Niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil?
İmam Rzaya (ə) sual verən zaman ki, niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil, Həzrət (ə)buyurmuşdur: “Çünki Ramazan ayı – elə bir aydır ki, Allah onda Quranı nazil etmişdir. Bu ayda haqla batil bir-birindən ayrılar. Belə ki, Allah buyurur ki, Ramazan ayı Quranın nazil olduğu aydır. Quran isə insanları hidayət edər və haqla batili bir-birindən ayırar. Ramazan ayında Peyğəmbər (s) öz nübuvvət xəbərini almışdır...
Bəhlul qəbiristanlıqda sümüklərin yerini niyə dəyişdirdi?
Bir gün Harun ər-Rəşidin vəziri qəbiristanlıqdan keçirdi. Görür ki, Bəhlul sümüklərin yerini dəyişib, nəyisə axtarır.
Soruşur: “Bəhlul, burada nə edirsən?”. Deyir: “Bu gün gəlmişəm ki, onları ayıram. Vəzir, komandir, tacir arasında fərq qoyam. Görmək istəyirəm ki, hansı vəzirdir? Hər nə qədər baxsam, görürəm ki, hamısı eynidir. Onlar dünyada yersiz yerə bir-birinin başına vurublar”. Allah Təala bizləri axirəti dərk edənlərdən qərar versin./Deyerler.
Bəhlul hansı 3 eybi göstərərək, Harunun təklifini rədd etdi?
Bəhlul aqil bir insan olmuşdur, ancaq zamanına görə təqiyyə etmişdir. Bəzən elə sözlər deyirdi ki, başqaları onu dəli hesab edirdi. Ancaq bu sözlərində təsirli öyüdlər gizlənirdi.
Bir gün Harun ər-Rəşid Abbasi (lən) ona deyir: “Biz qərara almışıq ki, sənin maaşını boynumuza götürək ki, rahat halda bizim yanımıza gələ biləsən.
Bəhlul deyir: “Əgər bu işin üç eybi olmasaydı, mən qəbul edərdim. Birincisi budur ki, sən bilmirsən ki, mənim nəyə ehtiyacım vardır ki, onu ödəyəsən.
İkincisi bilmirsən ki, nə qədərinə ehtiyacım vardır ki, az və ya çoxu məni giriftar etməsin...
Ramazan ayının səkkizinci günündə Allah-Taaladan (c.c) hansı əməlləri istəyək?!
Ramazan ayının səkkizinci günunun duası: İlahi! Mənə bu gündə yetimlərə mehriban olmağı nəsib et! İlahi! Mənə bu gün kasıbları doydurmağı nəsib et!
İlahi! Mənə bu gün müsəlmanlara salam verməklə dua etməyi nəsib et! İlahi! Mənə bu gün yaxşı insanlarla oturub-durmağı nəsib et!
Hədislərə əsasən yetimlərə mehribanlıq göstərməyin təsirləri:
1-Yetimə dəstək behişt qazandırar! İslam Peyğəmbər (s) buyurmuşdu: “Hər kim yetimə sahib çıxa ondan ehtiyacsız olan vaxta qədər, Allah-Taala (c.c) behişti ona vacib edər!” (1)
2- Yetimə nəvaziş savab qazandıran əməl! İmam Əli (ə) buyurmuşdu: “Mömin kişi və qadınlardan hər kim yetimin başına əl çəkərsə, (onun ehtiyacını təmin etmək üçün iş görərsə) Allah-Taala (c.c) yetimin başında olan hər tükə görə, onun üçün bir həsənə (savab) yazar.” (2)
Ramazan ayının altıncı günündə Allah-Taalaya (c.c) hansı duanı edək?!
İlahi! Sənin istəklərinə qarşı çıxdığıma görə abrımı tökmə! İlahi! Sənə günah etdiklərimə görə məni intiqam qamçısı ilə cəzalandırma!
İlahi! Sənin qəzəbinə səbəb olan işlərdən məni uzaqlaşdır! İlahi! Bütün diləklərim sənin bağışlamana və aşiqlərinin eşqinə söykənir!
Altıncı günün duasından bir neçə dərslər:
1-Günah zəlillər gətirər, 2-İlahi əmrlərdən üz çevirmək, cəzalandırmaq (İlahi bəlanın nazil olmasını səbəbdir! 3-Necə ki, ilahi rəhmət və inayətin ləzzəti vardır, ilahi qəzəbin də dərd gətirəcək cəhəti vardır!!”
Ayə və hədislərə əsasən böyük günahlar:
1-Allah-Taalaya (c.c) şirk qoşmaq, Nisa surəsi ayə 116- Allah Taala müşrikləri bağışlamayacağını söyləyir!
2-İlahi Rəhmətdən ümidsiz olmaq, Yusuf surəsinin 87 ayəsinə əsasən Allah-Taala (c.c) ilahi rəhmətdən ümidsiz olanları kafir adlandırır! ...
Həzrəti Peyğəmbər (s) İmam Əliyə (ə) iftar zamanı necə dua etməyi tapşırardı?!
İmam Sadiq (ə) nəql edir ki, Peyğəmbər (s) Əmirəl-möminə (ə) xitab edərək buyurur: “Ey Əbəlhəsən! Ramazan ayı bizə üz çevirmişdir. İftardan əvvəl dua et. Çünki Cəbrayil (ə) mənim yanıma gəldi və dedi: “Ey Muhəmməd! Hər kim Ramazan ayında iftardan əvvəl bu cür dua edərsə, Allah Təala onun bu duasını yerinə yetirər, oruc və namazını qəbul edər. 10 duasını yerinə yetirər, günahını bağışlayar, qəm və qüssəsini aradan aparar, giriftarlıqlarını aparar və hacətini yerinə yetirər. Onu məqsədinə çatdırar və əməlləri peyğəmbərlərin və siddiqlərin əməlləri ilə birlikdə yuxarı qalxar və qiyamət günü on dörd günlük Ay kimi parlayar”.
Dedim: “Ey Cəbrayil! O dua hansıdır?”. Dedi: “De: “Allahım! Ey böyük aydınlığın Allahı, ey hündür taxtın Allahı, ey Tövratın, İncilin, Zəburun və əzəmətli Quranın Allahı, Sən səmada olan hər kəsin məbudusan. Yerdə olan hər kəsin məbudusan. Onların arasında Səndən savayı məbud yoxdur. Sənsən Qahir, səmada və yerdə olan hər kəsə hakimsən. Onların arasında Səndən savayı Qahir yoxdur. Sənsən səmada olan hər kəsin padşahı və yerdə olan hər kəsin padşahı. Onların arasında Səndən savayı padşah yoxdur.
Oruc insanı hansı qəfəsdən çıxarır? Peyğəbmərin (s) hədisi
Bildiyimiz kimi, Həzrət Peyğəmbər (s) Şəban ayının son günlərində xütbə oxuyur ki, “Şəbaniyyə xütbəsi” adı ilə məşhur olmuşdur. Bu xütbədə buyurur: “Ey insanlar! Siz azad deyilsiniz, qəfəsdəsiniz. Bilmirsiniz ki, qəfəsdəsiniz. Günahlarınız sizi qəfəsdə həbs etmişdir. Mübarək Ramazan ayında özünüzü istiğfar vasitəsilə bu qəfəsdən azad edin. İslam dinində heç bir şeyin dəyəri azadlığın dəyəri kimi deyildir”. Ona görə də deyə bilərik ki, Ramazan ayı – azad olmaq ayıdır. Hər gün gərək öz ətrafımıza bürüdüyümüz kəndirləri bir-bir açaq ki, azad ola bilək. Hikmətləri dərk etmək və azad olmaq üçün isə ən yaxşı yol – ibadətdir.
İmam Səccadın (ə) Ramazan ayına verdiyi 5 ad hansılardır?!
İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə” kitabında Ramazan ayına 5 ad vermişdir ki, onlarla tanış olaq:
1. Ramazan ayı. İmamın (ə) bu müqəddəs ay üçün qərar verdiyi ilk ad – Ramazan ayıdır. Ramazan sözü “rəməz” sözündən götürülmüşdür ki, mənası günəşin yandırıcı nur saçmasıdır. Yəni, yüksək hərarət, yandırıcı hərarət nəzərdə tutulur. Peyğəmbərimiz (s) ona görə buyurur: “Bu ayın adını ona görə Ramazan ayı qoyublar ki, bu ayın nuraniliyi və hərarəti keçmiş günahları yandırar. Əməl dəftərinin qara səhifələrini ağardar”.
2. Orucluq ayı. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc – Mənim üçündür və Mən onun mükafatını verəcəyəm”. Oruc nəfsani istəkləri və şəhvəti aradan aparır və qəlbin səfasına səbəb olur. İnsanın həm zahirini və həm də batinini paklayır və zinətləndirir. İnsana Allahın nemətlərini göstərir və əvəzində də insan Allaha şakir olur.
Qeybət orucu batil edirmi yoxsa savabını azaldır?! Peyğəmbərdən hədisi
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət orucu batil edər. Ancaq bu məsələ əhkamda dini hökm kimi verilməmişdir. Görəsən doğurdandamı qeybət orucu batil edir? Necə ki, insanın gördüyü saleh əməllərin dərəcələri və mərtəbələri vardır, insanın yerinə yetirdiyi günah da fəsad baxımından eyni dərəcədə deyildirlər. Bu cür hədislər həmin günahın necə böyük olduğunu və necə şiddətli fəsad sayıldığını göstərir.
Çünki insan bir başqasının qeybətini edən zaman onun abrını aradan aparır. İslam dini insanların abır və həyasına dəyər verən bir din olduğu üçün, bu əməli şiddətlə pisləyir və məzəmmət edir, ondan çəkindirir.
Allah-Taalanın (c.c) razılığını qazandıran həqiqi oruc hansı əxlaqi xasiyyətdən asılıdır?!
İmam Sadiq (ə) buyurur: “Oruc ancaq yemək və içmək orucu deyildir, oruc üçün şərt vardır ki, gərək onu qoruyasan ki, orucun kamil olsun. O şərt – varlığının sükutudur. Eşitməmisən ki, Məryəm binti İmran (s.ə) demişdir: “Nəzir etmişəm ki, bu gün oruc olam və insanla bu gün danışmayam”. Yəni, sükut halındayam. Ona görə də o zaman ki, oruc tutdunuz dilinizi yalandan saxlayın, gözünüzü naməhrəmə yumun, bir-birinizlə dava etməyin, bir-birinizə həsəd aparmayın, qeybət etməyin, bir-birinizlə düşmənçilik etməyin, bir-birinizə yalan deməyin, bir-birinizə qarşı qəzəbdən, pis sözlərdən, məsxərə etməkdən, dava və düşmənçilik etməkdən, zülm etmək və əziyyət verməkdən çəkinin. Allahı yada salmaqdan və namazdan qəflət etməyin. Dilə aid olan hər bir günaha qarşı sükuta riayət edin. Səbir, mətanət və sadiqliyə riayət edin. Özünüzü axirətə müşərrəf hesab edin və o əyyamın intizarında olun. İlahi vədəyə ümidiniz olsun və İlahi görüşə çatmaq yolunda qərar tutun. Aramlıq, vüqar, təvazökarlıq göstərin və mövlasından qorxan qulun zillətini özünüzdə yetişdirin. Xof, rica, rəğbət məqamında olun.