Hansı yalanlara insan öyrəşir və onlara qarşı səhlənkarlıq edir?!
Yalan – kəbirə günahdır və başqa günahların qapısı hesab olunur. Hər kim yalan danışar, o biri günahları da asan yerinə yetirər.
Bəzi haram yalanlar vardır ki, insanlar ona qarşı səhlənkarlıq edərək yerinə yetirərlər. Ancaq əslində bu yalanlar da haram hökmündə gedir.
Misal üçün, insanların adət etdiyi sözlərdə bəzən elə yalanlar olar ki, ardınca böyük bəlalar gətirər. Misal üçün deyərlər ki, Allah şahiddir ki, belədir. Halbuki, başqa cür olduğunu bilirlər, ancaq yalan deyirlər və Allahı da şahid tuturlar. Həzrət İsa (ə) bu cür günahlar barəsində buyurur: “Bu, Allah yanında böyük günahlardandır”.
Başqa hədisdə oxuyuruq ki, əgər bəndə yalan işə görə Allahı şahid tutarsa, Allah buyurar: “Məndən zəifini tapmadın ki, Məni bu yalan iş üçün şahid tutursan?!”.
Quran və hədis: Nemətləri israf edən şəxs hansı böyük günaha düşür?!
İsraf – o günahlardandır ki, kəbirə hesab olunur. Allah Quranda buyurur: “(Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir”. (“Ənam” 141).
Qurani-Kərimin başqa yerində buyurulur: “(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (“Əraf” 31).
“(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).
İmam Sadiq (ə) buyurur: “Allah iqtisadı (mötədil olmağı) sevər, israfı düşmən bilər. Hətta xurmanın tumunu atmağı belə. Çünki o da işə yarayır”.
Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Allahdan qorx və həddi aşma, həmişə orta həddə ol. Allah buyurur: “İsraf etmə və Allah heç kəsə mötədil olduğu üçün əzab verməz”...
Kişinin ailə qarşısında vəzifəsi, övladın ata üzərində haqqı nələrdir?!
Övladın ən böyük vəzifəsi – valideynlərinə itaət etmək və onların hörmətini saxlamaqdır. Məsumlarımız (ə) bizə ataların uca məqamından xəbər verir ki, onlarla tanış olaq.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Atam istəyir ki, mənim malımı özününkü etsin”. Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: “Sən də, malın da - atanındır”.
Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: “Allahın razılığı – atanın razılığındadır. Allahın narazılığı – atanın narazılığında”. İmam Səccad (ə) buyurur: “Allah o kəsdən razıdır ki, ailəsini daha çox rifah və nemətdə qərar verər”.İmam Sadiq (ə) buyurur: “Kişi ailəsini idarə etmək üçün gərək üç işi yerinə yetirsin:
1. Xoş rəftar. 2. Ölçüsündə olan əliaçıqlıq. 3. Qeyrət”.
İslam maarifinə əsasən Sirri gizlətməyin faydaları nələrdir?! Məsumlardan hədislər
Sirr saxlamaq və onu ifşa etməmək – möminin bariz sifətlərindəndir. Hər kim sirr saxlamağı bacarırsa, deməli mömin olmağa layiq insandır. Məsumlarımız (ə) özləri sirr saxlayan olub, bizləri də bu fəzilətli əmələ dəvət ediblər.
İmam Əli (ə) buyurur: “O kəs ki, öz sirrini gizlədər, seçim qüdrəti öz əlində olar”.
Həzrət Əli (ə) yenə buyurur: “Sirrini, etimad etdiyin kəsdən başqasına tapşırma”.
İmam Sadiq (ə) buyurur: “Sirri ifşa etmək – süqut mənbəyidir”.
Xanim övladlarının gözü önündə həyat yoldaşına nisbətdə nəyə borculudur?!
Xanım, uşaqların yanında atanın ehtiramını gözləməlidir! Əgər bir xanım kimi ailədə dəyərə malik olmaq istəyirsinizsə, gərək evin böyüyü olan həyat yoldaşınızın ehtiramını hər bir halda saxlayasınız. Əgər ailədə həyat yoldaşınıza hörmət etsəniz və uşaqlar da buna şahid olsalar, o zaman hər ikinizin də sözü onlar üçün qanun olacaqdır. Nəticədə ailədə nəzm qorunacaq və uşaqlar sağlam tərbiyə ala biləcəklər. Ona görə də xanım çalışmalıdır ki, həyat yoldaşının məqamını uşaqlara düzgün izah edə bilsin. Ona hörmət etməklə yanaşı, uşaqlara başa salmalıdır ki, əgər ataları onlara sual verirsə, gərək düzgün cavab versinlər və onun sözünə qulaq assınlar. Siz bu deyilənləri sözlə deyil, rəftarınızla da uşaqlarınıza öyrədə bilərsiniz. Əgər həyat yoldaşınıza danışıq və rəftarda ehtirama riayət etsəniz, bu, uşaqlarınız üçün əməli tərbiyə olacaqdır...
Bütün xəstəliklərin dərmanı – Məsumların (ə) nəzərində südün faydaları!
Süd – o nemətlərdəndir ki, Məsumlarımız (ə) daima ondan istifadə etmiş və bizlərə də tövsiyə etmişdilər. İmam Sadiq (ə) buyurur: “Boğaz ağrısı üçün süd içmək kimi faydalı bir şey yoxdur”. Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Süd iç ki, həm bədəndə ətin əmələ gəlməsinə səbəb olar və həm də sümükləri möhkəm edər”.
İmam Əli (ə) buyurur: “Süd içmək – ölümdən başqa bütün xəstəliklərin dərmanıdır”.
Səhabələrdən biri nəql edir: “İmam Baqirin (ə) yanında mədə ağrısından şikayət etdim və Həzrət (ə) mənə buyurdu: “Niyə inək südü içmirsən? Heç indiyə qədər inək südü içmisən?”. Dedim: “Bəli, dəfələrlə içmişəm”. İmam (ə) buyurdu: “Sənin nəzərinə görə, inək südü necədir?”. Dedim: “Mənim nəzərimə görə mədəni yuyur, böyrəyin ətrafının piylə örtülməsinə səbəb olur və iştahanı artırır”. İmam (ə) buyurdu: “Yaxşı olardı ki, Yənbu limanına gedib, inək südündən içərdik”...
Qiyamət günü Uca Allah hansı əmələ sahib olan insanlara rəhm edəcəkdir?!
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsəlmana rəhm etməzsə, Allah da ona rəhm etməz”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah, Öz bəndələri arasından ancaq rəhm edənlərə rəhm edər”. “Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik”. (“Yusif” 56).
Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinə rəhm etməkdə, dostluq etməkdə, bir-birinə qovuşmaqda möminin məsəli – bir bədənin məsəlinə bənzəyir. Onun bir üzvü ağrıyan zaman, başqa üzvlər də oyaq qalmaqda və hərarətə malik olmaqda onunla həmdərd olarlar”.
Allah-Taalanın (c.c) bəyəndiyi orucun 3 xüsusiyyəti hansılardır?!
Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Allah bəyənin orucun 3 xüsusiyyəti:
1. Çox yeməyi tərk etmək. Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur.
2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir.
3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir...
Orucun savab və dəyərini zəiflədən 5 amil hansılardır?!
Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”...
Bir kəs valideynini incidibsə və o, rəhmətə gedibsə, necə razı salsın?
Ağvalideyn olmaq dedikdə, övladın ata və anasına əziyyət verməsi, onları dili və rəftarı ilə incitməsi nəzərdə tutulur. Ağvalideyn olmaq “uquq” sözündən götürülmüşdür ki, mənası “kəsilmək” deməkdir. Yəni, ağvalideyn olmaq – onlarla qohumluq əlaqələrinin mənəvi baxımdan kəsilməsi deməkdir. Ona görə də sileyi-rəhmi qət edənlərin aqibəti, artıqlaması ilə ağvalideyn olanlara da şamil edilir. Əgər ağvalideynlik etdiyiniz əziz insan vəfat edibsə:
1. Sağ olan zaman ona vacib qəza namaz, oruc və zəkatlarını yerinə yetirməyə çalışın.
2. Vəsiyyət etdiklərinə əməl edin.
3. Onları heç bir zaman unutmayın. Onlar üçün çoxlu bağışlanma və rəhmət istəyin.