlman həmin anı izləyib düa edərsə Allah onun istədiyi xeyri verər. Bu cümə günü məğrib vaxtı günəşin yarısının batdığı andır.” Ravi bildirir ki həzrət Fatimə cümə günündə bu zamanı həmişə izləyər, xidmətçidən bu anın çatması barədə xəbər verməyi istəyərdi. Həzrət Fatimə buyurardı: “Hündürlüyə qalx günəşin yarısının batdığını gördükdə mənə xəbər ver ki dua edim”.


İmam Əli (ə) həqiqi şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır?


İmam Əli (ə) həqiqi şiələri hansı xüsusiyyətləri ilə tanıtdırır? İşıqlı gecədə İmam Əli (ə) camaat namazını qılıb məsciddən eşiyə çıxan zaman bir dəstə insanlar onun ardınca yola düşdülər. İmam (ə) onları görüb soruşdu: Sizlər kimlərsiniz? Ərz etdilər: Biz sənin şiələrin və davamçılarınıq. İmam Əli (ə) onların sözünün cavabında buyurdu: Mən sizlər şiəlik nişanələri görmürəm. İmamın (ə) dalınca gələn dəstə dedilər: Həqiqi şiələrin xüsusiyyətləri nədir? İmam Əli (ə) həqiqi şiələrin xüsusiyyət və sifətlərini belə bəyan etdir:
1-Şiələr: Gecə Allaha ibadət etmək nəticəsində rəngləri saralmış və zəif bədənləri vardır,
2-Şiələr: Allahdan uzaq düşmək və cəhənnəm əzabından qorxmaq səbəbindən ağlayar və gözlərində qəmginlik görsənər,
3-Şiələr: Oruc tutmaq səbəbindən qarınları nəziklənmişdir,
4-Şiələr: Allaha ruku etmək səbəbindən belləri əyilmiş görsənər və Allaha çox səcdə nəticəsində alınlarında nişanələr yaranar,
5-Şiələr: Çox dua etmək səbəbindən dodaqları quruyar (dodaqlarında çartlaqlıq yaranar). Bunlardır həqiqi şiələrin nişanələri!! (Sizlərdə bu sifətlər varsa sizlər Əhli-beyt aşiqi və onların yolunu davam edənlərsiniz?!). \"Ehqaqul-həqq kitabı, c: 12, səh: 424\"


İmam Sadiq (ə) insan qədəri haqda bəşəri neçə qismə bölür?


İmam Sadiq (ə) insan qədəri haqda bəşəri neçə qismə bölür? İmam Cəfər Sadiq (əleyhissəlam)-dan belə nəql olunur:
“Qədər mövzusunda insanlar üç dəstəyə ayrılırlar:
Birinci dəstə iddia edir ki, Allah insanları günah etməyə məcbur etmişdir. Belə bir inancda olan şəxs Allaha zülm etmişdir,9 buna görə də kafirdir.
İkinci dəstə iddia edir ki, işlər insanların öhdəsinə buraxılmışdır. Belə bir inancda olan şəxs də Allah-taalanın qüdrətini kiçiltmişdir, buna görə də kafirdir.
Üçüncü dəstə isə iddia edir ki, Allah insanları gücləri çatan şeylərlə vəzifələndirmiş, onlara gücləri çatmayan şeyləri yükləməmişdir. Belə bir şəxs yaxşı iş gördükdə Allaha həmd edər, pis iş gördükdə Ondan bağışlanma diləyər. Belə bir şəxs əsl müsəlmandır.” \"Qəza və qədər\" kitabı, Əllamə Mürtəza əl-Əskəri.


Sirr saxlaya bilmirəm, nə edim?


Sirr saxlaya bilmirəm, nə edim? İnsanın çevrəsini genişləndirən, ona hörmət gətirən xüsusiyyətlərdən biri də sirr saxlamaq xüsusiyyətidir. Sirr saxlaya bilmirsənsə, bu sənin dəyərdən salır. Porsemani.ir portalının Müşavirə qrupu sirr saxlamaq üçün 11 tövsiyə verir:
1.Bildiklərini, məlumatlarını 3 qrupa böl: heç kimə deyilməyəsi sözlər, xüsusi bir qrupa deyiləsi sözlər, hamıya deyiləsi sözlər
2.Danışmazdan qabaq hökmən deyəcəyiniz sözün xeyir-zərərini müəyyənləşdirin.
3.Lazım olmayan söz deyib zərər çəkəndə özünüzü tənbeh edin. Məsələn, bir gün yalnız suallara cavab verin.
4.Əvvəlcə sözünüzün aqibətini, hansı zərərlər törədə biləcəyini düşünün.
5.Unutmayın ki, danışığınız sizin kimliyiniz, şəxsiyyətinizin göstəricisidir.
6.Danışanda Allahın razılığını düşünün, yersiz danışanda istiğfar edin...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter