Lənər nədir və Qurani Kərimdə lənətlənmişlər haqda nələr buyurulur?!


LƏNƏT SÖZÜ :    Rağib İsfahani "lənət” sözünün leksik mənasını belə izah edir:

"Lənət qəzəb və acıqlı halda qovmaq və uzaqlaşdırmaqdır. Allahın lənəti axirətdə cəza kimi üzə çıxacaqdır. Dünyada isə Allahın rəhmət və yardımından məhrum etməkdir. Əgər lənət camaat tərəfindən olarsa, bir-birinə qarşı qarğış mənasındadır.”315

 

Sual:  Allahın lənətinə gəlmiş şəxsin aqibəti necə olacaqdır?

Cavab:  "Qurani-Kərim”də bu barədə açıq-aydın və qətiyyətlə buyurulur: 

"..... Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən!” («Nisa» - 52). 

 

Başqa bir yerdə isə buyurur:   "..... Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən!” («Nisa» - 52). 

Başqa bir yerdə isə buyurur:   "..... Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.” («Taha» - 81). 

Bəhsin sonrakı hissəsində qeyd edəcəyimiz kimi yalançı Allah dərgahında qəzəbə düçar olmuşların bariz nümunələrindəndir.

Lənət olunmuşlar kimlərdir? 

Allah-təalanın «Qurani-Məcid»də lənət etdiyi şəxslərdən biri də yalançılardır. Həmin dəstəyə bunlar daxildir:

Münafiqlər

 «Quran»da lənət olunmuşların ən birincisi münafiqlərdir:

"Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir! ((«Tövbə»-68 («Fəth»-6 və «Əhzab»-61-də də lənət olunmuşlar.)). 


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter