Barmağa üzük taxmağın fəziləti və onun qaydaları haqqında məsumlar nə buyurmuşlar?!
Barmağa üzük taxmağın fəziləti və onun qaydaları haqqında
Bu haqda nəql olunmuş hədis və rəvayətlərdə üzüyün sağ ələ taxılması tövsiyə edilmişdir. Üzərində müqəddəs yazı, şəkil, daş olan üzüklər ayaq yoluna gedərkən barmaqdan çıxarılmalıdır. Həzrəti Peyğəmbər (s) Əli (ə)-a etdiyi tövsiyələrinin birində buyurur: \"Bizə iman gətirmiş həqiqi müsəllmanlar üzüklərini sağ əllərinə taxarlar. Mikayıl və Cəbrail da bu sünnətə əməl edərlər. Bu işi sənə də tövsiyə edirəm . Üzük qaşlarının ən fəzilətlisi isə qırmızı əqiqdir.”
Kişilərə qızıl haram olduğu üçün onlar gümüş üzüklərdən istifadə etməlidirlər. Adi dəmir, polad və bürüncdən düzəldilmiş üzüklərdən (isdər kişi isdərsə də qadın ) isdifadə etmək məkruhdur.
Peyğəmbər (s)-ın barmağına taxdığı üzük gümüşdən idi. Üzüyün üzərində bu sözlər yazılmışdı. \"Muhammədun Rəsulullah \"(Məhəmməd Allahın elçisidir).
Əli (ə) adətən dörd üzük taxardı, bəla və düşmənlərindən qorunmaq üçün əqiq, bəzək üçün yaqut, qüvvət üçün Çin əqiqi, köməklik üçün isə firuzə qaşlı üzüklər taxardı
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Barmaqlarına əqiq üzük taxan əməli- saleh möminlər hər zaman xoşa gəlməz hadisələrdən və qəm-qüssədən uzaq olarlar.
Rəvayətlərdən birində deyilir: \"Cənnətdə qırmızı, sarı və ağ rəngli əqiqdən üç dağ vardır və onların hər birinin üzərində üç ev vardır. Bu evlərdən biri Peyğəmbər (s), biri həzrəti Fatimə (ə)-ın, o biri isə Əli (ə)-ındır. Evlərin altından buz kimi soyuq və süd kimi ağ çaylar axır. Bu çaylardan yalnız Peyğəmbər (s), onun övladları və onların davamçıları içər.
Allah-təala əqiq üzük taxılmış əlləri daha çox sevər və dualarını müstəcəb edər.
İmam Hüseyn (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Həzrəti Musa (ə) Tur dağında Allah-təala ilə münacat etdiyi zaman yerə nəzər saldı və üzünün nurundan əqiq yarandı. Sonra Allah-təaladan ona belə bir xitab gəldi. And olsun müqəddəs zatıma ! Əli ibni Əbi Talibin İmamətini qəbul edib barmaqlarına əqiq üzük taxanları cəhənnəm atəşindən amanda saxlayaram .”
Əli (ə) Peyğəmbər (s)-dan soruşdu. Ya Rəsulullah ! əqiq daşlar harada olur ? Peyğəmbər (s) buyurur : Əqiq daşları Yəməndə yerləşir. Bu dağ Allahın birliyinin , mənim sonuncu peyğəmbər olduğumu , sənin və övladlarının İmamətini iqrar etmişdir.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Əlində əqiq üzük olan əməli-saleh bir müsəlmanın namazı bir dəstə camaatın namazından üstündür.”
İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir : \"Kədərləndiyiniz və pərişan olduğunuz zaman əlinizə yaqut qaşlı üzük taxın bu sizin işlərinizdə müvəffəq olmanıza köməklik edər.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : \"Firuzə qaşlı üzük taxan şəxsin ruzisi bol , gəliri isə bərəkətli olar.
Həsən ibni Əli Mehrandan nəql olunmuş rəvayətdə deyilir: \"Bir gün İmam Musa (ə)-ın barmağında firuzə qaşlı üzük gördüm. Üzüyün qaşında Allah malikdir, sahibdir sözləri yazılmışdır. Mən üzüyə çox nəzər saldıqda İmam Musa (ə) məndən bunun səbəbini soruşdu. Dedim: Eşitdiyimə görə belə bir üzük Əli (ə)-da da olmuşdur. İmam Musa (ə) məndən soruşdu: Sən o üzüyü tanıyırsanmı ? Cavab verdi. Xeyr! Sonra İmam Musa (ə) buyurdu . Bu elə həmən üzükdür, gördüyün bu firuzə qaşını Cəbrail (mələk ) həzrəti Peyğəmbər (s)-a cənnətdən gətrilmiş və Peyğəmbər (s) sonralar onu Əli (ə)-a bağışlamışdır.”
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: \"Bir gün Peyğəmbər (s) barmağındakı Yəmən cəzəyini (daş növüdür əqiq kimi qiymətli və fəzilətlidir) çıxarıb mənə verdi və sonra buyurdu: Al bunu və sağ əlinə tax! Bununla qılınan namaz Allaha təsbih edər, savabı isə sahibinin əməl dəftərinə yazılar.”
Əli ibni Məhəmməd Həmiyrə deyir: Çəfər ibni Mahmudun qızını çox sevirdim . Onunla evləndikdən sonra bir neçə müddət övladımız olmadı. İmam Əliyyən-Nəqi (ə)-ın yanına gedib bizə bir məsləhət verməsini istədim. İmam (ə) gülümsəyərək dedi .Firuzə qaşlı bir üzük al və üzərinə bu ayəni yazdır .
(Rəbbi la təzərni fərdən və əntə xəyrul varisin )
Belə də etdim və bir il keçdikdən sonra o qadından bir oğlum oldu.
İmam Sadiq (ə) sahabələrinin barmağında firuzə üzük görüb buyurdu: Ya Məfzəl , bil ki, barmağındakı bu qaş, gözün görmə qabilyətini artırır , ürəyə qüvvət verir və insanda gözəl əhval ruhiyyə yaradır.
Müsbət xüsusiyyətləri olan daşlardan biri də Çin hədidir . Bu qaşdan düzəldilmiş üzüklərdən adətən təhlükə ilə üzləşmə ehtimalı olduğu halda isdifadə olunur. Nəcəf dürrü haqqında nəql olunmuş hədisdə deyilir : \"Bu daş Nəcəf mədənlərindən ixrac olunur. Onun qiyməti ucuz , fəziləti isə çoxdur. Nəcəf dürünü barmağına taxan şəxs bir çox xəstəliklərdən və xoşa gəlməz hadisələrdən amanda qalar. \"İmam Sadiq (ə) dan nəql olunmuş hədisdə deyilir: \"Həzrəti Adəm xəlq olunduqdan sonra Allah-təalanın ərşində bu sözləri oxudu:
(Ənəllahu la ilahə illa ənə vəhdi Muhəmmədun səfvəti min xəlqi əyyədtuhu bi əxihi əliyyun və nəsərtuhu )
Cənnətdəki qadağan olmuş meyvəni yedikdən sonra yerə endi . Əllərini Allah-təalanın dərgahına qaldırıb ondan bu dualara xatir bağışlanmasını isdədi.
Allah-təala onun tövbəsini qəbul etdi . Sonra o, bir gümüş üzük düzəldib üzərinə əqiq qoydu və bu beş mübarək adı onun üzərinə yazdı . İmanlı şəxslər Adəm (ə)-dan sonra bu sünnəti davam etdirmiş və davam etdirməkdədir./ehliwie-samux.