Cənab Rəhbər Ayətullah Xameneinin baxışında duada Allahdan nə istəyək?!


Cənab Rəhbər Ayətullah Xameneinin baxışında duada Allahdan nə istəyək?! “Əvvəl başqaları, sonra özümüz” bu duanın qəbul olunmasında ən böyük addımdır!
Duada iradəniz güclü olsun, böyük istəklər diləyin, dünya və axirət səadəti istəyin. Deməyin ki, bunlar böyükdür, bunlar çoxdur. Xeyr, Allah-Taala üçün bunlar bir şey deyil. Əsas budur ki, siz sözün həqiqi mənasında həmin şərtlərlə istəyəsiniz. Allah-Taala bu istəyi qəbul edəcək.
Yeri gəlmişkən, istəyin kiçik olmasından da qorxmayın, ən kiçik istəkləri də Allahdan diləyin. Hədisdə göstərilir ki, hətta çox dəyərsiz bir şey olan ayaqqabı ipini də Allahdan istəyin. Bir hədisdə İmam Baqir (ə) buyurur: \"Kiçik istəkləri dəyərsiz saymayın. Çünki Allah-Taala üçün ən sevimli mömin ən çox (dua edib) istəyəndir\".


Cənab Rəhbər Ayətullah Xameneinin namazda diqqətli olmaq haqda 10 tövsiyəsi!


Cənab Rəhbər Ayətullah Xameneinin namazda diqqətli olmaq haqda 10 tövsiyəsi! Namazda diqqətli olmaq üçün Cənab Rəhbər Ayətullah Xamenei həzrətləri 10 tövsiyə buyururlar:
1-Namazda diqqəti toplamaq üçün davamlı çalışmaq, 2-Namazda oxuduğumuz zikrlərin mənasını öyrənməyə çalışmaq, 3-Namazdan öncə rəvayətlərdə müstəhəb deyilən əməlləri artırmaq, 4-Namazı (bütün ibadi əməlləri) ixlasla yeganə Allahın razılığı üçün etməyə çalışmaq, 5-Diqqətsiz qılınan namaz qəlbə qəsavət gətirər, (yəni diqqətsiz qılınan namazın zərərləri haqda düşünmək) 6-Namazı xüsusi ilə də cavanlıqda yaxşı namaz qılmağı öyrənmək, 7-Namazı yüngül saymaqdan çəkinmək, 8-Namazı öz vaxtında qılmağa çalışmaq, 9-Namazı camaatla və xüsusi ilə də məsciddə qılmağa çalışmaq, 10-Gündəlik vacib namazların nafilələrini qılmağa çalışmaq lazımdır.


Namazı yüngül hesab edən 15 dəhşətli təhlükələr hansılardır?


Namazı yüngül hesab edən 15 dəhşətli təhlükələr hansılardır? Peyğəmbər (s) Həzrət Fatimeyi Siddiqəyə (s.ə) belə buyurdu: \"Qızım Fatimə! Hər kim namazı yüngül hesab edərsə Allah onu 15 növ cəza ilə cəzalandırar. Altısı bu dünyada, üçü ölən zaman, üçü qəbirdə, üçü də Qiyamətdə o zaman ki, qəbirdən qalaxacaqdır, həyata keçər. A = Dünyada 6 cəza: 1. Ömründəki bərəkət götürülər, 2. Gəlirindəki bərəkət götürülər. 3. Simasından yaxşı insanların izi silinər. 4. İşlərindən və ibadətindən soyuyar. 5. Duaları həyata keçməz. 6. Möminin duasında şərik olmaz, B =Ölən zaman görəcəyi əzablar: 1. Zəlil ölər. 2. Ac və susuz can verər. 3. Heç bir şey onun aclığını və susuzluğunu yatızdırmaz. C = Qəbirdə düçar olacağı əzablar: 1. Allahın bir mələyi ona qəbirdə əzab verər, 2. Qəbiri onun üçün dar edər. 3. Qəbiri onun üçün zülmətli və qaranlıq edər. D =Qiyamətdə düçar olacaqları: 1. Allah bir mələyi vəzifələndirər ki, onu üzü üstə torpağa vursun və məhşər əhli də ona tamaşa etsin. 2. Əməllərinin hesabı çətin və dəqiq aparılar. 3. Allahın rəhmət və məhəbbətinə nail ola bilməz və ağrılı əzaba düçar olar.


Uşaqlarımıza şükür etməyi necə öyrədək?


Uşaqlarımıza şükür etməyi necə öyrədək? Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək.
Uşaqları İlahi nemətlərə şükür etdirməyə adət etdirməyin müxtəlif yolları vardır. Bunlardan bəzisinə işarə edək: 1. Uşaqlarınıza başa salın ki, nəyə görə Allaha şükür edirsiniz. 2. Uşaqlarınızdan soruşun ki, hansı şeylərə görə Allahdan razıdır. 3. Nemətlərin adını çəkin. Namaz və dua edəndən sonra övladınızı yanınızda əyləşdirib, Allahın insana verdiyi hər bir nemətin adını çəkin. 4. Sadə yaşamağa çalışın. O zaman ki, uşağın həyatı sadə olar, şükür etməyi daha asan öyrənə bilər. 5. Kiçik şeylərə diqqət etməyi öyrədin. 6. Başqalarına təşəkkür etməyi öyrədin. 7. Uşaqlarınıza infaq etməyi öyrədin. 8. Uşağınızın yanında başqalarının yaxşı cəhətlərini söyləyin və onları tərifləyin. 9. Özünüz nümunə olun.


İslam maarifinə əsasən düşünərək addım atan bəndə ziyan görməz!


İslam maarifinə əsasən düşünərək addım atan bəndə ziyan görməz! İnsan, yaşayışında fikirləşərək addım atsa ən azı bu 15 faydanı qazanar:
1-Günahın aqibətini fikirləşən tövbə edər. 2-Dünyanın fani olmasını düşünən dünya malına vurğun olmaz. 3-Allahın ne’mətləri haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər. 4-İbrətamiz hadisələrdə fikirləşmək təvazökarlığa səbəb olar. 5-Ölüm haqqında düşünmək nəfsin istəklərini nəzarət altına alar. 6-Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar. 7-Bütün işlərinin nəticəsini qabaqcadan fikirləşən şəxs günah etməz. 8-Allahın cəzasını fikirləşən şəxs Ondan qorxub həya edər. 9-İnsan öz zəifliyi haqqında fikirləşsə Allaha təvəkkül edər. 10-Tarixdə baş verən hadisələr haqqında düşünən şəxs ibrət alar. 11-Yaranmışlar haqqında fikirləşən şəxs Allaha iman gətirər. 12-İlahi hökmlər haqqında düşünən şəxs Allahın fərmanı qarşısında tə’zim edər. 13-Əxlaq pozğunluqları haqqında fikirləşən şəxs özünü doğru yola yönəldər. 14-Başqa insanların düşdüyü çətinliklər haqqında fikirləşən şəxs hərəkətini plan üzrə edər. 15Ata-ananın mehribanlıqları və yaxşılıqları haqqında düşünən şəxs onlarla yaxşı rəftar edər, zəhmətini çəkən zamanda özünü borclu bilib zövq alar.


Şeytanı ən çox sevindirən nədir?


Şeytanı ən çox sevindirən nədir? ... Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi. İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi:
1-Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım. Şeytan sevinmədi,
2- Digər şeytan söz aldı: Mən bir insanın qumar oynamasına səbəb oldum. ... Bu xəbər də şeytanı çox sevindirmədi.
3-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil. Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü.
=Köməkçilərinə belə dedi: Şeytan onu yanına çağıraraq dedi: -Mənim ən sevdiyim işlərdən biri evlilərin arasını vurmaq və onları bir-birindən ayırmaqdır. Bunu bacaranların yeri mənim yanımdır.


Maddi imkanın fərqli olmasının hikməti nədir?


Maddi imkanın fərqli olmasının hikməti nədir? Ruzinin fərqli olmasının hikməti:
1. İlahi imtahan. İmam Əli (ə) buyurur: “Allah ruzini təqdir etmişdir və onu adilcəsinə az və çox halda bölmüşdür. Bu yolla zənginin və yoxsulun şükür və səbrini imtahana çəksin”. Allah hamıdan daha çox mömin bəndəsinin xeyirini istəyir. Onun üçün nəzərdə tutduğu hər bir şeydə xeyir vardır.
2. İstidrac. Hər bir artan sərvəti İlahi lütflə bağlamaq olmaz.
Nəticədə demək olar ki, insanların ruzisinin fərqli olmasının səbəbi – onların istedadlarının fərqli olmasına görədir. Bu fərqin özü isə İlahi imtahandır. Allah bu yolla şükür edən və naşükür bəndələrini ayırd etmək istəyir. Əgər bu sərvət halal yolla əldə olunarsa - yaxşıdır, əks halda İlahi ayələri unudanlar üçün istidrac ola bilər. Deyerler.org


Duanız qəbul olubsa, bu 3 hala, qəbul olmayıbsa, bu 3 halla bağlı diqqətli olun!


Duanız qəbul olubsa, bu 3 hala, qəbul olmayıbsa, bu 3 halla bağlı diqqətli olun! Dua - insanın Allahla etdiyi söhbət, yalvarış, hacət istəməsi və dərdləşməsidir. Allah hər bir bəndəsinin duasını eşidər, lakin qəbul olması üçün müəyyən şərtlərin olması zəruridir. (Tebyan) Dua etməyin şərtləri: = 1. Günahlarını etiraf etmək. 2. Nemətlərinə görə şükür etmək. 3. Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmək. 4. Dua edib, hacətini istəmək. 5. Sonda yenə salavat göndərmək.
Duamız qəbul olubsa, bu üç halla bağlı xüsusi diqqətli olaq:
1. Təkəbbür etməyəsən, mən deməli yaxşı insanam ki, Allah duamı qəbul etdi!.
2. Allaha duanı qəbul etdiyinə görə şükür edəsən.
3. Duanı yerinə yetən zaman duanı tərk etməyəsən.
Əgər duanız qəbul olmayıbsa, bu üç haldan ehtiyatlı olun:
1. İlahi rəhmətdən məyus olmayasan.
2. Dua etməyi tərk etməyəsən.
3. İlahi təqdirə razı olasan. ...


Müvəffəq həyat yoldaşı olmaq üçün sadə addımlar nələrdir?


Müvəffəq həyat yoldaşı olmaq üçün sadə addımlar nələrdir? Bütün kişi və qadınlar istəyir ki, bir-biri ilə səmimi rabitə qursunlar. Lakin bu hədəfə çatmaq yollarını bilmirlər. Bəzən də elə düşünürlər ki, bu, əlçatmaz bu hədəfdir. Mütəxəssislərin bizə tövsiyə etdiklərinə işarə edək:
1. Gözləntiniz olmadan bir-birinizin yanında yaşayın. Əgər həyat yoldaşınızdan gözləntiniz olmasa, onun sizi şad etmək üçün etdiyi hər bir səy sizin üçün qiymətli olar. 2. İradlarınızı aradan qaldırın. Həyat yoldaşınıza irad tutmazdan əvvəl, öz eyblərinizə diqqət edin. 3. Sakitliyinizi qoruyun. O zaman ki, həyat yoldaşınız hansısa işi ilə sizi narahat edirsə, fasiləsiz reaksiya göstərməyin. 4. Özünüzü unutmayın. Bəzi insanlar ailə qurandan sonra özlərini unudurlar. Şəxsi həyatda inkişaf etmək üçün səy göstərin. 5. Həyat yoldaşınızın ehtiyaclarına qarşı həssas olun. Bir-birinizlə söhbət etmək üçün vaxt ayırın.


Cammaat namazında iştirak etməyin fəlsəfələri nələrdir?


Cammaat namazında iştirak etməyin fəlsəfələri nələrdir? İslam dininin bütün müsəlmanlara tövsiyəsi budur: Xeyir və saleh əməllərin hamısı birlikdə yerinə yetirilsin. Necə ki, yaxşı işləri diriltmək və eləcə də pis işləri məhv etməkdə Quran müsəlmanlara birlikdə olunmasını tələb edir. Saleh əməllərdən biri də vacib namazları birlikdə qılmaqdır. Əgər bu əməlin faydalarını yaxşı tanısaq camaat namazında daha tez iştirak edərik. Məqaləmizdə camaat namazında iştirak etməyin fəlsəfələrini açıqlayacağıq.
Camaat namazının fəlsəfələri: 1-Hesaba gəlməyən savabı qazanmaq imkanı əldə etmək. 2-Birlik rəmz və nişanəsi. 3-Cəmiyyətin problem və vəziyyətindən xəbərdarlıq, 4-Dini qardaşların vəziyyətindən xəbərdarlıq. 5-Dini məsələlərdən məlumatlanmaq, 6-Yersiz rəftarların dəyişməsi,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter