Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?


Əgər qəlb, daxilində olan rəzil sifətlərdən xilas ola bilməzsə, İlahi feyzdən məhrum qaldığı üçün möhürlənər. Bu cür qəlbin üzərində günahın qabarı və toz-torpağı əyləşər. Qəlbi kor və kar edər, nə görər və nə də eşidər.



“Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).



Əlbəttə ki, burada kar və kor deyildikdə, zahiri cismin karlığı və korluğu nəzərdə tutulmur. Bunlar – batinə aid olan həqiqətdir. “Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).



Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Ən pis korluq – qəlb korluğudur”.



Günah və üsyan qəlb xəstəlikləri olduğu üçün, qəlbi xəstə edər. Qəlb də günahın səviyyəsinə görə xəstələnər. İmam Sadiq (ə) buyurur: “Heç bir şey qəlbi günah qədər məhv etməz. O zaman ki, qəlb günahla üzləşər, davamlı olaraq onunla olar. O yerə qədər ki, günah qəlbə qalib gələr və qəlbi alt-üst edər”.



Ona görə də hələ ki, fürsət var – qəlbimizin təmizliyi ilə məşğul olaq.

Çünki Qiyamət günü hər bir şey – məhz onun sağlamlığından və paklığından asılı olacaqdır. Ancaq sağlam qəlb sahibini behiştə apara bilər.

Xəstə qəlblərin yeri isə cəhənnəmdir. (Həvzəh)



«O gün ki, malın və oğulların bir faydası olmayacaq».

«Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (O gün) Cənnət təqvalılara yaxınlaşdırılar”. (“Şuəra” 88-90)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter