Hədislərə əsasən beş ilahi ruzi olanlar nələrdir?!
Bilməliyik ki, ruzini yetirən Allahdır. Əlbəttə ki, biz bəndələr də əməllərimiz ilə ruzinin miqdarına təsir edə bilirik.
Ruzi mövzusunda iki məsələ mühüm məsələdir ki, ona diqqət etmək lazımdır:
1. Qəlb inancımız olmalıdır ki, ruzi Allahın əlindədir, hər kimin nəyi varsa – Allahdandır.
2. Ruzinin növləri vardır. Ancaq maddi şeylərə şamil edilmir. Maddi olmayan ruzilər də vardır.
Maddi və maddi olmayan ruzilər:
1. Allahın məhəbbətini qəlbində daşımaq. Bunu yəqin bilin ki, qəlbində Allahı sevmək - o ruzidir.
2. Yaxşı işlərə meyil etmək. Yaxşı işlərə meyil etmək – ruzidir. Bu zaman siz kiminsə qəlbini şad edirsiniz və ya işinin düyününü açırsınız, ya əlindən tutursunuz – bütün bu əməllər ruzidir.
3. Dost. Əgər elə dostunuz varsa ki, sizin tərəqqi etməyinizə yardım edir – bunun özü də ruzidir.
4. Müəllim. Hər kim sizin həyat tərzinizə müsbət təsirlər qoya bilirsə, o, sizin üçün müəllimdir və bu müəllimin olması – ruzidir.
5. Halal qazanc. Hər kim halal yolla maddi qazanc əldə edərsə, bu onun üçün ən böyük nemət və ruzi hesab olunar.