Namazı bu cür qılmayaq?!


Namazı bu cür qılmayaq?! XVIII əsrdə yaşamış məşhur alim Seyyid Nemətullah Cəzairinin nəql etdiyi əhvalat:
\"Bir nəfər eşidir ki, əgər adamın xalis niyyətlə qıldığı iki rükət namaz qəbul olsa, o adam cəhənnəm alovundan amanda qalar. Həmin şəxs Kufə məscidinə gedir ki, orada iki rükət namaz qılsın, bununla da günahlarını bağışlatsın. Məscidə daxil olub namaz qılmağa başlayır. Əvvəlcə hər şey yaxşı gedirdi. Amma namazın ortasında ağlına belə bir fikir gəlir: Bu ətrafda yaşayan və mənim kimi səhərlər iki rükət sübh namazı qılan adamlar görəsən yuxudan necə oyanırlar? Axı, bu məscidin minarəsi yoxdur ki, müəzzin buradan azan verib camaatı oyatsın? (O zamanlar Kufə məscidi minarəsiz idi). Bunun ardınca düşünür ki, əgər burada minarə tikilsə, görəsən, onun daşını, qumunu, kəcini haradan gətirmək olar? Bunun xərci nə qədər olacaq? Başlayır minarənin hündürlüyünə uyğun olaraq, lazım olan daşın, qumun və sairənin miqdarını hesablamağa. Sonra fəhlələrin zəhmət haqqısını da bura əlavə edir. Minarəni hansı şəkildə tikməyi, gövdəsini hansı naxışlarla bəzəməyi, şərəfəni (müəzzinin durduğu meydançanı) necə hazırlamağı da fikirləşir. Bütün işə sərf ediləcək vaxtı da müəyyən etməyi unutmur. Bir də ayılır ki, artıq namazın salamını söyləyib qurtarıb. Öz-özünə deyir: “Mən bura namaz qılmaq üçün gəldiyimi düşünürdüm, amma sən demə, minarə tikmək üçün gəlmişəm”.


Kimlərin duası kimlərin haqqında qəbul olunar?


Kimlərin duası kimlərin haqqında qəbul olunar? Dua etmək insandan böyük bəlaları uzaqlaşdırar, bu məsələ haqqında əksi də təsəvvür oluna bilər. Yəni bəzi dəstə insanlar var ki, onların nifrini bəla nazil edəndir misal üçün yetimin bədduası ona zülm edən haqda, atanın bədduası əziyyət edən övladı haqqında və sair. Bu yazımızda İslami mənbələrdən qeyd olunan 12 dəstənin duası kimlərin haqqında qəbul olunar qeyd edirik.
12 dəstənin duası kimlərinsə haqqında Allah-Taala dərgahında qəbul olunar:
1-Kasıbın ona kömək edənin haqqında dua etməsi, 2-Xəstənin onu ziyarət edən şəxsin haqqında dua etməsi, 3-Valideynin övladı haqqında xeyir istəyib dua etməsi, 4-Ölmüş salehlərin duası sağların haqqında, 5-Qadının həyat yoldaşı haqqında dua etməsi. 6-Məzlumun zalim haqqında duası istər xeyirə istər pisliyinə etmiş ola, 7-Həcc ziyarətində olan şəxsin duası kimlərinsə haqqında, 8-Müstəhəb həcc ziyarətində olan şəxsin duası müsəlman və möminlərin haqqında, 9-Mömin şəxsin mömin dini qardaşı haqqında duası, 10-Bir evə qonaq gələn şəxsin ev sahibinin haqqında duası, 11-Müəllimin şagirdi haqqında duası, 12-Oruc tutmuş şəxsin duası,


Şeyx tələbəsinin verdiyi 1 suala hansı hikmətli cavabları verdi?


Şeyx tələbəsinin verdiyi 1 suala hansı hikmətli cavabları verdi? Bir gün tələbələrdən biri öz şeyxindən soruşur Ey şeyx! Biz uca Allaha qarşı bu qədər günah edirik bəs niyə görə O,bizi cəzalandırmır?
Şeyx cavab verir:Sənə o qədər cəza verib ki,amma sən onları dərk eləmirsən!
-Məgər hiss etmirsən itaət sənə çox ağır gəlir?
-Məgər hiss eləmirsən səhər axşam zikirləri sənə ağır gəlir bəzən heçj eləmirsən?!
-Məgər hiss eləmirsən şəhvət və hava küləyi gələn kimi həmən əsirsən?!
-Məgər hiss eləmirsən mal sevgisinə tutulmusan?!
-Məgər hiss eləmirsən qeybət,nəmmamlıq,və yalan danışmaq sənə çox asand gəlir?!
-Məgər hiss eləmirsən fəzilətli əməllərlə məşğul olmursan,amma sənə aid olmayan işlərə girişirsən?!
-Məgər hiss eləmirsən ən çox dünyanın dalına düşmüsən,amma axirətə çoox az vaxt ayırmısan?!...
Bax bütün bunlar hamısı xeyrdən məhrum olmaqdır.Və uca Allahın cəzasıdır


Cənab Rəhbərin baxışında namazın 3 xüsusiyyəti nə olaraq tanıtdırılır?


Cənab Rəhbərin baxışında namazın 3 xüsusiyyəti nə olaraq tanıtdırılır? Cənab Rəhbər Həzrət Ayətullah Xamenei namazın 3 xüsusiyyəti haqda belə buyurur:
Namazda üç əsas xüsusiyyət var; onlar insanların mənəvi paklığında və psixoloji tərbiyəsində namaza böyük rol bəxş edirlər.
-Birincisi budur ki, İslamda müəyyən olunmuş formada – yəni xüsusi hərəkət və zikrlərə malik olan namaz təbii şəkildə namaz qılanı günah və çirkinlikdən uzaq durmağa çağırır: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir“. Bu ardıcıl dəvət hər kəsi bataqlıqlardan xilas edib yüksəltmək gücünə malikdir.
-İkincisi budur ki, onda hər bir insanın həqiqi və fitri məşuqu olan Allah-Taalanın qarşısında ibadət və təzim hissini canlandırır, onun fitrətində yaradılmış bu parlaq həqiqətin unudulmamasını təmin edir.
-Üçüncüsü budur ki, namaz qılanın canına və qəlbinə həyatın bütün sahələrində müvəffəqiyyətin əsas şərti olan aramlığı və dincliyi hədiyyə edir, əxlaqi tərbiyə üçün ciddi addım yolunda böyük maneə olan təşviş və iztirabı ondan uzaqlaşdırır.
Qeyd olunan bu üç xüsusiyyətin hər biri diqqətlə və dərindən araşdırılıb ölçülməyə layiqdir. Bu yolla namazın bir çox bilgiləri aşkara çıxacaq.


Kimlər ata-ana hökmündədir?


Kimlər ata-ana hökmündədir? Peyğəmbər buyurur: \"Ata üçdür: 1- İnsanın təvəllüdünə səbəb olan həqiqi ata; 2- Qızını insana ərə verən qayınata; 3- İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən müəllim.” Diqqət yetirdiyiniz etdiyiniz kimi İslam Peyğəmbəri qayınata və müəllimi ata kimi tanıtdırmış və həqiqi atanı da həmin ibarə ilə qeyd etmişdir. Bu ibarə onların danılmaz haqları və əzəmətləri nişanəsidir. Bizim cəmiyyətlərdə onlara ehtiram qoyulmasına sn dərəcə səy göstərilməli, canla-başla onların ehtiramı saxlanılmalıdır.
Uzun illər boyu qızının təlim-tərbiyə, qorunub-saxlanma məsuliyyətini öhdəsinə alan, bütün problemlərlə yanaşı onu böyüdüb gözəl əxlaqi səciyyələri aşılayan ər saxlamağın yollarını, övlad tərbiyəsini ona öyrədən və bu vəsflərlə belə öz qızını sənin əqdinə keçirən, onun qəmlərində səninlə həmdəm, işlərində yoldaş edən qayınata şəkksiz sənin ailəndə və həyatında şərik və təsirlidir. Buna görə də bütün kürəkənlərin vəzifələri budur ki qayınata və qayınanasına həqiqi ata və ana gözü ilə baxsınlar, onların qədəmlərini əzizləsinlər, son dərəcə məhəbbət, atifə göstərsin və qız böyüdüb saxlamaq ruhiyyəsinin onlarda canlandırsınlar.


Ustad Qəraətinin baxışında: Uşaqlara bu mərhələ ilə ibadəti öyrədin.


Ustad Qəraətinin baxışında: Uşaqlara bu mərhələ ilə ibadəti öyrədin. Ustad Qəraəti uşaqların ibadətində tərbiyə metodlarının bu cürə olmasını təsirli biilr:
Birinci mərhələdə: -Rəvayətlərdə gəlmişdir ki, uşaqlarınızı 3 yaşına qədər azad buraxın, bu yaşa çatdıqda \"La İlahə İllalah\" zikrini öyrədin.
İkinci mərhələdə: -Uşağınız 3 yaş, 7 ay və 20 günə çatdıqda ikinci öyrətdiyini cümləniz \"Məhəmməd Rəsulallah\" olmalıdır,
Üçüncü mərhələdə: -Uşağınız 4 yaşını tamamlayanda övladınıza Peyğəmbərə (s) salavat deməyi öyrədin.
Dördüncü mərhələdə: -Uşağınız 5 yaşına çatanda sağ və sol əllərinin istiqamətini təyin edən zaman ona qibləni necə tapmağı öyrədin.
Beşinci mərhələdə: -Uşağınız 6 yaşına çatanda ona namaz, ruku və səcdələri öyrədin.
Altıncı mərhələdə: -Uşağınız 7 yaşına çatdıqda isə ona əl-üzünü (dəstəmaz almağı) öyrədin.
Yeddinci mərhələdə: -Uşağınız 9 yaşını keçdikdə isə namaz qılmasına diqqət yetirin, əgər Allaha ibadət etmək haqqında tənbəllik etsə onu söz və əməldə ziyanverməyəcək yollarla danlayıb cəzalandırın.


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır?


Ailə başçısının 4 əsas vəzifəsi hansılardır? Qurani-Kərim buyurru: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6). Bu ayənin təfsirinə uyğun olaraq Əllamə Məclisi buyurur: “Ailə başçısının üzərinə 4 vəzifə düşür:
1. Ailə başçısı o zamana qədər ki, sağdır, ailə üzvlərini Allaha itaətə dəvət etməlidir. Dəvəti mülayim dillə, sevgi və məhəbbətlə çatdırmalıdır. Bu dəvəti həm əməldə və həm də dildə elə etməlidir ki, ailə üzvləri Allaha itaəti bütün vəzifələrindən üstün hesab etsinlər.
2. Ailə başçısı bacardığı qədər İlahi vacibatları ailəsinə öyrətsin. Əgər bu vacibatları yerinə yetirmək onlar üçün çətin olarsa, onları məscidə və dini məclislərə aparsın. Ya evlərinə din alimlərindən dəvət edib onlardan yardım alsınlar.
3. Ailə başçısı ailə üzvlərini çirkinliklərdən uzaqlaşdırmalı və günahın gətirdiyi pis nəticələrlə qorxutmalıdır. Evdə günahın yaranması üçün zəminə yaratmamalıdır.
4. Ailə başçısı ailə üzvlərini xeyir işlərə təfəf təşviq etməlidir. Allah yolunda sədəqə verməyə, təvazökarlığa, böyüklərə ehtiram göstərməyə, kiçikləri sevməyə, insanlarla xoş rəftar olmağa, düz danışmağa, xeyirxahlığa - xülasə, xeyir olan hər bir əmələ dəvət etməlidir.


Allah qorxusunun 7 əlaməti hansılardır?


Allah qorxusunun 7 əlaməti hansılardır? Mömin, bədəninin bütün üzvləri ilə Allahdan qorxandır. Necə ki, böyük əxlaq və fiqh məlumatı Əbu Leys əs-Səmərqəndi, Allah qorxusunun yeddi əlaməti olduğunu xəbər verər. Bunlar belədir:
1. Dil yalandan uzaqlaşar,
2. Qəlbdən qısqanclıq qalxar,
3. Göz harama baxmaz. 4. Haram tikə yeməz.
5. Əllər Allah rizası üçün işləyər.
6. Ayaqlar Allah üçün gedər
7. İbadətinə riya (özünü göstərmək) qarışmaz.
Möminin qorxu ilə ümid arasında olması lazımdır. Buna görə bir tərəfdən ümid kəsmədən Allahın rəhmətini gözləyərkən digər tərəfdən ibadət halı içində çirkin hər şeydən uzqlaşmalıdır.


Şəxsiyyətli insan olmaq üçün atılmalı 5 addım hansılardır?


Şəxsiyyətli insan olmaq üçün atılmalı 5 addım hansılardır? Şəxsiyyətə malik olmağın 5 yolu ilə tanış olaq:
1. Başqalarına hörmət etmək. Hörmət etmək o deməkdir ki, onların haqqını tapdalamayaq, abırlarına, canlarına, mallarına hörmət edək. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən amandadırlar”. Yəni, danışan zaman və rəftar edən zaman heç kəsə ziyan vurmazlar.
2. Salam və hal-əhval tutmaq. Yaxşı olar ki, hər bir müsəlman din qardaşını görən zaman salam verərək onları sevindirsin və bu yolla ictimai rabitəni gücləndirsin.
3. Gözəl natiqlik. Biz başqaları ilə danışan zaman iki vəzifəyə malik oluruq: yaxşı söz danışmalıyıq və pis sözdən çəkinməliyik. İkincisi isə gözəl danışmalıyıq, yəni natiqliyimiz gözəl olmalıdır. Bəzən insan yaxşı söz demək istəyir, ancaq natiqliyi zəif olduğu üçün, onu olduğu kimi bəyan edə bilmir. Başqa bir tərəfdən hədislərimiz bizə tövsiyə edir ki, danışmazdan əvvəl təfəkkür et və sonra həmin sözü dilinə gətir.
4. Zarafat. Zarafat gülüşə səbəb olar və insanın ruhi yorğunluğunu aradan qaldırmağının ən yaxşı yoludur. Zarafat dostlar arasındakı rabitəni gücləndirər. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) gözəl zarafatın əhli olbular. Ancaq zarafatın qaydalarına əməl etmək lazımdır. Zarafat edən zaman qarşı tərəfi incitmək olmaz, qeybət etmək olmaz, həddi aşmaq olmaz, təhqirə çevrilməməlidir.
5. İctimai qaydalara riayət etmək. O cümlədən: pakizəlik, zahiri səliqə, böyüklərə hörmət etmək, nəzm və intizama riayət etmək, əhdə vəfa etmək, sirri saxlaya bilmək, sədaqət, mehribanlıq, güzəşt.


Həzrət Peyğəmbərin (s) ad günündə müstəhəb əməllərdir bunlar.


Həzrət Peyğəmbərin (s) ad günündə müstəhəb əməllərdir bunlar. Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır: 1. 17-ci günün niyyəti ilə qüsl almaq.
2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.
3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.
4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.
5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.
6. Bu günü əziz tutmaq lazımdır. Müsəlmanlar bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.
7. Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) mövlud günüdür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter