Imam Sadiq (ə) Əhli-sünnə alimləri baxmından necə şəxsiyyət olaraq tanıtdırılır?!


İmam Sadiq (ə) Əhli-Sünnə alimlərinin dilindən:
-İbni Əbdul Birr deyir: Cəfər ibn Muhəmməd (ə) Əli ibn Əbu Talibin (ə) övladıdır. O Sadiq kimi tanınan Cəfərdir (ə) . O etimad olunası kəsdir. O əmin, hikmət sahibi, aqil, çox təqvalı, fəzilət əhlindəndir. Cəfəri məzhəbi ona nisbət verilir. (Yusif ibn Abdullah. S-66)
-Nəvəvi həmçinin deyir: O İmam Əbu Abdullah Cəfər ibni Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əlidir (ə). O haşimi, mədinəli və doğruçudur.
Məhəmməd ibn İshaq, Yəhya Ənsari, Maliki, İbn Cərih, Şöbə, Yəhya Əl- Qəttan və digərləri ondan (ə) hədis rəvayət ediblər və hamılıqla onun (ə) İmamətində, əzəmətində, böyüklüyündə yekdildilər. Ömər ibn Əbul- Muqəddəm deyir ki, nə vaxt Cəfər ibn Muhəmmədi (ə) görürəm, hiss edirəm ki, o peyğəmbərlər sülaləsindəndir. (Nəvəvi. Səh-155)


İnsan özünü tanıdıqca Rəbbini necə dərk edir?


... İmam (ə) bu hədisində Allahı tanımağa gedən yolun insanın özündən başladığı bildirir. Rəbbini tanımaq, Onu özü üçün kəşf etmək istəyən insan öncə özünü, özünün necə bir möcüzə olduğunu kəşf etməlidir.
Mərhum Ayətullah Məhəmməd Təği Behcət, bu hədisin izahında insanın özünü necə tanıması barəsində verilən suala belə cavab verir:
“Yəni insan bilə ki, onun özü, həyatı, ruzisi, kasıblığı və zənginliyi, xəstəliyi və sağlamlığı onun özünundən deyil. Bütün bunlar hamısı ona başqa bir yerdən verilir. Bu elə Rəbbi tanımağın özüdür.”
Həqiqətən insan özünü düzgün tanısa, özünün ən azından digərləri ilə ünsiyyətə belə möhtac olduğunu dərk etsə bir çox iddialarından, özünü böyük bilməkdən əl çəkər. Bu zaman bir udumluq suya, bir nəfəslik havaya möhtac olan insan, bu “suyun”, bu “havanın” hardan gəldiyini düşünməyə başlayar...
İnsan özünü, öz möhtaclığını dərk etdikcə, ehtiyacsız onal qüdrət sahibini tanımağa başlayar...


Bütün əzaların, gözün belə “zəkatı” vardır – İmam Sadiq (ə)


... İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə gözün də özünə məxsus zəkatı olduğu qeyd olunur. İmam (ə): “Gözün zəkatı ibrətlə bağmaq, onu haramlar qarşısında yummaqdır” deyə buyurur. (Misbahuş-şəriiə. Bab 20)
Göz insanda 5 hiss üzvlərindən biridir. Görmə insan üçün çox önəmlidir və gözün beyilə birbaşa əlaqəsi vardır. İnsanın gördükləri onun zehnində, ruhiyyəsində dərin izlər buraxır. Bu səbəbdən insanın öz nəzərlərinə (gözünə) nəzarət etməsi olduqca vacibdir. Zəkatın lüğəti mənasını da nəzərə alsaq ibrətlı baxış və ya harama göz yummaq mənəviyyatın paklanmasıda insan üçün vacib amillərdən.


İmam Kazım (ə)-ın sürgün olunması - Əhli-Beytə zülmün yeni mərhələsi


... Digər xəlifələrin zamanında İmam (ə) nəzarət altında olsa da həbs və sürgünə cürət edən Harun Ərrəşid olur. Harun Məkkə səfərində insanların İmama (ə) olan ehtiramını gözləri ilə görür və bundan çox narahat olur. Xəilfə İmamı (ə) bu şəhərdən sürgün etdirmək qərarına gəlir. Bundan ehtiyyat etdiyi üçün İmamı (ə) gizli şəkildə şəhərdən çıxarmaq göstərişi verir. İmam (ə) hicri təqvimi ilə bu günlərdə Mədinədən gizli şəkildə çıxarılaraq Bəsrəyə doğru aparılır və bir daha Mədinənəyə qayıtmır. Həmçinin bununla yanaşı digər Əhli-Beyt (ə) insanlarının sürgünü başlayır. Sonradan hicri 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmamı (ə) zəhərləyərək Bağdadda şəhadətə yetirir.


İmam Zamanın (ə.c) xüsusi köməkçiləri olan 313 nəfərin ən mühüm xüsusiyyətləri nələrdir?!


İmam Zamanın (ə.c) xüsusi köməkçiləri olan 313 nəfərin ən mühüm xüsusiyyətləri:
1. Allah Təalaya olan dərin elmi. İmam Sadiq (ə) buyurur: “Onlar o insanlardır ki, ürəkləri dəmir parçası kimidir. Allahın müqəddəs zatına qarşı heç bir şübhələri yoxdur. Onlar gecə oyaq qalan insanlardır ki, namazlarının zümzüməsi arıların səsi kimi qulaqlara çatar. Gecələri oyaq qalaraq başa vurarlar və atların belində Allaha təsbih edərlər”.
2. İmama (ə.f) olan dərin elm. İmam Səccad (ə) buyurur: “Onlar İmam Məhdinin (ə.f) İmamətliyinə inanırlar”. Bu dərin elmin nəticəsi – İmama (ə.f) olan sonsuz eşqdir.
3. İxlaslıdırlar. İmam Cavad (ə) buyurur: “O zaman ki, onun üçün bu 313 ixlas əhli cəm olacaq, Allah onun əmrini zahir edəcəkdir”...


Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər!


Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:
1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: “O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”.
2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: “Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”.
3. Beyət almaq. İmam Sadiq (ə) buyurur: “Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: “İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”.


İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?


Mufəzzəl ibn Ömər İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “O zaman ki, Allah Həzrət Qaimə (ə.f) qiyam üçün izacə verəcəkdir, Həzrət minbərə çıxacaqdır. İnsanları özünə tərəf dəvət edəcək və Allaha and içəcək və onları öz haqqına çağıracaqdır. Onlarla Peyğəmbərin (s) sünnəti ilə rəftar edəcəkdir. Bu zaman Allah Cəbrayili (ə) göndərər ki, onun yanına getsin. Cəbrayil (ə) Hicri-İsmayilda onun yanına gələr və deyər: “İnsanları nəyə çağırırsan?”. Həzrət Qaim (ə.f) öz dəvətini ona xəbər verər. Cəbrayil (ə) deyər: “Mən ilk kəsəm ki, sənə beyət edirəm. Beyət üçün əlini aç”. Əlini Həzrətin (ə.f) əlinə qoyar və 310-dan çox insan onun yanına gələr və ona beyət edərlər. Məkkədə qalarlar o zamana qədər ki, tərəfdaşlarının sayı on min nəfərə çatar. Sonra oradan Mədinəyə yollanarlar”...


Gözlərinizi haramlara yumun ki, möcüzələri görsün!


Ayətullah Mərəşi Nəcəfi ağanın həyatı haqda belə yazırlar: \"Mən 70 il naməhrəmə baxmadım!\"
Eyni zamanda ağanın dilindən nəql edirlər ki, 70 illik üstündə gecə namazı qıldığım səccadəni mənim qəbrimin üzərinə qoyarsınız!!
Göz – şeytanın (lən) ən böyük silahlarından biridir. Şeytanın nüfuz etmək üçün vasitələri çoxdur və hədəfinə çatmaq üçün ən mühüm vasitəsi – gözdür.
İnsan üçün bu dünyada mühüm olan şey – düşüncələri və fikirləridir. İnsanın ruhudur ki, kamala çatmağa can atar. Ona görə də o şey ki, insanın ruhunu və qəlbini öz təsiri altına salar, mühüm əhəmiyyətə malik olar. Göz və baxmaq ürəyə birbaşa təsir qoyar. İmam Əli (ə) buyurur: “Qəlb – gözün kitabıdır”. Yəni o şeyi ki, göz görər, qəlbə təsir qoyar. Ona görə də bu azgın düşmən belə bir güclü silahdan istifadə edərək, insanı yolundan azdırar.


İslam şəriətinə görə Həccin vacib olmasının 3 əsas şərti nələrdir?!


Həccin lüğətdəki mənası – hansısa bir şeyə qərar vermək və niyyət etməkdir. İslam dinində isə həcc xüsusi vacib ibadətdir ki, müəyyən zaman və məkanda yerinə yetirilər.
Həcc – Allah evini ziyarət etmək, həccə aid əməlləri yerinə yetirmək və paklanmaqdır. Boynuna həcc düşən insanlar, bu xüsusiyyətə malik olanlardır:
1. Həddi-büluğa çatanlar. 2. Aqil və azad olanlar. 3. Maddi imkana malik olanlar. Bu bəndin özünün də şərtləri vardır.
O cümlədən:
a). Səfərə çıxmaq üçün miniyinin, ərzağının və maddi imkanının olması.
b) Məkkəyə getmək üçün kifayət qədər sağlamlığa malik olması...


Valideynlər öz övladlarının günahlarına şərikdirlərmi?


Dinimizdə belə qanun da vardır ki, əgər bir insan başqa insanın günah etməsində hansısa rola malikdirsə, onunla həmin günahda şərik olar.
“Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!”. (“Nəhl” 25).
İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurmuşdur: “Allah bəndələrindən hər kim özündən sonra yaxşı sünnət qoyub gedərsə, savabı bu sünnətə əməl edənin savabı ilə bərabər olar. Allah bəndələrindən hər kim özündən sonra bəyənilməyən iş qoyub gedərsə, günahı o bidətə əməl edənlərin günahı qədər olar”.
Bu səbəbdən əgər valideyn övladının günahında ona yardım edər və dəstəkləyərsə, onun etdiyi günaha şərik olar. Həmçinin əgər onun tərbiyəsində səhlənkarlıq etmiş olarsa da, övladının günahında şərik olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter