Hz Peyğəmbərin (s) hədisinə əsasən Pisliyi yaxşılığa çevirən 4 sifət hansılardır?!
Həzrət Peyğəmbər (s) buyurur ki, 4 şey pisliyi həsənəyə çevirər:
1. “Doğru danışmaq”. Allahın doğru danışan insandan xoşu gəlir. Çünki Allah Təala – doğruluq məzhəridir (simvoludur), salam məzhəridir, əmin-amanlıq məzhəridir.
2. “Həya və utancaqlıq hissi”. Əgər kiminsə həyası olarsa və xəcalət çəkərsə, Allah Təala onun günahlarını bağışlayar. Pis işlərini aradan aparar və onun yerinə həsənə yazar.
3. “Xoş əxlaq”. O bəndə bəyənilən olar ki, namazında, orucunda, başqalarına xidmətdə və gözəl əxlaqda olar. Allah insanların xoş əxlaqlarını sevir və ona görə də bu sifəti onun pisliklərini aradan aparar və həsənəyə çevirər. Yeri gəlmişkən, gözəl sözün gətirdiyi bərəkətlərə nəzər salaq...
Nəfsani istəklərin insana 6 növ təsiri hansılardır?!
Nəfsani istəklər insanın ruhuna və cisminə necə təsir edir? Bu təsirlərdən bəzisi ilə tanış olaq:
1. Əməli qəlb üçün bəzəyir. “Və onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: « Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir səbir edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır»”. (“Yusif” 18).
2. Qəlb, əmələ qarşı müsbət nəzərdə olur. Nəhayət əməl üçün hökm verir. “Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə, boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi”. (“Ənam” 43).
3. Nəfsani istəklər qəlbin qərarlarına təsir edər. “Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz”. (“Nisa” 135)...
Həzrət Musanın (ə) duasını səsləndirən cavan, onu nə ilə əsəbiləşdirdi?
Həzrət Musa (ə) bu cavanı çox axtarır və nəhayət, yoldan keçən zaman bir qaradərili qul görür ki, alnında səcdənin təsiri qalmışdır. Ona salam verdi və adını soruşdu. O da adının Bərəx olduğunu dedi. Həzrət Musa (ə) ondan xahiş edir ki, gəlsin və Allah Təaladan yağış istəsin. O zaman ki, səhraya çatırlar, bu qaradərili cavan əllərini göyə qaldırıb, bu cür münacat etməyə başladı: “Allahım, bu qəhətliyi və bahalığı bitir bizim üçün. Sənin mülayimliyindən uzaqdır ki, bizə əzab verəsən... Məgər Sənin bəndələrin sənin hökumətindən qaça bilərlərmi ki, onlara əzab verməkdə tələsmisən?”. Bərəx bu sözləri deyən kimi, yağış yağmağa başladı. Yağış o qədər yağdı ki, Bəni-İsrayilin hamısı sirab oldular. Bərəx şəhərə gəldi və Musaya (ə) dedi: “Ey Musa! Gördünmü ki, Allahla necə münacat etdim və Allah da mənə insaf verdi”.
Həzrət Musa (ə) onun Allaha qarşı cəsarətindən əsəbiləşdi. Onu cəzalandırmaq istədi. Ancaq Allah tərəfindən vəhy gəldi: “Ey Musa! Bu qaradərili qulla işin olmasın. Çünki o, hər gün üç dəfə bizi sevindirir”.
İnsanlar fitrətən pak yaradılıb, yoxsa günahkar?
Əllamə Təbatəbainin nəzərinə görə, fitrət və insan təbiəti ilə bağlı hədislər müxtəlif nəzərlərin meydana gəlməsinə səbəb olmuşdur. O cümlədən:
1. Bəziləri Quran ayələrinə istinad edərək, deyirlər ki, Allah insanı elə əvvəldən səadətli və bədbəxt yaratmışdır.
2. Bəzilərinin nəzərinə görə, insanların bir hissəsi behişt gilindən yaradıldığı üçün behiştə, cəhənnəm gilindən yaradıldığı üçün cəhənnəmə gedəcəkdir.
3. Bəzi hədislər insan fitrətini şirin və bəziləri də acı suya nisbət verirlər... Mərhum Əllamə Təbatəbai bütün bu nəzərləri bəyan etdikdən sonra, buyurmuşdur: “Əlbəttə, bu mənbələr, insanın zati səadət və xoşbəxtliyini sübut etmir. Çünki əgər belə olsaydı, Allahın ədalətinə zidd olardı. Çünki ağıl bu kimi nəzərlərlə müxalifdir.
Bu ayələrdən göründüyü kimi, hər bir insan pak fitrətə malikdir və pak gildən yaradılmışdır. Allah hər bir insana təqvanı və günahı tanıtmışdır. Bu insandır ki, hansı yolla gedəcəyini özü müəyyən edər”.
Qurani Kərim insanların canını alanları dörd dəstəyə bölür?!
Ölüm hamı üçün haqdır və heç kəs ölümdən qaça bilməz. Bəs insanın canını kim alır? Quranda ölümə aid dörd dəstə ayələr vardır ki, onlarla tanış olaq.
1. Birinci dəstə ayələr ölümü birbaşa Allaha nisbət verir. ”Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır.
2. İkinci dəstə ayələr ölüm mələyi olan Əzrayilə (ə) nisbət verilir. “(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»”. (“Səcdə” 11)...
Həzrət Zəhranın (s.ə) çadrası 80 yəhudini necə hidayət etdi?!
Bir gün Əmirəl-möminin (ə) Zeyd adlı bir yəhudidən bir qədər arpa borc alır. Həzrət Zəhranın (s.ə) yun çadrasını borcun müqabilində girov kimi onun yanında qoyur.
Yəhudi o çadranı evinə aparır. O zaman ki, gecə olur, yəhudinin həyat yoldaşı çadra olan otağa gedir. Birdən o, həmin çadradan saçan nuru görür ki, bütün otağı işıqlandırmışdı. Qadın bu heyrətli halı görüb, fəryad çəkir. Ərini çağırır və gördüklərini ona danışır. Əri çox təəccüblənir. O, tamamilə yadından çıxarmışdı ki, Həzrət Zəhranın (s.ə) çadrası o otaqda idi. Otağa daxil olanda görür ki, çadra bir günəş kimi nur saçır və otağı işıqlandırır. O, bu mənzərəni müşahidə etdikcə, daha çox təəccüblənir. Yəhudi, həyat yoldaşı ilə birlikdə bu xəbəri yayırlar. Yəhudilərin 80 nəfəri çadranın bu nuruna görə iman gətirir və İslam dinini qəbul edirlər. Onların qəlbləri İslam nuru ilə aydınlanır.
Ölənlərimizin dəfn olunduqları gecədə bizdən gözlədikləri 11 əməl hansılardır?!
Məsumlarımız (ə) məhz bu gecədə ölənləri gözləyən qəbir sıxıntısından xəbər vermişdilər ki, onlara dua və namazlarımızın yardımı ilə kömək edə bilərik. Bu əməllər ilə tanış olaq.
1. Həzrət Peyğəmbər (s) buyurur: “Meyitə elə hədiyyə və töhfə göndərilməmişdir, məgər o halda ki, istiğfar və tövbədən üstün olsun. Əgər övladı vardırsa, onun istiğfarı hər bir başqa şəxsdən daha üstündür”. Ona görə də Məsumlarımız (ə) tövsiyə edirlər ki, yaxınlarının öldüyü gecə bir çıraq və ya işıqlandırma ilə qəbirlərinin üstünə gedib, onlar üçün bağışlanma istəsinlər.
2. Meyitin öldüyü gecədə sədəqə verin. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, insan, öz öləninin niyyəti ilə sədəqə verər, Allah Cəbrayilə (ə) əmr edər ki, 70 min mələk həmin sədəqəni onun qəbrinə aparsınlar. Hər bir mələyin əlində bir qab olar ki, onu qəbrə aparar. Deyər: “Salam olsun sənə! Bu filankəs tərəfindən olan hədiyyədir ki, sənin üçün gəlmişdir”. Sonra qəbri nurani olar”...
Niyə ölümün həqiqəti sirr olaraq qalır?
Ölüm – elə bir hadisədir ki, hamı onun həqiqətindən agah olmaq istəyir. Ancaq öləndən sonra insanın nə hiss etdiyi və nələri gördüyü məchuldur. Amma bu həqiqətlər barədə bəzi Quran ayələri və Məsumların (ə) verdiyi xəbərlərdən müəyyən qədər agah olmaq olur. Ancaq bu məlumatlar da ölümün həqiqətini bizə izah etməyə kifayət etmir. Bəs nə üçün ölümün həqiqəti bizim üçün müəyyən mənada gizli saxlanılır? Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”nin 20-ci xütbəsində ölümün sirr halda qalmasına işarə etmiş və buyurmuşdur: “O şeyi ki, ölülər görüblər, əgər siz görsəydiniz, səbirsiz olar və qorxardınız. Eşidib itaət edərdiniz. Ancaq o şeyi ki, onlar müşahidə edirlər sizin üçün gizlidir. Pərdələrin aşağı düşməsi yaxındır. Həqiqəti dünyada insana nişan veriblər. Əgər doğru şəkildə baxarsa, haqqın səsinə qulaq asarsa, bu dünyada da ibrətverici mövzuları bütün insanlar görə bilər. Qiyamət sizin qarşınızdadır və ölüm sizi arxadan qovar. Yükünüz yüngül olsun ki, ...
Allah-Taalaya (c.c) təvəkkül etmək necə olur?
İslam dinində bəndə ilə Allah arasında olan xüsusi rabitələrdən biri də təvəkkül yolu ilə həyata keçər. O bəndə ki, Allaha təvəkkül edər, Ondan başqasından əlini üzərsə deməli, insanlığın dəyərlərini dərk etmiş və Allahını lazımi qədər tanımış deməkdir. Kimlər Allaha təvəkkül edərlər?
1. O kəslər ki, zatən ehtiyaclı və zəif olduqlarını dərk ediblər. Dərk ediblər ki, zatən nə qədər aciz və zəlildirlər, nə qədər Allaha möhtacdırlar. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun)sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”. (“Fatir” 15).
2. Allahın hər şeydən agah olduğuna yəqini olanlar. “Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. (“Ğafir” 44)...
Söyüş söymək heç bir halda olmaz. Bəs lənət necə?
... Bəs lənət nədir? Quranın nəzərinə görə, lənət heç də söyüş kimi məzəmmət olmamışdır. Düzgün və yerində olarsa, insan lənət vasitəsilə haqqı batildən ayırar, lənət ibrətə səbəb olar və zalımla mübarizə etməyin yollarından biridir. “Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!”. (“Məsəd” 1).
Qurani-Kərim Həzrət İbrahimin (ə) dilindən buyurur: “Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: “Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram””. (“Zuxruf” 26). “Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!”. (“Buruc” 4). “Odur ki, Allahın lənəti olsun kafirlərə!”. (“Bəqərə” 89). “Həqiqətən (Həzrət Muhəmmədin (s) peyğəmbərliyi və Kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!”. (“Bəqərə” 159). Ona görə də söyüş söymək başqa bir şeydir, lənət etmək tamamilə başqa bir şey.