Nə üçün İmam Hüseyn (ə) qİyam üçün Kufənİ seçdİ?


Cavab: Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını ikiqat əhəmiyyətli edən bə`zi məsələlər var:
İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi idi. Əbdüllah ibn Cə`fər (həzrət Zeynəbin əri), Əbdüllah ibn Əbbas, Əbdüllah ibn Müti, Məhəmməd Hənəfiyyə kimi şəxsiyyətlər İmamın Kufəyə getməsinə e`tiraz edirdilər. Onlar kufəlilərin bir zaman həzrət Əli (ə) və İmam Həsəni (ə) tənha qoymalarını xatırladırdılar. Bütün bunlara baxmayaraq İmam (ə) Kufəyə üz tutudu. İbn Xəldun kimi tarixçilər İmamın bu seçimini siyasi səhv hesab etmişlər...


Kərbəla şəhidlərinin bədənini kim dəfn etmişdir?


Kərbəla şəhidlərinin dəfn olunması ilə bağlı tarixdə iki nəzər mövcuddur.
-Birinci nəzərə görə İmam Səccad (ə) qeyri-adi bir şəkildə Kərbəlaya gəlmiş və Kərbəla şəhidlərini, xüsusilə də İmam Hüseynin (ə) mübarək bədənini dəfn etmişdir. Həzrət Peyğəmbər (s), Məsumlar (ə) və mələklər də orada olmuşdur.
İmam Sadiq (ə) buyurur: “Bir gün Ümmi-Sələmə ağlar şəkildə yuxudan qalxdı və ondan soruşdular ki, niyə ağlayırsan. Dedi: “Övladım Hüseyn (ə) dünən qətl edilmişdir. Çünki Peyğəmbəri (s) vəfatından dünən gecəyə qədər yuxuda görməmişdim. Dünən gecə onu rəngi qaçmış və qəmgin gördüm. Səbəbini soruşdum, buyurdu: “Bu gecə Hüseyn (ə) və tərəfdaşları üçün qəbirlər qazmışam””.


Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur?


İmam Hüseyn (ə) əzasında göz yaşı tökülməsinə dair çox sayda fəzilət bəyan edilmişdir. Bunlardan biri də göz yaşlarının günahları yumasıdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Hər kim İmam Hüseyn (ə) müsibətinə ağlayar, ya ağladar və ya özünü ağlatmağa çalışar, cəsədi atəşə haramdır. Behişt ona vacibdir”.
Dəfələrlə özümüzə bu sualı vermişik ki, görəsən niyə məhz İmam Hüseynə (ə) görə ağlamağın bu qədər fəziləti vardır? Alimlər bu suala belə cavab verir: “Buradadır ki, Quran deyir: Yaxşılıqlar pislikləri aradan aparar. “Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114).
Sözümüz o deyildir ki, siz yalan danışasınız və Allah onu düz kimi qiymətləndirsin. O zaman ki, üfunətli peyin (günah da üfunətlidir), gülün üzərinə tökülər, bir müddət sonra gülün tərkib hissəsinə çevrilərək, gül qoxusu verəcəkdir. İmam Hüseyn (ə) üçün tökülən göz yaşı hər şeyi dəyişər və bu göz yaşı günahları yuyandır”...


Əzadarlığın hikməti -mənası- nədir?


Tarix İmamın (ə) qiyamı barəsində çox sayda xəbərlər vermişdir. Əzadarlığın hikmətini Peyğəmbər (s) nəslinə məhəbbətin nümayişi kimi bəyan etmişdir. Ona görə də əzadarlığın hikməti barəsində deyə bilərik ki, İmam Hüseyn (ə) üçün əza saxlamaq və göz yaşı tökmək – Peyğəmbər (s) nəslinə məhəbbətin nişanəsidir. İmama (ə) əza saxlamaq – çox bəyənilən əməllərdəndir.
Ancaq əgər hədislərə nəzər salsaq, görərik ki, İmamlarımız (ə) və Əhli-Beyt (ə) üçün İmama (ə) əza saxlamaq – məhəbbətdən də uca bir şeydir. Seyyid Tavusun sözlərinə nəzər salsaq, görərik ki, İmamın (ə) qiyamı Quranı və Peyğəmbər (s) sünnətini dirçəltməyə xidmət etdiyi üçün, onu ancaq məhəbbət adlandırmaq olmaz. Əslində bu qiyam bir nemət idi ki, ona görə şükür etmək lazımdır. Bu nemətin sayəsində Əhli-Beyt (ə) məktəbi ayaqda qaldı və insanlar qəflətdən oyandılar.
İmamın (ə) qiyamının əsil hədəfi – nadanlıq ilə mübarizə olmuşdur. İmam Sadiq (ə) Allaha dua edən zaman buyurmuşdur:“Qanını sənin yolunda fəda etdi ki, bəndələrini nadanlıqdan və yolunu azmaqdan çıxartsın”.


Əhli-Beytə (ə) münasibətdə ifrat və təfrit izahı nədir?


İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-Beyt (ə) ardıcıllarının nadanları və az ağıllı olanları və o kəslər ki, ağcaqanadın qanadı onların dindarlığından daha möhkəm və daha üstündür – bizə əziyyət verərlər”. Hədisin şərhi. Bu sözlər Muhəmməd ibn Əli ibn Həlala yazılmış məktubdandır. İmam (ə.f) bu məktubda azğın firqə olan Ğulatlara işarə etmişdir.
Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamları (ə) olduqları kimi tanısınlar. Nə onları adi insanların həddində aşağı salsınlar və nə də qüdrətdə Allaha şərik etsinlər.
Hədislərimizin bir çoxunda İmamların (ə) risalətinin hədəfləri aydın şəkildə bəyan edilmişdir. Onlara müraciət edərək, İmamlarla (ə) bağlı təfəkkürümüzü dəyişdirməliyik.
Ğulatların (İmamları (ə) qüdrət baxımından Allaha yaxın tutan azğın firqə) etiqadı o qədər yanlışdır ki, müxalifləri ona görə Əhli-Beyt (ə) məktəbini təkfir etdilər. Hətta onların bir dəstəsini vacibul-qətl elan etdilər.


İmam Zaman ağa (ə.f) kimləri əziyyət verən insalar adlandırır?


İmam Zaman ağa (ə) buyurur: “Əhli-Beyt (ə) davamçılarının nadanları və ağılsızları və o kəslər ki, ağcağanadın qanadları onun dindarlığından daha möhkəm və üstündür – bizə əziyyət verərlər”. İmam Məhdi (ə.f) bu nurani sözləri Muhəmməd ibni Əli ibni Hilalın məktubuna cavab olaraq bəyan etmişdir.
Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamlarını (ə) olduqları kimi tanımalıdırlar. Yəni, nə onları adi insanların səviyyəsinə salmalıdırlar, nə də qüdrətdə Allaha şərik qoşmalıdırlar.
Əmirəl-möminin İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər. Biri də odur ki, mənimlə düşmənçilikdə təfritə düşər”. /Deyerler.


İmam Zaman ağa(ə.f)Hansı duaları oxumağı tövsiyə etmişdir?!


İmam Zaman ağa (ə.f) buyurur: “Nə zaman bizim vasitəmizlə böyük məqamlı Allaha diqqət etmək istəsəniz, bizə tərəf üz tutmaq istəsəniz, Allah Təalanın buyurduğu kimi deyin: سلامٌ علی آل یاسین İsfahan ticarətçilərindən biri ki, alimlər tərəfindən etimad edilən şəxs idi, yuxuda görür ki, İmamın (ə.f) xidmətindədir və Həzrətdən (ə.f) soruşur: “Sizin fərəciniz nə zaman gəlib çatacaqdır?”. İmam (ə.f) buyurur: “Yaxındır, bizim davamçılarımıza deyin ki, “Nüdbə” duasını cümə günləri oxusunlar”.
Mərhum Məclisi “Rövzeyi-müttəqin” kitabında nəql edir: “Büluğ çağımın əvvələrində İsfahan məscidlərinin birində yuxu ilə oyaqlıq arasında İmam Zamanı (ə.f) ziyarət etmişdim və demişdim: “Mənim Mövlam! Sizin xidmətinizə həmişə gələ bilmirik. Ona görə də bizə elə kitabı tövsiyə edin ki, həmişə ona əməl edək!”. İmam (ə.f) da başqa bir şəxsin vasitəsilə “Səhifeyi-Səccadiyyə” kitabını ona təqdim etmişdi.
Mərhum Hacı Əli Bağdadi nəql edir: “İmam Zamanla (ə.f) birlikdə İmam Kazımın (ə) və İmam Cavadın (ə) hərəminə daxil olduq və zərihə yapışıb, onu öpdüm. İmam (ə.f) mənə buyurdu: “Ziyarət oxu!”.


İslam dini 6 cümlədə - İmam Baqirin (ə) mübarək dilindən


Əbi Carud nəql edir: “İmam Baqirə (ə) dedim: “Məni sizin və nəslinizin o dinindən agah et ki, ona əsasən Allaha ibadət edirsiniz? Mən də ona əsasən Allaha dindarlıq edim”.
İmam (ə) buyurdu: “Kiçik cümlə ilə böyük sual verdin. Allaha and olsun ki, mən və atalarımın Allaha dindarlıq etdiyimiz dini sənə söyləyirəm:
1. Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək.
2. Peyğəmbərin (s) Allah tərəfindən gətirdiklərinə etiraf etmək.
3. Bizim dostumuza məhəbbət göstərmək və düşmənimizə düşmənçilik etmək...


Ölümün ağrısız olması üçün nə etməli? İmam Cavadın (ə) hədisi


Ravəndi öz kitabında İmam Cavaddan (ə) nəql edir ki, buyurub: “İmam Rzanın (ə) səhabələrindən biri xəstələnir və xəstə yatağına düşür. Bir gün Həzrət (ə) onu ziyarət edir və ona buyurur: “Halın necədir?”. Deyir: “Ölümü çox qorxulu və ağrılı görürəm”. İmam (ə) buyurur: “Bu narahatlıq ki, hiss edirsən, ölümün ən kiçik əlamətlərindəndir ki, indiyə qədər sənə hakim olmuşdur. Əgər ölümün bütün halı sənə hakim olsa, nə edəcəksən?”. İmam (ə) davam edərək buyurur: “İnsanlar iki dəstədirlər. Bir dəstə üçün ölüm – rahatlıq və aramlıq mənbəyidir. Bir dəstə üçün isə ölüm o qədər ağırdır ki, ondan sonra rahatlıq hiss edərlər. Əgər ölümün sənin üçün ləzzətli olmasını istəyirsənsə, Allah Təalaya, Peyğəmbərin (s) risalətinə və biz Məsum İmamların (ə) vilayətinə qarşı iman və etiqadını təzələ və şəhadətlərini dilində və qəlbində de”\". İmam Cavad (ə) buyurur: “Nə zaman həmin şəxs atamın buyurduqlarını etdi, dedi: “Ey Allah Rəsulunun oğlu! Allahın rəhmət mələkləri hədiyyə və salamla daxil oldular və sizə salam verirlər”.



İmam Baqir(ə) Əhli-Beyt (ə) davamçılarına hansı müjdəli xəbəri verir?!


“Kafi” kitabında oxuyuruq ki, Həkəm ibni Utəybə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim və otaq cəmiyyətlə dolu idi. Anidən bir qoca kişi əsasına söykənərək, otağa daxil oldu və dedi: “Əssəlamu əleykə, ya ibni Rəsulallah” və sonra sükut etdi. İmam (ə) da salamının cavabını verdi. Sonra qoca kişi orada olan cəmiyyətə üz tutub, onlara da salam verdi. Hamı salamın cavabını aldılar. Qoca üzünü İmama (ə) çevirib dedi: “Ya ibni Rəsulallah! Məni öz yanında əyləşdir, qurbanın olum. Allaha and olsun ki, mən sizi və sizin sevdiyiniz kəsləri sevirəm. Sizin düşməninizlə düşmənəm və ondan kənarlaşıram. Allaha and olsun ki, bu nifrət və düşmənçilik də şəxsi deyildir. Allaha and olsun ki, sizin halalınızı halal və haramınızı haram bilirəm. Sizin ədalət hökumətinizin bərpa olmasının intizarındayam. Bu əqidə ilə nicat tapmağım üçün ümid vardırmı?”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter