Şəban sözünün mənası nədir?
İslaminSesi – Şəban hicri-qəməri ilinin səkkizinci ayıdır. Ayın bu adla adlandırılması islamdan öncəki tarixə qayıdır. Şaban sözü şöbə (bölmə) şöbələşmək (bölünmək) mənasındadır.
Tarixçilər bildirir ki, rəcəb ayı ərəb qəbilələri üçün döyüşlərin qadağan olduğu ay idi. Amma növbəti ay isə (şaban) belə deyildi. Məhz bu ay başlayanda qəbilələr yenidən bir birindən ayrılıb şöbələşər və döyüşlərə başlayardılar.
Amma islam dini şaban ayına fərqli şəkildə baxır və fərqli şəkildə onu mənalandırır
Səvabul-Əmal əsərində gələn hədisə əsasən peyğəmbər (s) şəban sözünü belə izah edərdi:
“O şəban adlanıb, çünki möminlərin ruzisi bu ayda bölünər”
Şaban ayında hərgünlük gün batana yaxın oxunan dua hansıdır?
Şəban ayının hər günü gün batana yaxın bu salavatların deyilməsi müstəhəbdir:
Duanın oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, şəcərətin-nubuvəti və məvziir-risaləti və muxtələfil-məlaikəh, və mə-dinil ilmi və əhli-bəytil vəhy. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl fulkil cariyəti fil-lucəcil ğamirəh, yə mənu mən rəkibəha və yəğrəqu mən tərəkəha, əl-mutəqəddimu ləhum-mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl-lazimu ləhum lahiq. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustəkin, və məlcəil haribin, və ismətil mu-təsimin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, səlatən kəsirətən təkunu ləhum riza, və lihəqqi Muhəmmədin və ali-Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, ət-təyyibinəl əbraril əxyar, əlləzinə əvcəbtə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, və;mur qəlbi bitaətik, və la tuxzini bimə-siyətik, vərzuqni muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səyyidi rusulik, ...
Şaban ayının hər günlük əməllərinin əsas 4-ü hansılardır?
Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə yetirilməsi, duaların oxunması tövsiyə olunur:
1. Oruc tutmaq və sədəqə vermək; İ. Sadiq (ə) buyurdu: “Niyə Şəban ayının orucundan qafilsiniz ?!” Soruşdular: “Ey Peyğəmbərin övladı! Şəban ayında bir gün oruc tutan şəxsin savabı nədir?” Buyurdu: “Allaha and olsun, onun savabı cənnətdir.” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bu ayda ən yaxşı əməl nədir?” Buyurdu: “Sədəqə vermək və istiğfar etmək.\"
2. İstiğfar etmək: Belə ki, Şəban ayının hər günü yetmiş dəfəأَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ (Əstəğfirullahə və əs`əluhut-təvbəh – Allahdan bağışlanmaq diləyir və Ondan tövbə (tövbəyə müvəffəq etməyini) istəyirəm!) zikrini demək müstəhəbdir. Həmçinin tövsiyə olunur ki, hər gün bu zikr də yetmiş dəfə deyilsin: Əsləğfirullahəlləzi la ilahə illa huvər-rəhmanur rəhim, əl həyyul qəyyum, və ətubu iləyh. (Rəhman, rəhim, diri və qəyyum Allahdan məğfirət diləyirəm və tövbə edirəm.)
Şəban ayının fəzilət və əməlləri ilə bağlı nəql olunan hədislərdən belə qənaətə gəlmək olar ki, Şəban ayında ən üstün zikr və dua istiğfar etməkdir (günahların bağlanmasını diləməkdir). Nəql olunur ki, hər kəs bu ayda yetmiş dəfə istiğfar etsə, başqa aylarda etdiyi yetmiş min istiğfar etmiş kimidir...
Məbəs gününün (bu gün bayramın) namazı və zikri necə olmalıdır?
Məbəs bayramının gününün namaz və zikrləri:
1-“Məbəs gününün namazı” niyyəti ilə 12 rükət namaz qılınır (6 dəfə sübh namazı kimi 2 rükətli namaz). Hər rükətdə Həmd və surə oxunur. 12 rükət bitdikdən sonra 4 dəfə “Fatihə”, 4 dəfə “İxlas”, 4 dəfə “Fələq” və 4 dəfə “Nas” surələri oxunur. Sonra isə 4 dəfə bu zikr oxunur:
2-Transkripsiya: [La ilahə illəllahu vallahu əkbər. Və subhənallahi vəlhəmdu lillah. Və la həvla qüvvətə ila billahil əliyyil azım]
Tərcümə: “Allahdan başqa məbud yoxdur və Allah böyükdür. Və Allah pakdır və həmd olsun Allaha. Uca və Əzəmətli Allahdan başqa qüvvət və qüdrət yoxdur”
3-Daha sonra isə 4 dəfə aşağıdakı zikr deyilir: Transkripsiya: [Allahu Allahu rabbi lə uşriku bihi şəy-ən] Tərcümə: “Allahdır Allahdır Rəbbim ki, ona heç nəyi şərik qoşmuram”
4-Və sonda 4 dəfə bu zikr deyilir: Transkripsiya: [Lə uşriku bi rəbbi əhədən] Tərcümə: “Tək olan Rəbbimə şərik qoşmuram”
Müəllim maaş alırsa, ona hörmət nə üçün?
Nəraqi: Ən üstün ata müəllimdir...
İnsanın üç atası var: onu dünyaya gətirən ata, ona qızını əqd edən ata, ona elm öyrədən ata – kəlamına hədis kitablarında rast gəlinməsə də, alimin, elm öyrədənin cəmiyyət üzərindəki haqqı barədə rəvayətlər çoxdur. Bəzən sual verirlər ki, bir insan gördüyü iş müqabilində maaş, zəhməthaqqı alırsa, ona hörmət göstərmək nə üçündür? Bu gün ucqar kəndlər var ki, müəllim çatışmazlığı yaşanır. Uşaqlar uzun yol keçib qonşu kəndlərdə məktəbə gedir. Bir müəllim bu çətinliyi qəbul edib ucqar kəndə gedirsə, ona ehtiramın yeri var. Bundan əlavə müəllimlik çətin və az qazanclı peşədir. Çox müəllimlər işini sevdiyi üçün bu peşəni atmır. Bu fədakarlıq da ehtirama layiqdir. Müəllimlik yolunda Ustad Mütəhhəri kimi şəhadətə çatanlar da var. İnsanın öz həyatından keçməsini pulla ölçmək insafsızlıq olar.
UNESCO-nun qərarı ilə hər il 5 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Amma müxtəlif ölkələr öz tarixinə, şəxsiyyətlərinə önəm verərək fərqli günlərdə Müəllimlər Günü keçirir. İran İslam Respublikasında da bu manasibət qeyd edilir, amma 12 ordibehiştdə! 12 ordibehişt Şəhid Mütəhhərinin şəhadət günüdür. İnqilabdan qabaq Əbülhəsən Xanəli adlı müəllimin etiraz aksiyasında qətlə yetirilməsi də həmin günə təsadüf edilirdi və bu gün Müəllimlər Günü kimi qeyd olunurdu.
2016-cı ilin may ayı üçün əlamətdar İslami günlər hansılardır?
2016-ci il may ayının islami əlamətdar günlər:
03 may - 25 rəcəb - 7-ci İmam Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir.
05 may - 27 rəcəb - hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Oruc tutmaq çox tövsiyə olunur.
06 may - 28 rəcəb - hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru Yezid əleyhinə hərəkət etmişdir.
10 may - 3 şaban - İmam Hüseynin (ə) mövludu
11 may - 4 şaban - Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək təvəllüd günü
12 may - 5 şaban - Həzrət İmam Səccadın (ə) mübarək doğum günü
18 may - 11 şaban - İmam Hüseynin (ə) oğlu Həzrət Əliəkbərin doğum günü
22 may – 15 Şəban - İmam Məhdinin (əc) təvəllüdü.
Əsas odur ki ürəyim təmiz olsun deyənlərə hansı tövsiyələri deməliyik?
Ürəyini təmiz hesab edib, əməl etməyənlərə bəzi tövsiyələr:
1. Bizim üçün təmiz ürək - o ürəkdir ki, niyyəti Allahla olsun. Ürəyin sahibi bir işi yerinə yetirən zaman ancaq Allahın razılığını nəzərə alsın. Onun buyurduqlarına əməl etsin, özünün düz sandıqlarına deyil.
2. Əgər insanın ürəyi həqiqətən təmizdirsə, gərək Allahın istəklərinin ardınca olsun, nəfsinin deyil. O ürək ki, ancaq nəfsinə quluq edər və Allahın rəhmətindən özünü uzaqlaşdırar necə pak və təmiz ola bilər ki?
3. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) bizi saleh əməl etməyə dəvət edirlər. Bu insanların ürəyini təmiz hesab edirlər. Lakin özləri hamıdan daha çox dediklərinə əməl edirlər. Bu əməlləri saleh əməl hesab edirlər.
4. Hər bir iddianın əlamət və nişanəsi olmalıdır. Təmiz ürəyin ən mühüm nişanəsi isə saleh əməl yerinə yetirməkdir. Məgər bu mümkündür ki, insanın ürəyi təmiz olsun, lakin özü çirkin əməl görsün? Hər kəsin zahiri batininin nişanəsidir.
Hansı Üç dua vardır ki, geri qaytarılmır?
İmam Sadiq (ə) buyurmuşdur: Üç dua vardır ki, Allah onu geri qaytarmır və qəbul edir:
1. Atanın övladı barədə etdiyi dua. Övlad ataya yaxşılıq, yaxud pislik etsə, atanın onun barəsində etdiyi dua qəbul olur.
2. Məzlumun ona zülm edən zalım haqqında etdiyi dua və ona haqqını zalımdan almağa kömək edən şəxs barədə etdiyi dua.
3. Mömin şəxsin öz mömin qardaşı barədə etdiyi dua. Əlbəttə, əgər bizə xatir ona kömək etmiş olsa və onunla qardaşcasına rəftar etsə.
Həmçinin əgər ehtiyacı olduğu halda mömin qardaşından kömək istəsə və onun gücü çatdığı halda kömək etməsə, onun əleyhinə etdiyi dua da qəbul olar.
Qəbul olunmayan namazlar hansılardır?
Dediyimiz kimi, hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bəzi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir. Bir neçə nümunəyə işarə edək:
1. Etinasızlar. İmam. Sadiq (ə) buyurur: \"Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil.
2. Haramxorlar. Həzrət Peyğəmbər (s) buyurur: \"Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.”
3. Evdə məsuliyyətsizlik edənlər. H. Peyğəmbər (s) buyurur: \"Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.”
4. Zəkat verməyənlər. Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı.
5. Təqvasızlar. Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil.
6. \"Haqin” və \"haqib”. \"Haqin” və \"haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. İ. Sadiq (ə) buyurur: \"Bu şəxslərin namazı qəbul deyil.”
7. Sevilməyən pişnamaz. Bə’zən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir.
Dünyaya bağlanmamış zahidlərdən nəsihətlər...
Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini həmin şeylərdə tapdım:
1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də axirətdə əzəmət sahibi olasınız.
2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim. Təqvalı olun ki, böyüklük əldə edəsiniz.
3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.
4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.
5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə görmədim. Allaha itaət edin ki, salamat qalasınız.
6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.
7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.
8. Camaatın tə`rifinin ardınca getdim, bunu səxavətdən başqa bir şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız.