Təkbİrətul-ehramı deyəndə, nİyyət necə olmalıdır?


İmam Cəfər Sadiq (ə) təkbirətul-ehram deyən namazqılanın iki cür olduğunu belə bəyan edir: “1. İnsan bütün diqqətini Allaha yönəldir. Bütün aləmdə Həzrət Haqqdan başqa böyük bir qüdrət yoxdur və bəndə qəlbini Allahdan qeyrisinə vermir. Onun eşqinin cazibəsi başqa eşqlərin yanında zəif və gücsüz qalır. Bəndə bu cazibə zamanı çirkinliklərdən uzaqdır və bütün varlığı İlahi həsənələrlə bəzənmişdir.


İstİxarənın hansı növlərİ var? Necə edİlİr?


İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: “İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”.


Ürəklərİmİzİ necə səlİqə-sahmana salaq?


Bizim hər birimiz həyata bir cür tərif veririk və hərəmizin bir növ həyatımız vardır. Bu dünyada hərəkət etməyi bacaran hər bir canlı özünəməxsus yaşayır. Ancaq hər şeydən dəyərlisi odur ki, həqiqi yaşamağın yollarını tanıyaq və hansı yaşayışın düzgün olduğuna agah olaq. (Tebyan)


Nə edək kİ şeytan ətrafımızda fırlanmasın?


İnsan şərafətli bir varlıqdır və yarandığı ilk gündən indiyə qədər hələ heç kim onu lazımlı qədər tanımamışdır.
İnsanı tədqiq edənlər isə deyirlər: İnsan tanınmamış bir varlıqdır.


İnsanın qəlbİ nİyə daşlaşır?


İnsan əgər həqiqi yoldan üz döndərərsə, qəlbi daşlaşar. Quran qəlbin bu halını qəsavət kimi tanıdır.
İnsanlar bir mövzunu dərk etməkdə eyni deyildirlər. Bəziləri bir işarə ilə, qısa kəlamla həqiqətləri çox yaxşı dərk edirlər. Bəziləri isə əksinə - haqqı qəbul etmək üçün onlara saatlarla bir mövzunu başa salmaq lazımdır. Bəziləri bir təzəkkürlə ayılırlar, bəziləri bir moizə ilə ruhlarında tufan baş verər, ancaq bəzi insanlara ən ciddi və kəskin moizə belə təsir qoymur.


Vəsİyyətdə nəyİ qeyd etmək lazımdır?


Allah Təala buyurur: “Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır”. ( “Bəqərə” 180).


HANSI ŞƏXSLƏRDƏN MƏSLƏHƏT ALMAQ OLAR?


Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər.


KƏBƏ HAQQINDA BUNLARI BILİRSİZMİ?


Kəbə ərəbcə \"əl-Kəb”(الكعب) sözündən götürülüb mənası \"kub\" deməkdir. Kəbənin şimal-şərq divarıının eni 12,63 m, şimal-qərb divarının eni 11,03 m, cənub-qərb divarının eni 13,10 m, cənub-şərq divarının eni 11,22 m və hündürlüyü 13,10 m-dir. Müqəddəs tikilinin sahəsi 128,4 kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.


ŞEYTANDAN QABAQ KAFİR OLUBMU?


Bəqərə surəsinin 34-cü ayəsində oxuyuruq: \"(Ya Peyğəmbər!) Biz mələklərə: \"Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” Ayədən belə görünür ki, şeytandan qabaq kafirlər olub. Qeyd edək ki, şeytan cin növündəndir. Kəhf, 50


İBADƏTİMİZİ NECƏ GÖZƏLLƏŞDİRƏK?


İmam Sadiq (ə) buyurur: \"Güclü iradə ilə bədən heç vaxt zəifliyə uğramaz\"
Cism və can arasənda öndərlik canındır və bədən birbaşa hökm icra edə bilmir.
aqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter