Azğınlarla ünsiyyətin mənfi təsiri haqda İslam maarifinin fikrini yazın?


Azğınlarla ünsiyyətin mənfi təsiri haqda İslam maarifinin fikrini yazın? Ayətullah Misbah Yəzdi ağa bu haqda belə buyurur: Saleh olmayan insanlarla yaxınlıq Allahı unutdurur, insanın əqidəsini süstləşdirir. Zəif iradəli insanlar yaxınlıq etdikləri fərdlərin rəngini götürür, onlarla həmxasiyyət olur. Belələri hər ünsiyyətdən sonra başqalaşır. Amma unutmamalıyıq ki, şəxsiyyətli və iradəli insanlar da büdrəmədən amanda deyil. Onlar da günahkarlarla ardıcıl ünsiyyətdə olduqda tədricən təsirə məruz qalır. Ardıcıl şəkildə qeyri-saleh dairələrə qatılanlar nəhayətdə simasını dəyişir. Deyirlər bir abid dolanışıq üçün öz qoyununun südündən istifadə edirdi. İki şəxs bu qoyunu oğurlamaq qərarına gəldi. Onlar bu məqsədlərini həyata keçirmək üçün plan cızdılar. Birinci oğru abidin yanına gəlib salam verdi və dedi: “Mən təəccüb edirəm ki, sizin kimi bir abid qapısında donuz saxlayır.” Abid dedi: “Bu donuz deyil, qoyundur. Birinci oğru gedəndən sonra ikinci oğru abidə yaxınlaşdı. Salam verib dedi: “Necə olur ki, sizin kimi bir abid donuz saxlayır?” İkinci oğrunun sözlərindən sonra abid şəkkə düşdü. Düşündü ki, bəlkə o yanılıb donuzu qoyun sayıb və onun südündən istifadə edib. Nəhayət, bu şübhələrdən qurtarmaq üçün qoyunu küçəyə buraxdı və oğrular rahatlıqla öz məqsədlərinə çatdılar...


Atam namaz qılmır nə edə bilərəm?


Atam namaz qılmır nə edə bilərəm? Sual: Artıq bir neçə ildir ki namaz qılıram. Atam çox gözəl xəsiyyətli bir insandır. Onun da namaz qılmasını istəyirəm. Hər dəfə söz açınca söhbəti başqa tərəfə çəkir. Nə edə bilərəm?
Cavab: Namaz qılmayan bir insan üçün edilə biləcəkləri bu şəkildə sıralaya bilərik:
1- Sözünüzü dinləyə biləcək biri isə, qürur damarına toxunmadan arabir namazdan bəhs edərsiniz.Əsla kobudluq etməməli, onu bu işə məcbur etməməlisiniz.
2-Hər şeydən öncə ona qarşı xoşrəftar olmalisiniz. Sizin ədəbli davranışınız, ibadətlərlə qazanmış olduğunuz xarici görkəm ona təsir edə bilər.
3-Onun qarşısında namazınızda qeyri-ciddiliktən uzaq olmalısınız
4- Namazla əlaqəli kitab oxudar və vəz-nəsihət dinlədə bilər, varsa film seyr etdirə bilərsiniz.
5 - Ona təsir edə biləcək, sözünü tuta biləcək insanlara tənbehlədər, onların valideynizi irşad etməsini xahiş edərsiniz.
6- Nəvələri vs. varsa onlara babalarının yanında namaz qılmalarını təmin və tənbeh edərsiniz.
7- Yalvara yalvara həm özünüz və həm də tanıdıqlarınıza dua etdirərsiniz


La ilahə illəllah\" bütün hakimiyyətlərin inkarıdır?!


La ilahə illəllah" bütün hakimiyyətlərin inkarıdır?! Cənab Rəhbər Ayətullah Xamenei buyurur:
\"La ilahə illəllah\" sözü bütün bu hakimiyyətlərin inkarı və təşəhhüd namaz qılanın bu inkara şəhadət verməsidir. Yəni namaz qılan qəbul edir və öhdəlik götürür ki, ona hakimiyyət və tanrılıq haqqı olan yalnız yeganə Allahdır və onların heç birinin onun üzərində heç bir hökmranlıq hüququ yoxdur.
Bunu qəbul edən şəxsin özünün də heç bir başqa varlığı – insanı, heyvanı, mələyi, cismi, öz nəfsini və ehtiraslarını tanrı kimi qəbul etməyə, onun itaətinə və bəndəliyinə razılaşmağa haqqı ola bilməz. Bu sözün mənası o deyil ki, təkallahlı insan heç vaxt ictimai öhdəlik götürmür, heç bir qanunu, yaxud hakimi qəbul etmir. Çox aydındır ki, insanın mahiyyətinə əsasən, ictimai yaşayış üçün öhdəliklər mütləq lazımdır. Mənası budur ki, Allahın fərmanından qaynaqlanmayan heç bir hömkranlığı və quruluşu qəbul etmir və ona dözmür. Özünün fərdi və ictimai həyatında Allahın fərmanına qulaq asır. Bəzən Allahın fərmanı ilə və Allahın cəmiyyətin idarəsi üçün təyin etdiyi fərmanın tələbinə uyğun olaraq, kimlərəsə itaət etməsi və öhdəliklərə boyun əyməsi lazım olur. Deməli, itaət və öhdəlik ümumi yaşayışın xarakterinə görə təkallahlı insanın həyatından da ayrılmır. Lakin bu itaət özünün azğın nəfsinin istəklərinə, yaxud onun özü kimi olan insanların təkəbbürlülüyünə və eqoistliyinə itaət deyil, Görən və Hikmətli Allahın iradəsinə və fərmanına itaətdir. Çünki icrası lazım olan qanunları və itaəti vacib lazım olan hakimləri müəyyən edən Odur. Onlar da Onun bəndələrinə yalnız Onun fərmanı çərçivəsində fərman verirlər.


Ayətullah Məkarim Şirazi doktor Zibakəlamın Facebook-la bağlı sualını cavablandırır:


Ayətullah Məkarim Şirazi doktor Zibakəlamın Facebook-la bağlı sualını cavablandırır: Əxlaq ustadının sosial şəbəkə barədə nüsxəsi:
Birinci sual bu oldu ki, pis görüntülərdən, şübhəli rabitələrdən qoruna bilirsiz? ...Hazırkı vəziyyətdə, cavab müsbət oldu. Yəni qorunuram.
İkinci sual: İşiniz məlumat almaqdır, yoxsa məlumat vermək? ...Hər ikisi. Mənim işim daha çox şeirlər paylaşmaqdır.
Üçüncü sual: Nə qədər vaxt sərf edirsiniz? Bu işinizə mane olur? ...İşim kompyuterdə olduğundan FB səhifəsi açıq alır. Bəli, bəzən gündəlik işimin yarısını yerinə yetirə bilmirəm.
Dördüncü sual: Əgər bu şəbəkədən imtina etsəniz, nə itirəcəksiniz? ...Köhnə dostlarla, yeni dostlarla əlaqə kəsilmiş olacaq.
Son tövsiyə: Haram və şübhəli görüntülərdən və rabitələrdən qorunmaqla həftədə bir dəfə, iki saat şəbəkədən istifadə edin. Gün və saatı dostlara bildirin. Məsələn, cümə günü axşam 22-00-dan 24-00-a qədər. Həmin vaxtda dini baxımdan faydalı məlumatlar paylaşmağa çalışın. Müvəffəq olun.


Yersiz \"əlhəmdulillah\"-a görə 30 il Allahdan bağışlanma dilədi!


Yersiz "əlhəmdulillah"-a görə 30 il Allahdan bağışlanma dilədi! Böyük irfani məqama çatmış bir alim yersiz \"əlhəmdulillah\"-a görə 30 il \"əstəğfirullah\"- yəni Allahdan bağışlanma dilədi!
İraqın Bəsrə şəhərindən olan bir alim 30 il Allahdan bağışlanma zikrini hey deyərdi. Şagirdlərindən biri soruşdu. Nə üçün bu zikrdən əl çəkmirsiniz?! Bir halda ki sizdən bir günah olsun belə görmədik?
Alim cavab verdi: Mənim 30 illik bağışlanma zikrini deməyimin səbəbi bir dəfə yersiz \"Əlhəmdulillah\" deməyimdir.
Macərası belədir: Bir gün mənə xəbər gətirdilər ki, İraqın Bəsrə şəhərinin bazarını od tutub yanıb. soruşdum: Mənim evim necə? Dedilər: Sizə aid mülk yanmayıb...
Dedim: Əlhəmdulillah...
Əlhəmdulillah deməyimin mənası bu olur ki, Mənim mülküm yanmayıb, camaatın malı cəhənnəmə yansın!
O əlhəmdulillah deməyim özümü istəkdən irəli gəldi, Allaha xatir olmadı...


İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər hansılardır?


İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər hansılardır? İnsan günahlarının bağışlanmasına səbəb olan əməllər:
1-Mömin qonağın hörmətini qorumaq, 2-Salavat demək, 3-Çoxlu səcdə etmək, 4-Qırmızı rəngli əqiq üzükdən istifadə etmək, 5-Müstəhəb oruclar tutmaq, 6-Ac bir insanı doydurmaq, 7-Müsəlmanın dəfn mərasimində iştirak etmək, 8-Xəstəni yoxlamağa getmək, 9-Xəstələnmək (səbəb olar ki insan səbr etməklə Allah qarşısında günahları silinsin), 10-Məscidin işığını yandırmaq, 11-Möminlə əl vermək, 12-Məscidi süpürmək.


Namazdan sonra məsciddə ziyarətnamə oxuyanda niyə müxtəlif tərəflərə dönürlər?


Namazdan sonra məsciddə ziyarətnamə oxuyanda niyə müxtəlif tərəflərə dönürlər? Adətən, məsciddə namazdan sonra 3 qısa ziyarətnamə oxunur. Ziyarətnamələrin biri İmam Hüseynə (ə), o biri İmam Rzaya (ə), üçüncüsü də İmam Mehdiyə (ə) ünvanlanır. Hər ziyarətnaməni oxuyarkən, sağ əli sinənin üstünə qoyub, həmin İmama aid edilən istiqamətə sarı dönürlər. İmam Hüseynin (ə) ziyarətnaməsi oxunan zaman Kərbəla istiqamətinə (Azərbaycandan təqribən qiblə istiqamətinə yaxındır), İmam Rzanın (ə) ziyarətnaməsi oxunan zaman şərqə (Məşhəd istiqamətinə) dönürlər. İmam Mehdi (ə) Kəbə kənarında zühur edəcəyi üçün onun da ziyarətnaməsini oxuyanda qibləyə üz tuturlar


Müəllimə hörmət cəmiyyətin vəzifəsi kimi tanınmalıdır!


Müəllimə hörmət cəmiyyətin vəzifəsi kimi tanınmalıdır! “Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir”
Mən çalışıram ki, müəllimin dəyərləndirilməsi İslam dəyərləndirilməsi olsun. Bizim cəmiyyətimizin müəllimə hörmət etməyə ehtiyacı var. Əgər şagirdin valideyni müəllimə sözün həqiqi mənasında hörmət göstərsə, o şagird də sinifdə və sinifdən sonra müəllimə qarşı həmin hissə malik olacaq. Bizə bu lazımdır. Bu sizin üçün bütün maddi imtiyazlardan üstündür. Bizim Böyük İmamımız həkim idi. İmam Quranda işlənən mənada bir həkim idi. Həkim - digərlərinin gözlərindən uzaq və gizli qalan həqiqətləri müşahidə edən şəxsdir. Onun sözlərinin sadə görünməsi mümkündür, lakin nə qədər yarsanız, görərsiniz ki, daha çox qatları və dərinlikləri var. İmam belə idi. Siz Quranda \"hikmət\" sözünün işləndiyi yerlərə baxın - “Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir” - görün bunlar nədir. Görürsünüz ki, zahirən adi tövsiyələrdir, bizim həmişə bir-birimizə dediyimiz sözlərdir. Lakin nə qədər dərinliyinə getsəniz, görərsiniz ki, dərinliyi çoxdur. Fərz edin ata-anaya hörmət hikmətlərdən biridir. Ata-anaya hörmətin təsir və faydalarının sonu yoxdur. İnsan bu məsələdə nə qədər dərinliyə varsa, hələ də daha dərin olduğunu görər. Hikmət budur. İmam bir həkim idi. Burada dedilər ki, müəllimlik peyğəmbərlərin (ə) sənətidir. Bu, çox böyük sözdür. Vİlayət SAYƏSİ (yeddİncİ cİld)


Oruc tutmağın 42 faydası haqqında.


Oruc tutmağın 42 faydası haqqında. Mübarək Ramazan ayı və oruc tutmaq ilə əlaqədar Qurani-kərimin ayələrinə, eləcə də peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- və onun məsum Əhli-beytindən nəql edilmiş hədislərə ötəri bir nəzər saldıqda oruc tutmağın ən azı 42 faydasını görürük.
1- Oruc tutmaq insan vücudunda onun dünya və axirət xoşbətliyinin təmin edilməsi üçün ən mühüm səciyyə və xüsusiyyət olan TƏQVA ruhiyyəsini, qüvvəsini yaradır və inkişaf etdirir. 2- Oruc insanın mənəvi dostu və həqiqi yardımçısı, köməkçisidir. 3- Oruc tutun ki, oruc tutmaq şeytanın üzünü qaraldır. Şeytanı məyus edir. 4- Oruc, insanın cismini, bədənini pak və təmiz edir, insanın cismimin inkişafını sürətləndirir. 5- Mələklər oruc tutan insana salam və rəhmət göndərirlər, onun bağışlanmasını Allah Taaladan istəyirlər. 6- Oruc tutan insanın yuxusu da ibadətdir, oruc tutmuş insan yatsa da ibadətdə sayılır, bir şərtlə ki, heç kimin qeybətini etməsin. 7- Mələklər oruc tutmuş insana dua edirlər, onun arzularının qəbul olunmasını istəyirlər. 8- Oruc tutmuş insanın duası qəbuldur. 9- Oruc tutan insanın nəfəsi təsbihdir, hər nəfəs alması Allahı təsbih etməkdir. 10- Mələklər özlərini oruc tutana sürtür və ona mücdə verirlər. 11 ...


Təvəkkülün mərhələlərini yazın?


Təvəkkülün mərhələlərini yazın? Təvəkkül sözünün mənası vəkil seçməkdir. Yəni, başqasına etimad edib, onu öz vəkili qərar vermək. (Tebyan) Allaha təvəkkül etmək dedikdə isə, çalışqan insanın işini Allaha tapşırması nəzərdə tutulur. Allah onun ehtiyaclarından xəbərdardır. Hər bir çətinliyi həll etmək qüdrətinə malikdir. Təvəkkülün mərhələləri vardır:
1. Təvəkkülün ilk mərhələsi. Yəni, insan işin bir hissəsini özü yerinə yetirər və həmin işin səmərəyə çatmasında elə o miqdarda özünü təsirli hesab edər. İşin nəticəsini isə Allaha tapşırar. İnsanların əksər hissəsi bu təvəkkülə etiqad bəsləyirlər. 2. Təvəkkülün ikinci mərhələsi. Bu təvəkkül xüsusi insanlara aiddir. O kəslər ki, Allah Təaladan başqa səbəb tanımazlar, həyatda olan bütün feyz mənbəyini Onda görərlər. Onların nəzərində heç bir başqa səbəbin əhəmiyyəti yoxdur və onlar əməl tövhidinin ən kamil mərhələsinə çatıblar. 3. Təvəkkülün üçüncü mərhələsi. Təvəkkülün üçüncü mərhələsi xüsusi xas insanların təvəkkülüdür. Bu mərhələdə insan təslim, riza məqamına çatmış olar. Bu məqama çatmaq çox çətindir. Elmi və əməli təmrinə ehtiyacı vardır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter