Zühur dövründə kİmlər yenİdən dünyaya qayıdacaq?
\"Yalnız xalis möminlər dünyaya qayıda biləcəklər, deməli zühur dövrünü görmək üçün mömin olmaq lazımdır; Əhli-beytin (ə) haqlığına imanı olan rəcətin ən birinci şərtinə mənimsəmiş olar.
XÜSUSİ HURİ KİMİN ÜÇÜNDÜR?
“Bəqərə” surəsində buyurulmuşdur: “İman və saleh əməl sahibləri üçün Behiştdə hər cür qüsurdan pak qadınlar vardır.” Onlar heyz (aybaşı) olmurlar və hər cür murdarlıqdan uzaqdırlar. Onlarda təkəbbür və özünəpərəstiş, bir-birlərinə qısqanclıq yoxdur.
m” deyənlər üçün.”
Nİyə İslam dİnİ lap əvvəldən İnsanlara nazİl olmamışdır?
Həqiqi din olan tövhid dini üç müştərək əsasa malikdir:
1. Yeganə Allaha etiqad bəsləmək;
2. Axirət aləminə inam bəsləmək, bu dünyada olan əməllərə görə mükafat və cəza gününə iman bəsləmək;
3. Bəşərin hidayət olunması üçün Allah tərəfindən peyğəmbərlərin məbus olmasına etiqad bəsləmək. (Erfan)
Allah hər şeydən agahdır, bəs nİyə İnsanları İmtahana çəkİr?
İnsan yaradılışının hədəflərindən biri – onun imtahana çəkilməsidir. Quran buyurur:...
Necə olur kİ, Allah bəzİlərİnİ bəzİlərİndən çox sevİr?
Allah yaxşı əməlli insanları sevir. Allah bəzilərini bəzilərindən daha çox sevir. Məsələn, İmam Əlini (ə), digər İmamları (ə), Behcət ağa kimi övliyaları xüsusi sevirdi? Bunun səbəbi nədir?
İnsan özünü necə xar və zəlİl edə bİlər?
İnsanın dünya hərisliyi ona ən böyük xarlıq gətirər. İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, mömin özünü xar və zəlil etsin”. Həzrətə (ə) deyirlər ki, mömin özünü necə xar və zəlil edər bilər?”. O Həzrət (ə) buyurur: “Elə işlərə əl atır ki, onu yerinə yetirməyə gücü çatmır. Bu da səbəb olar ki, özünü xar etsin”. (Tebyan)
Ruzİ İnsanlar arasında necə bölünür?
Bəzi ayələrdə oxuyuruq ki, Allah ruzini insanların arasında bölür: “Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır”. (“Zuxruf” 32).
Şəfaət nədİr, necədİr, kİmlərə aİddİr?
Şəfaət kəlməsinin mənası iki şeyin bir-birinin yanında qərar tutmasıdır. İslam dinində şəfaət İlahi seçilmişlərin vasitəçilik etməsidir.
Şəhid Mütəhhəri yazır: “Şəfaətin növləri vardır ki, bəziləri yanlış və zalımcasınadır. İlahi dərgahda belə biri yoxdur. Ancaq bəziləri isə düzgün və adilcəsinədir. Şəfaətin əqli və nəqli cəhətdən yanlış hesab edilən növü odur ki, günahkar vasitə tapar və onun vasitəsilə İlahi hökmə nüfuz edər. Ancaq düzgün şəfaət, qanunu təsdiq edər”.
Aqİl insanın nİşanəsİ nədİr?
Ölümü yada salmamaq onun olmaması demək deyildir. Biz gərək ölümü yada salmaq üçün həmişə hansısa bir əlamət axtaraq. Məsələn Peyğəmbər (s) yazın gəlişini görəndə buyurardı: “Baharı görən zaman qiyaməti xatırlayın”. Bəli, bu, ölümü yada salmaq üçün bir əlamətdir. Peyğəmbər (s) yatağından qalxan zaman buyurardı: “Allaha şükür olsun ki, bizi öləndən sonra dirildibdir”.
Hansı amİllər İnsanı İlahİ fəzİlətdən məhrum edİr?
İnsanlar həyatda səhv edərək, səhv yolu seçərək, özlərini İlahi feyzdən məhrum edirlər. Onlar Allahın and içmiş düşməninin ardınca gedərək, Allaha təkəbbür edir və Onun əmrlərindən boyun qaçırdırlar. Bu yolla da özlərini həlak edirlər. Sözün əsl mənasında insan öz-özünü məhv edir və qabiliyyətlərini əldən verir. (Erfan)
İlahi feyzdən məhrum olmağın bir neçə amillərinə işarə edək: