İlahi Peyğəmbərlərin (ə dəvət və təbliğində əsas məqsədləri nə olmuşdur?!


Peyğəmbərlərin (ə) dəvətindəki orta hədd! Əgər yaxşı diqqət etsək, görərik ki, Peyğəmbələrin (ə) məqsədi insanlıq meyllərinin kökünü kəsmək deyil onları konkret bir çərçivə daxilində saxlamağı örgətmək olmuşdur. Onlar istəyirdilər ki, insan bu qüvvələrini kontrol edərək, səadətə çatsın. İnsanın qəlbində cavidan olmaq hissi də vardır. İnsan fitri olaraq, başa düşür ki, cavidandır və fani deyildir. Ancaq onu da bilir ki, dünyada cavidan olmaq mümkün deyildir.
Peyğəmbərlərin (ə) başqa bir vəzifəsi də insanları axirətlə tanış etməkdir. Onlar insanda olan bu hissi canlı tutsub mal və dünyaya olan bağlılıqlarını məhddulaşdırırlar ki, cavidan olmaq fikrindən qafil olmasınlar. Onlar insanlara başa salmağa çalışmışdılar ki, bu dünya onların əbədi qalacağı yer deyildir. Cavidanlıq axirətdədir. Başqa sözlə desək, peyğəmbərlər (ə) bu hissi insanların daxillərində cücərtmək istəmişlər. Onlar istəyirlər ki, insan öz-özünə desin \"Mən başqa bir dünyaya aidəm”.


İslamda zarafat etməyə necə baxılır?!


1. Zarafatlarda İslam dininə tənə gətirən, lağ edilən ton olmamalıdır.
Bilmək lazımdır ki, İslam dininin hər hansı atributunu zarafat, lağ hədəfi etmək müsəlmanı İslamdan çıxarır:
(«Ya Rəsulum!) Onlardan soruşsan: \"Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: \"Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!”
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. (Quran, Tövbə, 65-66)
Allaha, Onun kəlamlarına, nişanələrinə, peyğəmbərlərinə lağ etmək, bunları zarafat hədəfinə çevirmək müsəlmanı tövbə etmədiyi təqdirdə kafir edir.
2. Zarafatda yalan olmamalıdır.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!»...


Son din olan İslam sevgini dinimizdə necə təsvir edir?!


Yaradan sevir və Onu sevənlərin sevgi hekayələrini Öz müqəddəs Kitabında anaraq gələcək məzunlara nümunə göstərir:
Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi.
Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir.
Sevgi, - Atəş qarşısına İMAN çıxartmaqdı.
Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir.
Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır...


İslam Peyğəmbəri (s) Bilal Həbəşini hansı xüsusiyyətlərinə görə azançı təyin etdi?!


... Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər. Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: \"Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.
Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: \"Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.” Həzrət Peyğəmbər (s) Bilala deyərdi: \"Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”
Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir...


İSLAM DİNİ ÖVLADI OLMAYANLARA HANSI 9 TOVSİYƏNİ EDİR?!


1. Heç zaman ümidinizi üzməyin, hər şey Allahın əlindədir!
2. Ailə həyatında soyuqluğa yol verməyin.
3. Qadın övladı olana qədər hamiləliyin qarşısını alan heç bİr vasitədən istifadə etməməlidir.
4. İmam Səccaddan (ə) nəql olunmuş bu duanı yetmiş dəfə oxuyun:
رَبِّ لا تَذَرْنِی فَرْداً وَ أَنْتَ خَیْرُ الْوارِثِینَ وَ اجْعَلْ لِی مِنْ لَدُنْکَ وَلِیّاً یَبَرُّ بِی فِی حَیَاتِی وَ یَسْتَغْفِرُ لِی بَعْدَ وَفَاتِی وَ اجْعَلْهُ خَلْقاً سَوِیّاً وَ لَا تَجْعَلْ لِلشَّیْطَانِ فِیهِ شِرْکاً وَ لَا نَصِیباً اللَّهُمَّ إِنِّی أَسْتَغْفِرُکَ وَ أَتُوبُ إِلَیْکَ إِنَّکَ أَنْتَ الْغَفُورُ الرَّحِیمُ
5. Ər və arvad hər sübh və axşam 70 dəfə \"sübhanəllah”, 10 dəfə \"əstəğfirullahə rəbbi və ətubu iləyh”, 9 dəfə \"subhanəllah” və bir dəfə \"əstəğfirullahə rəbbi və ətubu iləyh” desinlər...


Nədir Qiyamət? Sualının ətraflı izahı


\"Nədir Qiyamət? Axı sən haradan biləsən ki, nədir Qiyamət. Həmin gün heç kim, heç kimin karına gəlməyəcəkdir. Nə ana bala axtaracaq, nə də bala ana axtaracaqdır. O gün hökm ancaq Allahındır. Elə ki, sur çalındı o gün çox ağır gün olacaqdır, kafirlər üçün asan olmaycaqdır, onlar ayələri yalan saydılar, haqq hesab gününə inanmadılar. Vay halına çəkidə və ölçüdə aldadanların. Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürdülərmi? Həm də dəhşətli bir gündə. İnsanlar bir damla nütfədən yaradıldığı kimi onları yenidən diriltmək də onun kimi asandır. Allah hər şeyə qadirdir. Yalnız bir dəfə \"ol” deyəcəkdir.\"
Birinci sur çalındıqdan sonra Yer üzündə heç bir canlı qalmayacaqdır. 40 ildən sonra ikinci sur çalınacaq və torpağın altı üstə çevriləcək və insanlar dirildiləcəkdir. Haqq tərəzisi qoyulacaqdır. İnsanların əməl dəftəri tərəziyə qoyulacaqdır. Vay halına əməl dəftəri arxa tərəfdən sol əlinə verilənlərin...


Hz Peyğəmbərin (s) hədisinə əsasən namazı tərk edəni dünya, ölüm, qəbir və axirətdə hansı 12 müsibət gözləyir?!


NAMAZI TERK EDEN HAQQINDA
Həzrəti Peyğəmbərdən (s) nəql olunur: Namazı tərk edən 12 cəzaya mübtəla olacaq: üçü bu dünyada, üçü ölən zaman, üçü qəbrdə, üçüdə qiyamət günü (axirətdə).
Bu dünyada: 1. Allah təala onun üzündən salehlik simasın silər. 2. İslamdan ona heç bir pay olmaz (müsəlman hesab olunmaz). 3. Yaxşı əməllərinin heç biri qəbul olmaz.
Ölən zaman: 1. Ac və susuz ölər. 2. Zəlil (alçaq) halda ölər. 3. Qəlbi ağrılı ölər (sıxıntı ilə əzab-əziyyətlə ölər)...


Qurani Kərimin ayələrinə əsasən Allahın haqqın hansı məsələlərə aiddir?!


«Ey Adəm övladı! Məgər Mən sizə: \"Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!\" – deyə buyurma¬dımmı?! Və: \"Mənə ibadət edin, bu doğru yoldur!\" – deyə əmr etmədimmi?! Həqiqətən, Şeytan içərinizdən çoxla¬rını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?» («Ya Sin» surəsi, 60-62).
Hər bir müsəlman ona vacib olan ibadətləri bacardığı qədər yerinə yetirməlidir: «Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz» («əl-Bəqərə» surəsi, 286).
«Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun» («ət-Təğabun» surəsi, 16).
«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalı¬dırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (\"Allahu Əkbər\" deməklə) tə‘zim və bəlkə də şükr edəsiniz»
(«əl-Bəqərə» surəsi, 185)...


İnsan həyatını işıqlandırmaq Allahı zikr etməklə mümkündür! Hansı zikrləri edək?!


Zikrin gətirdiyi faydalardan biri də ağlın bişməsi və hikmət əldə etməkdir. Zikr insan idrakını coşdurar və ayıldar. Həzrət Peyğəmbər (s) səhabəlrəinə buyurur: \"İstəyirsinizmi ki, sizi dinar və dirhəmdən daha yaxşı və mənəvi dərəcənizi qaldıra bilən əməldən agah edim?”. Hamı dedi: \"Bəli”. Həzrət (s) buyurdu: \"Bu, Allahı çoxlu zikr etməkdir”.
Bəs hansı zikrləri edək?
1. Təsbihati-ərbəə. \"سبحان الله و الحمد الله و لا اله الاّ الله و الله اکبر (\"Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər”)”
Həzrət Peyğəmbər (s) buyurur: \"Beş şey tərəzidə ağır olar: təsbihati-ərbəəni çox demək, müsəlman olan layiqli övladın ölməsi, övladı ölən zaman səbir ətəyindən əl çəkməmək və Allahın hesabına tapşırmaq”...


Zəmzəm suyu haqda bunu bilirdinizmi?! Yaponiyalı alim Masura Emoto açıqlayır


Su zəng səsi ilə qaralır, azan və \"Qurani Kərim” oxunduğundan isə aydınlaşır. Yaponiyalı alim Masura Emoto \"Zəmzəm” suyu üzərində təcrübə apararaq ilk dəfə suyun sirlərini sənədlə açıqlayıb. Təcrübə zamanı məlum olub ki, \"Zəmzəm” suyu son dərəcə səslərə həssasdır. Su zəng səsi ilə qaralır, azan və \"Qurani Kərim” oxunduğunda isə aydınlaşır.Masura Emoto bildirib ki, \"Zəmzəm” suyun həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə, yer üzündəki bütün sulardan fərqlidir: \"Zəmzəm” su ətrafında baş verən bütün dəyişikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır”. Qeyd edək ki, hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar bu sudan içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter