Haqqı eşitməmək insanın haram yeməsinə görədir?! İmam Hüseynin (ə) hədisi


Kərbəlada İmam Huseyn (ə) düşmənlərə belə xitab edərək buyurur:
Ey camaat! Niyə həqq sözü eşitməkliyə, həqqi görməkliyə xoşunuz gəlmir? Ona görə ki, yedikləriniz haramdır. Qarnınız, qəlbiniz haramla dolub. Qəlblərinizin möhürlənməsinə, həqqi görüb dərk etmədiyinizə səbəb yediyiniz haram tikələrinizdir. Vay olsun, ölüm olsun sizlərə və sizin kimi şəxslərə...

İmam Əli (ə) 45-ci namədə belə nəsihət edərək buyurur:
\"Ağzına apardığın loğmaya (yediyin hər şeyə) fikir verib diqqət et.\"
\"Əgər halal olması sənə məlum olmazsa yemə, ondan uzaqlaş, qəbul etmə.\"

Sadə misal ilə desək mətləbi yaxşı başa düşərik:
Əgər hər bir insanın halal yeməyini maşının benzininə bənzətsək gözəl olar. Ona görə ki, maşının benzini olsa səni istədiyin hədəfə aparıb çıxarar.
.
Yox əgər benzin əvəzində yağ töksək maşının hərəkət etmədiyini müşahidə edərik. Haram yeməklik, haram tikə də hər bir şəxsi həqdən uzaqlaşdırıb, həqqi qəbul etməməkliyə məcbur edər.
Allah-təala bizlərə halal, minnətsiz, bərəkətli ruzi qismət etsin.!

Mənbə: \"Hikmətli nəsihətlər\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter