İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar nələrdir?


İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar nələrdir? İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar:
1-İnsafla dostluq etmək, Özünə bəyəndiyini başqasına da bəyənəsən, özünə xoşlamadığını başqasına rəva görməyəsən, 2-Azadcasına söz demək, Haqqı deyib və haqqı eşidib ona əməl etməkdə bacarıqlı olmaq, 3-Düzlülük, yalanla hörmət qazanılmaz. Bəşər vicdanı insanların rabitəsində hiyləsiz əlaqə qurmasını gözləyir. 4-İnanmaq və güvənmək, insanların haqqında necə düşünərsən sənə qarşı də elə edərlər. 5-Qavrayış və anlayış göstərməyə çalışmaq. Qarşı tərəfin etdiklərini başa düşməyə çalışmaq, zahirdə gördüklərini tez məhkum etməmək. Birinin əməlinə tez hökm verməklə sonra əksi təsdiqləndikdə cəzalandırmada peşimanlıq gətirər. 6-Söhbətləşmək. Cəmiyyətdə iş görmək istəyiriksə gərək başqalarının fikirlərini eşidib təcrübələrindən istifadə edək. Ağıllı insan o şəxsdir ki, fikirləri eşidər və yaxşılarını seçib qəbul edər.


İlahi ərşi titrədən 5 əməl: 1 yaxşı, 4 pis nələrdir?


İlahi ərşi titrədən 5 əməl: 1 yaxşı, 4 pis  nələrdir? Bəzi günahlar o qədər ağırdır ki, insanın axirətini yandırar. Ona düçar olmaq həyatın bünövrəsini sarsıdar. Hər bir günah İlahi qəzəbə səbəb olar. Lakin bəzi günahlar başqalarından daha ağırdır. İnsanın həm axirətinə və həm də aqibətinə təsir qoyar. (Tebyan)
1. Allahın müqəddəs adlarının çəkilməsi. Peyğəmbər (s) buyurur: “Ey Əbdülmüttəlib övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın. Canım əlində olan Allaha and olsun ki, o bəndə ki, dinində ixlasla bu kəlmələrlə Allahı çağırar, məgər o halda ki, ərş ona xatir titrəyər”. 2. İlahi ərşi narahat edən günahlar – ağır günahlardır. Bu cür ağır günahlardan biri də yetimi narahat etmək və incitməkdir. 3. Günahkarı mədh etmək. Peyğəmbər (s) buyurur: “Tərifləyənlərin üzünə torpaq tökün”. Yəni, yaltaqlıq üçün meydan yaratmayın. Yersiz tərif riyakarlıq yaradar. Həzrət (s) başqa yerdə buyurur: “Nə zaman pis əməl sahibi təriflənər, ərş titrəyər, Allah qəzəbə gələr”. 4. Təlaq. İmam Sadiq (ə) buyurur ki, Allahı təlaq kimi heç bir əməl bu qədər qəzəbləndirməz. Həzrət Peyğəmbər (s) buyurur:“Evlənin və təlaq verməyin ki, təlaqdan ərş titrəyər”. 5. Allaha vəzifə təyin etmək. İnsanlardan bəziləri adət edib ki, Allahın hansısa bir işində şəkkə düşsə, Allaha vəzifə təyin edər. Yəni, deyər ki: “Əgər Allah bu işi görməsəydi, daha yaxşı olardı”. Hədislərin birində oxuyuruq: “Hər kim bilmədiyi şeyi Allaha öyrətməyə qalxarsa, İlahi ərş titrəyər”.


Allaha Təvəkkül etməyin təsirləri nələrdir?


Allaha Təvəkkül etməyin təsirləri nələrdir?Ümidvar olmaq – həyatda müvəffəqiyyət qazanmağın rəmzidir. Ümidvar olmaq ruhiyyəsini gücləndirərək, hər cür ümidsizliklə mübarizə apara bilərik. Layiqli bəndə öz ehtiyaclarını və hacətini Allah Təalaya söyləyər. Çarə yolunu da Ondan istəyər. Allah da Öz məsləhəti ilə onu bu çətinliklərdən xilas edər. Necə ki, Yunusa (ə) balığın qarnında nicat vermişdi. (Tebyan)
Təvəkkülün gətirdiyi müsbət nəticələr: 1. Arxa və dayağa olan ehtiyac hissi bu yolla yerinə yetər və insan ruhi hüzur əldə edər. 2. Fikri büluğa çatmaq. İmam Əli (ə) səcdədə bu cür buyurur: “Sənə təvəkkül edirəm, təvəkkül edən kəs odur ki, bilir Sən hər şeyə qadirsən”. 3. Yerinə yetirəcəyi işə qarşı nikbin olmaq. 4. Ayıqlıq artar. şübhələrin qaranlığı ona aydın olar. 5. Başqalarından ümidini üzmək. bir növ şirkdən paklaşmaq, 6. İlahi lütfə ümidvar olmaq. 7. Çətinliklər rahatlığa çevrilər.


Aşura ziyarətini oxumağın təsirindən yazın?


Aşura ziyarətini oxumağın təsirindən yazın? Aşura Ziyarətini oxumağın təsiri:
Mərhum Ayətullah Əbdül Kərim Hairi Yəzdidən nəql olunur: İraqın Samirra şəhərində dini təhsil alan zamanlarda Samirra əhalisi vəda adlı bir xəstəliyə düçar olmuşdu və hər gün bir dəstə ölürdü! Bir gün ustadım olan Fişarəkinin evində idim bir dəstə alimlər də oraya gəlmişdilər. Birdən evə Aqa Mirzə Məhəmməd Təqi ağa daxil oldu. Söhbət Vəba xəstəliyindən getdi və deyildi ki, hamı ölümlə üz-üzə qalıb. Mərhum Mirzə ağa buyurdu: Əgər mən bir hökm versəm onu etmək vacibdirmi? Məclis əhlinin hamısı dedi: Bəli. Buyurdu: Mən hökm edirəm ki, 10 bütün şiələr Aşura ziyarətini oxusun. və savabını İmam Zamanın (ə) anası olan Nərcis xatunun ruhuna hədiyyə etsinlər. Ta ki, bu bəlanı onlardan uzaqlaşsın. məclis əhli bu hökmü bütün şiələrə çatdırdılar. Hamı Aşura ziyarətini oxumağa başladı. O günün sabahından şiələrin vəba xəstəliyindən ölməsi dayandı. (Dəstqeyb ağanın, Gözlənilməyən hadisələr kitabından, səh: 273-274).


Saleh insanların ən bariz sifəti nədir?


Saleh insanların ən bariz sifəti nədir? “O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Həcc” 35).
Allah bu ayədə möminlərə behişti müjdə verir və bunun üçün yollar göstərir. Bu yollardan biri Allahı yada salmaq və zikrdir. Zikr insan qəlbini cilalayar. Həyat çətinliklərindən ən asan şəkildə keçməyə imkan yaradar. (Tebyan)
Möminləri behiştə apara biləcək sifətlərdən ən barizi isə səbir və mətanətdir. Quran və Məsumlar (ə) möminlərə həmişə səbir etməyi tövsiyə edirlər. Əslində səbir - saleh insanların ən bariz sifətidir.


Şad yaşayışa nail olmaq üçün 7 məsləhət hansılardır?


Şad yaşayışa nail olmaq üçün 7 məsləhət hansılardır? Bəzi ailələrdə insanlar mal və dövlətə çatan zaman elə məğrur və təkəbbürlü olurlar ki, şad olmağın mənası onlar üçün əvəz olur. Yerini başqlarını məsxərə etmək və təhqir etmək alır. İslam dini şadlıq və sevinc dinidir. Lakin müsəlmana rəva bilmir ki, özünü şad etmək üçün başqasını təhqir etsin. Ancaq dini təlimlərin sayəsində insan həqiqi şadlığı dada bilər. (Tebyan)
Şad olmaqla bağlı bəzi tövsiyələr: 1. İlahi təqdirə razı olmaq. 2. Dünyaya bağlılığı azaltmaq, 3. Xoşbəxt insan o insandır ki, Allaha təvəkkül edir və hər bir yaxşı işi Ondan bilir. 4. Müsbət təfəkkürə malik olmaq – xoşbəxtliyin rəmzidir. Mənfi düşüncəli insanlar hər zaman hər bir şeydə pislik axtararlar. 5. Sevgini bildirmək hər bir ailəyə xüsusi səfa və təravət gətirər. 6. Şad olmağın amillərindən biri də gülərüz olmaqdır. Belə insanları bir-birinə yaxınlaşdırar. 7. İnsan həyatına sevinc qata bilən amillərdən biri də gəzməkdir, çünki insan ruhu gəzməyə ehtiyaclıdır. vardır.


Əllamə Təbatəbainin həyatından ibrətamiz əhavalat!


Əllamə Təbatəbainin həyatından ibrətamiz əhavalat! Əllamə Təbatəbai belə nəql edir: Kiçik yaşlarımda Təbrizdə olduğum illərdə çox qəribə bir əhvalat baş vermişdi.
Təbriz şəhərində \"Bidar Əli\" adlı bir dərviş yaşayırdı. Buğdayı rəngli, arıq cüssəli bu dərvişin əlində həmişə bir təbərzin olardı. Onun Bidar Əli adlı kiçik bir oğlu da var idi. Bu dərviş ara-sıra iştirak etdiyi rozə məclislərində təbərzinini göyə qaldırıb camaata deyərdi: \"Bidari Əli baş!\" (Əlidən qafil olma)
Mən özüm dəfələrlə onu belə məclislərdə görmüşdüm. Bir axşam Bidar Əlinin uzaq kəndlərin birində yaşayan dostlarından biri onun evinə qonaq gəlir. Bidar Əlinin arvadı qonağı layiqincə qarşılayır. ...


Zikrdən məqsəd nədir?


Zikrdən məqsəd nədir? Allahı zikir etmək insanın ruhiyyə və əxlqında böyük təsiri vardır ki, qarşılıqlıdır. Allahı yad etmək bəndədən və ürəyin aydın, saf və Allahın əmirlərinə əməl etməmək qorxusu, günahların bağışlanması, elm və hikmətin əta olunması isə Allah tərəfindəndir. Umumi olaraq zikri iki hissəyə bölmüşdürlər dildə və qəlbdə, dildə olan zikri “verd” də adlandırırlar. Bu nəzəriyyəyə əsasən hər bir varlıq öz məqamına uyğun bir dərəcədə Allahı yad edir və hər bir insanda öz dərəcəsində Rəbbini tanıyarıq bir dərəcədə Allahı zikr edir və yaxud öz məqamı dərəcəsində Allahı unudur; bunun ücün də insanın kamilliy məqamı allahı yad etməyə bağlıdır.
Verd və ya dildə zikr etmək də şəriət və irfanda xususi bir növdə diqqət altındadır, ondan məqsəd insanın Allaha diqqəti və onun vasitəsiylə qəlbin oyanmasıdir. Əlbətdə zikrin davamlı olması vasitəsiylə, zikir edən şəxslər Allah arasında olan hicablar kənar olur. Odur ki, irfanda da xikrin qaydaları da bu böyük hədəf ücündür ki, bir cox aləmlərin hicabını kənar etmək qabiliyyətini insanda yaradır.


Cümə gününün bilinməyən möcüzələri varmı?


Cümə gününün bilinməyən möcüzələri varmı? Rəvayətlərdən istifadə olunur ki, Cümə günləri hər kəs bir dəstə əməlləri edərsə Allah-Taaladan möcüzəvi hədiyyələr alar:
1-Cümə gecəsi Kəhf surəsi oxuyan şəxsin günahlarını Allah bağışlayar, 2-Cümə günü günah etmədən keçsə digər günahlardan da salamatçılıqla keçər, 3-Cümə günü səksən salavat deyənin 80 illik günahı məhv olar, 4-Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir, 5-Cümə günü işlədilən savablar çox dəyərlidir və neçə qat olar, eləcə də cümə gecəsi olan günahlar neçə bərabər hesab olunar, 6-Cümə günü və ya gecəsi ölən mömin, şəhid və qəbir əzabından xilas olar, 7-Altıncı günü yəhudilərə, bazar günü xristiyanlar və cümə günü müsəlmanlar üçün seçildi ki bu gündə bərəkət, xeyir və yaxşı hadisələr baş verir, 8-Cümə gecəsi Yasin surəsini oxuyanın günahları bağışlanar, 9-Cümə günü 600 min insan cəhənnəmdən çıxardılır, 10-Cümə namazında iştirak etmək və bu günü əzəmətli tutmaq müsəlmana layiq əməldir.


İslamda 10 ödəniləsi haqlar hansılardır?


İslamda 10 ödəniləsi haqlar hansılardır? Ağıllı məxluq və bütün varlıqlardan üstün seçilən insan o zaman dəyərli olar ki vəzifələrini tanısın və haqlarını əldə etməkdə və ödəməkdə çalışqanlıq etmiş olsun. Öncə başqalarının haqqını ödəməlidir ki, onun haqqlarına da hörmət olunub və Allah da ona yar olsun. İslam maarifi baxımından İslamda haqqlar 10-dür:
1.Allahın haqqı -ona ibadət etmək, 2.Məhəmməd peyğəmbərin (s.ə.s) - onun risalətinə baş əymək, 3.Valideynin haqqı - onlar istəmədən onaların ehtiyacını təmin etmək. 4.Övladın haqqı -gözəl tərbiyə vermək, 5.Qohum haqqı - Onlarla get-gəl etmək, 6.Qonşunun haqqı - çətinliklərində yardımcı olub, ona xəyanət etməmək, 7.Ərlə arvadın bir birinə olan haqqı. kişilər qadınların nəfəqəsini ödəməli və qadınlar itaətkar olmalı, 8.Hakimlərin haqqı - hökmlərinə tabe olub itaət etmək, 9.Müsəlmanların bir-birinə olan haqqı - bir-birinə qarşı mərhəmətli olmaq, 10.Qeyri-müsəlmanların haqqı - insanlara qarşı ədalətli olmaq,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter