Görәsәn insаn hәyаtı nеçә mәrhәlәdәn ibаrәtdir?


Görәsәn insаn hәyаtı nеçә mәrhәlәdәn ibаrәtdir? Qurаni-kәrimin аyәlәrinә әsаsәn insаn hәyаtı üç mәrhәlәdәn ibаrәtdir: dünyа hәyаtı, bәrzәх hәyаtı, qiyаmәt hәyаtı. Bir qrup аlim Qurаni-kәrimin bәzi аyәlәrini әsаs götürәrәk bеlә düşünürlәr ki, bәrzәх hәyаtı dünyа hәyаtının аrdıncа qiyаmәtәdәk dаvаm еdәsidir. Uyğun fikirә dәlil оlаrаq “nеçә il yеrdә dаyаndınız” аyәsi göstәrilir. (“Muminun”, 112.) Qiyаmәt günü bu suаl birbаşa bәrzәхdәn qiyаmәtә аdlаyаnlаrа ünvаnlаnаcаq. Qurаni-kәrimin bаşqа bir аyәsinә әsаsәn insаn hәyаtı üç mәrhәlәdәn ibаrәtdir. Şәrif аyәyә әsаsәn Аllаh-tәаlа insаnı birinci dünyа hәyаtındа öldürdü, sоnrа оnu bәrzәх hәyаtınа аpаrdı vә nәhаyәt, qiyаmәtdә оnu hәmnövlәri ilә bir yеrә tоplаdı. İmаm Rizаdаn (ә) nәql оlunmuş bir rәvаyәtdә dеyilir ki, bәşәr hәyаtı üç mühüm günlә mәrhәlәlәrә аyrılır: insаnın dоğulub dünyа hәyаtınа аddım аtdığı gün; dünyаdаn gеtdiyi gün; mәhşәrdә dirildiyi gün...


Kim Allahı sevindirə bilər?


Kim Allahı sevindirə bilər? Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs mömini sevindirərsə, məni sevindirmişdir, hər kim məni sevindirər, Allahı sevindirmiş olar”.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah mömini qəbirdən çıxardar, misali bədən də onunla bir yerdə qəbirdən çıxar. O zaman ki, mömin Qiyamətin dəhşətli səhnələrini görər, həmin misal ona deyər: “Qorxma, sənə Allah tərəfindən müjdə vardır ki, seviniləsi və kəramətlidir”. Mömin ona deyər: “Allah sənə rəhmət etsin. Necə gözəl yoldaşsan, qəbirdən mənimlə bir yerdə çıxdın və daima Allah tərəfindən olan kəraməti mənə müjdə verirsən. Sən kimsən?”. Həmin misal deyər: “Mən həmin o sevincəm ki, mömin qardaşına etmişdin, Allah məni (həmin sevincdən) yaratmışdır ki, sənə müjdə verim””...


Xoşbəxt ailəyə sahib olmağın sadə 10 yollar hansılardır?


Xoşbəxt ailəyə sahib olmağın sadə 10 yollar hansılardır? Xoşbəxt ailəyə sahib olmaq üçün sadə yollardır bunlar:
1. Hisslərini bəyan edin, Siz həyat yolaşınızı sevirsiniz və o, da bilir. Lakin bu o demək deyildir ki, onu eşitməyə ehtiyacı yoxdur.
2. Məsuliyyətli olmaq. Məsuliyyət olmazsa, ailə dağılar. Müştərək həyat məsuliyyət hissi ilə başlayar, onunla da davam edər.
3. Ona dəyər verdiyinizi hiss etdirmək. O zaman ki, onunla iftixar edirsiniz, bunu ona hiss etdirin. Etdiyi işin nə qədər əhəmiyyətli olduğunu vurğulayın.
4. Hörmətlə danışın və rəftar edin. O kəslər ki, bir-birinə hörmət etmirlər, daha çox düşmən olarlar, nəinki həyat yoldaşı.
5. Həyat yolaşınıza diqqət edin. O zaman ki, siz bir iş görürsünüz və başqası sizə diqqət edir, siz daha yaxşı hisslər keçirirsiniz.
6. Təşəkkür edin. Əgər həyat yoldaşınız sizdən razıdırsa və bunu söz və ya əməllə bəyan edirsə, o zaman qarşı tərəf də razı qalar...


Bu əməllər tez qocalmağa səbəb olur?


Bu əməllər tez qocalmağa səbəb olur? Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən doqquz şey insanı tez qocaldar:
1. Gecə ayaq üstə su içmək.
2. Qarnı üstə yatmaq.
3. Başı (mədəndən çıxan) torpaqla yumaq.
4. Yaxanı üzə sürtmək.
5. Qadının cinsi üzvünə baxmaq.
6. Ətirdən çox istifadə etmək.
7. Ayaqyolunda çox qalmaq...


Müsbət hesab edilən ümidsizlik hansı növ ümidsizlikdir?


Müsbət hesab edilən ümidsizlik hansı növ ümidsizlikdir? Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah Təala ümidsizləri elə qəbirdən qaldırar ki, simalarının qaranlıq və zülməti nuraniliyə qələbə çalar. Sonra deyilər ki, bunlar o kəslərdir ki, Allahın rəhmətindən ümidsiz olmuşdular”.
- Bəs bəyənilən ümidsizlik nədir? Bəyənilən ümidsizlik - o ümidsizlikdir ki, Allahdan qeyrisinə aid olsun. İnsan Allahı əsl Xaliq və Feyz Mənbəyi kimi qəbul etməlidir. Qeyrisindən ümidsiz olmalıdır. O, bu inancda olmalıdır ki, əgər başqası da nəyisə edə bilirsə, bu əzəmətli Allahın yardımı və izni ilə baş verir.
İmam Sadiq (ə) buyurur: “Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olanlardan ümidini kəssin”.


Cahil və alimin ayrılmaz xüsusiyyətləri hansılardır?


Cahil və alimin ayrılmaz xüsusiyyətləri hansılardır? Hədislərə görə, insanın elmi inkişaf etdikdə ağlı və məntiqi kamilləşər və daha sonra onun qəlbinə hikmət nazil olar. İmam Əli buyurub: Əql kamilləşdikdə insanın danışığı azalar.
Hədislərə görə, həlimlik və sükut etmək ki, əsasən hikmətdən doğur, alim insanın ayrılmaz hissəsidir. Cahil insan isə elmsizliyi, təcrübəsizliyi və məlumatsızlığı sayəsində hey car çəkib qəzəb üfürər. Buna görədir ki İmam Əli buyurub: “Cahili ya ifrat halında ya da təfrit (səhlənkarlıq) halında görərsən” Sədi Şirazi şerlərinin birində yazır: “Cahil, qazinin (döyüşçünün) qavalı kimidir. Onun içi boşdur. (Amma vuranda gumbuldayır) Nəticə etibarilə demək olar ki, həlimlik alimin, ifratçılıq isə cahilin ayrılmaz xüsusiyyətidir...


Əhli-beyt davamçısının əməlinin dəyəri necə ölçülür ?


Əhli-beyt davamçısının əməlinin dəyəri necə ölçülür ? Bir gün izdihamlı bir məclisdə İmam (ə) camaatla söhbət edərkən Zeyd məclisin bir bucağında oturub özünü tərifləyib “mən-mən” deyirdi. İmam (ə) bunu eşidib səsləndi:
«Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan? Dediyin o sözlər nədir? Әli (ə) ilə Zəhranın (s) övladları təkcə Allahın əmrinə təslim olub günahdan qorunmaqla dəyərli və üstün sayılır. Güman edirsən ki, Musa ibni Cəfər (ə), həzrət Səccad (ə) və başqa İmamlar (ə) kimisən? Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi? Bunu bil ki, əgər bizim Әhli-beytimizdən (ə) olan bir şəxs yaxşı iş görərsə, iki qat savab alır. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin hörmətini saxlayıbdır. Lakin əgər bir günah etsə, iki günah qazanır. Birincisi odur ki, başqaları kimi günah edib, digəri isə odur ki, Peyğəmbərin abrını qorumayıb. Necə ki Nuh oğlu Kanan atasının abrının getməsinə səbəb oldu...


Hansı Altı işdə tələsmək lazımdır?!


Hansı Altı işdə tələsmək lazımdır?! İşlərdə tələsmək pislənsə də altı işdə tələsmək lazımdır:
1. Günah baş versə, tövbə etməkdə.
2. Borcun ödənmə vaxtı çatıbsa, onu qaytarmaqda.
3. Büluğ həddinə çatıbsa, qızı ərə verməkdə.
4. Qonaq gəlibsə, ona yeyib-içmək verməkdə.
5. Meyitin qüsl, kəfən və dəfnində.
6. Namazın vaxtı çatıbsa, onu qılmaqda.


Necə edək ki, daha çox tövfiqə malik olaq?


Necə edək ki, daha çox tövfiqə malik olaq? Bütün yaxşı tövfiqlər Sübhan Allah tərəfindəndir. Namaz da, oruc da, ibadət-itaət də, intizar da, əzadarlıq tövfiqi də Allah tərəfindəndir. İmam Zaman ağanın (ə.f) duasında oxuyuruq: “Allahım! İtaət, günahdan uzaqlaşmaq, niyyətin düzlüyü və günahı tanımaq tövfiqini bizim ruzimiz qərar ver”. Bəs bu tövfiqləri necə əldə edək?
1. İnfaq etmək və malından bağışlamaq. 2. İlahi təqvanı əldə etmək.
3. Allahın vədələrini təsdiq etmək. “Amma kim (öz malından və var-dövlətindən Allah yolunda) bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)”. (“Ləyl” 5-7).
4. Nəsihət qəbul etməyi bacarmaq. İmam Əli (ə) buyurur: “İnsan üçün ən böyük tövfiq – nəsihət qəbul etməkdir”. Nəsihəti eşitmək və gördüyün işlərdə məsləhətləşmək o tövfiqlərdəndir ki, insanı müvəffəq edər.
5. Allahla rabitə qurmaq. İmam Əli (ə) buyurur: “Sənin ixtiyarındadır ki, Allahdan yardım alasan və Ondan tövfiq istəyəsən”.


Ayətullah Brucerdi hansı ruhanini tənqid edir?


Ayətullah Brucerdi hansı ruhanini tənqid edir? Heç vaxt məqsədə çatmayacaq tələbələr... Pul qazanmaq istəsən, ruhani libasını çıxar!
Ayətullah Şeyx Lütfüllah Safi Gülpayiqani nəql edir ki, mərhum Ayətullah-üzma Bürucerdi dərsdə buyurdu: Tələbələr, din təbliğatçıları məndən çox soruşurlar ki, biz məqsədə nə vaxt çatacağıq? Nə vaxta qədər çalışmalıyıq? Haradan bilək ki, məqsədə çatmışıq, yoxsa yox? Bilin ki, əgər maddiyyat əldə etmək üçün hövzəyə gəlmisinizsə, dini təhsil alırsınızsa, məqsədə heç vaxt çatmayacaqsınız. Əvvəldən səhv etmisiniz, yolunuzu dəyişin. Bu yol insanı maddiyata çatdıran yol deyil. Əgər bu yolu Allahın razılığı, ilahi məqam əldə etmək üçün seçmisinizsə, bilin ki, elə ilk addım atanda məqsədə çatmısınız!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter