Qurani-Kərimin məntiqi ilə, hansı 4 yerdə bəndə Allahı xüsusən yada salmalıdır?!


Qurani-Kərim bütün möminlərə buyurur ki, Allahı hər bir halda yada salın:
1. İbadət zamanı yada salın və ixlaslı olun. 2. Günahla üzləşən zaman Allahı yada salın və gözünüzü günaha bağlayın.
3. Nemət zamanı Allahı yada salın və şükrünü yerinə yetirin. 4. Bəla və müsibət zamanı Allahı yada salın.
Xülasə, həyatımızın hər anında Allahı unutmayaq.
Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, Qiyamət günü bəndələrdən hanısısının məqamı başqalarından üstün olacaqdır? Buyurur: “O kəslər ki, Allahı çoxlu yada salırlar”.
Soruşurlar: “Bu insanın məqamı – Allah yolunda cihad edəndən də üstündür?”.
Buyurur: “Əgər qılıncı ilə kafirlərin və müşriklərin bədəninə o qədər vurar ki, qılıncı sınar və qana boyanmış olar – amma o kəslər ki, Allahı çoxlu yada salırlar – onlar daha üstündürlər”.


İmam Əli (ə) səhabəsi olan Abdullah ibni Yəhyanın anidən yıxılmasını necə izah etdi?!


Abdullah ibni Yəhya Əmirəl-möminin (ə) məclisinə daxil olur. Həzrətin (ə) qarşısında taxta parçası var idi. Həzrət (ə) buyurur ki, onun üzərində əyləşsin. Anidən taxta dağıldı və Abdullah yerə yıxıldı. Başı yarıldı və qan axmağa başladı. İmam (ə) göstəriş verir ki, su gətirsinlər və onun yarasını yusunlar. Sonra mübarək üzünü Abdullaha çevirib buyurdu: “Yaxına gəl!”. Sonra mübarək əlini onun yarasının üzərinə qoyur. Abdullah əvvəl çox ağrı hiss edir, amma sonra şəfa tapır.
Həzrət (ə) buyurur: “Şükür olsun o Allaha ki, bizim ardıcıllarımızın günahını dünyada xoşagəlməz hadisələrlə yuyar və pak edər”.
Abdullah deyir: “Ey Əmirəl-möminin! Məni agah edin ki, hansı günaha düçar olmuşam ki, bu xoşagəlməz hadisə başıma gəlmişdir? Onu bir daha təkrar etməyim”.


İmam Əlinin (ə) hədisinə əsasən İnsanın ən həqiqi, ən güclü dostu kimdir?!


Hər bir fərdin və cəmiyyətin dostu – ağıldır. Hər bir insanın və cəmiyyətin düşməni – cəhalətdir. O kəs ki, düz danışar, haqqı deyər – həm özü rahat olar, həm də cəmiyyət. İmam Əli (ə) buyurur ki, əgər kimsə aqil olsa, onun dostu həmin ağıl olar. İmam Rzaya (ə) sual verirlər ki, insanlara Allahın hüccəti nədir? İnsanlar haqla batili necə ayırd etsinlər?
İmam (ə) buyurur ki, insanlara hüccət – ağıldır. Yəni ağıl insanlara Allahın hüccətidir. Belə bir ağıl – bürhani ağıldır. O qədər qüdrətlidir ki, qorxunu, yanlış xəyalları, şəhvəti və qəzəbi insandan dəf edər. Hər kim vahimə və xəyal səviyyəsində hökm olunar, onun ağlı zəif olar. Çünki güclü ağıl vahiməyə, xəyala, şəhvət və qəzəbə qalib gələr. Belə insan heç bir zaman yersiz söz danışmaz. Quranın nəzərinə görə, xəyalları əsasında yaşayan insanlar muxtal adlandırılmışdır. Muxtal o kəsdir ki, xəyal məhdudiyyətində düşünər. Bürhan ondan uzaq olar. O, hər zaman bürhansız danışar və həm də bürhansızlığı qəbul edər. Bu insanlar aqil deyildirlər. Elə bir gücə malik deyildirlər ki, cəhalətlərinin qarşısını alsınlar. Muxtal insanı Allah sevməz...


Allah-Taala (c.c) şərik qoşmaqdan sonra ən böyük hansıdır?!


Böyük din alimlərindən olan Ayətullah Dəstğeyb bizə kəbirə günahların ən böyüyü ilə tanış etmişdir. Alim buyurmuşdur ki, şirk günahından sonra ən böyük günah – Allahın rəhmətindən ümidsiz olmaqdır. Bu günah insanı məhv edə bilər. İnsan həm dünyada və həm də axirətdə əzaba düçar olar.
Ayətullah Dəstğeyb ümidsizlik haqqında buyurur: “Məgər aqil insan Kərim Allahından məyus ola bilərmi? Bu səbəbdəndir ki, alimlər deyirlər ki, müsəlman şəxs özünü kafir və fasiqdən üstün bilməməlidir. Özünü xoşbəxt və onları bədbəxt hesab etməli deyildir.Onun halı belə olmalıdır ki, əgər İlahi tövfiq bizə şamil olarsa, ən yaxşı halla bu dünyadan gedək. Filan kafir də dünyadan ən yaxşı halda getsin. Bu zaman mən ondan daha üstün olacağam...


Hz Peyğəmbər (s) nəslindən olan Seyyid-lərin neçə qolu var?!


Seyid sözünün Qurandakı mənası – sərvər və rəhbər deməkdir. Seyidlər – Həzrət Peyğəmbərin (s) nəsillərindən gələn insanlardır. Əhli-Beyt (ə) məktəbinin nəzərinə görə, seyidlərin əsas iki qolu mövcuddur.
Birinci qol - Ələvi seyidlərdir. İmam Əlinin (ə) üç övladı olan Muhəmməd ibni Hənəfiyyə, Həzrət Əbülfəzl-Abbas və Ömər ibni Əlinin nəslini Ələvi seyidləri adlandırırlar.
Ancaq İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəslindən gələn insanları Haşimi seyidləri və ya Həsəni və Hüseyni seyidləri adlandırırlar.
Bəs Həsəni seyidləri kimlərdirlər? Bu nəslin kökü – Həzrət İmam Həsən Müctəbaya (ə) çatır. Bu nəsildən olan insanlar tarix boyu siyasi və ictimai işlərdə fəal iştirak etmişdilər. O cümlədən, Həsəni seyidləri zalımlara qarşı qiyamlar da törətmişdilər. İslam ümmətinin müxtəlif nöqtələrində ədaləti bərpa etmişdilər.
Hal-hazırda Təbatəbai, Müdəssir, Həkim kimi dahi alimlərin nəsli – Həsəni seyidləridir. Tarixin yazdığına görə, İmam Həsənin (ə) 8 övladı olmuşdur. Onların üçü İmam Hüseynlə (ə) həccə gəlmiş və ehram halında vəfat etmişdilər.


İslam dininin müxtəlif məzhəbləri –hansı 10 mərhələ ilə yaranmışdır?!


Təəssüf ki, tarixin gedişatı boyu müqəddəs dinimiz müxtəlif məzhəblərə bölünmüşdür. Bu məzhəbləri tanıyaq. Həzrət Peyğəmbərin (s) vəfatından sonra yaranan məzhəblər:
1. İmam Əli (ə) vilayətini Allah tərəfindən təyin edilən vəsi kimi qəbul edənlər (haqq məzhəb).
2. İmam Əlini (ə) Peyğəmbərdən (s) sonra gələn övliyalar kimi qəbul edənlər.
3. İmam Əlinin (ə) başqalarından üstün olmasını qəbul edənlər.
İmam Əlinin (ə) şəhadətindən sonra yaranan məzhəblər:
1. İmam Həsəni (ə), İmam Hüseyni (ə) və onlardan sonra İmam Səccadı (ə) məsum İmam qəbul edənlər (haqq məzhəb).
2. Həzrət Əlini (ə) diri hesab edənlər. Onların əqidəsinə görə İmam Əli (ə) ölməmişdir.
3. Kisaniyyə məzhəbi. Bu məzhəbin davamçıları Muhəmməd ibni Hənəfiyyəni İmam hesab edirlər...


İmam Sadiq (ə): Bu zikr qəm və qüssəni aradan aparır!


Səyid ibni Yəsar, İmam Sadiqə (ə) deyir: “(Mən bəzən) qəmli oluram. Onu aradan qaldırmaq üçün lütfən mənə yol göstərin”. Əziz İmam (ə) buyurur ki, nə zaman vəsvəsədən qorxsan, belə de:
Allahummə inni əbdukə vəbnu əbdikə vəbnu əmətikə nasiyəti biyədikə mazin fi hökmukə ədlun fi qəzaikə əsəlukə bikulli ismin huvə ləkə səmməytə bihi nəfsikə əu ənzəltəhu fi kitabikə əu əlləmtəhu əhədən min xəlqikə əu istəsərtə fihi fi elmil-ğeybi indəkə ən cəələl-Quranə rəbiə qəlbi və nurə sədri və cəlaə huzni və zəhabi həmmi


Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı və dayağı kim olmuşdur?


İmam Əlinin (ə) fəziləti ilə bağlı bir hədisə nəzər salaq. Bu mübarək hədisdə Həzrət Rəsuli-Əkrəm (s) Musa peyğəmbər (ə) kimi Allaha dua etmişdir. Musa peyğəmbər (ə) qardaşı Harunla (ə) bağlı Allahdan nələri istəmişdirsə, əziz Peyğəmbərimiz (s) də Həzrət Musa peyğəmbər (ə) kimi İmam Əli (ə) ilə bağlı Allaha o cür dualar etmişdir.
Elə bu səbəbdəndir ki, başqa bir hədisdə də Peyğəmbərimiz (s) buyurmuşdur: \"Əlinin mənə olan nisbəti – Harunun Musaya olan nisbəti kimidir və (lakin) məndən sonra peyğəmbər yoxdur\". Qeyd olunan hədislərə və Quran ayələrinə əsasən deyə bilərik ki, İmam Əli (ə) Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı, arxası və təbliğ işlərində Onun (s) şərikidir. Bu fəzilət Allah tərəfindən fəqət İmam Əliyə (ə) verilmişdir. Abdullah ibn Cəfər əl-Himyəri mötəbər sənəd ilə İmam Baqirdən (ə) nəql edir: \"Peyğəmbər (s) Ərəcdə olarkən belə buyurmuşdur: \"İlahi, Sənin bəndən Musa (ə) dua etdi və Sən onu cavablandırdın. Öz tərəfindən ona sevgi yaratdın. Səndən istədi ki, onun sinəsini genişləndirəsən, işini asanlaşdırasan, ailəsindən onun üçün bir vəzir qərar verəsən və dilindəki düyünü açasan.


İmam Əlinin (ə) hədisinə əsasən Təyyibə həyat kimlərə aiddir?


İmam Əliyə (ə) sual verirlər ki, təyyibə həyat nədir? Həzrət (ə) buyurur: “Həyatın təyyibə olması bu dəstə üçündür: “Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97)”.
Bu ayə buyurur ki, təyyibə həyat o insanlara aiddir ki, məadı və Qiyaməti xatırlayar və saleh əməl yerinə yetirər. Məad mövzusu – insanı tərbiyə edən ən mühüm mövzulardan biridir. Hicaz müşrikləri Allahın olduğunu qəbul etsələr də, məadı inkar edərdilər. Yəni, belə düşünürdülər ki, insan ölən zaman çürüyər...


Allah-Taala (c.c)-nın möminlərə salavat göndərməsinin mənası nədir?!


Allahın möminlərə salavat göndərməsi – qəlblərində nuraniyyət yaratmaqdır! Qurani-Kərimin nəzərinə görə, salavat ancaq Həzrət Peyğəmbərə (s) aid deyildir. Bəlkə Allaha, mələklərə və insanlara da aiddir. Quranda gələn salavatın növləri ilə tanış olaq:
1. Allahın Peyğəmbərə (s) salavat göndərməsi. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat)göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
2. Allahın möminlərə salavat göndərməsi. “Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən)Odur. O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter