Allahdan nə üçün qorxmalıyıq?


Allahdan nə üçün qorxmalıyıq? \"Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?
-Qeyd etdik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bəziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah–təalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatır. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxıb və xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymayıb, hasara toxunaraq ölərsə bu hadisənin səbəbkarı bağ sahibi deyil.
-Bu qorxu insanda xüşu halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır\". (Ustad Misbah Yəzdi, \"Allaha doğru\" kitabından)


Allaha hacəti olan şəxs hansı zikri çox deməlidir?


Allaha hacəti olan şəxs hansı zikri çox deməlidir? (Ayətullah Cavad Amulinin əxlaq dərsindən) Deyerler- Dini təlimlərdə oxuyuruq ki, əgər günaha düçar olsan, tez bir zamanda yaxşı bir iş gör ki, həmin günahı aradan apara bilsin. Çünki əgər günah parçalanarsa, insanın varlığında çürüklər əmələ gətirər və onu kor və kar edər.
Daima Allahı xatırlayın, Allahı daima xatırlamaq insanı qəflətdən uzaqlaşdırar. Nəql edilir ki, Həzrət Peyğəmbər (s) bir bağın kənarından keçirmiş. Ağac əkən bağbana buyurur: “İstəyirsənmi ki, mən səni ağac əkməkdən daha faydalı bir işlə agah edəm?” Deyir: “Bəli”. Buyurur: “Sənin əkdiyin ağacın səmərəsi müvəqqətidir. Ancaq hər səhər və hər axşam təsbihati-ərbəəni desən, Allah sənin üçün behiştdə hər bir təsbihin qarşısında bir ağac əkər ki, daima meyvə verər”.
İmam Sadiq (ə) buyurur ki, əgər Həzrət Zəhranın (s.ə) təsbihatından sonra bir dəfə “Lə İləhə İlləllah” desəniz, günahlarınız bağışlanar. Başqa bir yerdə oxuyuruq ki, əgər hacətiniz olsa, 10 dəfə “Ya Allah” deyin və sonra hacətinizi istəyin.


Tarixdə Allah-Taala günəşə Əli (ə)-ın əzəməti haqqında hansı əmri verdi?


Tarixdə Allah-Taala günəşə Əli (ə)-ın əzəməti haqqında hansı əmri verdi? Əbuzər nəql edir: “Bir gün Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Nə zaman sabah günəş çıxacaq, Bəqi səhrasına get və yüksək bir yerdə dayan. O zaman ki, günəş çıxacaq, ona salam ver. Həqiqətən, Allah Təala ona əmr etmişdir ki, sənə cavab versin”.
O zaman ki, sabah səhər oldu, Əmirəl-möminin (ə) yanında ənsar və mühacirlərdən olan bir dəstə səhabə ilə birlikdə Bəqiyə gəlib çatdı. Yüksək bir minbərin üstündə dayandı. O zaman ki, günəş çıxdı, buyurdu: “Salam olsun sənə, ey Allahın yeni xəlq etdiyi və mütisi!”.
Səmadan səs eşidildi: “Salam olsun sənə, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey o kəs ki, hamıdan daha çox bilənsən!”.
Bu zaman olanların hamısı günəşin sözlərini eşidib, bihuş oldular. Bir müddət sonra özlərinə gəldilər. Əmirəl-möminin (ə) artıq həmin yerdən geri qayıtmışdı. Onlar Peyğəmbərin (s) yanına gəldilər və dedilər: “Ey Rəsul! Biz Əli (ə) haqqında deyirik ki, bizim kimi insandır. Ancaq günəş ona elə xitab etdi ki, Allah özünə o cür xitab edir”...


Xristian alimi İmam Əlidən (ə) yuxusunun 7 sualına hansı cavabları aldı?


Xristian alimi İmam Əlidən (ə) yuxusunun 7 sualına hansı cavabları aldı? Romadakı xristianlardan biri yuxu görür və İmam Əli (ə) də onu yozur. İmam (ə) nəql edir:
“1-ci yuxu: Yuxuda görür ki, səmadan bir saray asılmışdır ki, ora qızıldan taxtlar qoyulmuşdur. Kənizlər, nökərlər və gözəl xalçaları vardır. Sarayın ətrafını isə donuzlar əhatə etmişdir. Yozumu: Bu zalım sultanın sarayıdır ki, axəril-zamanda insanlar zəkat vermədiyinə görə onların malını alacaq. Sultanın ətrafında zalımlar vardır ki, ona yardım edərlər.
2-ci yuxu: Yuxuda görür ki, qalın kətan parça göydən asılmışdır. İnsanlar onu parçalayırdı və ondan bir tikə qalmışdı.
Yozumu: Həmin qalın kətan müxtəlif məzhəblərdir ki, axəril-zamanda insanlar ona etiqad bəsləyəcəkdir. Məzhəbdən bir şey qalmayacaqdır, məgər bir sap qədər.
3-cü yuxu: Yuxuda görür ki, göydən quşlar gəlir və başlarını torpağa salırlar. Geri qayıdan zaman başları olmur.
Yozumu: Həmin quşlar İslam dinidir. İslam dinindən şəriət və adətlərdən başqa bir şey qalmayacqdır. Həqiqəti isə səmaya geri qayıdacaqdır.
4-cü yuxu: Yuxuda dördayaqlılaları görür ki, sidik orqanı yoxdur. Yozumu: Zənginlər malı toplayır və İlahi haqqı və zəkatı vermirlər...


Yersiz danışmağın vurduğu ən az ziyanı nələrdir?


Yersiz danışmağın vurduğu ən az ziyanı nələrdir? Yersiz danışmaq dilin bəlalarındandır ki, insana dünya və axirət ziyanı vurar. Bu ziyanları tanıyaraq, yersiz danışmaqdan çəkinək:
1. Ömrü zay edər. İnsan ömründən axirəti üçün azuqə toplamaq üçün istifadə etməlidir.
2. Cəmiyyətdə həqarət olur. İnsan cəmiyyətdə yersiz söz danışarsa, öz məqamını alçaltmış olar.
3. Üzr istəyər. Yersiz danışmağın mənfi nəticələrindən biri də budur ki, insan dilinə gətirdiyi sözdən peşman olar və çarəsiz qalıb, üzr istəyər.
4. Dil günahları üçün zəminə olar. Peyğəmbər (s) buyurur: “O kəs ki, çoxlu danışar – xatası çox olar. O kəsin ki, xatası çox olar – yersiz işləri artar. O kəsin ki, yersiz işləri çox olar – yalanı artar. O kəsin ki, yalanı çox olar – günahı çox olar”.
5. İlahi rəhmətdən uzaqlaşar. Peyğəmbər (s) merac hədisində buyurur: “Cəhənnəmin beşinci qapısında yazılmışdı: “O şey ki, işinə yaramır, çoxlu danışma ki, İlahi rəhmətdən enərsən (uzaq olarsan)”.
6. Faydalı işləri əldən vermək. İmam Əli (ə) buyurur: “O kəs ki, özünü işinə yaramayan şeylə məşğul edər, o şey ki, işinə yarayar – onu əldən verər”...


Qəmgin ruh üçün din hansı 3 dərmanı tövsiyə edir?


Qəmgin ruh üçün din hansı 3 dərmanı tövsiyə edir? Dünya həyatı elə amillərlə doludur ki, insan istəsə də, isməsə də qəmgin və qüssəli olur. İslam dini bizə hər bir qəmdən xilas olmağın yollarını açıqlamışdır. Həm cisim və həm də ruh üçün dərmanları vardır. Misal üçün təmiz paltar geyinmək qəmi sizdən uzaqlaşdıra bilər. Ruhla bağlı dərmanlara işarə edək:
1. Yəqindən bəhrələnmək. İlahi vədəyə şəkk etmək insana iztirab və qəm gətirər. Ona görə də Allahdan razı olun və Onun əmri qarşısında boyun əyin”.
2. Dünyanı tanımaq. İmam Əli (ə) buyurur: “Zəmanə iki günlükdür. Bir günü səninlədir və o biri günü sənin əksinədir. Əgər səninlə olarsa, sərməst olma, əgər sənin əksinə olarsa, səbir et, çünki hər ikisi keçəndir”.
3. Allahdan yardım istəmək. Məsumlar (ə) bizə qəmgin olan zaman bu zikri tez-tez deməyimizi tövsiyə edirlər: “«لا حول و لاقوه الا بالله» (“Lə həvlə və lə quvvətə illə billəh”).
İmam Sadiq (ə) buyurur: “Nə zaman əmirlər və ya başqaları tərəfindən sənə qəm çatsa «لا حول و لاقوه الا بالله» (“Lə həvlə və lə quvvətə illə billəh”) zikrini çox de. O, rahatlığın açarı və behişt xəzinələrindəndir”.


Namazda şəriətin hansı 11 göstərişinə diqqət etmək vacibdir?


Namazda şəriətin hansı 11 göstərişinə diqqət etmək vacibdir? Namazın vacib əməlləri 11-dir:
1-Niyyət, yəni namaz başlayarkən hansı namazı qıldığını müəyyən etmək zəruridir.
2-Təkbirətul-ehram, (yəni namazın əvvəlində “Allahu əkbər” demək),
3-Qiyam (Həmd və ixlas surələrini oxuyarkən ayaq üstə dayanmaq, xəstəlik maneə olmasa),
4-Qiraət, yəni həmd və ixlası (və ya ixlasın yerinə başqa surəni düzgün oxumaq).
5-Rüku, Yəni qiyam halından sonra əllərin dizə çatacaq qədər əyilmək.
6-Səcdə, rukudan durandan sonra bədənin 7 üzvünü yerə vurmaq, alını isə torpağa.
7-Zikr, yəni Namazın hər bir halətində şəriətdə müəyyən olan duaları və Allaha mədhləri demək.
8-Təşəhhüd, namazın ikinci, dördüncü və şam namazında 3 cü rəkətində xüsusi qiraəti oxumaq...


Namaz üçün alınan dəstmaz haqda şəriət hansı tapşırıqları verir?


Namaz üçün alınan dəstmaz haqda şəriət hansı tapşırıqları verir? Namaz üçün alınan dəstəmazın haqqında şəriətin 4 hökmü:
1-Namaz yalnız düzgün dəstəmazla qəbul olunur. Buna görə də düzgün dəstəmaz almalı və bilmədiklərimizi soruşub öyrənməliyik.
2-Istər namaz vaxtından qabaq, istərsə də sonra «qürbətən iləllah» niyyəti ilə dəstəmaz almaq olar.
3-Dəstəmazlı olan halda onun batil olub-olmaması haqda şəkk etsən, onun batil olmadığını qəbul etməlisən və bu halda dəstəmazlı sayılırsan.
4-Dəstəmazlı olmadıqda isə, dəstəmaz alıb-almamağın barədə şəkk etsən, dəstəmazsız olduğunu qəbul etməli və yenidən dəstəmaz almalısan.


İslami qaynaqlarda namazın əhəmiyyəti haqda nə buyurulur?


İslami qaynaqlarda namazın əhəmiyyəti haqda nə buyurulur? Quran və Hədislərdə namaz qılmağın əhəmiyyəti:
Hər bir müsəlmаnа gündə 17 rüк\'ət nаmаz qılmаq vаcibdir. Sübh 2 rüк\'ət, zöhr 4 rüк\'ət,əsr 4 rüк\'ət,şаm 3 rüк\'ət və хiftən 4 rüк\'ət.
Аllаh-təаlа Qur\'аni-Кərimdə buyurur: Həqiqətən nаmаz insаnı çirкin işlərdən və pis əməllərdən qоruyur. (Ənkəbut surəsi аyə-45)
Həzrət Peyğəmbər(s) buyurur: Namaz qılmayan mənim ümmətimdən deyildir. (Biharül-ənvar 79/136)
İmamlarımız həzrət Peyğəmbər(s)-dən belə nəql ediblər: Qiyamət günü bizim şəfaətimiz namazı yüngül hesab edən şəxslərə çatmayacaq (Biharül-ənvar 47/2)


Cəhənnəmdə əbədi qalacaq insanlar İmam Kazimin (ə) hədisində kimlər olaraq tanıtdırılır?


Cəhənnəmdə əbədi qalacaq insanlar İmam Kazimin (ə) hədisində kimlər olaraq tanıtdırılır? Cəhənnəmdə əbədi qalacaq insanlar bunlardır:
عن الكاظم (ع) قال: لا يخلد الله في النار الا اهل الكفر و الجحود و اهل الضلال و الشرك.
İmam Kazim (ə) buyurub: \"Allah cəhənnəmdə əbədi olaraq yalnız kafirləri, inkarçıları, zəlalətdə olanları və müşrikləri saxlayar\". (Şeyx Səduq (r.ə), Tovhid, səh 407)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter