İmam Hüseynİ (ə) böyük həvəslə Kufəyə dəvət edənlər nə üçün ondan üz döndərdİlər?
Cavab: Kufədən İmama gələn də`vət məktubları o qədər çox idi ki, Kufədə inqilabi əhvali-ruhiyyə olduğunu güman etməyə əsas vardı. Məktubların sayı on iki mini keçmişdi. Amma hadisələrin gedişatından mə`lum olur ki, bu məktubların böyük bir hissəsi maddi təmənnalı insanlar tərəfindən yazılıbmış. Bu admların çoxu Yezidin təzyiqləri və şirin və`dlərindən sonra İmam Hüseynə (ə) qarşı mövqe tutdular. Bəli, bu adamların qəlbi İmam Hüseynə meyl etdiyi halda, qılıncları ona doğru uzanmışdı.
İmamı də`vət edənlər arasında Həbib ibn Məzahir kimi xalis şiələr azlıq təşkil edirdi. Kufə əhlinin çoxunu İmama üz tutmağa vadar edən son iyirmi ildə əməvilərdən gördükləri zülm-sitəm idi. Bə`ziləri isə, sadəcə, Kufənin əvvəlki əzəmətini geri qaytarmaq üçün İmamın (ə) gəlişini dəstəkləyirdilər.
İmamı də`vət edənlər arasında öz nüfuzunu qorumaq uğrunda çalışan qəbilə başçıları da vardı.
İbn Ziyad Yezidin əmri ilə Kufəyə daxil olduqdan sonra rahat nəfəs alan Əməvi tərəfdarları onun başına toplaşdılar. İbn Ziyad Kufəyə daxil olan xalqın an İmam Hüseynə (ə) olan rəğbətini hiss etmişdi. O, şəhərə başında qara əmmamə, üzü örtülü şəkildə girdiyindən əhali onun İmam Hüseyn (ə) olduğunu zənn edib, qarşılamağa çıxmışdı.
Təhlükəni dərindən hiss edən ibn Ziyad Bəsrə təcrübəsini işə salaraq, tərəfdarlarının köməyi ilə qiyamı yatırmaq üçün fəaliyyətə başladı. Qəddar hakim üçün həqiqi şiələrin azlıq təşkil etdiyi cəmiyyəti susdurmaq çətin olmadı.