Hz Suleyman (ə) Qarışqanın necə və nə haqda dua etdiyini eşitdi?!


Həzrət Süleymanın (ə) zamanında yağış yağmadığına görə qəhətlik yaranır. İnsanlar çarəsiz qalıb Süleymandan (ə) yardım istəyirlər. Ondan istəyirlər ki, yağış yağması üçün namaz qılsın.

Həzrət Süleyman (ə) onlara deyir ki, sabahı günü namaz qılmaq üçün hamımız səhraya gedək. O günün sabahısı insanlar toplaşır və səhraya tərəf hərəkət edirlər. Yol gedən zaman Süleyman (ə) görür ki, bir qarışqa ayaqlarını torpağa dayayıb, əllərini yuxarı qaldıraraq, belə dua edir: “Allahım! Biz Sənin məxluqlarınıq. Sənin ruzindən ehtiyacsız deyilik. Bizləri insanların günahlarına görə həlak etmə!”.

Həzrət Süleyman (ə) üzünü insanlara çevirir və buyurur: “Geri qayıdın, Allah sizi qarışqaya görə sirab edəcəkdir”.
Həmin il o qədər yağış yağır ki, o cür yağışı heç bir ildə görməmişdilər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter