Şeytanın Molla Ağacan Zəncaniyə təklifi nə oldu?


Şeytanın Molla Ağacan Zəncaniyə təklifi nə oldu? \"Bir gün İmam Hüseynin (ə) böyük oğlu həzrət Əli Əkbərə (ə) təvəssül etmişdim\"
Böyük arif və əxlaq ustadı Molla Ağacan Zəncani deyir: Bir gün İmam Hüseynin (ə) böyük oğlu həzrət Əli Əkbərə (ə) təvəssül etmişdim. Bir hacətimin qəbul olması üçün o həzrəti vasitə etmişdim və ürəyim Əli Əkbərə (ə) qarşı məhəbbətlə dolu idi.
Birdən gördüm otağın bir küncündə sanki döşəmə yanır. Həmin yerdən tüstü qalxdı və bu tüstü bir insan həcmində toplandı. Yavaş-yavaş tüstünün yuxarı hissəsində insan başına oxşar bir baş formalaşdı. Başa düşdüm ki, o şeytanlardan biridir və mənə nəysə demək istəyir. O, dəmiri-dəmirə çəkdikdə çıxan səs kimi bir səs və çox narahatedici bir səslə mənə dedi: - Mən cinlərin böyüklərindən biriyəm. Bilirəm ki, Əli Əkbərə (ə) olan məhəbbətini ürəyindən çıxara bilməzsən. Amma ona qarşı məhəbbət bəsləmədiyini dildə də desən, mən qəbul edirəm və belə desən, mən sənin qulluğunda olacam.
Ona dedim: - Sən belə düşünürsənsə, deməli müsəlman deyilsən və şeytanlardansan. Ona görə də mənəvi işlərdə mənə kömək edə bilməzsən. Maddi işlərdə isə əgər Yer kürəsinin bütün ixtiyarını mənə versən də mən belə bir cümləni demərəm. O, bu cavabı eşitdikdən sonra mənim ürəyimi yerindən qoparacaq və məni zəiflədəcək bir nalə çəkədi və yoxa çıxdı. /ixlas


Qəmgin ruh üçün din hansı 3 dərmanı tövsiyə edir?


Qəmgin ruh üçün din hansı 3 dərmanı tövsiyə edir? Dünya həyatı elə amillərlə doludur ki, insan istəsə də, isməsə də qəmgin və qüssəli olur. İslam dini bizə hər bir qəmdən xilas olmağın yollarını açıqlamışdır. Həm cisim və həm də ruh üçün dərmanları vardır. Misal üçün təmiz paltar geyinmək qəmi sizdən uzaqlaşdıra bilər. Ruhla bağlı dərmanlara işarə edək:
1. Yəqindən bəhrələnmək. İlahi vədəyə şəkk etmək insana iztirab və qəm gətirər. Ona görə də Allahdan razı olun və Onun əmri qarşısında boyun əyin”.
2. Dünyanı tanımaq. İmam Əli (ə) buyurur: “Zəmanə iki günlükdür. Bir günü səninlədir və o biri günü sənin əksinədir. Əgər səninlə olarsa, sərməst olma, əgər sənin əksinə olarsa, səbir et, çünki hər ikisi keçəndir”.
3. Allahdan yardım istəmək. Məsumlar (ə) bizə qəmgin olan zaman bu zikri tez-tez deməyimizi tövsiyə edirlər: “«لا حول و لاقوه الا بالله» (“Lə həvlə və lə quvvətə illə billəh”).
İmam Sadiq (ə) buyurur: “Nə zaman əmirlər və ya başqaları tərəfindən sənə qəm çatsa «لا حول و لاقوه الا بالله» (“Lə həvlə və lə quvvətə illə billəh”) zikrini çox de. O, rahatlığın açarı və behişt xəzinələrindəndir”.


Sərvətinə görə sevinənin sonu necə oldu?!


Sərvətinə görə sevinənin sonu necə oldu?! Həyatda insana verilən hər bir imkan onun məsuliyyətini artırır. İnsan ona verilən sərvət və əmlaka görə, axirətdə sual qarşısında duracaq. Məsuliyyətdən əlavə mal-sərvət insanın günaha sarı addımlamasında mühüm rol oynayır və onun günah etmə imkanlarını artırır. Buna görə, sərvətli olmaq sevinc gətirməz. Onun bais olduğu sevinc hissi də müvəqqəti və aldadıcıdır. Bu barədə Qüdsi-hədislərin birində maraqlı bir tövsiyə vardır. Üsuli-Kafi əsərində yazılıb ki Allah Musa peyğəmbərə xitabən buyurur: “Ey Musa sərvətin çoxluğu ilə sevinmə! Heç vaxt məni xatırlamağı unutma! Bil ki mal-mülkün çoxluğu insana günahlarını unutdurar (nəticədə o məni xatırlaya bilməz) məni xatırlaya bilməyənin qəlbi də qəsavət bağlayar”
Əxlaq alimlərinin fikrinə görə, qəlbin qəsavət bağlaması və onun mənəvi baxımdan qaralması kiçik günahlardan başlayır. İnsan günah etdikcə onun qəlbinə qara düşür. Günah günah gətirər qaydasına əsasən qəlb tədricən qəsavət bağlamağa başlayır. Qəlbin günahla və nəfsin istəkləri ilə dolması Allah zikri və mənəviyyatın ordan çıxması ilə nəticələnir. Beləcə də Allah qorxusu unudulur. Sərvət və mal-mülk günahlara açılan imkanlarına görə məsuliyyət gətirir və insan üçün bir ilahi imtahan rolunu oynayır.


Uğurlu evlilik üçün diqqət olunası 25 qayda hansılardır?


Uğurlu evlilik üçün diqqət olunası 25 qayda hansılardır? Xoşbəxt ailə olmaq üçün lazım olan 25 qanun:
1.Ailə həyatında ziddiyyətlə qarşılaşdıqda bunu faciə kimi qəbul etməyin. Çünki heç bir insan səhvsiz deyil.
2. Qərarları qəbul edərkən ağıl və məntiqinizdən yararlanın və ya mütəxəssislə məsləhətləşin.
3. Həyatınıza dair qərarları siz özünüz verin və başqalarının bu barədə nə düşünəcəyi iradənizdə tərəddüd yaratmasın.
4. Həyatınızın yaxşı və ya pis olması sizin onu necə idarə etmənizdən asılı olduğu üçün onu sağlam üsulla idarə edin.
5. Qərarları qəbul etməmişdən öncə həyat yoldaşınızın da fikrini öyrənin.
6. İmkan daxilində həyat yoldaşınızı öz məşğuliyyətlərinizə şərik edin.
7. Həyat yoldaşınız haqda daima sağlam qeydləriniz olsun və ondan yersiz səhv tutmayın.
8. Ailəvi gəzintilərə xüsusi vaxt ayırın.
9. Qayğılarınızın çoxluğu özünüzə diqqət yetirməməyinizə səbəb olmasın...


Gecə namazı insana qorxmazlıq verməklə əlavə nə bağışlayar?! Hekayə.


Gecə namazı insana qorxmazlıq verməklə əlavə nə bağışlayar?! Hekayə. İmam Zahbinin “Seyr aləm un Nubalə” adlı əsərində belə bir hikayə var. Deyir ki, bir neçə nəfər gecə səyahətinə çıxmışdı. Onlar bir dərəyə gəldilər və orada ağaclar var idi. Onlar yatmağa hazırlaşırdılar. Onlar hazırlaşdığı anda qəfildən bir şir peyda oldu. Onlar sığınacaq üçün yaxında olan bir ağaca dırmaşdılar. Amma onlardan biri artıq gecə namazına başlamışdı. Qiyam etmiş və gecə namazının zikrləri ilə məşğul idi. (şirin gəlişindən xəbəri olmadı belə). Şir gəldi, amma namaz qılan adam hərəkət etmədi. Namaza davam etdi. Şir ətrafında dolandı və arxasını həmin adama döndü. Və o getdi. O biri adamlar yerə endilər və dedilər: “Sən dəlisən?!”.
Üzr istəyirəm ardını öz sözlərimlə davam edəcəm. Onlar dedilər: “Şir burdaydı və sən də tərpənmədin!” O dedi: “Allahın hüzurunda dayanmışdım, başqa bir şeydən qorxmağa utandım. Allahın hüzurunda dayananda Onun yaratdığı bir şeydən qorxmağa utandım!. Nə dərəcədə yüksək konsentrasiyadır?! “Axirət intizarı kanalından”
Qeyd: Belə bir addımı görmək üçün güclü iman və ixlaslı əmələ ehtiyac var.


Növruz bayramında hansı dini əlamətdar hadisələr baş vermişdir?


Növruz bayramında hansı dini əlamətdar hadisələr baş vermişdir? Hədislərə əsasən Novruz günü tarixdə bir çox əlamətdar hadisələr baş vermişdir. O cümlədən:
1) Dünyanın yaranması
2) Adəmin yaranması
3) Günəşin saçmağa, küləklərin əsməyə, ağacların və gül-çiçəklərin bitməyə başlaması
4) Nuh Peyğəmbərin gəmisinin Cudi dağında aramlıq tapması
5) Ölümün qorxusundan evlərindən qaçarkən yolda ölmüş minlərlə insanın Allahın əmri ilə yenidən dirilməsi
6) İbrahim Peyğəmbərin bütləri sındırması
7) Həzrət Muhəmmədin (səllallahu əleyhi və alih) İmam Əli əleyhissalamı Qədir-Xum günü Vəsi (özündən sonrakı Rəhbər) təyin etməsi
8) 12-ci İmam Həzrət Mehdi əleyhissalamın zühur edəcəyi gün Və sair... “Biharul ənvar” 56-cı cild 93-cü səhifədən...


Övlad sahibi olmaq istəyənlər üçün İslam dini hansı dua və əməlləri etməyi tövsiyə edir?


Övlad sahibi olmaq istəyənlər üçün İslam dini hansı dua və əməlləri etməyi tövsiyə edir? Ayətullah Behcət övlad sahibi olmaqla bağlı bəzi tövsiyələr vermişdir ki, onlara işarə edək. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və övlad sahibi olmadığını bildirir. -Həzrət Sadiq (ə) buyurur: “Allahdan istə və səcdədə bu sözləri de:
“رَبِّ هَبْ لِی مِن لَّدُنْكَ ذُرِّیَّةً طَیِّبَةً إِنَّكَ سَمِیعُ الدُّعَاء رَبِّ لَا تَذَرْنِی فَرْدًا وَأَنتَ خَیْرُ الْوَارِثِینَ -Hədisi nəql edən yazır ki, bu göstərişə əməl etdim və Allah mənə övladlar nəsib etdi və adlarını Əli və Hüseyn qoydum”. -“Şəfayi-sudur” kitabında oxuyuruq ki, hər kim sübh namazının nafiləsi ilə sübh namazı arasında 41 dəfə “Həmd” surəsini deyər və bu işə 40 gün fasiləsiz əməl edərsə, Allah hacətini yerinə yetirər. Hətta əgər övladı olmasa belə, Allah ona övlad nəsib edər. Hər kim övlad sahibi olmaq niyyətilə, xalis və ixlasla, Allaha diqqət edərək bu iki ayəni - “Vaqiə” surəsinin 58 və 59-cu ayələrini oxuyarsa, Allah Təala bu iki ayənin bərəkətinə ona övlad nəsib edər.
Bir nəfər İmam Baqirə (ə) deyir: “Qurban olum, mənim çoxlu sərvətim vardır. Ancaq övladım yoxdur, mənim övlad sahibi olmağım üçün br çarə vardırmı?”. Həzrət Baqir (ə) buyurur: “Bəli, bir il boyunca hər gecənin sonu yüz 100 istiğfar et və əgər gecə onu yerinə yetirməsən, sabahısı günü qəzasını yerinə yetir. Çünki Allah Təala buyurur: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin”. (Nuh/10-12).


Namazla cihadın nə belə oxşarlıqları var?


Namazla cihadın nə belə oxşarlıqları var? Namazla Cihadın oxşar cəhətləri vardır. İbarətdirlər:
1-Cihad etmək düşmənə qələbə çalmaq yoludur, namaz isə daxili düşmənə (nəfsə) qələbə çatmaq vasitəsidir.
2-Cihad etmək üçün vasitə və köməkçilərə ehtiyac var, camaat namazı cihada oxşardır bu yollarla ki İmam camaat yol göstərən, namaz qılan şəxs nəfs və şeytanla mübarizə üçün yola düşən mömindir.
3-Cihadla mömin dünya malından qənimətlər əldə edər, namazla isə mömin şəxs şeytan və nəfsinə qələbə çalmaqla İlahi savabları qazanıb Allaha yaxınlaşır. Namazın sirləri kitabı, səh: 92


Özünüzə inamı heç vaxt itirməyin.


Özünüzə inamı heç vaxt itirməyin. Həyat məktəbinin dərslərindən yararlanın.
Mühüm deyil ki, sizin neçə yaşınız var və ya siz hansı şəraitdəsiniz. Mühüm odur ki, siz özünüzdə, yəni daxilinizdə hələ işlətmədiyiniz imkanlar, qüdrətlər və bacarıqlara maliksiniz. Həyatda qarşılaşdığınız məqlubiyyətlər sizin həmin məğlubiyyətləri təkrarlamağınız üçün deyil, əksinə o məğlubiyyətlərdən aldığnız dərslər və ibrətlər nəticəsində həyatınızda böyük uğurlar qazanmağınız üçündür. Və bizim içimizdə olan o bacarıq və istedadlarımız bizdən daha gözəl istifadə edilmələri arzusundadırlar.
Baxın, çayların səsi ən gözəl səslərdən sayılır. Əgər çaylardakı daşlar (çay daşları) olmazsa həmin çayın o cür gözəl səsi, şırıltısı olardımı?! Əlbəttə ki, yox.
Elə isə, bilməliyik ki, həyatımızdakı çətinliklərimiz və sıxıntılarımız olmasaydı biz həyatın gözəlliklərini dərk edə bilməzdik. Arzuladığımız şeyi həyatda əldə etmək üçün çalışmaq və mübarizə aparmaq lazımdır, kənarda oturub insanlardan gileylənmək və ya Allahda şikayət etmək yox.


Gecə namazı qılmaqda güclü iradəyə sahib olmaq üçün hansı işləri görmək lazımdır?


Gecə namazı qılmaqda güclü iradəyə sahib olmaq üçün hansı işləri görmək lazımdır? Hər bir xeyir işi görmək və çirkin işlərdən uzaqlaşmaq üçün gərək o əməl yaxşı tanıtdırılsın. Yaxşı əməllərin faydaları haqda bilik artırmaq və günah işlərin tərki üçün onun ziyanları haqda düşünülsün. Yaxşı əməllərdən biri və insan həyatını dəyişən ibadətlərdən olan və İslam maarifində çox tapşırılan gecə namazı qılmaqdır. Gecə namazını qılmaq üçün güclü iradəyə sahib olmaq üçün aşağıdakı əməllər tövsiyə olunur:
1-Günahlardan uzaq durmaq, İmam Sadiq (ə) bu haqda buyurur: “Bir kişi gün ərzində yalan danışır o pis əməlin nəticəsində gecə namazı qılmaqdan məhrum olur. Gecə namazını əldən verməklə ruzinin çatmamasına və ya azalmasına şərait yaranır.”.
2-Gecə namazının fayda və əhəmiyyəti haqda biliyi artırmaq.
- Quran ayələrinə diqqət edəndə görürük ki, gecə namazı o həddə Allah-Taala dərgahında ustün əməldir ki, seçilmiş əxlaq nümunəsi olan Peyğəmbərinə (s) bu gecə ibadətini vacib etmişdir. (İsra/79)
3-Gecə namazı qılanlarla get-gəl etmək, və eləcə də Allah övliyaların həyatı haqqında düşünüb, onların əməllərini oxumaq insan iradəsində təsir edici səbəblərdəndir.
İmam Əli (ə) bu haqda buyurur: “Yaxşı dostların insanı saleh əməllərə çağırdığı qədər heç bir şey təsirli olmaz və insanın çirkin əməllərdən çəkindirməz.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter