“Qədİr-Xum” Hədİsİndəkİ “Mövla” Sözü necə təfsİr olunur?
Biz \"təvatür” həddində olan \"Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu \"Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.Əhli-sünnə alimlərinin bir çoxu \"mövla” sözünü \"dost” mənasına təfsir etməyə çalışsalar da, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan \"mövla” sözü \"vəli”, \"başçı” və \"rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:1. O zaman İmam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdır. (\"Hücurat” surəsi, ayə: 10) Həmçinin başqa bir ayədə buyurulur: \"Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”( \"Tövbə” surəsi, ayə: 71)Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu \"Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır. 3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin \"Müsnəd” kitabında yazılır: \"Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ: \"Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.” (\"Müsnədi-Əhməd”, 4-cü cild, səh. 281. (\"Fəzailul-xəmsə” kitabından nəqlən, 1-ci cild, səh. 432)
Fəxri-Razinin \"təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: \"Ömər dedi:
هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
\"Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”
Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”
\"Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: \"Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.” (\"Tarixi-Bağdad”, 7-ci cild, səh. 290)
\"Feyzül-qədir” və \"Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir. (\"Feyzül-qədir”, 6-cı cild, səh. 217 və \"Əs-səvaiq”, səh. 107)
Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki \"vilayət” sözü xilafətdən başqa bir məna daşıya bilməz.
4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir.