NƏ ÜÇÜN DİNİ HÖKMLƏRDƏ MÜCTƏHİDƏ TƏQLİD ETMƏK VACİBDİR?
-- Belə bir təqlid ağıl və fitrətin tələbidir.... CAVAB: İnsan dünyaya göz açdığı vaxt məlumatsız olduğu və heç nə bilmədiyindən, müxtəlif işlərdə başqalarının təcrübəsindən istifadə etməyə məcbur olur. İnsan öz istəyindən asılı olmayaraq, başqalarının elmi nəaliyyətindən bəhrələnir. Çünki həyatın dolambaclı yollarını adlamaq üçün hər addımda elm və biliyə ehtiyac var.
Həyatımız əsasən iki əsas üzərində qərar tutmuşdur. Əsaslardan biri “bilmək”, digəri isə “həmin bilikdən istifadə etmək”dir. İkinci əsas da birinci əsasa ehtiyaclıdır. Demək, həyatda ilk addım bilikdən başlayır. Məhz bu məqamda daxilimizdəki bir meyil bizim köməyimizə çatır və səadət qapılarını bizim üzümüzə açır. Bu meyil “iqtibas” və “təqlid”dir. Bilirik ki, körpə həmin bu meyillər əsasında danışmağa başlayır, oturub-durmağı öyrənir, hər gün mərhələ-mərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləmindəki mövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır.
SƏLƏMÇİLƏR RƏFTARLARINI TARAZLAYA BİLMƏYƏN DƏLİLƏR KİMİ...
Məkkədə nazil olmuş “Rum” surəsinin 39-cu ayəsində də buyurulur: وَمَا آتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِندَ اللَّهِ...
“(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz...”
“Ali-İmran” surəsinin 130-cu ayəsində Allah sələmi qadağan etmiş və bu ayələrdə sələmçilik ən ciddi şəkildə tənqid olunmuşdur. “Nisa” surəsinin 161-ci ayəsində xatırladılır ki, yəhudi dinində də sələm haram olmuşdur. Sələmin haramlığı Tövratda da qeyd edilmişdir.[1]
3. Adətən, sələmlə bağlı ayələr infaq və sədəqəyə aid ayələrin ardınca gəlir və bunlar var-dövlət vasitəsi ilə qarşıya çıxan xeyir və şər məsələlərini aydınlaşdırır. İnfaq əvəzsiz vermək, sələm isə əvəzsiz almaqdır, infaq yaxşılığa yol açırsa, sələm də pisliyə sarı yönəldir.
4. Qurani-Kərimin qətl, zülm, spirtli içki, qumar və zina kimi böyük günahlara qarşı mövqeyi kəskindirsə, sələmə qarşı daha şiddətlidir. Çünki sələm, həqiqətdə, Allah və Peyğəmbəri ilə müharibə sayılır.
İSLАMDАN QАBАQKI ŞӘRİӘTLӘR NАQİS SАYILIRMI?
CАVАB: İslаm аyinlәrinin ümumbәşәri vә sоn оlmаsı dәlili аydın şәkildә göstәrir ki, İslаm dini göndәrildikdәn sоnrа mаddi vә mәnәvi tәkаmül üçün bu göstәrişlәrә әmәl еtmәkdәn sаvаy yоl qаlmır. Әlbәttә ki, hәr bir ilаhi din öz zаmаnındа dоğru yоl sаyılmışdır. Kеçmiş insаnlаr öz dövrünün dini ilә mаddi vә mәnәvi tәkаmülә çаtа bilәrdilәr. Аmmа İslаm аyinlәri göndәrildikdәn sоnrа, әvvәlki yоllаrlа gеtmәk хәtаdır vә İslаmdаn sаvаy аyinlәr insаnı аli mәqаmа çаtdırmаqdа аcizdir. Bir dаhа qеyd еdәk ki, әvvәlki dinlәrin hәr biri öz dövrünün kаmil dini оlmuşdur vә hәmin dövrdә insаnlаr üçün әn dоğru yоl sаyılmışdır. Dеyilәnlәri аydınlаşdırmаq üçün qеyd еdә bilәrik ki, müхtәlif dinlәr оrtа mәktәbin аyrı-аyrı siniflәrinә bәnzәyir. Sinifdәn-sinifә аdlаyаn şаgird öz biliyini kаmillәşdirir. Şаgirdin birinci sinifdә öyrәndiyi biliklәr dоğru оlduğu kimi, оnun оnuncu sinifdә öyrәndiyi biliklәr dә dоğrudur. Аşаğı siniflәrdә öyrәndiyi biliklәr şаgirdin sоnrаkı biliklәri üçün bünövrә rоlunu оynаyır. Mәlum mәsәlәdir ki, birinci sinif şаgirdi оnuncu sinifin mаtеriаllаrını dәrk еdә bilmәz. Еlәcә dә, оnuncu sinifin şаgirdinә birinci sinifin prоqrаmı ilә dәrs kеçmәk mәntiqsiz bir işdir.
Haram və batil məclislərdə iştirak etmək olarmı?! Quranın baxışı
Rəhman Allahın həqiqi bəndələrinin onuncu xüsusiyyəti odur ki, onlar heç vaxt azğın işlərin şahidi olmazlar. “Furqan” surəsinin 72-ci ayəsində buyurulur:“(Rəhman Allahın həqiqi bəndələri) azğınlığın şahidi olmayanlardır.” Ayədə qeyd olunan “zur” sözü ilə bağlı cüzi fərqlə iki təfsir qeyd edilmişdir:
1. Rəhman Allahın həqiqi bəndələri batil işlərə şahid durmazlar. “Zur” sözünün hər hansı “batil” iş və fikrə aid edildiyini nəzərə alaraq Allahın həqiqi bəndələrinin nə batil işlərə qoşulduqlarını güman etməliyik, nə də batilə haqq don geyindirdiklərini! Onlar ata, ana, bacı, qardaş, qohum-əqrəba, dost-tanış, yoldaş və həmkarların, bir sözlə, kiminsə razılığını Allahın razılığından üstün bilməzlər.
2. (Daha dəqiq nəzərə çarpan ikinci izaha əsasən,) Allahın həqiqi bəndələri batil məclislərdə iştirak etməzlər. Günaha qarışan hər hansı məclis “zur və batil məclisi” hesab edilir və ilahi bəndələr belə məclislərdə əsla iştirak etməzlər. Onlar ata-ana, qohum-əqrəba, dost-tanış, qonşu və həmkarlara görə, günah məclislərində hazır olmazlar. Onları təkcə Yaradanın razılığı maraqlandırır.
ELMİ KƏŞF VƏ İXTİRA MÜƏLLİFLƏRİ QİYAMƏT GÜNÜ MÜKAFATLANDIRILACAQMI?
Cavab: Bu mövzuda İslamın məntiqini açıqlamazdan qabaq, uyğun mövzu ilə bağlı bəzi baxışlara nəzər salaq:
1. Bəziləri təsəvvür edirlər ki, cəmiyyət üçün faydalı olan bütün əməllər Allah qarşısında dəyərləndiriləcək. Onların nəzərincə, cəmiyyətə xidmət baxımından müsəlmanlarla qeyri-müsəlmanlar arasında heç bir fərq yoxdur. Allah ədalətli olduğu üçün bəndələrinin xidməti arasında fərq qoymur. Onlar deyirlər ki, Allaha imanın, son Peyğəmbərə (s) etiqadın yaxşı əmələ heç bir dəxli yoxdur. Bir iş cəmiyyətə xeyirlidirsə, onun mükafatı var. Bu işi görənin müsəlman və ya qeyri-müsəlman olması əhəmiyyətli deyil.
2. Başqa bir qrupun fikrincə, iman gətirməmiş insanın əməlləri puçdur və bu əməllər üçün mükafat nəzərdə tutulmur. Onlar belə düşünürlər ki, düzgün əqidədə olmayan insanın yaxşı əməlləri puç olasıdır...
Hədislərə əsasən Ölənlərimiz üçün oxunması faydalı olan surələr hansılardır?!
İmam Sadiq (ə) buyurur: “Ölən insan ona görə istənilən bağışlanmaya görə sevinər. Necə ki, diri ona verilən hədiyyəyə görə sevinər”.
İmam Rza (ə) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər, onun yanında yeddi dəfə “Qədr” surəsini oxusa, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.
Beləliklə deyə bilərik ki, qəbir əhlinin bizim dualarımıza və qiraətimizə ehtiyacı vardır. İmam Sadiq (ə) buyurur: “Necə ki, dirilər hədiyyə ilə şad olarlar, qəbir əhli və bərzəxlilər də onlara görə edilən istiğfara görə sevinərlər”.
Hədislər buyurur ki, insan can verən zaman bu surələri oxumaq fəzilətlidir: “Yasin”, “Saffat”, “Əhzab”, “Ayətül-kürsü”, “Əraf” surəsinin 54-cü ayəsini, “Bəqərə” surəsinin son üç ayəsini...
`ALLAHDAN QORXMAQ` NƏ DEMƏKDİR?!
Allahdan qoruxmaq dedikdə iki mənanı başa düşmək olar:
1. Məqsəd Allahın gözətçi və nəzarətçi olmasıdır. Yəni Allahın həqiqi bəndələri o kəslərdir ki, Allahın daim onlara nəzarət etdiyini bilirlər. İmam Xomeyninin (r.h) sözü ilə desək: “Aləm Allahın hüzurundadır, Allahın hüzurunda günah etməyin.” Onlar Allahın nəzarətindən qorxurlar. Bu etiqadın insan tərbiyəsində böyük rolu vardır. Özünü daim möhtərəm bir baxış altında olduğunu hiss edən kəs heç vaxt əyri addım ata bilməz və bütün əməl və rəftarları ölçü əsasında olar.
2. Məqsəd Allah-Taalanın ədalət məqamıdır. İlahi bəndələr həqiqətdə Allahın ədalətindən qorxurlar. Onlar bilirlər ki, əgər Allah bizimlə sırf ədalətlə rəftar edərsə, heç kimin aman tapmağına ümid yoxdur. Təəssüf ki, biz çox vaxt incə məsələlərə diqqət yetirmir, həmişə ölçü əsasında hesab-kitab aparmırıq.
NƏ ÜÇÜN İSRAF EDƏNLƏR ŞEYTANIN QARDAŞLARI SAYILIR?
Qurani-Kərimin “İsra” surəsinin 27-ci ayəsində buyurulur: “Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və şeytan həmişə Rəbbi qarşısında çox kafir və nankor olub.” Bu ayədə qeyd olunanlara, yəni israf və artıq xərclərə dair ciddi xəbərdarlıqlar gözə dəyir və israfcıl insanlar şeytanın dostları sayılır. Sual oluna bilər ki, nə üçün israfcıl insanlar şeytanın qardaşları sayılır?
Cavab: Şeytan yer üzündə fitnə-fəsadın simvoludur və israf edənlər də fitnə-fəsadla ona qoşulurlar. Həqiqətdə, həddi aşmaqla ilahi nemətlərə qarşı nankorluq fitnə-fəsad sayılır! Bu özü ictimai böhranların, maliyyə fəsadlarının qaynağıdır. Çox vaxt bayram mərasimlərində, şənliklərdə, hətta başqalarına ibrət dərsi olan matəm məclislərində də insanı heyrətə gətirən xərclərə yol verilir...
QƏBİR ƏZABINDAN QORXURSUNUZSA, MÜTLƏQ OXUYUN?!
Hər bir kəs həyatında heç olmazsa, bir dəfə də olsun, ölümü, qəbir evində Nəkir və Münkərin sorğu-sualı, qiyamət hesab-kitabı, qəbir əzabı və sıxıntısı haqda düşünüb...! Amma görən, qəbir əzabı və sıxıntısından qurtuluş yolu haqda düşünübsünüzmü? Əgər ölümdən və qəbir sıxıntısından qorxu hissiniz vardırsa, mütləq oxuyun...
İnsan öldükdən sonra ruhu bədənindən ayrılır və bədəninin üzərində dayanır. Meyyitə qüsl verilib qəbiristanlığa aparılarkən, onun ruhu hazır olur, qüsl verənləri, dəfn mərasimində iştirak edənləri görür, səslərini eşidir. Elə buna görə də, tövsiyə olunur ki, dəfn mərasimində artıq danışıqlardan çəkinilsin, yalnız Quran tilavət olunsun... “Qaf” surəsinin 22-ci ayəsi -- “(Ona belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günü görəcəyindən) qafil idin. Artıq, bu gün gözündən pərdəni götürdük. Sən bu gün (ölümdən sonrakı hadisələri) aydın görürsən!”
Müsəlman yoxsulluqla barışmamalıdır! İmam Əlinin (ə) tapşırıqları
İmam Əli (ə) də yoxsulluğu cəmiyyətin çirkin fenomeni kimi tanıtmışdır. Həzrət (ə) buyurur: “Qəbir - yoxsul olmaqdan daha yaxşıdır”. Yaxud: “İki şey insanı həlak edər: yoxsulluq qorxusu və şöhrət istəmək”.
İmam (ə) bu fenomenin gətirdiyi pis nəticələrə işarə edir və müxtəlif tövsiyələr verir. İmam (ə) Muhəmməd ibni Hənəfiyyəyə buyurur: “Oğlum! Sənin yoxsulluğuna görə qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq insanı naqis və ağıl və düşüncəsini səksəkəli, insanları ona qarşı və onu insanlara qarşı bədbin edər”.
İmam (ə) buyurduğu kimi yoxsulluq insana çox sayda ziyan vurur. Ağlına və dininə böyük zərbə vurur. Əgər bu iki sərmayəni insandan alsalar, dini və ictimai mövqesini əldən verər. Nəticədə faydasız bir fərdə çevrilir ki, bunun özü də bir növ ölümdür...