Allah-Təalanın (c.c) insanların üzərinə qoyduğu ən ağır 3 vəsifə hansılardır?!
İmam Sadiq (ə) buyurur:\"Istəyirsinizmi sizin üçün Allahın teyin etdiyi ən ağır və ən vacib məsuliyyətin nədən ibarət olduğunu açıqlayım?
Sonra İmam (ə) üzünü səhabələrə tutub buyurur:\"Camaatla insafla rəftar etmək, onların hüquqlarını qorumaq\".
Nəql olunmuş başqa bir hədisdə deyilir:İmam Baqir (ə) səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Əbdul Əla adlı bir şəxs ilə Mədinəyə göndərilir.Bu suallarla yanaşı onun İmam Sadiqdən (ə) şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi hüquqa malik olması haqda soruşmasını da xahiş edirlər.Əbdul Əla deyir:Məktubu İmam Sadiqə (ə) verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.
İmam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.
Sonra buyurdu:\"Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
1)Ədalət və insafa riayyət etmək.Belə ki,hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki,ba.qalarının da onunla eyni tərzdə rəftar etmələrini istəyir;
2)Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir;
3)Hər zaman Allahı xatırlamalı.Lakin bu heç də o demək deyildir ki,daim \"Sübhanəllah\" və \"Əlhəmdulillah\" deyərək zikr etməlidir.Xeyr,O haramla qarşılaşdığı zaman
Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır\".
Göründüyü kimi, haqq-ədalətə,insafa riayyət etmək insanın üzərinə düşən ən ağır vəzifələrdən biri kimi göstərilir.Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə, başqalarını özündən üstün tutmağı bacarmalıdır./ehliwie-samux.