Müəllim maaş alırsa, ona hörmət nə üçün?


Müəllim maaş alırsa, ona hörmət nə üçün? Nəraqi: Ən üstün ata müəllimdir...
İnsanın üç atası var: onu dünyaya gətirən ata, ona qızını əqd edən ata, ona elm öyrədən ata – kəlamına hədis kitablarında rast gəlinməsə də, alimin, elm öyrədənin cəmiyyət üzərindəki haqqı barədə rəvayətlər çoxdur. Bəzən sual verirlər ki, bir insan gördüyü iş müqabilində maaş, zəhməthaqqı alırsa, ona hörmət göstərmək nə üçündür? Bu gün ucqar kəndlər var ki, müəllim çatışmazlığı yaşanır. Uşaqlar uzun yol keçib qonşu kəndlərdə məktəbə gedir. Bir müəllim bu çətinliyi qəbul edib ucqar kəndə gedirsə, ona ehtiramın yeri var. Bundan əlavə müəllimlik çətin və az qazanclı peşədir. Çox müəllimlər işini sevdiyi üçün bu peşəni atmır. Bu fədakarlıq da ehtirama layiqdir. Müəllimlik yolunda Ustad Mütəhhəri kimi şəhadətə çatanlar da var. İnsanın öz həyatından keçməsini pulla ölçmək insafsızlıq olar.
UNESCO-nun qərarı ilə hər il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Amma müxtəlif ölkələr öz tarixinə, şəxsiyyətlərinə önəm verərək fərqli günlərdə Müəllimlər Günü keçirir. İran İslam Respublikasında da bu manasibət qeyd edilir, amma 12 ordibehiştdə! 12 ordibehişt Şəhid Mütəhhərinin şəhadət günüdür. İnqilabdan qabaq Əbülhəsən Xanəli adlı müəllimin etiraz aksiyasında qətlə yetirilməsi də həmin günə təsadüf edilirdi və bu gün Müəllimlər Günü kimi qeyd olunurdu.


Allah yolunda pul xərcləmək istəməyənlərin aqibəti necə olacaq?


Allah yolunda pul xərcləmək istəməyənlərin aqibəti necə olacaq? Allah yolunda pul xərcləmək istəməyənlər haqda maraqlı hədis:
-Qurana görə, Allah yolunda cihad canla həm də malla olmalıdır. Öz malından Allah və onun dostları yolunda xərc etməyə qıymayan şəxsin ibadəti və imanı kamil ola bilməz. Bu cür insanlar elə dünyəvi məsələlərin ilkin mərhələlərində aciz qalmışlar.
-Yaşadığımız mühitdə belə ibadət əhli olan amma eyni zamanda Allah malı olan xumsu və zəkatı müxtəlif bəhanələrlə verməkdən yayınanlar az deyil. Məsumlar bu cür insanların aqibətini öz kəlamlarında qeyd etmişlər
-Əllamə Məhəmməd Baqir Məclisi Biharul-Ənvar əsərində İmam Sadiqin (ə) bu haqda buyurduğu hədisi qeyd etmişdir: “Bil ki Allahın itaəti yolunda infaq etməyən şəxs, ona qarşı günah yolunda pul xərcləməyə mübtəla olacaq və bil ki Allahın dostunun ehtiyacını aradan qaldırmaq üçün addım atmayan şəxs pərvərdigarın düşməninin ehtiyacını aradan qaldırmaq üçün addım atmalı olacaq”


Qiyamət gününün kasıbı kimdir?


Qiyamət gününün kasıbı kimdir? Bu məsələ peyğəmbərdən (s) nəql edilən hədisdə yer almış və bu formada dəyərləndirilmişdir: “ Çox yatmaqdan çəkinin! Çünki çox yatmaq qiyamətdə insanı kasıblar sırasına atar”.
Qiyamət günü insanlar məhşərə çıxarılanda onlardan bəziləri etdiyi əmələ görə kasıb və yoxsul vəziyyətində olacaq.
İslaminSesi – Hədislərdə səhər tezdən durmaq əmr edilmiş ibadətləri yerinə yetirmək və daha sonra ruzi arxasınca getməy tövsiyə edilir. Hədislərə görə dan yeri sökəndən günəş çıxana qədər insanın yatması məkruh əməllərdəndir. Hətta belə bir zamanda yerin yatan insanlara baxıb nalə çəkərək ağlaması da qeyd edilir.
Digər bir hədislərdə ruzinin artmasının səbibi kimi səhər tezdən oyaq olmaq göstərilir.
Allah Quranda buyurub ki mən gündüzləri “məaş” (işləmək) gecələri isə istirahət məqsədilə yaratdım. İnsan 24 saatdan heç olmasa 6-7 saatını yataraq yorğunluğunu çıxarmalıdır. Ekspertlərin rəsyinə görə bu müddət 8 saatı keçdikdə artıq insanda süstlük və tənbəllik yarada bilər.


Dünya məşhurları olan alimlər Quranın əzəməti haqqında nə demişlər?


Dünya məşhurları olan alimlər Quranın əzəməti haqqında nə demişlər? Dünya alimlərinin Quran barəsində söylədikləri:
1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: \"Əgər Quran xürafat olsaydı, Allah tərəfindən göndərilmiş olmaz və heç vaxt bəşəriyyəti elmə və düşüncəyə dəvət etməyə cürət edə bilməzdi. Heç bir düşüncə Məhəmmədin Quranı qədər insanı elmə dəvət etməmişdir.”
2. Ernest Renan, tanınmış fransalı filosof yazır: \"Mənim kitabxanamda siyasi, ictimai, ədəbi və.s. müxtəlif mövzularda minlərlə kitab var və onların hər birini bir dəfədən artıq oxumamışam. Amma bir kitab vardır ki, həmişə mənim munisimdir, hər dəfə nədənsə sıxıldıqda və ya mənəviyyat, kamal qapılarının üzümə açılmasını istədikdə, o kitabı oxuyuram və o kitab Quran – müsəlmanların səmavi kitabıdır.”
3. Mahatma Gandhi, Hindistanın mərhum liderı yazırdı:\"Quran elmlərini öyrənməklə, ictimai mövqeyindən asılı olmayaraq hər bir şəxs vəhyin sirlərini, dinin hikmət və fəlsəfəsini dərk edə bilər. Quranda insanların din və məzhəblərini dəyişmələrinə dair heç bir məcburiyyət görülməmişdir, əksinə olaraq Quran aşkarcasına elan edir: \"Dində (İslamda) hər hansı bir zorakılıq və icbar yoxdur.”...


2016-cı ilin may ayı üçün əlamətdar İslami günlər hansılardır?


2016-cı ilin may ayı üçün əlamətdar İslami günlər hansılardır? 2016-ci il may ayının islami əlamətdar günlər:
03 may - 25 rəcəb - 7-ci İmam Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir.
05 may - 27 rəcəb - hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Oruc tutmaq çox tövsiyə olunur.
06 may - 28 rəcəb - hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru Yezid əleyhinə hərəkət etmişdir.
10 may - 3 şaban - İmam Hüseynin (ə) mövludu
11 may - 4 şaban - Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək təvəllüd günü
12 may - 5 şaban - Həzrət İmam Səccadın (ə) mübarək doğum günü
18 may - 11 şaban - İmam Hüseynin (ə) oğlu Həzrət Əliəkbərin doğum günü
22 may – 15 Şəban - İmam Məhdinin (əc) təvəllüdü.


Riyakar və saxtakar insanın 3 əlaməti hansılardır?


Riyakar və saxtakar insanın 3 əlaməti hansılardır? Riyakar və saxtakar insanın 3 əlaməti İmam Əlinin (ə) bəyanında: \"Riya yəni başqası görsün deyə ibadət etmək.\"
Qurani-Kərimdə riya sözü beş ayədə keçir. Bu ayələrdən ikisi Allah yolunda malını verənlərin özlərini nümayiş etdirdiyini bildirir və müsəlmanlara xəbərdarlıq edir. Digər ikisində isə namazlarını, başqa sözlə, ibadətlərini insanlara göstərməyi vər­dişə çevirənlərdən bəhs edilir və nümayiş məqsədi daşıyan bu xüsusiyyət pislənir. Sonuncu ayədə isə din adından hərəkət edənlərin azğın və riyakar davranışlarından xəbər verilir, ardınca da əmr və tövsiyələr bildirilir.
Allah-Təala qiyamət günü hər kəsin əməlinin qarşılığını verəndə ibadətlərini insanlara göstərmək üçün edənlərə belə deyəcək: “Gedin dünyada ibadətlərinizi göstərdiyiniz, özünüzü bəyəndirməyə çalışdığınız adamların yanına, görək sizə vermək üçün bir şeyləri varmı?” əl-Vafi əsərində İmam Əlidən (ə) riyakarların əlamətləri haqda olan hədis belədir: “Riya edənin 3 əlaməti var: 1-Camaatı görəndə aktiv olur. 2-Tək olanda tənbəlləşir və süst olur, 3- Bütün işlərdə təriflənməyini sevir”


Əsas odur ki ürəyim təmiz olsun deyənlərə hansı tövsiyələri deməliyik?


Əsas odur ki ürəyim təmiz olsun deyənlərə hansı tövsiyələri deməliyik? Ürəyini təmiz hesab edib, əməl etməyənlərə bəzi tövsiyələr:
1. Bizim üçün təmiz ürək - o ürəkdir ki, niyyəti Allahla olsun. Ürəyin sahibi bir işi yerinə yetirən zaman ancaq Allahın razılığını nəzərə alsın. Onun buyurduqlarına əməl etsin, özünün düz sandıqlarına deyil.
2. Əgər insanın ürəyi həqiqətən təmizdirsə, gərək Allahın istəklərinin ardınca olsun, nəfsinin deyil. O ürək ki, ancaq nəfsinə quluq edər və Allahın rəhmətindən özünü uzaqlaşdırar necə pak və təmiz ola bilər ki?
3. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) bizi saleh əməl etməyə dəvət edirlər. Bu insanların ürəyini təmiz hesab edirlər. Lakin özləri hamıdan daha çox dediklərinə əməl edirlər. Bu əməlləri saleh əməl hesab edirlər.
4. Hər bir iddianın əlamət və nişanəsi olmalıdır. Təmiz ürəyin ən mühüm nişanəsi isə saleh əməl yerinə yetirməkdir. Məgər bu mümkündür ki, insanın ürəyi təmiz olsun, lakin özü çirkin əməl görsün? Hər kəsin zahiri batininin nişanəsidir.


Həzrət Ayətullah Sistanini baxışında vəzifəli şəxs necə olmalıdır?


Həzrət Ayətullah Sistanini baxışında vəzifəli şəxs necə olmalıdır? Ayətullah Sistaninin böyük əhəmiyyət verdiyi bir məsələ. Ayətullah-üzma Seyid Əli Hüseyni Sistani buyurur:
-Cəmiyyətdə hər hansı vəzifəni öhdəsinə götürən insan öz işinə diqqətli olmalı, xalqa xeyir verməlidir.
-Vəzifəli şəxs xalqa gizli qalan səhnələrdə xalqa xəyanət etməməlidir. Allah-Taala onun və başqalarının bütün işlərini görür.
-Vəzifəli şəxs Qiyamət günü bütün əməllərinə görə sorğuya çəkiləcək. O, xalqın malını harama sərf etməməli, xalqın zərərinə addım atmamalıdır.
-Vəzifəli şəxs səlahiyyətlərindən sui-istifadə edib qanuansuz işlərini ört-basdır etmək üçün partiya, qrup yaratmamalıdır.
-Vəzifəli şəxs ləyaqətli insanları işdən kənarlaşdırıb özünə yaxın adamları iş başına gətirməməlidir.
-Vəzifəli şəxs qohumluq, dostluq haqlarını ödəmək, başqalarının yaxşılıqlarının əvəzini çıxmaq üçün səlahiyyətlərindən istifadə etməməlidir. Vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə haramdır. Kimisə iş başına gətirmək, kiməsə vəzifə vermək istəsəniz, haqqını almaq üçün Allahdan başqa yardımçısı olmayan bir insan seçin.


Göz nələrə baxmaqla ibadət edər?


Göz nələrə baxmaqla ibadət edər? Gözün ibаdәti: “Аlimin üzünә mәhәbbәtlә bахmаq ibаdәtdir.”
1-“Еy Pеyğәmbәr! Mömin kişilәrә dе ki, gözlәrini hаrаm еdilmiş şеylәrdәn çеvirsinlәr (nаmәhrәmә bахmаsınlаr), (Nur/30-31.)
2-Pеyğәmbәr (s) buyurub: “Övlаdın vаlidеynә mәhәbbәtlә bахışı ibаdәtdir.” (“Müstәdrәkül-vаsаil”, c. 9, sәh.153.)
3-“Möminin mömin qаrdаşının üzünә mәhәbbәtlә bахışı dа ibаdәtdir.” (həmin mənbə)
4-“Аlimin üzünә mәhәbbәtlә bахmаq ibаdәtdir.” (həmin mənbə)
5-“Qurаn vә Kәbәyә bахmаq ibаdәtdir.” (həmin mənbə)
6-“Qаdının әrininә bахmаsı ibаdәtdir vә оnun günаhlаrının kәffаrәsidir.” (“Lәаlil-әхbаr”, c. 3, sәh. 285.)
7-“Аdil rәhbәrә bахmаq ibаdәtdir.” (“Bihаrul-әnvаr”, c. 71, sәh. 73.)
8-İmam Sәccаd (ә) buyurub: “Övrәtin hаqqı оnu hаrаm şеylәrdәn qоrumаqdır.” (“Bihаrul-әnvаr”, c. 71, sәh. 264.)...


Hansı Üç dua vardır ki, geri qaytarılmır?


Hansı Üç dua vardır ki, geri qaytarılmır? İmam Sadiq (ə) buyurmuşdur: Üç dua vardır ki, Allah onu geri qaytarmır və qəbul edir:
1. Atanın övladı barədə etdiyi dua. Övlad ataya yaxşılıq, yaxud pislik etsə, atanın onun barəsində etdiyi dua qəbul olur.
2. Məzlumun ona zülm edən zalım haqqında etdiyi dua və ona haqqını zalımdan almağa kömək edən şəxs barədə etdiyi dua.
3. Mömin şəxsin öz mömin qardaşı barədə etdiyi dua. Əlbəttə, əgər bizə xatir ona kömək etmiş olsa və onunla qardaşcasına rəftar etsə.
Həmçinin əgər ehtiyacı olduğu halda mömin qardaşından kömək istəsə və onun gücü çatdığı halda kömək etməsə, onun əleyhinə etdiyi dua da qəbul olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter