“Salehlər səhərlər istiğfar edərlər” nə deməkdir?


Salehlərin istiğfarı: “Onlar gecənin az bir hissəsini yatırdılar. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər”. (Zariyat/17-18). Allah bu ayələrdə salehlərin nişanələrindən söz açmışdır. Salehlərin ilk nişanəsi budur ki, gecəni az yatarlar. Bu ayə onu demək istəyir ki, saleh insanlar çox az hallarda gecənin hamısını yatarlar. Daha çox oyaq qalar və ibadətlə məşğul olarlar. Bu insanlar dua edər və gecə namazı qılarlar. Salehlərin ikinci nişanəsi budur ki, onlar səhər çağı istiğfar edərlər. Səhər çağı o zamana deyilir ki, gecə artıq sona çatmaqdadır və bu, elə zamandır ki, insanların əksər hissəsi yuxuda olurlar. Hər yerdə sakitlik hakim olur və heç bir səs-küy yoxdur ki, insanın diqqətini dağıtsın. Salehlər məhz bu zamanı Allahla münacat üçün seçiblər. Çünki çox fəzilətli və bərəkətli bir zamandır. Bəzi təfsirçilərin nəzərinə görə, bu ayədə istiğfar dedikdə gecə namazı nəzərdə tutulur. Çünki namazqılan vitr namazının qunutunda istiğfar edər.


Hansı Altı şey nadanlıq əlamətidir?


Hansı Altı şey nadanlıq əlamətidir? Bir hikmət sahibi deyib: Altı şey nadanlıq əlamətidir; yersiz qəzəb, boş-boş danışmaq (yəni, faydasız sözlər işlətmək), yersiz bəxşiş, sirri açmaq, hər kəsə etibar etmək və dostu düşməndən seçə bilməmək...
Loğman öz oğluna vəsiyyətində deyib: Ey oğul! Sənə altı şey vəsiyyət edirəm. Bu altı şeydə əvvəldəkilərin və axırdakıların elmi xülasələnib:
1. Dünyada qalacağın müddətdən artıq bu aləmə bağlanma. 2. Axirət üçün orada qalacağın qədər iş gör. 3. Allaha Ona ehtiyacın olduğu qədər itaət et. 4. Bütün qüdrət və bacarığını atəşdən nicat tapmağa sərf et. 5. Atəşə dözməyə qüdrətin çatdığı qədər günah et. 6. Günah edərkən elə bir yer seç ki, heç kəs səni görməsin.


Hansı üç günahdır ki, əzabı bu dünyada insana yetişər?


Hansı üç günahdır ki, əzabı bu dünyada insana yetişər? “Kim zәrrә qәdәr yахşı iş görsә, оnu görәcәk. Kim dә zәrrә qәdәr pis iş görsә, оnu görәcәk.” (“Zilzаl” surәsi, аyә: 7-8.)
-İmаm Bаqir (ә) buyurub:“Әgәr bir şәхs bаşqаsınа zülm еtsә, Аllаh оnun özünü, yа övlаdlаrını vә yа nәsildәn hеsаb оlunаnlаrı zаlımа düçаr еdәr.”
-Pеyğәmbәr (s) buyurub: “Üç günаhın әzаbı tеzliklә bu dünyаdа insаnа yеtişәr vә ахirәtә qаlmаz: 1. Vаlidеynlә pis rәftаr еtmәk; 2. Cаmааtа zülm еtmәk; 3. Yахşılığа tәşәkkür еtmәmәk.” (“Vәsаilüş-şiә”, c. 16, sәh. 312.)


Niyə borc verməyin savabı sədəqədən daha üstündür?


Niyə borc verməyin savabı sədəqədən daha üstündür? Borc vermək dinin göstərişlərindəndir ki, ən yaxşı ibadət hesab olunur. Çox sayda hədislərimiz vardır ki, bizə müsəlmanların hacətini yerinə yetirməyi tövsiyə edir ki, böyük savaba malikdir. Bu İlahi sünnətə görə, əgər sədəqə versən, sənə on savab yazıldığı halda, borc verən zaman 18 savab yazılır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “O gecə ki, meraca aparılmışdım bu yazını behiştdə gördüm: “Sədəqənin on qat savabı vardır, borcun 18 qat”. Sədəqə vermək yaxşı əməldir, ancaq onun harada istifadə olunduğu məlum deyildir. Ancaq o zaman ki, bir başqa müsəlmana ehtiyacını aradan qaldırmaq üçün borc verirsən məlumdur ki, işinin düyününü açmaq üçün istifadə edəcəkdir. O zaman ki, onun qəmini aradan aparmağa yardım edirsən və möminin qəlbini şad edirsən iki bəyənilən iş görmüş olursan.İslam dini də bizdən bunu istəyir. Yəni, həm möminin işininin düyününü açmağa yardım etməyi və həm də onun qəlbini sevindirməyi...


Pulun məstliyi insanı necə yıxır?


Pulun məstliyi insanı necə yıxır? Bəzən biz başqaları ilə söhbət edən zaman deyirik ki, mən filan qədər pul qazanıram və ya filan qədər pulum vardır. Həmin “vardır” sözünü demək insana yersiz və ziyanlı məstlik gətirər. Ona görə də İmam Əli (ə) buyurur ki, nemətlərin məstliyindən qorxun ki, İlahi nemətlər sizi məst etməsin. Çox az insan vardır ki, nemət onu məst etməz. Pul, insana qüdrət qazandırmaq, hacətlərini yerinə yetirməkdə ona yardım edən vasitə olmasına baxmayaraq, əxlaq müəllimləri tərəfindən həmişə məzəmmət olnumuşdur. Əslində pulun özü məzəmmət olunmur, bu pulu yığıb, xəzinə halına salanlar məzəmmət olunur. İmam Əli (ə) buyurur: “Ey sarı (dinar) və ağ (dirhəm), məndən qeyrisini aldadın”. Çünki o zaman ki, insan pula sahib olar, pulun qüdrət gətirəcəyinə görə yanlış etiqadlara qapanar. Bu təfəkkür onu həlak edər. Ona görə də İmam Əli (ə) tövsiyə edir: “Rifah və nemətə qərq olmağın məstliyindən çəkinin və İlahi cəzanın aqibətlərindən qorxun”...


Nə edək ki, zikrlərimiz təsir qoysun?


Nə edək ki, zikrlərimiz təsir qoysun? Bəs necə olur ki, zikrlərimiz təsir göstərmir? Bunun səbəblərindən biri budur ki, zikrin şəraitlərinə əməl edilmir. Bu şəraitlərdən bəzisinə işarə edək:
1. Zikrin davamlı olması. Hər bir zikr əgər davamlı olarsa, ürəyə və ruha böyük təsirlər qoyar və insanın qəlbini dirildər.
2. Qəlb hüzuru. Qəlb hüzuru əldə etməyə çalışın və əgər qəlb hüzuru yoxdursa, zikri dildə deyərək hüzuru əldə etməyə səy göstərin.
3. Zaman və məkanına riayət edin. Zikrin zaman və məkanı çox mühümdür. Əgər həmin zikr üçün xüsusi zaman və məkan nəzərdə tutulmayıbsa, sabit zaman və məkana malik olmaq ona təsir etməkdə böyük rola malik olar.


İmanın nişanələri hansılardır?


İmanlılığın nişanələri: “Аllаhа tәvәkkül еt. Hәqiqәtәn, Аllаh tәvәkkül еdәnlәri sеvir.” (“Аli-İmrаn” surәsi, аyә: 159.)
İmаm Әli (ә) buyurub: “İmаnın dörd sütunu vаr: 1. Аllаhа tәvәkkül еtmәk; 2. Bütün işlәri Аllаhın öhdәsinә qоymаq; 3. Аllаhın әmirlәrinә tаbе оlmаq; 4. Аllаhın qәzа-qәdәrinә rаzı оlmаq.” (“Tühәful-uqul”, sәh. 223.)
Аllаh-tәаlа Pеyğәmbәrə (s) buyurdu: “Еy Әhmәd! Mәnim yаnımdа tәvәkküldәn vә tәqdirә rаzı оlmаqdаn üstün bir şеy yохdur.” (“Müstәdrәkül-vәsаil”, c. 11, sәh. 221.) Pеyğәmbәr (s) buyurub: “Hәr kim (zәruri hаldаn bаşqа) dilәnçilik еtsә, Аllаh yеtmiş еhtiyаc vә kаsıblıq qаpısını оnun üzünә аçаr.” (“Cаmiül-әхbаr”, sәh. 379.)...


Ayətullah Fazil Dərbəndinin İmam Hüseyndən (ə) istəyi nə idi?


İmam Hüseynə (ə) sevgisi, şer və xütbələri ilə məşhur olan böyük alim və arif Ayətullah Fazil Dərbəndi ilin 6 ayını Kərbəla və 6 ayını da Tehranda olurdu. Kərbəlada olduğu 6 ayın birində sübh azanından zöhr azanına kimi İmam Hüseynin (ə) hərəminə gedir və yalnız ağlayırdı. Zöhr və əsr namazlarını qıldıqdan sonra naharı yeyib bir az istirahət edirdi. Sonra yenə zərihin yanına gedib məğrib azanına qədər ağlayırdı. Onun bu ağlamağı bitin-tükənmirdi. Bu altı ay ağladığı müddətdə onun İmam Hüseyndən (ə) bir istəyi var idi. Böyük alim ağlayaraq deyirdi: “Hüseyncan! Səni and verirəm anan Zəhranın (s.ə) haqqına! Bizim ürəyimizin soyuması üçün səndən istəyirəm ki, Qiyamətdə Şimri bağışlamayasan. Çünki mən sənin əvf etməkdə kim olduğunu yaxşı tanıyıram. Qorxuram, Qiyamətə daxil olan kimi deyəsən: İlahi, mənim qatilimi bağışla”...


Sehr-cadunu batil etmək üçün hansı duanı oxumaq lazımdır?


Sehr-cadunu batil etmək üçün hansı duanı oxumaq lazımdır? \"Bismillahir-rəhmanir-rəhim\" Atilli batil edirəm qürbətən iləllah.
Fəulqi sehrətil sacidin qalu amənna birəbbil aləmin. Rəbbi Musa və harun ə-uzu bi-izzətəllahu vikib ria-əhuvə min şərri şəytani
in-nəhu yəkdunə kəydən və əkidən gəydən fəmihill kafirun əmhilihum ruvəydən. Summə bəkun ummuyun la yətə-kəlləmun.
Summə bəkun ummuyyun la yubsirun. Summə bəkun ummuyyun la yəqilun.
Bu duanı 3 və 7 dəfə oxu, üflə suyu iç. Cadunu batil edir.


Məsumların tapşırıqlarında ruzini artıracaq xüsusi namaz və ya əməl vardırmı?


Məsumların tapşırıqlarında ruzini artıracaq xüsusi namaz və ya əməl vardırmı? Var-dövlət və sərvətin artması üçün dan yeri sökülməmişdən qabaq, sübh azanına yaxın vaxtda bu keyfiyyətlə iki rəkət namaz qılsın:
Birinci rəkətdə \"Həmd\" dən sonra on yeddi dəfə \"Kafirun\" surəsini, ikinci rəkətdə \"Həmd\" dən sonra on yeddi dəfə \"Tovhid\", hər rəkətin rukusunda on yeddi dəfə (sübhanə rəbiyyəl-əzimi və bihəmdih), hər səcdədə on yeddi dəfə (subhanə rəbbiyəl-ə\'la və bihəmdih) və namazı qurtarandan sonra on yeddi dəfə \"Ayətul-kürsü\"nü oxusun.
Bu namaz təcrübə olunmuşdur. Belə nəql olunub ki, bu əməl gizli xəzinələrdəndir və naəhllərə öyrədilməsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter