Peyğəmbərimizin (s) dəyərli səhabəsi ƏMMAR YASİR Allah yolunda şəhid olmaqda üçün necə dua edir?!
Görüş məqamının əzəməti vəsvə gəlmir! Əmmar hələ də düşmənlə vuruşurdu. Qəlbini sarımış eşq,şəhadət sevgisi, Allahla görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O döyüşə-döyüşə Allahı ilə danışır, şeirlər oxuyurdu:
Allah doğruçudur, əzəmətlidir!
Ya Rəbb,bu intizar çoxmu çəkəcək?
Şəhadətdən keçir Sənə gedən yol,
Bu qanlı meydanda doğranam gərək.
Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını bədənindən ayırdı.Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür məbud hüzurunda torpağa səcdə etmiş baş, nəhayət,şəhadət meydanında həqiqət yoluna təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın şəhadət xəbəri həzrətə (ə) çox təsir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət dilədi.
Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmöminin (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır.O yerə oturur bu azadə şəhidin başını qucağına alır. Həzrət (ə) Əmmarın şəhadətinə ağlayır və onun xatirəsini yad edərək belə deyir:
Ölüm, əl çəkəsi deyilsən məndən,
Bütün dostlarımıvermişəm əldən.
Yaxşı tanıyırsandostları bir-bir,
Qapı-qapı gəlib alırsan əsir.
Əmmar vəsiyyət etmişdi ki,onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qıldı və Əmmar öz qanlı libaslarında torpağa tapşırıldı.
Böyük Peyğəmbər (s) səhabəsi, İmamın fədakar köməkçisi,həqiqətin və Quranın güclü müdafiəçisi Əmmarın şəhadəti İmamın (ə) və onun ətrafındakıların ruhunda dərin iz buraxsa da,Şam qoşununun da ruhiyyəsini sarsıtmışdı. Həzrət Peyğəmbərin (s) Əmmarın şəhadəti haqqında buyurduğu hədis çoxlarını Müaviyədən uzaqlaşdırdı və onun müharibəsinin nahaq olduğunu sübuta yetirdi. Şam qoşununun tanınmış simalarından olan Əbdüllah Əmmarın şəhadətindən xəbər verən hədisə əsaslanaraq Müaviyəni tərk edib Həzrət Əliyə (ə) qoşuldu.
Əbdüllahın bu hərəkəti Müaviyə cəbhəsini təlatümə gətirdi. Müaviyə Əmr Asın hiyləsi ilə belə bir şayiə yaydı ki, Əmmarın qatili onlar yox, Əmmarı müharibəyə çəkən şəxsdir. Bu şayiədən xəbər tutan Əmirəlmöminin (ə) onların hiyləsini puça çıxararaq buyurdu: \"Bu hesabla, həzrət Peyğəmbər (s) Həmzənin qatili hesab olunmalıdır. Çünki Həmzəni meydana o gətirmişdir!”
Bir sözlə, Əmmarın vücudu əvvəlcə qeyd olunduğu kimi,həqiqət meyarı, İmam (ə) qoşununun haqlı olmasının sübutu idi. Əmmarın şəhadətindən sonra onun döyüş yoldaşları dünyanı özləri üçün dar gördülər və düşmən qoşununa hücum edib, ona sarsıdıcı zərbələr endirdilər. Müaviyə fədakar şirlərin nərəsini xeyməsinin yaxınlığında eşidib canını qurtarmaq üçün yeni bir hiyləyə əl atdı. Onun göstərişi ilə Quran nizələrin başına keçirildi. Həzrət Əlinin (ə) qoşunundakı bəzi sadəlövh insanlar bu hiyləyə aldanaraq, hücumdan əl çəkdilər. Həzrət Əlini (ə) vadar etdilər ki, müharibənin taleyi mühakimə yolu ilə həll edilsin.
Əmmar Yasir Həzrət Əlinin (ə) güclü qolu idi. Malik Əştərin şəhadətindən sonra Müaviyə belə deyir: \"Əli ibn Əbutalibin iki əli vardı. Onlardan biri Siffeyn döyüşündə kəsildi və o, Əmmar Yasir idi. O biri əli isə bu gün kəsildi və o Malik Əştərdir.” Müaviyə bu sözləri Malik Əştərin şəhadət xəbərini eşitdiyi vaxt demişdi.
Oxuduqlarınız İslam məktəbinin tərbiyəsini görmüş, vəhy çeşməsindən sirab olmuş, Məhəmmədi və Ələvi ruhundan qidalanmış bir insanın həyatından parçalar idi. Bu insanın həyatı onun əqidəsinin tərcüməçisi idi. Onun dərin imanı, ilahi etiqadı ömrünün ayrı-ayrı səhifələrində anbaan əks olunur.Əmmarın iman və səbri, bəsirət və şücaəti, fədakarlıq və haqqı müdafiəsi \"necə olmaq” sualına cavab axtaranlar üçün ilahi bir göstərişdir.
Salam olsun Əmmara! Salam olsun doğulduğu və haqq meracına tələsdiyi günə!