NAMAZDA FİKRİN YAYINMAMASI ÜÇÜN NƏ ETMƏLİYİK?
1. Dəstəmazı diqqətlə almaq. İmam Rzanında (ə) buyurduğu kimi “Dəstəmaz qəlbi paklayar.” (Vəsailuşşiə 1/367)
2. Namaz və onun əzəməti barədə olan hədislər haqqında düşünmək.
3. Namazı sonuncu namaz kimi qılmaq.
Dİnİmİzİn nəzərİnə görə aİlədə nə qədər uşaq olmalıdır?
İslam dini övladlarımızı behişt gülləri hesab edir. “Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən çoxlu kişi və qadın (törədib) yaydı”. (“Nisa 1).
Nə zaman günahlar bağışlanmaz?
Hər bir insan günah işlədən zaman bağışlanacağına ümidsiz olmamalıdır. Əgər ümidli olarsa, tövbə edər və bağışlanar. Ancaq ümidsiz insan bağışlanmaz. Çünki bağışlanmağına görə heç bir ümidi yoxdur. Ona görə də tövbə etməz.
İlahİ tofiqİ necə əldə edək?
Ayətullah Behcət buyurur: “İnsan xəyal edir ki, xeyir iş görəndə o işi görənin əsli özüdür. O, hər işi görə bilər. Halbuki, bilmir nə qədər yaşacaqdır. Məgər ömrünün axırına qədər bu işi görə bilərmi?”
Teyyül-ərzİn həqİqətİ nədİr?
Əllamə Təbatəbayidən soruşurlar ki, teyyül-ərzin həqiqəti nədir? Buyurur ki, yeriyənin addımları altında yeri bükməkdir.
Mərhum Qazi ziyarət əyyamında həmişə Nəcəfdən Kərbəlaya gələrdi. Heç kim onun maşına mindiyini görməzdi. Bu sirdən heç kim xəbərdar deyildi. Bazar satıcılarından birindən başqa. O, Məşhədə gedir və mərhum Qazini orada görür. Həmin şəxs Nəcəfə qayıdan zaman Mərhum Qazini Məşhəddə gördüyünü söyləyir.
Teyyül-ərz, yəni insan İlahi iradə ilə bədənini məqsədində tutduğu məkana çağırır.
ƏQİQƏ NƏDİR?
Əqiqə yeni doğulmuş körpə üçün yerinə yetirilən müstəhəb bir işdir. Müstəhəbdir ki, yeni doğulmuş qız uşağı üçün dişi heyvan, oğlan uşağı üçün erkək heyvan əqiqə edilsin. Əqiqə, körpənin yeddi günlüyündə edilsə yaxşıdır.
\"SUBHANƏLLAH\" KƏLMƏSİNİN MƏNASI NƏDİR?
Bu zikrin məfhumu Allahın təqdis olunması, hər bir nöqsan və eybdən uzaqlaşdırılmasıdır.
“Subhanəllah” kəlməsi həm islami düşüncə və əqidələrin kökü, həm də insanın Allahla və kamillik sifətləri ilə əlaqəsinin əsası olan bir həqiqəti bəyan edir.
İzah: “Tövhid” Allaha təsbihə əsaslanır. Yə’ni, Allahı şəriklərdən uzaq bilmək.
NAMAZDAN ƏVVƏL AZAN VƏ İQAMƏ DEMƏYİN FƏLSƏFƏSİ NƏDİR?
Namazdan əvvəl oxunan azan və iqamənin çox böyük əhəmiyyəti vardır. Fəzl ibni Şazan İmam Rzadan (ə) nəql edir ki, buyurub: “İnsanlar ona görə azan deməyə əmr olunublar ki, çox sayda hikmət və səbəbləri vardır. O cümlədən unudanlar üçün bir yada salma, qafillər üçün ayıltmadır. O kəslər ki, namazın vaxtını bilmir, ya da başqa işlə məşğuldurlar, namaz vaxtı ilə tanış olarlar.
ALLAH TƏALA HANSI PEŞƏNİ BƏYƏNİR?
İslam dinində peşə və sənət ən müqəddəs məsələlərdəndir və hətta ibadət belə sayılır. İslam dini həmişə ardıcıllarını iş görməyə, zəhmətə çəkmətə təşviq etmişdir.
Allah yerdə və göydə olan İlahi nemətlərdən halal ruzi qazanmaq üçün istifadə etməyi mədh edir və bəyənir. Bu insanları Allah yolunda cihad edənlərə bərabər tutar. Ancaq tənbəl və səhlənkar insanları həmişə məzəmmət etmişdir.
NİYƏ MÖMİNLƏRİN BƏZİSİ YOXSULDUR?
Ətrafımızda elə insanlar vardır ki, səmimi qəlbdən Allahın buyurduqlarına əməl edərlər. Ancaq həyatlarında minlərlə kiçikli və böyüklü problem vardır. İstəklərinə və arzularına çatmazlar. Həmişə başqalarından geri düşərlər.